THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
104
26-27 October 2018, Baku, Azerbaijan
Üzv dövlətlərdən hər hansı biri intellektual mülkiyyət bazarında bu Sazişdə nəzərdə tutulandan
daha artıq hüquqi mühafizəni Sazişin prinsiplərinə zidd olmayaraq təşkil edə bilər və həmin dövlətlər
mövcud sahədə tənzimləmə hansı tənzimləmə metoduna üstünlük verməklərində sərbəstdirlər. Sazişi
imzalayan ölkələrdən hər hansı biri başqalarına lazımi rejimi verir və bu zaman intellektual mülkiyyət
bölməsi üzrə ticarət hüquqlarını tənzimləyən Şuraya xəbər verməlidir, eləcə də istisna hallardan başqa
rejim verən ölkənin öz vətəndaşlarının yaradıcılıq məhsulları üzrə hüquqi mühafizəsi digər üzv
ölkələrin vətəndaşlarının hüquqi mühafizəsiylə eyni olmalıdır. Eyni zamanda, dövlətlərdən hansısa
başqa dövlətin vətəndaşına münasibətdə tətbiq etdiyi müəyyən güzəştlər və imtiyazlar, həmçinin
toxunulmazlıq hüququ bəzi istisnalardan əlavə digər üzv dövlətlərin vətəndaşlarına şamil olunur.
Sazişi imzalamış ölkələr öz maraqları naminə bu Sazişin qaydalarına zidd olmayan şəkildə müəyyən
işlər görə bilər və intellektual məhsulların ticarəti zamanı olan mənfi halların yox edilməsi məqsədilə
zəruri işləri həyata keçirə bilərlər.
Müəlliflik hüququna aid olan obyektlər və komputer proqramları “Bern Konvensiyası”nın
müddəalarına müvafiq şəkildə qorunur və bu zamana intellektual mülkiyyət sahblərinin müstəsna
hüquqlarına xüsusi önəm verilir. Üzv ölkələrin hər biri öz vətəndaşlarına məxsus olan kinematoqrafiya
əsərlərinin, həmçinin kompüter proqramlarının sahiblərinə, habelə həmin müəlliflərin hüquqi
varislərinə bu intellektual məhsulların icazəsiz istifadəsinə qadağa qoymaq və ya kommersiya
kirayəsinə verməsi barədə azad seçim hüququ verir. Qeyd edək ki, fonoqramlar, tətbiqi sənət
nümunələrin, eləcə də bədii(ədəbi) əsərlər üzrə olan qorunma müddəti 50 il, əmtəə nişanları üzrə isə 7
il təşkil edir.
“TRİPS Sazişi” haqqında onu demək olar ki, o müasir dövrdə intellektual mülkiyyət bölməsi
üzrə qlobal bazarın tənzimlənməsində xüsusi önəm kəsb edir və gözlənilən nəticələrə ticarət
prosedurları zamanı problemin qalmaması, intellektual məhsulların, habelə xidmətlərin beynəlxalq
ticarət zamanı hüquqi mühafizəsinin tam təmini, piratçılığın yox edilməsi və s. aiddir.
“ÜƏMT-in ifalara və fonoqramlara dair Müqaviləsi” adından da göründüyü kimi əsasən musiqi
əsərlərinə aid mülkiyyət hüquqlarının ümumdünya səviyyəsində qorunması məqsədilə 1996-cı ilə
imzalanmışdır. Razılığa gələn ölkələr başqa ölkələrdə də müvafiq sahə üzrə intellektual məhsulların
hüquqi müdafiəsini təmin etməlidir. Müqavilənin əsas prinsipi ondan ibarətdir ki, intellektual
mülkiyyət bölməsi üzrə qəbul olunmuş digər beynəlxalq sənədlərin prinsiplərinə toxunmur və onların
qaydalarına zidd nəsə reallaşdırılmır.
İfaçılar öz intellektual məhsullarının istifadəsi ilə əlaqədar icazə vermək kimi müstəsna
hüquqlara sahibdirlər. Bundan savayı ifaçılar onların şifahi ifa etdikləri, sadəcə olaraq yazılmayan
intellektual məhsullarının ifaçısı və sahibi olaraq başqalarına tanıdılmasını tələb edə bilmək, eləcə də
digərləri tərəfindən bu ifanın təhrif edilərək yayılmasına qarşı çıxmaq hüquqları mövcuddur. Onu da
qeyd edək ki, musiqi əsərlərinin qorunma müddəti 50 il kimi müəyyənləşdirilmişdir və ifaçının
vəfatından sonra bu müddət bitənədək hüquqi mühafizə qüvvədə olur. Bununla belə, başqalarının bu
intellektual məhsulu öz adına çıxarmasına yol verilmir. İfaçılar öz intellektual məhsullarını kirayə
vermək, surətinin çıxarılması və yayılması haqqında sərbəst qərar vermək üzrə də müstəsna hüquqlara
malikdirlər. Fonoqram istehsalçılarının da hüququ ifaçıların hüququ ilə xeyli dərəcədə oxşardir və
əksər prinsipləri demək olar ki, eynidir.
Bu qanunun qarışıq məqamı ondan ibarətdir ki, ifaçı öz intellektual məhsulunun yazılmasına,
habelə onun surətinin çıxarılmasına razılıq verərsə, onda onun müstəsna hüquqlarına mütləq şəkildə
fonoqram istehsalçıları malik olur. Bu məsələ ilə əlaqədar Braziliya, Banqladeş, Hindistan, ABŞ və bir
sıra başqa dövlətlər bu müqavilədən çıxmaq istəyirdilər. Daha sonra 2000-ci illərin əvvəllərində
ÜƏMT-in Konfrasında bu problemlərlə bağlı müzakirələr getdi və “Audiovizual ifalar üzrə” müqavilə
qəbul olunması qarşıya məqsəd qoyulmasına baxmayaraq, bir nəticə əldə olunmadı. Ona görə də
hazırkı dövrdə bu problem müvafiq sahədə intellektual mülkiyyət bazarının tərəqqisinə mane olur və
problemin həll olunmasına böyük dərəcədə ehtiyac duyulur.
“ÜƏMT-in ifalara və fonoqramlara dair Müqaviləsi”nin bünövrəsini 1961-ci ildə qəbul olunan
“Roma Konvensiyası” təşkil edir. Bu Konvensiyada ifaçılar və fonoqram istehsalçıları ilə yanaşı,
yayım şirkətlərinin də hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Razılığa gələn dövlətlərin hər birində
intellektual mülkiyyət sahiblərinin hüquqi müdafiəsi istiqamətində ümumi rejim təyin olunur. Roma
Konvensiyasının prinsipləri ÜƏMT-in ifalara və fonoqramlara dair Müqaviləsinin prinsip və
qaydalarıyla demək olar ki, eynidir.Əlavə olaraq bu Konvensiyada mütəlif yayım təşkilatlarının
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
105
26-27 October 2018, Baku, Azerbaijan
özlərinə məxsus verilişlərin istifadəsi, surətinin çıxarlması, kirayə verilməsi və s. ilə əlaqədar
müstəsna hüquqları vardır.
Sonda onu deyək ki, adlarının çəkdiyimiz Beynəlxalq Müqavilələr, həmçinin Konvensiyalar
intellektual mülkiyyət bölməsi üzrə qlobal bazarın əsas tənzimləyici sənədləridir. Bunlarla yanaşı 25-
dək ayrı-ayrı beynəlxalq əhəmiyyətli qanunverici sənədlərin imzalanmasına rəğmən, qlobal bazarın
tərəqqisi naminə görüləcək tədbirlər hələ çoxdur.
ƏDƏBIYYAT
1.
Dünya Bankı(www.worldbank.org).
2.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatı(www.wipo.int/ipstats/en).
3.
«Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyası. 20 mart 1883
AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATINDAKI İNVESTİSİYA
PROSESLƏRİNİN MÜASİR VƏZİYYƏTİ
Məmmədzadə Xəyal Nizam oğlu
Bakı Mühəndislik Universteti
xeyalmemmedzade84@gmail.com
XÜLASƏ
Məqalədə Azərbaycanın kənd təsərrüfatı sektorunda müasir dövrdə baş verən investisiya prosesləri təhlil
edilmişdir.Ölkəmizdə son illərdə baş verən kənd təsərrüffatı prosesləri araşdırılmışdır.Azərbaycanın kənd təsər-
rüfatına uyğun coğrafi şəraiti burada kənd təsərrüfatının inkişafına və bu sahəyə investisiya qoyuluşlarının artırıl-
masına böyük zəmin yaratmışdır.Kənd təsərrüfatı üçün edilən dövlət dəstəkləri təhlil edilmişdir.
Açar sözlər:kənd təsərrüfatı,investisya,dövlət dəstəkləri,subsidiya,güzəştlər.
CURRENT CONDITION OF INVESTMENT PROCESSES IN AZERBAIJAN’S AGRICULTURE
ABSTRACT
The article analyzes the investment processes in the agricultural sector of Azerbaijan in modern times.
Recent developments in the country have been investigated. The geographical location of Azerbaijan's agricultu-
re has created a great basis for the development of agriculture and investment in this area. Government support
for agriculture has been analyzed. Key words: agriculture, investment, state support, subsidies, concessions
Keywords: agriculture, investment, government subsidies, subsidy, concessions
Giriş
Ölkənin ərzaq təhlükəsizliyi probleminin həll edilməsində aqrar sektor geniş rol oynayır.
Bununla birlikdə ölkənin idxal prosesindən asılı olmamağı üçün digər təsərrüfat sahələrində olduğu
kimi kənd təsərrüfatı sahəsinə də diqqət yetirilməlidir.Kənd təsərrüfatı sektoruna investisya
qoyuluşlarını artıraraq bu sahədən yüksək gəlir əldə etmək mümkündür. Lakin kənd təsərrüfatı
strukturunu düzgün qurmadıqda ortaya bir çox çətinliklər çıxa bilir.Bu problemin başlıca səbəbləri
coğrafi iqlim şəraiti ola bilir.Bunun üçün texnalogiyadan istifadə,suvarma sistemləri,texniki təchizat
və digər qurğulardan istifadə etmək olduqca zəruriyyət yaradır.Burada önə çıxan bir digər faktor isə
dövlət dəstəyidir.Dövlət dəstəyi həm xırda sahibkarlar,həmdə kənd təsərrüfatı ilə məşğul olan digər
fərdlər üçün böyük əhəmiyyət kəsb edir.
Azərbaycanda kənd təsərrüfatıda investisiya
Kənd təsərrüfatı sektorunda investisiya qoyuluşları bu sahənin inkişafı üçün olduqca vacibdir.
Azərbaycan Respublikası kənd təsərrüfatı sektoruna investisiya qoyuluşları üçün prespektivlidir.
Ölkənin təbii iqlim şəraiti və əkinə yararlı torpaqların mövcudluğu bu sahənin inkişafı üçün olduqca
əlverişlidir. Kənd təsərrüfatında investisya qoyuluşlarının ölkə üçün zəruri olmasının səbəbi digər is-
tehsal sferalarından geridə qalmamaq və ərzaq təhlükəsizliyinin qarşısısnı almaqdır.Kənd təsərrüfatı sek-
torunun səmrəliliyinin artırılması baxımından investisyalar özünü başlıca olaraq iki tərəfdən göstərir.
Kapital investisyalarının həyata keçirilməsi əsasında kənd təsərrüfatı maddi-texniki resurslarla
təmin edilməsi.İnvestisya şəraiti üçün zəruri ehtiyatlar olduqda və gərəkli dəstəklər göstərildikdə işlər
olduqca asanlaşır.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
106
26-27 October 2018, Baku, Azerbaijan
Kənd təsərrüfatı sektorunun investisya mühitinin formalaşdırılması üçün hazır vəziyyətə
gətirilməsi və əksər aqrar sənaye müəsisələrinin maliyyə vəziyyətinin yaxşılaşdırılması.Azərbaycanda
xarici investisiyalar üçün heç bir məhdudiyyətlər təbiq edilmir.Bundan başqa Azərbaycanda xarici
investisyaların təşviqi və qorunması üzrə bütün əsas çoxtərəfli alətlər mövcuddur.
Aqrar sektora investisiyaların cəlbedilməsi
İnvestisya fəaliyyətinin aktivləşdirilməsi üçün rahat investisiya mühitinin formalaşması zəruridi.
İnvestisya mühitinin yaradılması dövlət dəstəyinə imkan yaradır ki,büdcə ssudaları,subsidiyaları və kənd
təsərrüfatı məhsullarına olan xərclərin bir hissəinin,dotasiya və kompensasiya edilməsinə şərait yaradır.
Aqrar sektorda investisya fəaliyyətinin yüksəldilməsi aşağıda verilənlərin hesabına ola bilər:
- özünü doğruldan bəzi kiçik lahiyələrin tətbiq edilməsi.Bu vaxta qənaət etməklə lahiyənin
hazırlanmasına xərclərinin azaldılmasına,qeyri-obyektiv lahiyələrin seçim riskindən yan ötməyə
imkan verir;
- qısamüddətdə az xərclə yüksək gəlirin əldə edilməsi.İnvestisya fəaliyyətinin səmərəliliyinin
artırılması üçün işin surətli təşkili.
-vəsait qoyduqdan sonra təsərrüfat sahəsinə nəzrət edilməsi.Bu sahədə yaranan çətinliklərin tez
bir zamanda aradan qaldırılması
-vəsait qoyuluşunun bir neçə obyektə ayrılması təcrübəsinə son qoymaq.Investisiyanin daha
zəruri obyektin tikilməsinə istiqamətlənməsi tikintinin fasiləsiz aparılmasına və obyektin vaxtında
istifadəyə verilməsinə səbəb olur;
-elm tərəqqinin nailiyyətləridən istifadənin iqtisadi rejiminin gözlənilməsi.Belə ki, çəyirdəkli
bitkilərin yetişdirilməsi 4 ildən sonra məhsul əldə edilməsinə imkan verdiyi halda,toxumlu meyvələrin
yetişdirilməsi yalnız 8 ildən sonra mümkündür.Xərcin əldə edilməsi birincilərdə 5-6 ilə,ikincilərdə
yalnız 9-10 ilə mümkündür.Kənd təsərrüfatında investisiya cəlbediciliyi də təbii iqlim şəraiti ilə
əlaqədardır.Aqrar sferada investisiya axınını saxlayan amillərdən biri də xalq təsərrüfatının digər
sferalarında yüksək gəlirin olmasıdır.
Kənd təsərrüfatına edilən dövlət dəstəyi
Azərbaycan Respublikasında kənd təsərrüfatı sahəsinin inkişafı etdirilməsi,bu sahənin ixrac
potensialının artırılması,ərzaq çatışmamazlığı probleminin ardan qaldırılması,bu sahəyə investisiya
axının təmin edilməsi üçün bir sıra stimullaşdırıcı tədbirlər görülmüşdür. Bunlara vergi və gömrük
güzəştləri,subsidiyalar,ssdalar,dotasiyalar daxildir.Bunlar hamsı birlikdə dövlət tərəfindən iri və xırda
sahibkarlara,fermerlərə və.s kənd təsərrüfatı üçün edilən dövlət dəstəyidir.
Diferensial subsidiya mexanizminin tam formalaşdırılması, xarici ölkələrdən cins heyvanların
idxal edilərək damazlıq kənd təsərrüfatı müəssisələrinə verilməsinin dəstəklənməsi, kənd təsərrüfatı
məhsulları istehsalçılarının yüksək məhsuldarlığa malik toxum, ting və damazlıq heyvanlarla,
həmçinin müasir texnika və avadanlıqlarla, aqrokimyəvi vasitələrlə təminatının gücləndirilməsi
məqsədi ilə dövlət dəstəyi mexanizmi önəmli rol oynayır.Dövlət tərəfindən verilən dəstəklərin özünü
doğrultması bir çox faktordan aslıdır.Bunlara ölkədə il ərzində təbii iqlimin necə keçməsi,ölkə
valyutasının dəyəri,istehsala çəkilən xərcləe və s. daxildir.Yerli kənd təsərrüfatı istehsalçılarının
mənafeyini qorumaq üçün xaricdən idxal olunan məhsullara bu il vergilər tətbiq olundu.
Cədvəl.1. agrocredit.gov.az
№
Subsidiya və ya güzəştin tipi
Verilən subsidiya və ya tətbiq olunan
güzəştin həcmi və ya məbləği
1
Yanacaq və motor yağları ilə bağlı xərclər
50 AZN/ha
2
Buğda və çəltiyin becərilməsi
40 AZN/ha
3
Mineral gübrələrin alışı ( "Aqrolizinq" ASC )
Ümumi məbləğin 70%-i həcmində
4
Kənd təsərrüfatı texnikası və suvarma avadanlıqlarının
lizinq yolu ilə alışı ( ilkin
dəyərinin 20 faizi ödənildiyi halda) ("Aqrolizinq" ASC)
Ümumi məbləğin 40%-i həcmində
5
Sığorta (buğda, arpa, qarğıdalı, günəbaxan,
kartof, şəkər çuğunduru, tərəvəzlər, meyvə
üzüm və sitrus bitkiləri üçün)
Ümumi məbləğin 50%-i həcmində
6
Epizootik xəstəliklərə qarşı vaksinasiya
Ümumi məbləğin 100%-i həcmində
7
Bitki zərərvericilərinə qarşı mübarizə tədbirləri
Ümumi məbləğin 100%-i həcmində
8
Süni mayalandırma yolu ilə alınmış buzovlar
100 AZN/buzov
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
107
26-27 October 2018, Baku, Azerbaijan
9
Damazlıq iribuynuzlu heyvanların lizinq
yolu ilə alışı ("Aqrolizinq" ASC)
Ümumi məbləğin 50%-i həcmində
1
0
Kənd təsərrüfatı məhsullarının idxalı
ƏDV və gömrük tariffləri tətbiq olunmur
1
1
Vergilər
Torpaq vergisi və istifadəsiz torpaqlara dair
vergidən əlavə heç bir vergi tətbiq olunmur
1
2
Emal müəssisələrinə satılmış quru tütün
0,05 AZN/kq
1
3
Emal müəssisələrinə satılmış yaş tütün
0,05 AZN/10 kq
1
4
Emal müəssisələrinə satılmış xam pambıq
0,1 AZN/kq
1
5
Emal müəssisələrinə satılmış yaş barama
2 AZN /kq
Kənd təsərrüfatı sektorunda çalışan fermer və sahibkarlara dövlət tərəfindən verilən
subsidiya dəstəyi və tətbiq olunan vergi güzəştləri :
Verilən cədvəldə tətbiq olunan subsidiyaların tətbiqi Azərbaycanda kənd təsərrüfatı inkişafı
üçün zəmin yaratmış investisya cəlbediciliyini artırmışdır.Lakin istehsal edilən məhsullar bazara
çıxarılarkən onun satılmasında problemlər baş verir.Bu problemlər daha çox qiymət tərəfindən özünü
göstərir.İstehlakçı daha çox idxal olunan bəzi kənd təsərrüfatı məhsullarının yerli kənd təsərrüfatı
məhsullarından ucuz olduğundan görə idxal olunan məhsullara üstünlük verirlər.Belə olduğu halda
məhsulların bazarda satılması çətinləşir və istehsalçının bu sahəyə marağı azalır.Bunun qarşısının
alınması üçün bəzi dövlət tədbirlərinə ehtiyac duyulur. Kənd təsərrüfatı məhsulları bazarında
qiymətlərin əlverişsiz olduğu hallarda tədarük intervensiyalarının həyata keçirilməsi, daxili bazarın
ədalətsiz ticarət şərtlərindən qorunmasına və digər bu kimi məsələlərlə bağlı institusional sistemin
effektivliyinin daha da artırılmasına ehtiyac vardır.
Şəkil.1.cbar.az
Yuxarıda 2014-2016 illər üzrə kənd təsərrüfatı üzrə maliyyə nəticələri göstərilmişdir.
Diaqramdan 2014-cü ildə kənd təsərrüfatı məhsulları satışından əldə olunan illik gəlir 50-60
milyon arasında dəyişmişdir.Lakin 2015-cildə ixrac potensialı aşağı düşmüş və kənd təsərrüfatı
satışından əldə olunan gəlir azalmışdır.Azərbaycan Respublikası 2015-ci ildə baş verən devalvasiya
nəticəsində ixarcat nisbətən artmışdır və 2016-cı ildə kənd təsərrüfatı məhsulları satışından əldə
olunan gəlir 70 mln çatmışdır.
Göstərici
Məbləğ
2014
2015
2016
Kənd təsərrüfatının ümumi məhsulu
2.449,4
2.761,1
2.577,2
Kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar
111,8
132,5
145,8
Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları
2.337,6
2.628,6
2.431,4
Cədvəl 2.Kənd təsərrüfatının ümumi məhsulu bitkiçilik məhsulları üzrə (mln.manat 2014-2016) cbar.az
Cədvəl 2-dən görünür ki, həyata keçirilən bir sıra dövlət tədbirlərindən sonra 2015 kənd təsərrüfatı
ümumi məhsulu yüksək olmuşdur
.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
108
26-27 October 2018, Baku, Azerbaijan
Illər
2014
2015
2016
Çəkilən xərclər
Bitkiçilik
Heyvandarlıq
Bitkiçilik
Heyvandarlıq
Bitkiçilik
Heyvandarlıq
Əmək haqqı
ödənişi ayırmalarla
25,3
39,7
7,5
52,3
27,5
34,4
Material xərcləri
28,7
56,3
56,5
43,5
61,9
54,7
Əsas vəsaitlərin amortizasiyası
5,4
1,7
5,4
4,0
5,7
1,7
Sığorta ödəmələri
0,4
0,8
0,6
0,2
0,6
0,2
Cədvəl 3.
Kənd təsərrüfatı məhsulları istehsalına çəkilən xərclərin strukturu (%)(2014-2016) cbar.az
Məlumatların təhlili göstərir ki, son on ildə ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlər
və istehlak xərcləri təxminən 3,2 dəfə artaraq ortalama 240 manat ətrafında dəyişmişdir. Qeyd olunan
dövrdə ərzaq məhsullarına çəkilən xərclər 2,4 dəfə artmışdır.
Nəticə
Ölkədə aparılan aqrar islahatlar davamlı inkişafın əsas parametrlərinin müəyyən edilməsinin,
zəruri iqtisadi və sosial mühitin dəstəklənməsi tədbirlərinin səmərəliliyini yüksəldir. Kənd təsərrüfatı
sferanın davamlı inkişafının proqnozlaşdırılması məsələləri diqqət mərkəzində olmalıdır.Ölkədə kənd
təsərrütatına edilən investisiyaların artırılması məqsədi ilə güzəştli kreditlərin verilməsi,bu sahənin
inkişafı üçün stimullaşdırıcı tədbirləırin görülməsi vacibdir.Bir digər problem olan məhsulun bazarda
satışının düzgün şəkildə həyata keçirilməsi üçün,istehlakçının tələbinə uyğun məhsulların bazar çıxarıl-
ması dövlətin vergi və güzəştləri istehsalçılara münasib şəkildə tətbiq etməsi vacib prosedurlardandır.
Dövlət həmdə sadəcə vergi güzəştləri subsidiyalarla kömək etməklə deyil bu sahəyə ciddi nəzarət et-
məklə məşğul olmalıdır.
ƏDƏBIYYAT
1.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı.Azərbaycan Respublikasında kənd təsərrüfatı
məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi.- [90,106]
2.
Eldar quliyev.Aqrar İqtisadiyyat.Dərs vəsaiti.Bakı: «Kooperasiya nəşriyyatı»,2015.-[202,204]
3.
http://agrocredit.gov.az/az/pages/175
4.
https://esasodi.cbar.az:9804/obiee/ESAHS.jsp
AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATINDAKI İNVESTİSİYA
PROSESLƏRİNİN MÜASİR VƏZİYYƏTİ
Əhmədov Murad Etibar oğlu
Bakı Mühəndislik Universtetinin magistr tələbəsi
mr.axmedmurad@gmail.com
XÜLASƏ
Məqalədə Azərbaycanın banklarının müasir dövrdəki vəziyyəti təhlil edilmişdir.Ölkəmizdə son illərdə
verilən kreditlər haqqında danışılmışdır. Qanunvericiliyə uyğun olaraq kreditlərin verilmə qaydaları və bankların
hüquqlarından danışılmışdır. Nəticə olaraq da bank kreditlərinin iqtisadiyyatımıza təsirindən danışılmışdır
Açar sözlər: Banklar,kredit,emissiya,kommersiya,istehlak.
CURRENT CONDITION OF INVESTMENT PROCESSES IN AZERBAIJAN’S AGRICULTURE
ABSTRACT
In this article there was discussed about current state of Azerbaijan banks. We talked about the loans
which gaved by the Azerbaijan banks. According to the legislation there was talked about rules of issuing loans
and rights of the banks. At the result we talked about the roles of banks in the economy of Azerbaijan
Dostları ilə paylaş: |