"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə23/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   19   20   21   22   23   24   25   26   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

104  

26-27 October 2018, Baku, Azerbaijan 

Üzv dövlətlərdən hər hansı biri intellektual mülkiyyət bazarında bu Sazişdə nəzərdə tutulandan 

daha artıq hüquqi mühafizəni Sazişin prinsiplərinə zidd olmayaraq təşkil edə bilər və həmin dövlətlər 

mövcud  sahədə tənzimləmə  hansı  tənzimləmə  metoduna  üstünlük  verməklərində  sərbəstdirlər.  Sazişi 

imzalayan ölkələrdən hər hansı biri başqalarına lazımi rejimi verir və bu zaman intellektual mülkiyyət 

bölməsi üzrə ticarət hüquqlarını tənzimləyən Şuraya xəbər verməlidir, eləcə də istisna hallardan başqa 

rejim  verən  ölkənin  öz  vətəndaşlarının  yaradıcılıq  məhsulları  üzrə  hüquqi  mühafizəsi  digər  üzv 

ölkələrin  vətəndaşlarının  hüquqi  mühafizəsiylə  eyni  olmalıdır.  Eyni  zamanda,  dövlətlərdən  hansısa 

başqa  dövlətin  vətəndaşına  münasibətdə  tətbiq  etdiyi  müəyyən  güzəştlər  və  imtiyazlar,  həmçinin 

toxunulmazlıq  hüququ  bəzi  istisnalardan  əlavə  digər  üzv  dövlətlərin  vətəndaşlarına  şamil  olunur. 

Sazişi imzalamış ölkələr öz maraqları naminə bu Sazişin qaydalarına zidd olmayan şəkildə müəyyən 

işlər görə bilər və intellektual məhsulların ticarəti zamanı olan mənfi halların yox edilməsi məqsədilə 

zəruri işləri həyata keçirə bilərlər. 

Müəlliflik  hüququna  aid  olan  obyektlər  və  komputer  proqramları  “Bern  Konvensiyası”nın 

müddəalarına  müvafiq  şəkildə  qorunur  və  bu  zamana  intellektual  mülkiyyət  sahblərinin  müstəsna 

hüquqlarına xüsusi önəm verilir. Üzv ölkələrin hər biri öz vətəndaşlarına məxsus olan kinematoqrafiya 

əsərlərinin,  həmçinin  kompüter  proqramlarının  sahiblərinə,  habelə  həmin  müəlliflərin  hüquqi 

varislərinə  bu  intellektual  məhsulların  icazəsiz  istifadəsinə  qadağa  qoymaq  və  ya  kommersiya 

kirayəsinə  verməsi  barədə  azad  seçim  hüququ  verir.  Qeyd  edək  ki,  fonoqramlar,  tətbiqi  sənət 

nümunələrin, eləcə də bədii(ədəbi) əsərlər üzrə olan qorunma müddəti 50 il, əmtəə nişanları üzrə isə 7 

il təşkil edir. 

 “TRİPS  Sazişi”  haqqında  onu  demək  olar  ki,  o  müasir  dövrdə  intellektual  mülkiyyət  bölməsi 

üzrə  qlobal  bazarın  tənzimlənməsində  xüsusi  önəm  kəsb  edir  və  gözlənilən  nəticələrə  ticarət 

prosedurları  zamanı  problemin  qalmaması,  intellektual  məhsulların,  habelə  xidmətlərin  beynəlxalq 

ticarət zamanı hüquqi mühafizəsinin tam təmini, piratçılığın yox edilməsi və s. aiddir. 

“ÜƏMT-in ifalara və fonoqramlara dair Müqaviləsi” adından da göründüyü kimi əsasən musiqi 

əsərlərinə  aid  mülkiyyət  hüquqlarının  ümumdünya  səviyyəsində  qorunması  məqsədilə  1996-cı  ilə 

imzalanmışdır. Razılığa gələn ölkələr başqa ölkələrdə də müvafiq sahə üzrə intellektual məhsulların 

hüquqi  müdafiəsini  təmin  etməlidir.  Müqavilənin  əsas  prinsipi  ondan  ibarətdir  ki,  intellektual 

mülkiyyət bölməsi üzrə qəbul olunmuş digər beynəlxalq sənədlərin prinsiplərinə toxunmur və onların 

qaydalarına zidd nəsə reallaşdırılmır. 

İfaçılar  öz  intellektual  məhsullarının  istifadəsi  ilə  əlaqədar  icazə  vermək  kimi  müstəsna 

hüquqlara  sahibdirlər.  Bundan  savayı  ifaçılar  onların  şifahi  ifa  etdikləri,  sadəcə  olaraq  yazılmayan 

intellektual məhsullarının ifaçısı və sahibi olaraq başqalarına tanıdılmasını tələb edə bilmək, eləcə də 

digərləri tərəfindən bu ifanın təhrif edilərək yayılmasına qarşı çıxmaq hüquqları mövcuddur. Onu da 

qeyd  edək  ki,  musiqi  əsərlərinin  qorunma  müddəti  50  il  kimi  müəyyənləşdirilmişdir  və  ifaçının 

vəfatından sonra bu müddət bitənədək hüquqi mühafizə qüvvədə olur. Bununla belə, başqalarının bu 

intellektual  məhsulu  öz  adına  çıxarmasına  yol  verilmir.  İfaçılar  öz  intellektual  məhsullarını  kirayə 

vermək, surətinin çıxarılması və yayılması haqqında sərbəst qərar vermək üzrə də müstəsna hüquqlara 

malikdirlər.  Fonoqram  istehsalçılarının  da  hüququ  ifaçıların  hüququ  ilə  xeyli  dərəcədə  oxşardir  və 

əksər prinsipləri demək olar ki, eynidir. 

Bu  qanunun  qarışıq  məqamı  ondan  ibarətdir  ki,  ifaçı  öz  intellektual  məhsulunun  yazılmasına, 

habelə  onun  surətinin  çıxarılmasına  razılıq  verərsə,  onda  onun  müstəsna  hüquqlarına  mütləq  şəkildə 

fonoqram istehsalçıları malik olur. Bu məsələ ilə əlaqədar Braziliya, Banqladeş, Hindistan, ABŞ və bir 

sıra  başqa  dövlətlər  bu  müqavilədən  çıxmaq  istəyirdilər.  Daha  sonra  2000-ci  illərin  əvvəllərində 

ÜƏMT-in Konfrasında bu problemlərlə bağlı müzakirələr getdi və “Audiovizual ifalar üzrə” müqavilə 

qəbul  olunması  qarşıya  məqsəd  qoyulmasına  baxmayaraq,  bir  nəticə  əldə  olunmadı.  Ona  görə  də 

hazırkı dövrdə bu problem müvafiq sahədə intellektual mülkiyyət bazarının tərəqqisinə mane olur və 

problemin həll olunmasına böyük dərəcədə ehtiyac duyulur. 

 “ÜƏMT-in ifalara və fonoqramlara dair Müqaviləsi”nin bünövrəsini 1961-ci ildə qəbul olunan 

“Roma  Konvensiyası”  təşkil  edir.  Bu  Konvensiyada  ifaçılar  və  fonoqram  istehsalçıları  ilə  yanaşı, 

yayım şirkətlərinin də hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Razılığa gələn dövlətlərin hər birində 

intellektual  mülkiyyət  sahiblərinin  hüquqi  müdafiəsi  istiqamətində  ümumi  rejim  təyin  olunur.  Roma 

Konvensiyasının  prinsipləri  ÜƏMT-in  ifalara  və  fonoqramlara  dair  Müqaviləsinin  prinsip  və 

qaydalarıyla  demək  olar  ki,  eynidir.Əlavə  olaraq  bu  Konvensiyada  mütəlif  yayım  təşkilatlarının 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

105  

26-27 October 2018, Baku, Azerbaijan 

özlərinə  məxsus  verilişlərin  istifadəsi,  surətinin  çıxarlması,  kirayə  verilməsi  və  s.  ilə  əlaqədar 

müstəsna hüquqları vardır. 

Sonda  onu  deyək  ki,  adlarının  çəkdiyimiz  Beynəlxalq  Müqavilələr,  həmçinin  Konvensiyalar 

intellektual mülkiyyət bölməsi üzrə qlobal bazarın əsas tənzimləyici sənədləridir. Bunlarla yanaşı 25-

dək  ayrı-ayrı  beynəlxalq  əhəmiyyətli  qanunverici  sənədlərin  imzalanmasına  rəğmən,  qlobal  bazarın 

tərəqqisi naminə görüləcək tədbirlər hələ çoxdur. 

 

ƏDƏBIYYAT  

1. 


Dünya Bankı(www.worldbank.org). 

2. 


Ümumdünya Əqli Mülkiyyət Təşkilatı(www.wipo.int/ipstats/en). 

3. 


«Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyası. 20 mart 1883 

 

 



 

AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATINDAKI İNVESTİSİYA 

PROSESLƏRİNİN MÜASİR VƏZİYYƏTİ 

 

Məmmədzadə Xəyal Nizam oğlu 

Bakı Mühəndislik Universteti 

xeyalmemmedzade84@gmail.com 

 

XÜLASƏ 

 Məqalədə Azərbaycanın kənd təsərrüfatı sektorunda müasir dövrdə baş verən investisiya prosesləri təhlil 

edilmişdir.Ölkəmizdə son illərdə baş verən kənd təsərrüffatı prosesləri araşdırılmışdır.Azərbaycanın kənd təsər-

rüfatına uyğun coğrafi şəraiti burada kənd təsərrüfatının inkişafına və bu sahəyə investisiya qoyuluşlarının artırıl-

masına böyük zəmin yaratmışdır.Kənd təsərrüfatı üçün edilən dövlət dəstəkləri təhlil edilmişdir. 

  Açar sözlər:kənd təsərrüfatı,investisya,dövlət dəstəkləri,subsidiya,güzəştlər. 



CURRENT CONDITION OF INVESTMENT PROCESSES IN AZERBAIJAN’S AGRICULTURE 

ABSTRACT 

The  article  analyzes  the  investment  processes  in  the  agricultural  sector  of  Azerbaijan  in  modern  times. 

Recent developments in the country have been investigated. The geographical location of Azerbaijan's agricultu-

re has created a great basis for the development of agriculture and investment in this area. Government support 

for agriculture has been analyzed. Key words: agriculture, investment, state support, subsidies, concessions 

Keywords: agriculture, investment, government subsidies, subsidy, concessions              

 

 



Giriş 

Ölkənin  ərzaq  təhlükəsizliyi  probleminin  həll  edilməsində  aqrar  sektor  geniş  rol  oynayır. 

Bununla  birlikdə  ölkənin  idxal  prosesindən  asılı  olmamağı  üçün  digər  təsərrüfat  sahələrində  olduğu 

kimi  kənd  təsərrüfatı  sahəsinə  də  diqqət  yetirilməlidir.Kənd  təsərrüfatı  sektoruna  investisya 

qoyuluşlarını  artıraraq  bu  sahədən  yüksək  gəlir  əldə  etmək  mümkündür.  Lakin  kənd  təsərrüfatı 

strukturunu  düzgün  qurmadıqda  ortaya  bir  çox  çətinliklər  çıxa  bilir.Bu  problemin  başlıca  səbəbləri 

coğrafi iqlim  şəraiti  ola  bilir.Bunun  üçün  texnalogiyadan  istifadə,suvarma  sistemləri,texniki  təchizat 

və digər qurğulardan istifadə etmək olduqca zəruriyyət yaradır.Burada önə çıxan bir digər faktor isə 

dövlət  dəstəyidir.Dövlət  dəstəyi  həm  xırda  sahibkarlar,həmdə  kənd  təsərrüfatı  ilə  məşğul  olan  digər 

fərdlər üçün böyük əhəmiyyət kəsb edir. 



Azərbaycanda kənd təsərrüfatıda investisiya 

Kənd təsərrüfatı sektorunda investisiya qoyuluşları bu sahənin inkişafı üçün olduqca vacibdir. 

Azərbaycan  Respublikası  kənd  təsərrüfatı  sektoruna  investisiya  qoyuluşları  üçün  prespektivlidir. 

Ölkənin təbii iqlim şəraiti və əkinə yararlı torpaqların mövcudluğu bu sahənin inkişafı üçün olduqca 

əlverişlidir. Kənd təsərrüfatında investisya qoyuluşlarının ölkə üçün zəruri olmasının  səbəbi digər is-

tehsal sferalarından geridə qalmamaq və ərzaq təhlükəsizliyinin qarşısısnı almaqdır.Kənd təsərrüfatı sek-

torunun səmrəliliyinin artırılması baxımından investisyalar özünü başlıca olaraq iki tərəfdən göstərir. 

Kapital investisyalarının həyata keçirilməsi əsasında kənd təsərrüfatı maddi-texniki resurslarla 

təmin edilməsi.İnvestisya şəraiti üçün zəruri ehtiyatlar olduqda və gərəkli dəstəklər göstərildikdə işlər 

olduqca asanlaşır. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

106  

26-27 October 2018, Baku, Azerbaijan 

Kənd  təsərrüfatı    sektorunun  investisya  mühitinin  formalaşdırılması  üçün  hazır  vəziyyətə 

gətirilməsi və əksər aqrar sənaye müəsisələrinin maliyyə vəziyyətinin yaxşılaşdırılması.Azərbaycanda 

xarici  investisiyalar  üçün  heç  bir  məhdudiyyətlər  təbiq  edilmir.Bundan  başqa  Azərbaycanda  xarici 

investisyaların təşviqi və qorunması üzrə bütün əsas çoxtərəfli alətlər mövcuddur. 

Aqrar sektora investisiyaların cəlbedilməsi 

İnvestisya fəaliyyətinin aktivləşdirilməsi üçün rahat investisiya mühitinin formalaşması zəruridi. 

İnvestisya mühitinin yaradılması dövlət dəstəyinə imkan yaradır ki,büdcə ssudaları,subsidiyaları və kənd 

təsərrüfatı məhsullarına olan xərclərin bir hissəinin,dotasiya və kompensasiya edilməsinə şərait yaradır. 

Aqrar sektorda  investisya fəaliyyətinin yüksəldilməsi aşağıda verilənlərin hesabına ola bilər:  

-  özünü  doğruldan  bəzi  kiçik  lahiyələrin  tətbiq  edilməsi.Bu  vaxta  qənaət  etməklə  lahiyənin 

hazırlanmasına  xərclərinin  azaldılmasına,qeyri-obyektiv  lahiyələrin  seçim  riskindən  yan  ötməyə 

imkan verir; 

-  qısamüddətdə  az  xərclə  yüksək  gəlirin  əldə  edilməsi.İnvestisya  fəaliyyətinin  səmərəliliyinin 

artırılması üçün işin surətli təşkili. 

-vəsait qoyduqdan sonra təsərrüfat sahəsinə nəzrət edilməsi.Bu sahədə yaranan çətinliklərin tez 

bir zamanda aradan qaldırılması 

-vəsait  qoyuluşunun  bir  neçə  obyektə  ayrılması  təcrübəsinə  son  qoymaq.Investisiyanin  daha 

zəruri  obyektin  tikilməsinə  istiqamətlənməsi  tikintinin  fasiləsiz  aparılmasına  və  obyektin  vaxtında 

istifadəyə verilməsinə səbəb olur; 

-elm  tərəqqinin    nailiyyətləridən  istifadənin  iqtisadi  rejiminin  gözlənilməsi.Belə  ki,  çəyirdəkli 

bitkilərin yetişdirilməsi 4 ildən sonra məhsul əldə edilməsinə imkan verdiyi halda,toxumlu meyvələrin 

yetişdirilməsi  yalnız  8  ildən  sonra  mümkündür.Xərcin  əldə  edilməsi  birincilərdə  5-6  ilə,ikincilərdə 

yalnız  9-10  ilə  mümkündür.Kənd  təsərrüfatında  investisiya  cəlbediciliyi  də  təbii  iqlim  şəraiti  ilə 

əlaqədardır.Aqrar  sferada  investisiya  axınını  saxlayan  amillərdən  biri  də  xalq  təsərrüfatının  digər 

sferalarında yüksək gəlirin olmasıdır. 

Kənd təsərrüfatına edilən dövlət dəstəyi 

Azərbaycan  Respublikasında  kənd  təsərrüfatı  sahəsinin  inkişafı  etdirilməsi,bu  sahənin  ixrac 

potensialının  artırılması,ərzaq  çatışmamazlığı  probleminin  ardan  qaldırılması,bu  sahəyə  investisiya 

axının  təmin  edilməsi  üçün  bir  sıra  stimullaşdırıcı  tədbirlər  görülmüşdür.  Bunlara  vergi  və  gömrük 

güzəştləri,subsidiyalar,ssdalar,dotasiyalar daxildir.Bunlar hamsı birlikdə dövlət tərəfindən iri və xırda 

sahibkarlara,fermerlərə və.s kənd təsərrüfatı üçün edilən dövlət dəstəyidir. 

Diferensial  subsidiya  mexanizminin  tam  formalaşdırılması,  xarici  ölkələrdən  cins  heyvanların 

idxal  edilərək  damazlıq  kənd  təsərrüfatı  müəssisələrinə  verilməsinin  dəstəklənməsi,  kənd  təsərrüfatı 

məhsulları  istehsalçılarının  yüksək  məhsuldarlığa  malik  toxum,  ting  və  damazlıq  heyvanlarla, 

həmçinin  müasir  texnika  və  avadanlıqlarla,  aqrokimyəvi  vasitələrlə  təminatının  gücləndirilməsi 

məqsədi ilə dövlət dəstəyi mexanizmi önəmli rol oynayır.Dövlət tərəfindən verilən dəstəklərin özünü 

doğrultması  bir  çox  faktordan  aslıdır.Bunlara  ölkədə  il  ərzində  təbii  iqlimin  necə  keçməsi,ölkə 

valyutasının  dəyəri,istehsala  çəkilən  xərcləe  və  s.  daxildir.Yerli  kənd  təsərrüfatı  istehsalçılarının 

mənafeyini qorumaq üçün xaricdən idxal olunan məhsullara bu il vergilər tətbiq olundu. 



 

Cədvəl.1.  agrocredit.gov.az

 

 



Subsidiya və ya güzəştin tipi 

Verilən subsidiya və ya tətbiq olunan  

güzəştin həcmi və ya məbləği 

Yanacaq və motor yağları ilə bağlı xərclər 



50 AZN/ha 

Buğda və çəltiyin becərilməsi 



40 AZN/ha 

Mineral gübrələrin alışı ( "Aqrolizinq" ASC ) 



Ümumi məbləğin 70%-i həcmində 

Kənd təsərrüfatı texnikası  və suvarma avadanlıqlarının  



lizinq yolu ilə alışı ( ilkin 

dəyərinin 20 faizi ödənildiyi halda) ("Aqrolizinq" ASC) 

Ümumi məbləğin 40%-i həcmində 

Sığorta (buğda, arpa, qarğıdalı, günəbaxan,  



kartof, şəkər çuğunduru, tərəvəzlər, meyvə  

üzüm və sitrus bitkiləri üçün) 

Ümumi  məbləğin 50%-i həcmində 

Epizootik xəstəliklərə qarşı vaksinasiya 



Ümumi məbləğin 100%-i həcmində 

Bitki zərərvericilərinə qarşı mübarizə tədbirləri 



Ümumi məbləğin 100%-i həcmində 

Süni mayalandırma yolu ilə alınmış buzovlar 



100 AZN/buzov 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

107  

26-27 October 2018, Baku, Azerbaijan 

Damazlıq iribuynuzlu heyvanların lizinq  



yolu ilə alışı ("Aqrolizinq" ASC) 

Ümumi məbləğin 50%-i həcmində 

1



Kənd təsərrüfatı məhsullarının idxalı 



ƏDV və gömrük tariffləri tətbiq olunmur 

1



Vergilər 

Torpaq vergisi və istifadəsiz torpaqlara dair  

vergidən əlavə heç bir vergi tətbiq olunmur 

1



Emal müəssisələrinə satılmış quru tütün 

0,05 AZN/kq 

1



Emal müəssisələrinə satılmış yaş tütün 



0,05 AZN/10 kq 

1



Emal müəssisələrinə satılmış xam pambıq 

0,1 AZN/kq 

1



Emal müəssisələrinə satılmış yaş barama 



2 AZN /kq 

 

Kənd  təsərrüfatı  sektorunda  çalışan  fermer  və  sahibkarlara  dövlət  tərəfindən  verilən 

subsidiya   dəstəyi və tətbiq olunan vergi güzəştləri : 

Verilən  cədvəldə  tətbiq  olunan  subsidiyaların  tətbiqi  Azərbaycanda  kənd  təsərrüfatı  inkişafı 

üçün  zəmin  yaratmış  investisya  cəlbediciliyini  artırmışdır.Lakin  istehsal  edilən  məhsullar  bazara 

çıxarılarkən onun satılmasında problemlər baş verir.Bu problemlər daha çox qiymət tərəfindən özünü 

göstərir.İstehlakçı daha çox idxal olunan bəzi  kənd təsərrüfatı məhsullarının    yerli kənd təsərrüfatı 

məhsullarından  ucuz  olduğundan  görə  idxal  olunan  məhsullara  üstünlük  verirlər.Belə  olduğu  halda 

məhsulların  bazarda  satılması  çətinləşir  və  istehsalçının  bu  sahəyə  marağı  azalır.Bunun  qarşısının 

alınması  üçün  bəzi  dövlət  tədbirlərinə  ehtiyac  duyulur.  Kənd  təsərrüfatı  məhsulları  bazarında 

qiymətlərin  əlverişsiz  olduğu  hallarda  tədarük  intervensiyalarının  həyata  keçirilməsi,  daxili  bazarın 

ədalətsiz  ticarət  şərtlərindən  qorunmasına  və  digər  bu  kimi  məsələlərlə  bağlı  institusional  sistemin 

effektivliyinin daha da artırılmasına ehtiyac vardır.  

 

Şəkil.1.cbar.az 



Yuxarıda 2014-2016 illər üzrə kənd təsərrüfatı üzrə maliyyə nəticələri göstərilmişdir. 

Diaqramdan  2014-cü  ildə  kənd  təsərrüfatı  məhsulları  satışından  əldə  olunan  illik  gəlir  50-60 

milyon  arasında  dəyişmişdir.Lakin  2015-cildə  ixrac  potensialı  aşağı  düşmüş  və  kənd  təsərrüfatı 

satışından  əldə  olunan  gəlir  azalmışdır.Azərbaycan  Respublikası  2015-ci  ildə  baş  verən  devalvasiya 

nəticəsində  ixarcat  nisbətən  artmışdır  və  2016-cı  ildə  kənd  təsərrüfatı  məhsulları  satışından  əldə 

olunan gəlir 70 mln çatmışdır. 

 

  

Göstərici 



  

Məbləğ 

  

2014 



2015 

2016 

Kənd təsərrüfatının ümumi məhsulu 

2.449,4 

2.761,1 


2.577,2 

Kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar 

111,8 

132,5 


145,8 

Fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları 

2.337,6 

2.628,6 


2.431,4 

Cədvəl 2.Kənd təsərrüfatının ümumi məhsulu bitkiçilik məhsulları üzrə (mln.manat 2014-2016)  cbar.az 

 

Cədvəl  2-dən  görünür  ki,  həyata  keçirilən  bir  sıra  dövlət  tədbirlərindən  sonra  2015  kənd  təsərrüfatı 



ümumi məhsulu yüksək olmuşdur

.

 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

108  

26-27 October 2018, Baku, Azerbaijan 

Illər 


2014 

2015 


2016 

Çəkilən xərclər 

Bitkiçilik 

Heyvandarlıq 

Bitkiçilik 

Heyvandarlıq 

Bitkiçilik 

Heyvandarlıq 

Əmək haqqı  

ödənişi ayırmalarla 

25,3 

39,7 


7,5 

52,3 


27,5 

34,4 


Material xərcləri 

28,7 


56,3 

56,5 


43,5 

61,9 


54,7 

Əsas vəsaitlərin amortizasiyası 

5,4 

1,7 


5,4 

4,0 


5,7 

1,7 


Sığorta ödəmələri 

0,4 


0,8 

0,6 


0,2 

0,6 


0,2 

Cədvəl 3.



 

Kənd təsərrüfatı məhsulları istehsalına çəkilən xərclərin strukturu (%)(2014-2016) cbar.az 

 

Məlumatların təhlili göstərir ki, son on ildə ev təsərrüfatlarında adambaşına düşən aylıq gəlirlər 



və istehlak xərcləri təxminən 3,2 dəfə artaraq ortalama 240 manat ətrafında dəyişmişdir. Qeyd olunan 

dövrdə ərzaq məhsullarına çəkilən xərclər 2,4 dəfə artmışdır. 



Nəticə

 

Ölkədə  aparılan  aqrar  islahatlar  davamlı  inkişafın  əsas  parametrlərinin  müəyyən  edilməsinin, 



zəruri iqtisadi və sosial mühitin dəstəklənməsi tədbirlərinin səmərəliliyini yüksəldir. Kənd təsərrüfatı 

sferanın davamlı inkişafının proqnozlaşdırılması məsələləri diqqət mərkəzində olmalıdır.Ölkədə kənd 

təsərrütatına  edilən  investisiyaların  artırılması  məqsədi  ilə  güzəştli  kreditlərin  verilməsi,bu  sahənin 

inkişafı üçün stimullaşdırıcı tədbirləırin görülməsi vacibdir.Bir digər problem olan məhsulun bazarda 

satışının düzgün şəkildə həyata keçirilməsi üçün,istehlakçının tələbinə uyğun məhsulların bazar çıxarıl-

ması dövlətin vergi və güzəştləri istehsalçılara münasib şəkildə tətbiq etməsi vacib prosedurlardandır. 

Dövlət həmdə sadəcə vergi güzəştləri subsidiyalarla kömək etməklə deyil bu sahəyə ciddi nəzarət et-

məklə məşğul olmalıdır. 

 

ƏDƏBIYYAT 

1.  

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı.Azərbaycan Respublikasında kənd təsərrüfatı 

məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi.- [90,106]   

2.  

Eldar quliyev.Aqrar İqtisadiyyat.Dərs vəsaiti.Bakı: «Kooperasiya nəşriyyatı»,2015.-[202,204]  



3.  

http://agrocredit.gov.az/az/pages/175 



4.  

https://esasodi.cbar.az:9804/obiee/ESAHS.jsp 

 

 

 



AZƏRBAYCANDA KƏND TƏSƏRRÜFATINDAKI İNVESTİSİYA 

PROSESLƏRİNİN MÜASİR VƏZİYYƏTİ 

 

Əhmədov Murad Etibar oğlu 



Bakı Mühəndislik Universtetinin magistr tələbəsi 

mr.axmedmurad@gmail.com 

 

XÜLASƏ 

Məqalədə  Azərbaycanın  banklarının  müasir  dövrdəki    vəziyyəti  təhlil  edilmişdir.Ölkəmizdə  son  illərdə 

verilən kreditlər haqqında danışılmışdır. Qanunvericiliyə uyğun olaraq kreditlərin verilmə qaydaları və bankların 

hüquqlarından danışılmışdır. Nəticə olaraq da bank kreditlərinin iqtisadiyyatımıza təsirindən danışılmışdır  

      Açar sözlər: Banklar,kredit,emissiya,kommersiya,istehlak. 

CURRENT CONDITION OF INVESTMENT PROCESSES IN AZERBAIJAN’S AGRICULTURE 

ABSTRACT 

  In this article there was discussed about current state  of Azerbaijan banks. We talked about the loans 

which gaved by the Azerbaijan banks. According to the legislation there was talked about rules of issuing loans 

and rights of the banks. At the result we talked about the roles of banks in the economy of Azerbaijan 



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin