Açar sözlər: Sərbəst zona, azad iqtisadi zona, milli gömrük ərazisi, idarəetmə model, texnoloji bilik, lo-
gistika mərkəzləri.
IMPORTANCE OF SOCIO-ECONOMIC AND TRADE RELATIONS OF FREE ECONOMIC
ZONES IN THE REGIONS
Summary
Establishing zones for international trade in the economies of countries around the world, providing ware-
house services within the borders of the country, importing products, and establishing zones that can be used
without the participation of goods in the border and customs processes have defined the concept of "Free Zone".
The main purpose of creating free trade zones in free economic zones is to facilitate cross-border trade by
eliminating barriers to customs regulations.
Keywords: Free Zone, Free Economic Zone, National Customs Territory, Management Model, Techno-
logical Knowledge, Logistics Centers.
Giriş
Azad iqtisadi zonaların əhəmiyyətinin dünya ölkərləri tərəfindən qəbul edilməsi, və Çinin bu
saəhədə geniş təcrübəsi, yeni yaradılmış azad iqtisadi zonalar üçün praktiki model təşkil edəcəkdir.
Azad zonanın mahiyyəti dedikdə - liman, dəmiryol şəbəkləri, nəqliyyat, logistika infrastrukturu və
ölkələrin hava limanları ətrafında inşa edilən, xaricdən ölkəyə gələn malların boşaldılması, ixrac
olunmuş ölkəyə təkrar göndəriləcəyi, məhsullara milli gömrük ərazisində təyin olunmuş obyekt kimi
baxılması və bu səbəbdən məhsullar gömrük nəzarətindən keçirilmir və vergiyə cəlb olunmadan digər
başqa maneələrin ən aşağı səviyyəyə endirildiyi gəlirli məntəqələr kimi qəbul edilir. Bir sıra hallarda
azad iqtisadi zonalar geniş maliyyə imkanlarına sahib olan firmalar üçün dünya bazarlarında kəskin
rəqabətə qoşulmasına imkan verən texnoloji park və nəqliyyat yükləmə mərkəzi olaraq qəbul edilir.
Azad iqtisadi zonaların təsir edən müsbət amilləri:
Yük axınlarının yalnız ölkənin sərhədləri və ərazisindən keçməklə yanaşı, məhsulların
saxlanılması, emalı kimi proseslərin sadələşdirilməsi ölkənin xarici ticarətində mühüm rol oyanyır və
əlavə dəyər formasında yaranmış gəlirlərin həcmini artırmaq, işsizliyi azaltmaq, texnoloji
avadanlıqların yeniləşdirmək məqsədi ilə xarici sərmayəni ölkəyə cəlb etmək.
Zonalar üçün təyin olunmuş ərazinin şəhərin bir hissəsi, dəniz limanı və yaxud aeroport ya-
xınlığı sahələrini əhatə etməsi, xarici ticarət zamanı edilən fiskal güzəştlər, ixrac və idxal üçün təyin
olunmuş rüsumların azaldılması və ya ləğvi, amortizasiya ayırmaları, nəqliyyat, əmək haqqı, elmi-tex-
niki tərəqqiyə çəkilən xərclər, vergi dərəclərinın səviyyəsindən azadolmalar kimi üstünlükləri əhatə edir.
İdarəetmə modeli – dövlət və özəl sahənin tərəfdaşlarını əhatə edən modelin işləmə
mexanizm kimi təqdim olunması
Sənədləşmə işinin təşkili–fəaliyyət zamanı xarici nümayəndə və sahibkarların səfəri
zamanı müvafiq viza və digər sənədləşmə prosesinin asanlaşdırılması, sahibkarların firmalarının
qeydiyyatı, qeydiyyat etmiş şəxslərin ölkənin sərhədləri çərçivəsində müəyyən hüquqlarının təmin
edilməsi
Məhsullardan əldə olunmuş maliyyə fəaliyyətlərinin ölkənin konvertləşən valyuta sistemi
ilə aparılması, məhsulların ölkəyə gətirilməsi zamanı yükləmə-boşaltma, anbarlama, izləmə, montaj,
idxalat, ixracat, təmizləmə kimi sənaye və digər fəaliyyətlərindən asanlıqla istifadə edilməsi. Ekoloji
mühitin sağlamlaşdırılması, qorunması istiqamətində görülmüş tədbirlər [1]
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
65
26-27 October 2018, Baku, Azerbaijan
Bir sıra ölkələr azad ticarət zonalarında bir-birinin mallarına tarif maneələri düşürlər və
ümumiyyətlə, hər bir yerli istehsalçının zərərləri üzündən ən azı ticarətdən əldə edilən gəliri əldə
edəcəklər. Azad ticarət zonasının yanaşmasındakı bir qüsur ümumi xarici tariflərin olmamasıdır.
Ölkələr xarici dünyaya təqdim edilmiş tarif baryerlərindən fərqli ola biləcəyi üçün idxalçılar, yanacaq,
əmək və ya digər xərclər daha yüksək olsa belə, həmişə aşağı qiymətli ölkələr vasitəsilə materiallarını
göndərməyi üstün tutacaqlar. Belə növbəli yükləmə üsulları lazımsız şəkildə zərərsizdir. 118 ölkədə
təxminən 3100 azad ticarət zonası var idi ki, burada təxminən 45 milyon insan çalışır. Bu FTZ'lər
ayaqqabı, paltar, idman ayaqqabısı, oyuncaq, əlverişli qidalar, elektron mallar və s. Kimi müxtəlif
məhsullar istehsal edir. Belə ticarət zonalarının digər vacib məqsədləri ixrac yönümlü vahidlərin
inkişafı, valyuta mənfəətinin artması və məşğulluq imkanları və s.
Azad xüsusi iqtiasi zonaların müxtəlif sahələrdə təsviri.
Mənbə:http://www.taxes.gov.az [4]
İnfrastruktur sahələrini müasir texnologiyalardan istifadə etməklə sahibkarlar üçün səmərli
fəaliyyətin təşkili, qabaqcıl texnologiyaların ölkəyə gətirilməsi, savadlı və istedadlı gənc kardların
inkişafı üçün təhsil müəssislərinin qurulması, avtomobil, əhalinin ərzaq məhsuları ilə təminatının
təşkili, yüksək texnoloji bilikləri sahəsində məlumatlılığı artırmaq, əməliyyatların rəqəmsal platforma
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
66
26-27 October 2018, Baku, Azerbaijan
daxilində sistem halında birləşdirirək onu şəffaf və təhlükəsizlik baxımından vahid bir sistem halına
gətirməklə inkişafına nail olmaq və yaradılmış sistemdən istifadə etməklə müəssisələrin işləmə prinsi-
pini onlayn formada izləmək, yol verilmiş neqativ halların həmin sistem vasitəsilə saxta informasiya-
ları üzə çıxartmaq, əmsalinin böyük əksəriyyətinin gənclərdən ibarət olması və yaradılmış infrastruk-
tur sahələrinə onların peşəkar yetişməsinə və müəyyən illərdən həmin sənayə parklarına xarici
investoraların maraqlarını təşkil etməsində böyük əhəmiyyət təşkil etmələrinə şərait yaratmaq, zəngin
iqtisadiyyata malik olan ölkələrin ucuz xammal ehityyatlarına sahib olması üstünlüklərinin prinsipləri,
ölkənin resurlasına uyğun olaraq məhsul istehsalına, maya dəyəri aşağı olan məhsulların və firmaların
müvafiq zonalarda yerləşdirilməsi, emalı, və həmin istehsal olunan məhsulların dünya bazarına satışı,
sənayə parklarının yaradılması qeyri-neft sektorunun ən başlıca amillərdən biri hesab etmək olar.
Dövlətimiz tərəfindən bu sahələrin həlli yolları kimi “Azərbaycan 2020 gələcəyə baxış” konsep-
siyası ölkədə elmtutumlu məhsulların inkişafına yönələcəkdir. Sadaladığımız mühüm amillərdən
sonra, qeyri-neft məhsullarının ölkənin yerli sahibkarlarının birgə iştirakı ilə ixracın stimullaşdırılması,
ixtisaslı kardlarımızın ilk növbədə qonşu ölkələr ilə yüksək şəkildə ticarət əlaqlərinin yaradılmasına
şərait yatarmaq, xarici dövlətin məhsulları idxal edəcək şəxslərlə imzalanmış memorandum, mallar
barədə sahiblik hüquqlarının, məhsulların ixracı zaman gömrük və sərhəd rəsmilləşdirilməsi zaman
əldə olunmuş səmərli razılıq qeyri-neft sahələrinin inkişafının təməli kimi qiymətləndirilir. Ölkənin
ərazi potensialından istifadə olunaraq xarici şirkətlərin investisiya qoyluşlarının təşviqi ilə
Azərbaycanda sənaye parkları və logistika mərkəzlərinin yaradılması, regionların bu istiqamətdə
inkişafının yüksək səviyyədə təmin olunması, gəlirli ticarət mərkəzinə çevirmək, yerli və beynəlxalq
tərəfdaşların təcrübələrinin faydasından yararlanaraq, qlobal dəyər zəncirinin də bir hissəsi olmaqla,
dünyada keçirilən satış sərgilərində aktiv fəaliyyət nəticəsində ölkənin yerli sahibkarlar və xarici
tərəflər arasında körpü rolunu oynamaq, logistika qovşağları kimi tanınan hub şəbəkələrinin ölkəmizin
beynəlxalq hava limanlarında yaradılmasının təminatçısı kimi çıxış etmək, təchizat zəncirinin beynəl-
xalq təcrübəsi, təhliləri, məlumat bazasına əsasən intellektual idarəetmə xidmətini təkmilləşdirilməsi,
əsas strateji məqsəd və hədəflərdir.
2014 -2018 ci il dövlət proqramının əsas mahiyyəti etibarı regionlarımızın iqtisadi coğrafi
mövqeyindən aslı olmayaraq hansı regionda istehsala yararlı inşa edilmə imkanı vardırsa, həmin
regionda müvafiq olaraq yerli məhsulların istehsalı prosesi başlanılsın.[2]
İqtisadi zonalar ilə regionların inkişafının əhəmiyyəti, ixrac potensialının ölkənin yerli şirkətləri
tərəfindən dəstəklənməsi, sosial-iqtisadi layihlərin uğurla həyata keçirilməsi bu gün iqtisadiyyatın mü-
hüm mənəbyi kimi qeyd olunur. Azad İqtisadi zonların ən parlaq nümunəsi sayılan dünyanın aparıcı
Heinemann Duty Free (rüsumsuz mallar) şirkəti ilə yarandılmış sıx əlaqələrin nəticəsi kimi Azərbay-
can məhsulu istehsalı olan Azərçay məhsulunun satışı dünya ölkərlərində 55-dən çox beynəlxaql hava
limanlarında satışı həyata keçirirlir. İqtisadi zonalar ilə regionların inkişafının əhəmiyyəti, ixrac
potensialının ölkənin yerli şirkətləri tərəfindən dəstəklənməsi, sosial-iqtisadi layihlərin uğurla həyata
keçirilməsi bu gün iqtisadiyyatın mühüm mənəbyi kimi qeyd olunur. Azad İqtisadi zonların ən parlaq
nümunəsi sayılan dünyanın aparıcı Heinemann Duty Free (rüsumsuz mallar) şirkəti ilə yarandılmış sıx
əlaqələrin nəticəsi kimi Azərbaycan məhsulu istehsalı olan Azərçay məhsulunun satışı dünya
ölkərlərində 55-dən çox beynəlxaql hava limanlarında satışı həyata keçirirlir. İqtisadi Zonalar
çərçivəsində reallaşdırılmış layihələr üçün investisiya tələbi
Mənbə: Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi səh.3 [3]
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
67
26-27 October 2018, Baku, Azerbaijan
Göstərilmiş cədvəldə izah olunudğu kimi, ilk prioritetlərdən sayılan işsizliyin azaıdlıması, bu
sahədə 150-dən çox iş yerinin açılması, 2020-ci il üçün ölkənin ÜDM-nun 15 milyon manat həcmində
artırılması, xüsusilə bakının dəniz limanı ətrafındakı unikal mövqeyi və sinerji qüvvələrin birləşməsi
kimi mühüm limanlar arası əlaqələrin qurulmasında koridor rolunu oynayır. Ölkənin ümumi daxili
məhsulunun inkişafının logistika və ticarət sahəsindəki həcminin artırılması, tranzit yüklərinin
daşınması istiqamətində qovşaqların tikilməsi azad iqtisadi zonaların əsas modeli olmuşdur. Misal
üçün 2017-ci ilin ilk üç ayı ərzində dünyanın 35 ölkəsindən 123 yeni şirkət qeydiyyatdan keçib, Jpelin,
DP World və Cəbəl Əli zonası Yeni şirkətlərin yarıdan çoxu (53 faizi) Yaxın Şərq regionundan, 24
faizi Asiya-Sakit okeanından, 18 faizi Avropadan, 3 faizi Afrikadan, 3 faizi Şimali Amerikadan idi.
Qeydiyyatda olan 123 şirkətdən 22 faizi ümumi ticarət və pərakəndə satış sektorunda, 12% -i polad və
tikinti materialları, 11% -i isə avtomobil və nəqliyyat, avadanlıq, maşın və xidmət sektorunda olub.
Yol və Nəqliyyat İdarəsi ilə əməkdaşlıq edən Jazfa, Jafza Şimal və Jafza Cənub-un Dubay Logistik
Dəhlizində trafikin asanlaşdırılması, bununla yanaşı, Çin, Cəbəl Əlinin ən böyük ticarət tərəfdaşı
olaraq mövqeyini, 2010-ci illərin sonu Dubaydakı çoxsaylı Çin şirkətləri ilə mal və məhsulların təkrar
ixracına imkan yaradan 12 milyard dollarlıq ticarətlə təmin etmişdir. Səudiyyə Ərəbistanı cəmi 8
milyard dollarla Cafza ticarət partnyorudur və Vyetnam elektronika və elektrik cihazlarının idxalı ilə
5.2 milyard dollar, üçüncü yerdə isə 4.1 milyard ABŞ dolları həcmində ticarət həcminə malikdir.
Logistika və Ticərətin GZİT təhlili.
Mənbə: Logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi səh.11 [3]
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
68
26-27 October 2018, Baku, Azerbaijan
AİZ-ın yaradıldığı ölkələrdə bölgə kommunikasiya sistemləri, fiber optik, təhlükəsizlik və
avtomagistrallara, dəmir yolu, dənizə və hava daşımalarına asanlıqla daxil olan qeyri-paralel infrast-
ruktura malikdir. Xüsusi İqtisadi Zonalar (SEZs): SEZs FTZ-ların rahat vergi və idarəetmə xüsusiyyət-
lərini investisiyaların tənzimləmələrinə, əmək qanunvericiliyinə, idarəetmə prinsiplərinə və əmək
haqqı siyasətinə xüsusi sahələrdə genişləndirir.
ƏDƏBIYYAT:
1.
Hüseynova X.M. Regional inkişaf: məqsədləri, meyilləri və idarəetmə metodları 2008
2.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı";
3.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” Azərbaycan qəzeti
16 mart 2016
4.
http://www.taxes.gov.az
AZƏRBAYCAN SƏNAYESİNDƏ İDXALI ƏVƏZLƏMƏ
MODELİNİN TƏTBİQ İMKANLARI
i.ü.f.d. Ərzuman Aydın oğlu Hüseynov
AzDİU (UNEC)
Arzuman-huseynov@rambler.ru
XÜLASƏ
Məqalə müasir şəraitdə Azərbaycan sənayesində idxalı əvəzləmə modelinin tətbiq imkanlarının elmi
cəhətdən araşdırılmasına həsr olunmuşdur. Məqalədə sənaye siyasəti və onun müxtəlif modelləri və modellərin
xüsusilə də, idxalı əvəzləmə modelinin üstünlükləri və çatışmazlıqları şərh edilmişdir. Eyni zamanda məqalədə
Azərbaycan sənayesində idxalı əvəzləmə modelinin tətbiq imkanları araşdırılmış və busahədə olan imkanlar və
problemlər öyrənilmişdir.
Açar sözlər: Sənaye, sənaye siyasəti, idxal, ixrac, idxalı əvəzləmə modeli
IMPLEMENTATION POSSIBILITIES OF IMPORT SUBSTITUTION
MODEL IN AZERBAIJAN’S INDUSTTRY
SUMMARY
The article is devoted to scientific research of the possibilities of import substitution model in Azerbaijan
in modern conditions. The article outlines the advantages and disadvantages of industrial policy and its various
models and models, especially the import substitution model. At the same time, the article examined the possibi-
lities of applying the import substitution model in the Azerbaijani industry and examined the opportunities and
problems in the workplace.
Keywords: Industry, industrial policy, import, export, import-substitution model
Giriş
Sənayecə inkişaf etmiş ölkələrin təcrübəsi sübut etmişdir ki, ölkədə sənayenin inkişafı və onun
rəqabətqabliyyətliyi digər şərtlərlə yanaşı dövlət tərəfindən həyata keçirilən sənaye siyasətindən
bilavasitə aslıdır. Ayrı-ayrı ölkələrin təcrübələri və onların müxtəlif dövrlərdə həyata keçirdikləri
fərqli siyasətlərin tətdiqiq əsasında sənaye siyasətinin 2 modelini fərqləndirmək olar:
1.
İxracyönlü sənaye syiasəti modeli
2.
İdxalı əvəzləmə modeli
İxracyönlü sənaye syiasəti modelində ixrac üçün nəzərdə tutulan məhsullar istehsalınını
hərtərəfli həvəsləndirilməsi tədbirləri üstünlük təşkil edir. İxracyönlü rəqabətqabiliyyətli sahələrin
inkişafı və dəstəklənməsi sənaye siyasətində başlıca istiqamət olur. Bu modelin üstünlüyü ondadır
ki, güclü rəqabətqabiliyyətli sahələrin inkişafı yolu ilə, bir tərəfdən, ölkə dünya təsərrüfatına inteqrasi-
ya olunur, dünya bazarlarına və texnologiyalara çıxış əldə edir, digər tərəfdən isə, multiplikativ effekt
hesabına digər sahələrin inkişafı üçün şərait yaranır. İxracyönlü sənaye siyasəti modelini uğurla həyata
keçirən ölkələr sıpasına Yaponiyanı, Cənubi Koreyanı, Çilini, Malayziyanı, Sinqapuru, Tailandı və s.
aid etmək olar. Venesuela və Meksika isə bu modeli tətbiq etsələr də uğur qazana bilmədilər.
İdxalı əvəzləmə modeli milli istehsalın inkişafı əsasında daxili bazarın tələblərinin təmin
edilməsi strategiyasını əks etdirir. Bu model proteksionist (himayəçilik) siyasətinin yeridilməsini və
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
69
26-27 October 2018, Baku, Azerbaijan
milli valyutanın kursunun sabit saxlanmasını nəzərdə tutur. Bu model tədiyə balansının strukturunu
yaxşılaşdırmağa, daxili tələbin ödənilməsini və məşğulluğu təmin etməyə imkan verir. Çin və Şimali
Koreya ötən əsrin 80-cı illərində bu modelə üstünlük vermişdir.
Ümumilikdə az gəlir, zəif texnologiya və kiçik bazar sərhəddi daxilində fəaliyyər göstərən,
inkişaf etməkdə olan iqtisadiyyatlar, sosial-iqtisadi strukturlarını dəyiştirərək sənayeləşməni əsas
məqsəd kimi qəbul edirlər. Sürətli iqtisadi inkişafı hədəfə alan bu ölkələrin məqsədlərini reallaşdırmaq
üçün tətbiq etdikləri strategiyalardan biridə idxalın əvəzlənməsinə əsaslanan sənayeləşdirmədir.
İdxalı əvəzləmə bir çox ölkələrdə, iqtisadi strukturu modernləşdirmənin və inkişaf etmiş
ölkələrdəkinə bənzər bir sənaye strukturu formalaşdırmanın səmərli bir vasitəsi olaraq qəbul
edilmişdir. Beynəlxalq bazarlarda rəqabət apara biləcək səviyyəyə gəlincəyə qədər ölkədaxili
istehsalın xarici ticarət siyasətləri və müxtəlif pul və maliyyə vasitələrilə qorunmasını məqsədləyən bu
model eyni zamanda daxilə yönəlik bir sənayeləşmə siyasəti olaraq qəbul edilir. Daha öncə ölkə
xaricindən idxal edilən bir malın ölkə daxilində istehsalını nəzərdə tutan sənayeləşmə strategiyası
olaraq tanınan idxal əvəzlənməsində qurulan sənayelər xarici ticarət və valyuta məzənnəsi siyasətləri
ilə xarici bazarın rəqabətindən qorunmağa çalışılır (4). Bu məqsədlə görülən tədbirlərin başlıcaları
idxalata qoyulan gömrük vergiləri, idxalatı məhdudlaşdırıcı kvotalar və bəzi mallara qoyulan idxal
qadağalarıdır. Idxalı əvəzləmə strategiyası iki mərhələdə gerçəkləşir. Birinci mərhələdə istehlak
mallarının, ikinci mərhələdə isə aralıq və investisiya mallarının ölkədaxili istehsalına keçilir.
Tətbiq eilən məhdudiyyətlər ilə əsasən emal sənayesində yeni investisiya sahələrinin yaratdığı
resursların yeni sənaye sahələrinə axın edərək müəyyən zaman ərzində iqtisadiyyatda struktur
dəyişikliyi baş verir. Müxtəlif siyasətlər ilə qurulan yeni sənayelərin qısa müddətdə kapital yığımına
gedə bilcəyinə və bu vəsaitlərin təkrar investisiyaya çevirəcəyinə, beləliklə də investisiya həcminin
artacağı gözlənilir. İdxal əvəzlənməsi iqtisadi inkişaf və struktur dəyişikliyinin bir nəticəsi olaraq öz-
özündən ortaya çıxa biləcəyi kimi, böyüməyi və iqtisadi struktur dəyişikliyini sürətləndirmək məqsədi
ilə tətbiq edilən iqtisadi siyasətin bir vasitəsi və nəticəsi də ola bilər. Birinci halda, öz-özündən əmələ
gələn idxal əvəzlənməsi, ikinci halda isə planlı idxal əvəzlənməsidir (8).
Aparılmış araşdırmalardan və bəzi ölkələrin təcrübələrindən məlum olur ki, idxalın əvəzlənməsi
prosesinin iqisadi məqsədəuyğunluğu əsas etibarilə aşağıdakılardan ibarətdir:
dövlətin sərhədləri çərçivəsində əlavə dəyər qorunub saxlanılır.
yerli istehsalın artımı sadəcə olaraq mövcud iş yerlərini qoruyub saxlamağa imkan verməklə
yanaşı həm də yenilərinin açılmasına, eləcə də kadrların hazırlanmasını təkmilləşdirməyə imkan
yaradır.
idxalın əvəzlənməsinin son dərəcə mühüm istiqamətlərindən ən başlıcası qismində artıq
mövcud olan və fəaliyyət göstərən müəssisələrin bazasında idxalı əvəzləyəcək məhsulun istehsal
sahələrinin yerləşdirilməsi çıxış etməyə başlayır.
idxalın əvəzlənməsinin fəal surətdə həyata keçirilməsi yeni rəqabətqabiliyyətli istehsal
sahələrinin yaradılmasına əsaslandığı təqdirdə iqtisadiyyatda struktur yenidən qurma proseslərinin baş
verməsi ilə yanaşı həmçinin yeni istehsal sferaları və sahələri formalaşdırmağa, öz istehsalı olan
avadanlıqlara, xammala, materiallara əlavə tələbatın yaranmasına, elmi tədqiqatların reallaşdırılması
prosesini daha da inkişaf etdirməyə, elmi-tədqiqat və sınaq-konstruktur işlərinin dünya səviyyəsinə
keçid almağa şərait yaradır.
idxalı əvəzləyən məhsullar adətən xaricdən gətirilmiş oxşar məhsulla müqayisədə daha ucuz
başa gəlir. Bu, gömrük rüsumlarının olmaması, daha aşağı məsrəflər və daha mülayim vergi yükü
sayəsində belədir. İdxalı əvəzləyən istehsal növlərinin inkişaf etdirilməsində daxili stimulların
fəallaşdırılması açar rola malikdir.
idxalın əvəzlənməsi baş verə biləcək fors-major səbəblər üzündən texnoloji zəncirin qırılması-
nın qarşısını almaq məqsədilə ölkə daxilində istehsal edilməli olan strateji məhsulun təchizatının
fasiləsizliyini hərtərəfli cəhətdən təmin edir.
İdxalı əvəzləmə modelini tətbiq edən ölkələrin təcrübəsindən məlum olur ki, bu modelin
tətbiqinin əsas məqsədləri qeyd olunanlardan ibarətdir:
- idxalı məhdudlaşdırmaq;
- yerli sənayenini idxal məhsullarını istehsalına həvəsləndirmək;
- Ölkənin tədiyyə balansındakı çətinlikləri aradan qaldırmaq;
- İqtisadi inkişafa nail olmaq;
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
70
26-27 October 2018, Baku, Azerbaijan
- Ölkənin ixrac imkanlarının artırılması (Cənubi Koreya "ixracyönümlü idxalı əvəzləmə").
Elmi cəhətdən aparılmış araşdırmalardan məlum olur ki, idxalı əvəzləmə modelinin məqsəd və
üstünlüklərinə baxmayaraq bəzi çatışmazlıqlarıda vardır. Bu çatışmazlıqları əsasən aşağıdaki kimi
qruplaşdmaq olar:
- İqtisadi inkişafın başlanğıc dövrlərində və idxalı əvəzlənmənin tətbiqinin birinci mərhələsində
ölkələr müəyyən bir zaman yüksək sayıla biləcək inkişaf sürətinə nail olmuşdurlar. Ancaq
sənayeləşmənin inkişaf etməsi ilə bu sürət gedərək azalmağa başlamışdır. Xüsusilə istehlak malları
istehsalında görülən əvəzləmədən sonara aralıq və investisiya mallarında başlayan idxal
əvəzlənməsində bu malların istehsalını istehlak mallarındakı sürətlə artırmaq çətin olur. Istehlak
malları üçün çox zaman ölkə daxili tələb olub, bu malların istehsalında istifadə olunan texnologiya da
nisbətən daha sadə və ucuzdur. Bu isə sənayeləşmə inkişaf etdikcə aralıq və investisiya malları
istehsalına doğru yönəldikcə eyni üstünlükləri əldə etmək çətinləşir. Çünki aralıq və investisiya
malları sənayeləri üçün istifadə ediləcək texnologiyalar həm daha kompleks, həm də daha çox kapitala
etiyac olur. Beləliklə, idxal əvəzlənməsinin tətbiqi imkanları getdikcə azalır (6).
- İdxalı əvəzləmə modeli gözləntilərin əksinə milli iqtisadiyyatın xaricə bağıllığının artmasına
səbəb olur. Bu model idxalı azaltmaqdan çox idxalın strukturunu dəyiştirici səbəblər əmələ gətirir.
Ümumi idxalda aralıq və investisiya malları idxalının xüsusi çəkisi nəqədər yüksək olarsa idxalçı
ölkənin idxalını azaltması da o nisbətdə çətin olacaqdır. Bu durum isə xaricə olan bağıllığı artıra
biləcək səbəblər ortaya çıxarda bilər (7).
- İdxalı əvəzləməsi modelinin tətbiqi nəticədə dövlətin vergi gəlirlərinin azalmasına səbəb olur.
Dövlət bir tərəfdən daha öncə idxal edilən bir malın ölkə daxilində istehsalına başlaması ilə gömrük
vergisi gəlirlərini, digər tərəfdən də qurulan sənaye istehsalının ilk dövrlərində təşviq üçün bəzi
vergiləri almayaraq ölkədaxili vergi gəlirlərinin bir hissəsini itirəcəkdir (5).
- İdxalın əvəzləməsi ilə nail olmaq istənilən məqsədlərdən biri ödənişlərdəki tarazlıq
çətinliklərini aradan qaldırmaq və valyuta böhranını dəf etməkdir. Bu isə idxalın əvəzlənməsi ilə
qurulan sənayelərin giriş ehtiyacı ilə aralıq və investisiya mallarında müşahidə edilən tələb artımı
gözlənilən idxalın azalmasını əngəlləyir. İstehlak malları idxalı azalarkən, xammal və aralıq malı,
maşın və ehtiyat hissələri idxalı arta bilər (9). Bu vəziyyət isə xarici ödəmə çətinliklərinin yenidən
ortaya çıxmasına yol aça bilər. İstehsal üçün zəruri materiallar idxal edilmədiyi təqdirdə istər istehsal
və istərsə ona bağlı olaraq böyümə, milli gəlir və məşğulluq azalacaqdır.
- Daxili bazarın kiçik olması bu bazara yönəlik sənayelərin ixraca yönəlmələri vəziyyətində
xərcləri azaldıcı, məhsuldarlığı artırıcı, investisiyaların həyata keçirilməsi və optimal böyüklükdə
firmaların yaradılması çətinləşir. Bu səbəblə xərclər yüksək səviyyədə qalır.
- İdxalı əvəzləmə modeli daxilə yönəlik sənayeləşmə strategiyası olaraq qəbul edildiyindən
ixracatın kifayyət qədər inkişaf etməyəcəyi fikiri irəli sürülmüşdür. Xarici ticarətdə idxalın
azaldılması, ifrat qoruma və həddindən artıq qiymətləndirilmiş məzənnələrin uzun müddət davam
etdirilməsi bu sənayelərin xaricə çıxışlarını çətinləşdirir. Bu vəziyyət iqtisadiyyatda səmərəliliyin və
məhsuldarlığın azalmasına, xərclərin və qiymətlərin yüksək qalmasına, xarici bazarlarda rəqabətin
həyata kerilməməsinə və buna bağlı olaraq da ixracata yönəlmənin əngəllənməsinə yol açır (9).
Respublikamızda xarici ticarət dövriyyəsinin dinamikasına diqqət yetirəndə görünən mənzərə-
dən məlum olur ki, 2017-ci ildə xarici ticarətimizin 61,1 faizini ixrac və 38,9 faizini isə idxal təşkil
etmişdir. Məlum olduğu kimi, son dövrlərdə ölkə ixracının səviyyəsi əvvəlki dövrlərlə müqayisədə
kifayyət qədər artmışdır. Bu artım əsasən ölkədə uğurla reallaşdırılan neft strategiyasının nəticəsində
baş vermişdir. İxracatın zəif diversifikasiyası özünü onda göstərir ki, ixrac həcminin əsas hissəsi
(təxminən 90%-i) bir sektorda (neft-qaz) təmərküzləşib. Digər tərəfdən, qeyri-neft ixracatında 1150
çeşiddən artıq məhsul iştirak etsə də, 2017-ci ildə bu sektordan ixracın 71%-dən bir qədər çoxu (1.094
mlrd. dollar) cəmi 25 adda qeyri-neft məhsulunun hesabına formalaşıb. Qeyri-neft ixracatında ən
yüksək paya malik 10 məhsul (təzə pomidor, qızıl, fındıq, xurma, ilkin formalı polietilen, elektrik
enerjisi, metanol spirti, şəkər, qatran yağı, alüminium plitələr) sektor üzrə ixracatın 51%-ni təmin edib
(781.7 mln. dollar) (10).
Məhz bunun nəticəsidir ki, respublikamızda əsas növ sənaye məhsulları ilə təminatda idxaldan
asıllıq səviyyyəsi hələdə yüksək olaraq qalır.
|