Qrafik 1. 2003-2009-cu illərdə İQİ və ÜDM-in artım templəri, faizlə
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
114
26-27 October 2018, Baku, Azerbaijan
2008-ci ilin sonu və 2009-cu illərin dünya maliyyə böhranı nəticəsində neft qiymətlərinin
aşağı düşməsi, büdcə xərclərinin artım tempinin azalması ölkədə inflyasiya proseslərinin səngiməsinə
səbəb olmuşdur. 2012-2014-cü illərdə inflyasiyanın orta illik göstəricisi 1.6 faiz təşkil etmişdir. Bu
dövrdə ÜDM-in orta illik real artım tempi 3.6 faiz olmuşdur. 2014-cü ilin sonlarından başlayaraq
dünya əmtəə bazarlarında neftin qiymətlərinin aşağı düşməsi və bunun nəticəsində neft gəlirlərin
azalması, qonşu ölkələrdə müşahidə olunan dollar ajiotajı manata təzyiqi artırmaqla ölkədə iqtisadi
gərginliyin artmasına səbəb olmuşdur. 2015-ci il ərzində manatın iki dəfə devalvasiyaya uğraması
inflyasiya proseslərinin kəskinləşməsi ilə nəticələndi. Bunun nəticəsində 2015-ci ildə İQİ 4.0 faiz
idisə, 2016-cı ildə 2008-ci ildən sonra ilk dəfə İQİ ikirəqəmli səviyyəyə çataraq 12,4 faiz, 2017-ci ildə
isə 12,9 faiz təşkil etmişdir. Qeyd edək ki, bu dövr ərzində ÜDM-nin real artımı azalaraq mənfi qiymət
almışdır. 2015-2017-ci illər ərzində ÜDM-in orta illik real artım tempi -0,6 faiz olmuşdur.
Milli iqtisadiyyatda son dövrlərdə göründüyü kimi inflyasiya çox dinamik, çoxamilli proses
kimi çıxış edir. İqtisadiyyatda sabit, aşağı inflyasiyanın təmin olunması vəzifəsi bütün dövrlərdə aktual
olaraq qalır. Xüsusilə, bu aktuallıq perspektivdə Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi
əsasında yeni inkişaf mərhələsinə qədəm qoyması ilə daha da artacaq. Milli iqtisadiyyatda yaranan
böhranın qarşısının alınması, gələcəkdə davamlı inkişafın təmin olunması, rəqabətqabiliyyətli milli
iqtisadiyyatın qurulması üçün 2016-cı ildə milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə
strateji yol xəritələri qəbul edilmişdir. Bu strateji yol xəritələrilə iqtisadiyyatın yeni inkişaf modelinə
keçməsi hədəflənir. Məlumdur ki, belə inkişaf mərhələsi əsasən innovasiya tipli iqtisadi modelin
qurulması, real sektora investisiya axınlarının artması, rəqabətqabiliyyətli milli iqtisadiyyatın
formalaşması ilə xarakterizə olunur. İqtisadiyyatın biryönlü inkişaf trayektoriyası kimi hasilat
sənayesinin rolunun çox olduğu mərhələdən fərqli olaraq, bu mərhələdə əsas diqqət texnoloji
yeniləşməyə, rəqabət qabiliyyətinin artmasına, investisiya mühitinin yaxşılaşmasına, enerji və iqtisadi
təhlükəsizliyin artmasına, regional iqtisadi inkişafın sürətlənməsinə, sosial sferanın, xidmət sahələrinin
inkişafına veriləcək. Bütün bu tədbirlərin həyata keçirilməsinin ən mühüm şərtlərindən biri ölkədə
qiymətlərin sabitliyinin təmin olunması və onun qorunub saxlanmasıdır. Aşağı inflyasiya səviyyəsinin
və qiymət sabitliyinin mövcud olması ölkədə faiz dərəcələrinin aşağı düşməsinə şərait yaradır, məcmu
tələbin və onunla da buraxılışın artırılmasının inflyasiyalı xarakterini azaltmağa müsbət təsir edir.
Bu baxımdan son dövrlərdə göründüyü kimi Azərbaycan dövləti qarşısında duran əsas
vəzifələrdən biri də inflyasiyasız iqtisadi artımın təmin edilməsidir. Ona görə də, iqtisadi artıma
yönəldilmiş tədbirlər elə həyata keçirilməlidir ki, inflyasiya gözləmələrini nəzarətdə saxlamaq
mümkün olsun. Müasir dövrdə müşahidə olunan neftin yüksək qiymətləri bir çox Qərb ölkələrində
ötən əsrin 70-ci illərində olduğu kimi yüksək inflyasiya ilə müşahidə olunmamışdır. Bunun da əsas
amillərindən biri bu ölkələrin monetar orqanları tərəfindən aparılan tədbirlərə inamın olması və bunun
nəticəsində uzunmüddətli dövr üzrə inflyasiya gözləmələrinin aşağı səviyyədə qalması olmuşdur. Bu
sahədə mühüm tədbirlərdən biri bir çox dünya ölkələrində son illərdə uğurla sınaqdan çıxmış
inflyasiyanın hədəflənməsi siyasətinin tətbiqi üçün mühitin yaradılması və bu siyasətin həyata
keçirilməsinə keçidin təmin olunmasıdır. Bu rejimin mahiyyətini qısaca belə demək olar. Mərkəzi
monetar orqan və ya hökumət inflyasiyanın gələcək dövr üçün arzu olunan hədəflərini açıqlayır;
hazırda mövcud olan real iqtisadi şəraiti qiymətləndirərək onun gələcək dinamikasını proqnozlaşdırır;
bu proqnoz inflyasiya üzrə hədəf göstəricisi ilə uzlaşdırılır; bunların ikisi arasındakı fərq monetar
tənzimləmədə, alətlərdə dəyişikliklərin edilməsini zəruri edir. Bu rejimin əsas məqsədi uzunmüddətli
dövrdə qiymət sabitliyinə nail olmaqdır. Çünki, inflyasiyanın aşağı səviyyəsi və daimi bu səviyyədə
olması iqtisadi artımın təmin olunması, iqtisadi, sosial inkişaf üçün başlıca şərtdir.
İnflyasiyanın hədəflənməsi rejiminin reallaşdırılması bir sıra zəruri ilkin şərtlərin mövcud
olmasını tələb edir ki, bunları da aşağıdakı kimi göstərmək olar.
Mərkəzi Bank kifayət dərəcədə müstəqilliyə sahib olmalıdır; Mərkəzi Bank inflyasiyadan
başqa digər iqtisadi göstəricilərin hədəflənməsindən əl çəkməlidir; Fiskal sahədə vəziyyətin normal,
sabit olması mühüm şərtdir; Mərkəzi Banka ictimaiyyət tərəfindən yüksək inamın olması, etimad
göstərilməsi və s.
İnflyasiyasız iqtisadi artımın təmin edilməsinin digər mexanizmi milli iqtisadiyyatın rəqabət-
qabiliyyətinin, məhsuldarlığının artırılmasına nail olmaqdır. Məhz məhsuldarlığın artması ilə miqyas
effekti yaranır ki, bu da mümkün tələb inflyasiyasını kompensasiya edərək qiymətlərin aşağı
səviyyəsini təmin edir. Bu sahədə dövlət tərəfindən aşağıdakı istiqamətlərdə tədbirlərin həyata
keçirilməsi müsbət nəticə verə bilər:
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
115
26-27 October 2018, Baku, Azerbaijan
- elmtutumlu sahələrin inkişafına dövlət vəsaitlərinin məqsədli yönəldilməsi və məbləğinin
artırılması;
- sahibkarların innovativ fəaliyyətlə məşğul olmaları üçün stimullaşdırıcı tədbirlərin həyata
keçirilməsi;
- dövlətin valyuta ehtiyatlarından milli iqtisadiyyatın inkişafı naminə səmərəli isifadə
olunması üzrə kompleks tədbirlərin həyata keçirilməsi;
- əlverişli rəqabət mühitini yaratmaqla həm milli istehsalçıların, həm də xarici birbaşa
investisiya qoyuluşlarının hesabına müasir texnika və avadanlıqdan istifadəyə şəraitin yaradılması və
s.
Fikrimizcə, müasir dövrdə bir çox inkişaf etmiş ölkələrdə qiymət sabitliyi kimi xarakterizə
olunan 2-3 faizlik inflyasiya səviyyəsi orta və uzunmüddətli dövrdə əsas hədəf olaraq götürülməlidir.
İqtisadi artım tempinin səviyyəsindən asılı olmayaraq inflyasiyanın aşağı və sabit səviyyəsinin təmin
olunması antiinflyasiya siyasətinin başlıca hədəfi kimi çıxış etməlidir.
ƏDƏBIYYAT SIYAHISI
1.
И.Е.Греков, В.Г. Садков. Об оптимальном уровне инфляции с позиции результатов общественного развития //
Финансы и кредит, 2007 – 6(246), с. 2-11
2.
F.Həsənov. Relationship between inflation and economic growth in Azerbaijani economy: is there any threshold effect?
2011
3.
C.Aydın, Ö.Esen, M.Bayrak. Inflation and economic growth: A dynamic panel threshold analysis for Turkish republics
in transition process. 2016
4.
G.D.Hess, C.S.Morris. The long-run costs of moderate inflation. Federal Reserve Bank of Kansas City Economic
Review, second quarter 1996, pp. 71-88
5.
www.stat.gov.az
İNSAN KAPİTALININ SƏMƏRƏLİ İDARƏ EDİLMƏSİNİN
İNNOVASİYALI İQTİSADİYYATDA ROLU
i.e.n., dos. Mətanət Rəsul qızı Rəsulova
Bakı Dövlət Universiteti
matanatrasulova@gmail.com
i.ü.f.d. Fərhad Qamboy oğlu Mikayılov
İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu
f_mikayilov @yahoo.com
XÜLASƏ
Məqalədə innovasiyalı iqtisadiyyatda insan kapitalının səmərəli idarə edilməsinin rolu araşdırılmışdır. Bu
məqsədlə, ölkənin sosial-iqtisadi inkişafında, innovasiyalı iqtisadiyyatın yaradılmasında insan kapitalının idarə
edilməsinin verə biləcəyi səmərələr nəzəri-metodolji aspektdən əsaslandırılmışdır. Araşdırma nəticəsində, BMT-
nin İnkişaf Proqramının hesabatında Azərbaycan üçün hesablanan İnsan inkişafı indeksinin dünya üzrə orta
göstərici ətrafında qərarlaşdığı müəyyənləşdirilmişdir. Ökədə aparılan islahatların təhlili əsasında müəlliflər bu
qənaətə gəlmişlər ki, insan kapitalının səmərəli idarə edilməsinə istiqamətlənmiş düzgün dövlət siyasəti
sayəsində perspektivdə Azərbaycan Respublikasında innovasiyalı iqtisadiyyatın yaradılmasına böyük imkan
yaranacaqdır.
Açar sözlər: insan kapitalı, insan kapitalının idarə edilməsi, innovasiyalı iqtisadiyyat, təhsil səviyyəsi,
bilik iqtisadiyyatı, insan inkişafı indeksi.
THE ROLE OF EFFICIENT MANAGEMENT OF HUMAN CAPITAL IN THE INNOVATIVE ECONOMY
ABSTRACT
The role of efficient management of human capital in the innovative economy is studied in the article. For
this purpose, benefits of human capital management were substantiated from theoretical-methodological aspects
in the socio-economic development of the country and establishment of the innovative economy. "Human
development index" for Azerbaijan is settled around the world average indicators based on the United Nations
Development Program Report.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
116
26-27 October 2018, Baku, Azerbaijan
Based on the analysis of reforms carried out in the country regarding this field, the authors came to this
conclusion that reforms based on the correct state policy aimed at effective management of human capital in the
future will contribute a lot to the creation of the innovative economy in the Republic of Azerbaijan.
Keywords: human capital, human capital management, innovative economy, education index, knowledge
economy, human development index
Giriş
Müasir dövrdə insan kapitalına innovasiyalı iqtisadiyyatın inkişafında həlledici amil kimi
baxılır.
Qeyd etmək lazımdır ki, qloballaşma prosesində insan probleminin öyrənilməsi həm təbiət,
həm də humanitar elmlər üçün xüsusi əhəmiyyətə malikdir. Bu ondan irəli gəlir ki, iqtisadi dirçəliş,
yeni texnologiyaların istifadəsi, insan-təbiət münasibətləri, təhsil, səhiyyə, sosial təminat sisteminin
təkmilləşdirilməsi zərurəti insana aid problemlərin iqtisadi aspektdə işlənib hazırlanmasını tələb edir.
İnsan kapitalının idarə edilməsinə müasir yanaşma istər makro, istərsə də mikrosəviyyədə
üzünmüddətli işgüzar üstünlüklərin əldə edilməsinə imkan verir. İnsan kapitalının idarə edilməsində
innovasiyalı texnologiyalardan istifadə biznesin inkişafına müsbət təsir göstərir. Təcrübə göstərir ki,
bu gün maliyyə və təbii kapital artıq istehsalın birinci səviyyəli amilləri hesab edilmir.Əsas amil kimi
insan çıxış edir. İnnovasiyalı iqtisadiyyat insanların malik ola biləcəyi dərin bilik və bacarıqları tələb
edir. İnnovasiyalı iqtisadiyyatın fəaliyyətinin səmərəliliyinin artırılması daha çox insanların
məşğulluğunun xarakterindən, onların əmək qabiliyyətindən, ümumiyyətlə, insan resurslarının necə
idarə edilməsindən asılıdır. Demək olar ki, insan inkişafının səviyyəsi ölkənin inkişaf səviyyəsini
müəyyən edir.
Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə
Strateji Yol Xəritəsi”ndə də müəyyən olunmuş strateji hədəflərdən biri insan kapitalının inkişaf
etdirilməsidir.
Strateji Yol Xəritəsində qeyd olunur ki, insan kapitalı əmək məhsuldarlığının artırılmasında,
dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və
ölkənin qlobal bazarlara inteqrasiyasında həlledici rol oynayır. Buna nail olmaq üçün təhsilin bütün
pillələrində keyfiyyətin yüksəldilməsi, təlimlər vasitəsilə işçilərin bilik və bacarıqlarının inkişaf
etdirilməsində fasiləsizliyin təmin edilməsi, ixtisaslı kadr hazırlığının əmək bazarının tələblərinə
uyğunlaşdırılması, şirkətlərin araşdırma və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun
stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur.
Strateji Yol Xəritəsində ölkədə fəaliyyət göstərən istehsal müəssisələrində insan resursları üzrə
bacarıqların təkmilləşdirilməsi və inkişaf etdirilməsi, klasterli inkişaf üçün işçi qüvvəsinin
hazırlanması və təkrar hazırlanması prosesinin davam etdirilməsi, işə qəbul və təlim mexanizmini
təkmilləşdirmək üçün müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlərin həyata keçirilməsi də nəzərdə
tutulmuşdur[1].
Eyni zamanda, ölkəmizdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”, “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunları kimi
mühüm dövlət sənədləri də ölkədə insan kapitalının inkişafına xidmət edir.
Məlumdur ki, müasir dünyada hər bir ölkənin uğurlu gələcəyi həmin ölkədə təhsilin səviyyəsi
ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi
deyil, başlıcası, bu sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsini
təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi
Koreya və digər inkişaf etmiş ölkələr malik olduqları maddi resurslardan daha çox təhsil sisteminin
yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər
içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub təxminən 70 faiz təşkil edir.
Azərbaycan BMT-nin 2017-ci il üzrə "İnsan inkişafı indeksi" reytinqində 188 ölkə arasında 80-
ci yeri tutmuşdur. Bu barədə qurumun "Human Development Reports 2017" adlı hesabatında bildirilir.
Reytinqdə ilk pilləni Norveç (0,944), ikinci yeri Avstraliya (0,935) və üçüncü yeri İsveçrə
(0,93) tutur. Bu ilin reytinqində son üç yeri 0,391 indeksi ilə (186-cı yer) Eritreya, 0,35 indeksi ilə
(187-ci yer) Mərkəzi Afrika Respublikası və 0,348 indeksi ilə (188-ci yer) Niger tutur.
Qonşu ölkələr arasında ən yüksək nəticə Rusiyaya məxsusdur (50-ci yer), ardınca İran (68),
Türkiyə (72), Gürcüstan (76) və Ermənistan (85) qərarlaşmışdır [2].
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
117
26-27 October 2018, Baku, Azerbaijan
Bu təcrübələrdən də göründüyü kimi insan kapitalının formalaşması və inkişafına təsir edən ən
mühüm amil təhsildir. Belə ki, hər bir ölkənin tərəqqisi, ilk növbədə, həmin ölkədə təhsilin inkişafı ilə
bağlıdır. Məhz təhsil prosesində insan yeni bilik və bacarıqlar əldə edir, iqtisadiyyatın məhsuldar
qüvvəsinə - insan kapitalına çevrilir. Onu da qeyd etmək yerinə düşərdi ki, hər hansı cəmiyyətin
dayanıqlı inkişafı onu təşkil edən fərdlərin səriştələrindən birbaşa asılıdır. O da bir həqiqətdir ki,
müasir dövrdə insan kapitalı cəmiyyətdə ən qiymətli sərmayə kimi qəbul edilir.
Şəkil 1. İnsan inkişafı indeksinin dinamikası
Ölkəmizdə təhsil sisteminin əsas missiyası ölkə iqtisadiyatının modernləşdirilməsi üçün zəruri
olan insan kapitalını inkişaf etdirmək və bununla Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini
yüksəltməkdən ibarətdir.
Klassik iqtisadi fəlsəfənin prinsiplərinə əsaslanaraq deyə bilərik ki, hər bir inkişaf hadisələrin
mövcud obyektiv hərəkətini və zamana görə proqressiv dəyişməsini müəyyən edir. G.V.F.Hegel qeyd
edir ki, inkişafı sosial-iqtisadi hadisələrin zamana görə hərəkəti və dəyişməsinin təhlili vasitəsilə
tədqiq etmək lazımdır [3]. Hadisələrin inkişafı hərəkət kimi sonsuzdur və müntəzəmdir, eyni zamanda,
o hər dəfə son sosial-iqtisadi inkişaf prosesinə nisbətən mövcud olur. “İnkişafı vəziyyətin dəyişməsi
kimi, yəni bir vəziyyətdən yaxşı, daha səmərəli və ya fəaliyyət üçün məqsədəuyğun hesab edilən digər
vəziyyəyə keçid kimi müəyyən etmək lazımdır [4].
Təhsilin inkişaf səviyəsinin qiymətləndirilməsi və onun insan kapitalında roluna dair nəzəri və
metodoloji yanaşmalara Adam Smith, Tomas Robert Malthus, John Stuart Mill kimi iqtisad tarixinin
tanınmış mütəfəkkirləri ortaya qoyduqları nəzəriyyələrində xüsusi qeyd edilmişdir.
Təhsilin insan inkişafın ilə, eləcədə, bütün digər amillərlə müqaisədə daha böyük nisbətdə rifah
səviyyəsinə təsir səviyyəsinin öyrənilməsi ilə bağlı T.W.Şultz, E.Denison, J.W.Kendrik, Robert Solou,
Robert E. Lukas kimi iqtisadçılar böyük tədqiqatlar aparmış və təhsilə yonəldilmiş investisiyalar, bu
investisiyaların qaytarılma normalarını müəyyənləşdirən nəzəri və metodoloği yanaşmalar irəli
sürmüşdür.
Təhsilin inkişaf etdirilməsi və insan resurslarının əmək keyfiyyətinin artırılması və əmək
bazarında rəqabət qabiliyətli kadrların hazırlanması isə texnoloji yeniliklərlə istehsal prosesində sadə
texnikalardan müasir texnikalara keçilməsi, texniki və elmi informasiyaların əhəmiyyətinin artması,
ayrıca mal və xidmətlərin istehsalı, marketinqi kimi sahələrdə inkişafın yeni mərhələyə daxil olması və
eyni zamanda insan faktoruna ehtiyacın artması səbəb olmuşdur.
Robert Emerson Lukas tərəfindən 1988-ci ildə irəli sürülmüş insan kapitalına investisiya
modelinin əsas üstünlüyü bu kapitalı güclü olan ölkələrin zəif olan ölkələrdən daha sürətli iqtisadi
inkişafa nail olacağı nəzəriyyəsi olmuşdur. Bu modeldə:
- təhsilli insanlar müxtəlif təhsil mərhələlərində əldə etdikləri elmi-texniki bilikləri fəaliyyət
göstərdikləri istehsal sahələrində tətbiq edirlər.
- təhsilli insanlar dəyişən iş şəraitlərinə uyğunlaşmağa, xüsusilə yeni texnologiyaları
mənimsəyərək bunları tətbiq və inkişaf etdirməyə daha əlverişlidirlər.
- təhsilli insanlar arasında qarşılıqlı təsir (informasiya dəyişimi) daha güclüdür.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
118
26-27 October 2018, Baku, Azerbaijan
Lukasın İnkişaf modelində bəşəri sərmayə ayrı-ayrılıqda şəxslərin istehsal prosesinə təsirlərini
artırmaqla məhdudlaşmayıb, xaricilik yaratmaq yoluyla bütün işçilərin səmərələrini artırır. Belə bir
modelin uzaqgörənliyi, yekun hədəfi isə, təhsilin, insan kapitalının istehsala təsirinin daha da
effektivləşməsidir. Başqa sözlə, təhsil səmərəli işçi qüvvəsi səviyyəsini artırır və istehsal
funksiyasında işçi qüvvəsinin istehsal elastikliyini artırır.
Təhsil haqqında Qanunda da qeyd edildiyi kimi fəlsəfə və elmlər doktoru üzrə təhsildə təhsilin
növbəti pilləsidir. Elmin inkişafı yüksəkkeyfiyyətli insan kapitalının formalaşdırılmasında, istehsal
olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin yüksəldilməsində, əmək məhsuldarlığının
artırılmasında strateji əhəmiyyət kəsb edir. Azərbaycanda elmin inkişafı, elmi tədqiqatların
keyfiyyətinin yüksəldilməsi, tədqiqatların nəticələrinin istehsala tətbiqinin təşviqi ilə bağlı tədbirlər
həyata keçiriləcəkdir.
Göründüyü kimi insan inkişafı da mürəkkəb bir sxemdir və bu inkişaf əsasən, ümumi ictimai
yüksəlişə əsaslanır. Bu kimi metodoloji yanışmaların təhlili göstərir ki, insan kapitalının inkişafı hər
hansı bir sosial-iqtisadi hadisənin ümumi inkişaf qanunlarına tabedir. Bu baxımdan deyə bilərik ki,
insan kapitalının inkişafı kimi sosial-iqtisadi proseslərin tədqiqi insan kapitalının inkişafının mövcud
xarakteristikaları müəyyən olunmaqla həyata keçirilməlidir.
Hər hansı insan inkişafını, həmçinin insan kapitalının sosial-iqtisadi inkişafının mənbə və
əlaqələrini dövlətin, ayrı-ayrı təşkilatların, ailələrin, fərdlərin məqsədli fəaliyyətinin nəticəsi kimi
əsaslandırmaq lazımdır. Ümumiyyətlə, insan kapitalının inkişafı prosesinin xarakterik xüsusiyyətlərini
birləşdirərək onun sosial-iqtisadi mahiyyətini izah etmək olar. İnsan kapitalının inkişafı – dövlətin,
müəssisələrin, xüsusi şəxslərin investisiyaları hesabına biliklərin, bacarıqların, təcrübənin,
sağlamlığın, intellektual və fiziki əmək qabiliyyətinin formalaşması prosesidir ki, bu da cəmiyyətin,
müəssisənin və ya işçinin gəlirinin əldə edilməsi və ya artırılması üçün iqtisadi məqsədlə istifadə edilir
və ya istifadə edilə bilər. İnsan kapitalının inkişafı əmək məhsuldarlığının yüksəlməsini, işçinin
peşəkarlıq statusunu, məşğulluğun strukturunun təkmilləşdirilməsini, korporativ və subyektiv
mədəniyyətin inkişafını, əhalinin şəxsi xüsusiyyətlərini müəyyən edir. Təhsilli inkişaf isə fərdin bir
çox şəxsi keyfiyyətlərinin – kommunikativliyinin, yaradıcı və innovasiyalı potensialının, özünə
güvənliyin, çətin qərarların müstəqil qəbul etmək qabiliyyətininin formalaşmasını şərtləndirir.
Azərbaycanda iqtisadiyyatın transformasiyası istiqamətində həyata keçiriləcək islahatların
ayrılmaz tərkib hissəsi kimi, insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsi, əmək
məhsuldarlığının yüksəldilməsi və biliyin iqtisadi inkişafda rolunun artırılması ilə bağlı tədbirlər
hərtərəfli dəstəklənir. “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol
Xəritəsi”ndə bunun iki səviyyədə təmin edilməsi nəzərdə tutulmuşdur: 1) insan kapitalının
formalaşması və inkişafı üçün təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi; 2) əmək
məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının fasiləsiz inkişafının, araşdırma
və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması.”
Təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi məqsədilə məktəbəqədər təhsillə
əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi, ümumi
təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşdirilmənin inkişaf etdirilməsi, ilk peşə və orta ixtisas
təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması, ali təhsil müəssisələrində “təhsil-tədqiqat-
innovasiya” formatında inkişafın təşviqi, elmi tədqiqat fəaliyyətinin inkişafı və biliklərə əsaslanan
cəmiyyət quruculuğunun dəstəklənməsi, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin
keyfiyyətinin yüksəldilməsi, insan kapitalının inkişafında iştirak edən fiziki və texnoloji
infrastrukturun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 2017-ci
il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, insan kapitalının inkişaf
etdirilməsi hədəfinin hər iki prioritet istiqaməti – “insan kapitalının formalaşması və inkişafı üçün
təhsilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi” və “əmək məhsuldarlığının yüksəldilməsini
təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması”istiqamətində nəzərdə tutulan
tədbirlər 100 faiz icra olunmuşdur. Məktəbəqədər təhsil prosesinin təşkili, həmin müəssisələrin
maliyyələşdirilməsinin və idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması ilə
bağlı məsələlərin həlli məqsədi ilə “Məktəbəqədər təhsil haqqında” 2017-ci il 14 aprel tarixli
Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və həmin qanunun tətbiqi barədə Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanı imzalanmışdır. Ümumi
|