14.8
13.9
12.4
11
9
7
6.7
5.6 6.1
5.5
5
5.1
5.4
5.3
6.2
5.6
5.63
SƏNAYE
KƏND TƏSƏRRÜFATI
TİKİNTİ
NƏQLİYYAT
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
153
26-27 October 2018, Baku, Azerbaijan
Azərbaycanda rəsmi olaraq 2015-2016 cı illərdə də kənd təsərrufati məhsullarının idxalında
qadağa və məhdudiyyət yoxdur. Sadəcə il ərzində quş qripi (H5N8) xəstəliyinin yayılması ilə əlaqədar
Turkiyə və İrandan diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyətlər
qoyulmuşdur. Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının Azərbaycan Respublikası
Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 15 dekabr 2005-
ci il tarixli, 230 nömrəli qərarı ilə tənzimlənməkdədir. Bu qərara görə heyvanlar, baytarlıq təbabətində
tətbiq olunan dərman, bioloji preparatlar və baytarlıq ləvazimatları, bitkilər, heyvan və bitki mənşəli
xammal idxal zamanı Azərbaycan Respublikasının gömrük sərhədində Dövlət Baytarlıq və Dövlət
Fitosanitar Nəzarəti xidmətlərinin müvafiq sənədi tələb edilir. Bitkilərin mühafizəsi üçün istifadə
edilən kimyəvi vasitələr idxal edilirkən isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin,
Baytarlıq təbabətində tətbiq edilən dərman, bioloji preparatlar isə Dövlət Baytarlıq Komitəsinin icazəsi
ilə idxal olunur.
Bundan başqa, ölkə prezidentinin tərəindən 11 aprel 2016-ci ildə imzalanan sərəncamı ilə Kənd
Təsərrüfatı Nazirliyinin tabeliyində “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar
Cəmiyyətinin yaradılması qərarlaşdırıldı.Qeyd olunmalıdır ki, bu təşkilatın yaradılması qida
sektorunun rəqabətə, kiçik istehsalçılara, kənd təsərrüfatının, kiçik və xırda biznesin inkişafına,
səhmlərin Bakı Fond Birjasında kütləvi təklifə çıxardılması ilə kapital bazarında yeniliklərə, dövlət
büdcəsindən birbaşa maliyyələşmənin azaldılmasına səbəb olacaq. Eyni zamanda, “Ərzaq
məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti alınacaq mal və məhsulların standartını
da müəyyən edəcək ki, bu da şübhəsiz ki, ixrac və idxal obyekti olan kənd təsərrüfatı məhsullarında
keyfiyyətin yüksəldilməsinə gətirib çıxaracaq.
2015-2016-cı illər Azərbaycanda gömrük sistemində fəaliyyətlərin təkmilləşdirilməsi ilə yadda
qaldı. Xüsusən də idxal zamanı qarşılaşılan maneələr aradan qaldırıldı. Ümumi götürdükdə isə, qeyd
olunmalıdır ki, ərzaq təhlükəsizliyi siyasəti Azərbaycan üçün əsas prioritetlərdəndir və kənd təsərrüfatı
məhsulları ilə bağlı idxal siyasətində əlavə məhdudiyyətlər qoyulmamaqdadır. İdxalatçıların
Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən olunmuş miqdarda gömrük rüsumu
ödəyərək ölkəyə kənd təsərrüfatı məhsulları gətirməsində hüquqi olaraq bir problem yoxdur. Sadəcə
icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən 2018-ci il 1
yanvar tarixinədək Azərbaycanda istehsal olunan malların alınmasının valyuta ehtiyatlarının
qorunması məqsədi ilə idxal mallarının satın alınması müəyyən müddətə dayandırılıb. Məqsəd icra
hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi
artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin
əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaqdır. Məhdudiyyət dövlət zəmanəti ilə alınmış
xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal
olunan malların dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir,
Qeyd olunan dövr ərzində əsas diqqət ölkənin ixrac potensialının artırılmasına, başqa sözlə
təşviqedici ixrac siyasətinin izlənilməsinə yönəldilmişdir. Bu çərçivədə atılan ən böyük addımlardan
biri 1 mart 2016-cı ildə ölkə prezidenti tərəfindən imzalanan “Qeyri-neft məhsullarının ixracının
təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı” nəzərə
alınmalıdır. Bu fərmanda qeyri-neft sektoru məhsullarının ixracının 2016-2020-ci illərdə təşviqi
istiqamətində əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası ərazisində
istehsal olunan və istehsal prosesində istifadə olunan yerli komponentlərin və ölkə ərazisində yaradılan
qeyri-neft məhsullarının dəyərinin xüsusi çəkisindən, həmçinin də ixrac olunan məhsulların növündən
asılı olaraq, Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan
şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqinin ödənilməsi barədə qərar verilir. Fərmana
əsasən ödəniləcək ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş
malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni təşkil edir.
Azərbaycan Respublikası 1997-ci ildən bəri Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə üvlük
danışıqlarını davam etdirməsinə baxmayaraq hələ də bu təşkilata üzvlük haqqı əldə edə bilməmişdir.
Əvvəlki dövrlərdə neft istehsalı və ixracatına əsaslanan sürətli iqtisadi böyümə tendensiyası ÜTT-ə
üzvlük və ticarət müqavilələrinin imzalanmasını ikinci plana keçirdiyini söyləmək olar. Bu baxımdan,
ölkənin kənd təsərrüfatı məhsullarının ticarəti ilə bağlı imzalanan və aktiv olaraq istifadə olunan
ticarət müqavilələrinin mövcud olmadığını qeyd etmək olar.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
154
26-27 October 2018, Baku, Azerbaijan
3.Azərbaycanda kənd təsərrüfatına dəstək siyasəti
2017-ci il ərzində kənd təsərrüfatında institusional potensialın, kənd təsərrüfatının dövlət
tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində geniş işlər görüldü. Ölkə prezidentinin
müvafiq fərmanı ilə ölkənin 52 rayonunda kənd təsərrüfatının rayon, şəhər, idarələri yaradıldı.
Azərbaycan Respublikasında kənd təsərrüfatı sektoru dövlət tərəfindən rəsmi olaraq ciddi
şəkildə dəstəklənməkdədir. Dövlət dəstəyi vergi güzəştləri xaricində həm maddi, həm də texniki
dəstəyi əhatə edir.Kənd təsərrüfatı sektoruna verilən subsidyalar Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli qərarı və 18 avqust 2015-ci il tarixli 283 nömrəli
qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. Bu qaydalara uyğun olaraq istehsalçıya mülkiyyətində,
icarəsində və ya istifadəsində olan əkin təyinatlı torpaq sahələrində qanunla əkilməsinə icazə verilən
bitkilərin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti
hesabına hər hektar hesabı ilə 50 manat, buğda və çəltik səpininə görə isə əlavə 40 manat məbləğində
yardım verilirdi.
2015-ci ildən isə fermer təsərrüfatlarına verilən dəstəyin həcmi daha da genişləndirildi. Belə ki,
yanacaq-motor yağlarına görə ayrılan subsidiyanın həcmi 2017-ci ildən 25%, gübrənin güzəştli
satışına görə, güzəştin həcmi isə 50%-dən 70%-ə qədər artırıldı. Kənd təsərrüfatı texnikasının satışına
40% güzəşt tətbiq olundu. İlk dəfə olaraq təkrar əkinlərə görə, subsidiyalaşma siyasəti müəyyən
olundu. Qeyd edilməlidir ki daha əvvəlki dövrlərdə subsidyalar əkin sahəsinin həcminə görə verilirdi.
2015-ci ildən isə subsidiyaların artıq əldə edilən məhsula görə verilməsi qərara alınmışdır.Bu isə
dolayısıyla məhsuldarlığın artmasını zəruri edir.
Heyvandarlıq sahəsində süni mayalanma yolu ilə alınan balalara görə, subsidiyanın verilməsi
tədbirləri müəyyən olundu. Prezidentin 2015-ci il avqust ayının 19-da imzaladığı “Heyvandarlığın
inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” sərəncamı ilə əhalinin heyvandarlıq məhsulları
ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş
sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş
buzova görə heyvan sahiblərinə 100 manat həcmində subsidiya müəyyən edildi.
Eyni zamanda ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul
olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50% güzəştlə lizinq yolu ilə satışının həyata keçiril-
məsi üçün 10 milyon manat vəsait ayrılmışdır. 2015-ci il avqust ayının 21-də imzalanmış “Heyvandar-
lığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” prezident sərəncamı da
ölkədə aqrar sektorun ümumi inkişafını sürətləndirmək baxımından olduqca əhəmiyyətli bir sənəddir.
Sözügedən sərəncamda Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların istehsalının
artırılması, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, süni mayalanma tədbirlərinin həyata
keçirilməsinin sürətləndirilməsi və yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün seleksiya-
damazlıq işlərinin elmi əsaslarla aparılmasının daha da təkmilləşdirməsi məqsədiylə 5,8 milyon manat,
o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə
işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat,
Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5
milyon manat və Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon
manat ayrılmışdır. Azərbaycanın 2015-ci ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı,
balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596 milyon 152 min manatdan artıq vəsait
ayrlmışdır ki, bunun da 568 milyon 688 min 675 manatı bilavasitə kənd təsərrüfatı xərclərinə aiddir.
2015- ci il mövsümündə yanacaq-motor yağları, buğda və gübrənin güzəştli satışına görə,
ümumilikdə büdcədən ayrılmış vəsaitin həcmi 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 26-27%
yüksəkdir. Azərbaycan Prezidentinin 1 mart 2016-cı il tarixli sərəncamı ilə 2016-2020-ci illərdə
Azərbaycan Respublikasında istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi istiqamətində
əlavə tədbirlərin həyata keçirilməsi məqsədilə yuxarıda da qeyd olunduğu kimiilk dəfə olaraq qeyri-
neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac olunmuş
malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-i həcmində ixrac təşviqi
ödənilməsinə qərar verildi.
Bundan əlavə kənd təsərrüfatı istehsalçılarına tətbiq olunan vergi güzəştləri də bu sektora dövlət
dəstəyinin əsas göstəricilərindən biridir. 2015-ci ildə bu istiqamətdə mühüm dəyişikliklər olmasa da
əvvəlki illərdə tətbiq olunan güzəştlər qalmaqdadır. Başqa sözlə, 22 noyabr 2013-cü ildə 2001-ci ildən
kənd təsərrüfatına tətbiq olun vergi güzəştləri 5 il daha artırılaraq 2019-cü il yanvarın 1-ə qədər
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
155
26-27 October 2018, Baku, Azerbaijan
uzadılmışdır. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla
vergilərdən tamamən azad edilmişdir.
Hesablamalara görə vergi güzəştləri nəticəsində kənd təsərrüfatında xərclərin 10%-dək
azalmasına imkan yaranmışdır. Ümumilikdə isə kənd təsərrüfatı ilə məşgul olanlar 9 növ verginin
yeddisindən azaddırlar. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər
Vergi Məcəlləsi ilə müəyyən edilən hüquqi şəxslərin mənfəət vergisini, əlavə dəyər vergisini,
sadələşdirilmiş sistem üzrə vergini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak
vergisini ödəməkdən azaddırlar. Bundan başqa, fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş
əlavə dəyər vergisini və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərdən əmlak vergisini
ödəməkdən azad ediliblər. Ümumilikdə isə kənd təsərrüfatı məhsulları istehsalçılarına 2015-cü ildə
dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiya miqdarı yanacaq və motor yağlarına görə 51.83
milyon manat, buğda və çəltik səpininə görə 17,05 milyon manat, mineral gübrəyə görə 32,5 milyon
manat, I və II reproduksiyalı toxumlara görə 5,05 milyon manat və elmi-tədqiqat təşkilatlarına orijinal,
superelit və elit toxumlara çəkilən xərclərin ödənilməsinə görə 908,1 min manat olmaqla cəmi 107,3
milyon manat, 2007-2018-cü illər üzrə cəmi isə 1 milyard manatı ötmüşdür.
Dövlət dəstəyinin digər forması isə texniki dəstəkdir. Azərbaycanda fermer və sahibkarlar
güzəştli şərtlərlə kredit, toxum, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və
lizinq yolu ilə satılan gübrə, texnika, damazlıq mal-qara almaq imkanlarına malikdir.
2015-ci ilin əvvəlində ciddi şəkildə hiss edilən iqtisadi problemlər dövlət səviyyəsində kənd
təsərrüfatında ənənəvi sahələrin yenidən inkişaf etdirilməsini gündəmə gətirdi. 1970-1980-ci illərdəhər
il təxminən 1 milyon tona yaxın pambıq istehsal olunan Azərbaycan post sovet ölkələri içində
əhəmiyyətli istehsalçı ikən keçid dövründə yaranan ümumi problemlərlə birlikdə sonrakı dövrdə bu
məhsulun istehsalı böyük miqdarda azalmış 2015 ci ildə bu istehsal təxminən 100 min ton
olmuşdur.Bu sahənin yenidən dirçəldilməsi və pambıq istehsalının artırılması məqsədiylə 22 sentyabr
2016-cı il tarixli Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında
prezidet sərəmcamı ilə emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə pambıq
istehsalçılarına 0,1 manat subsidiya verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, fermerlərin
özlərinin satışını reallaşdırmalarının çətin olduğu bəzi məhsullar üçün dövlət tərəfindən yaradılmış
qəbul məntəqələrində hər il əvvəlcədən müəyyənləşdirilən qiymətlərlə satınalmanın həyata geçirilməsi
də bu sahəyə əlavə dəstək kimi nəzərə alınmalıdır.
4. Azərbaycanda makroiqtisadi göstəricilərin inkişafəna kənd təsərrüfatına yönəlik dəstək
siyasətinin təsiri
Azərbaycan iqtisadiyyatında 2014-cü ilin sonundan başlayaraq müşahidə olunan makroiqtisadi
problemlərin kənd təsərrüfatı sektorunda istehsal, həmçinin də ixcac və idxal əməliyyatları həcmi
üzərində əhəmiyyətli təsiri olduğunu söyləmək olar. Çünki, 2005-ci ildən bəri ölkə iqtisadiyyatında
qeydə alınan neft bumu və nəticədə xarici valyutalara qarşı dəyəri yüksək olan ölkə valyutası digər
qeyri-neft sektorlarında olduğu kimi kənd təsərrüfatının da nisbətən arxa planda qalmasına səbəb
olmuşdur. Bu konteksdə, yuxarıda qeyd olunan dövlət dəstəyi formalarının da əvvəlki illərdə
effektivliliyi açıq müzakirə mövzusudur. Bu vergi güzəştlərinin nəticəsində, kənd təsərrufatı
məhsulları istehsalcılarına 2001-2014-cu illərdə 1,4 milyard manat vəsait güzəşt edilmişdir. Həmçinin,
2001-ci ilə qədər olkə uzrə cəmi 1,3 milyard manatlıq kənd təsərrufatı məhsulu istehsal edilirdisə,
2014-cu ildə bu rəqəm 5 milyard manat olmuşdur.
Nəticə
2015-2018-ci illər ərzində qarşılaşılan makroiqtisadi problemlərin kənd təsərrüfatı ticarəti
üzərində təsirini aşağıdakı kimi qruplaşdırıb təhlil etmək olar:
İlk növbədə, ölkədə iqtisadi böyümənin yavaşlaması və hazırda müşahidə olunan iqtisadi
resessiya kənd təsərrüfatı ticarəti, xüsusilə də idxal üzərində ciddi təsirə malikdir. Çünki, dünya
bazarında neft qiymətlərinin kəskin azalması ilə şiddətlənən iqtisadi resessiya ölkənin və ya əhalinin
nominal və real gəlirlərinin ciddi ölçüdə azalması ilə nəticələnməkdədir. Bu isə tələbin azalmasına
gətirib çıxaracaq. İqtisadi nəzəriyyədən də bilindiyi kimi, idxal əsasən gəlirə bağlı olaraq dəyişir.
Digər tərəfdən, müşahidə olunan iqtisadi çətinliklər dövlət səviyyəsində qeyri-neft sektoruna diqqəti
artırmışdır. Azərbaycan üçün həm məşğulluğun təmin olunması, həm də əlverişli təbii-iqlim şəraiti
baxımından kənd təsərrüfatı yuxarıda da qeyd edildiyi kimi prioritet sahə halına gətirilməkdədir. Eyni
zamanda, iqtisadi çətinliklər səbəbindən işçi qüvvəsinin tədricən yenidən kənd təsərrüfatına doğru axın
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
156
26-27 October 2018, Baku, Azerbaijan
edəcəyini gözləmək olar. Buna görə də, iqtisadi böyümə probleminin Azərbaycanda yaxın gələcəkdə
kənd təsərrüfatı məhsulları ticarətində idxalı qismən azaldacağını, yerli istehsal həcmini və orta və
uzun müddətdə ixracatı artıracağını demək doğru olar. Azərbaycanın kənd təsərrüfatı məhsulları
ixracına təsir edən əhəmiyyətli faktorlardan biri də ölkənin əsas ixracat partnyoru Rusiya
Federasiyasında müşahidə olunan iqtisadi problemlər və rublun dəyər itirməsi oldu.
Lakin, həm ixrac, həm də idxal üzərində ən böyük təsirə sahib olan 2015-ci il ərzində baş verən
devalvasiyalar oldu. Ölkə valyutasının bir il ərzində kəskin şəkildə iki dəfə - 21 fevral və 21 dekabr
2015-ci il tarixlərində devalvasiya olunması və sonrakı aylarda da müəyyən dalğalanmalar olmaqla
devalvasiya tendensiyasının davam etməsi idxal olunan məhsulların daxili bazarda daha yüksək
qiymətə təklif olunması ilə nəticələndi. Bu isə nəticədə xaricdən gətirilən kənd təsərrüfatı mallarına
tələbin azalması və yerli məhsullara marağın artmasına səbəb oldu. Bu çərçivədə, 2015-ci ildə əvvəlki
illə müqayisədə kənd təsərrüfatı məhsulları idxalatında azalmanın əsas səbəbinin ölkə valyutasının
devalvasiyası olduğunu söyləmək olar. Devalvasiyaların kənd təsərrüfatı məhsulları ixracı üzərində
müsbət təsirinin indilik müşahidə olunmaması idxal əvəzləyici funksiyanı yerinə yetirməsi və ixrac
potensialının hazırkı istehsal miqdarı səbəbindən azlığı ilə izah oluna bilər. Orta və uzun müddətdə
devalvasiyaların ixrac üzərində ciddi müsbət təsir edəcəyi gözləniləndir.
Azərbaycanın neft ixrac edən ölkə olması və neft ixracatından əldə etdiyi gəlirlərin digər
sektorlardan mütləq üstün olması danılmazdır. Fəqət neftin tükənən resurs olduğunu və günümüzdə
neft qiymətlərinin ciddi şəkildə aşağı düşməsi bu sektora bağlılığın müxtəlif iqtisadi problemləri
ortaya çıxardığı görülməkdədir.Ona görə digər sektorların da inkişafına istiqamətləndirilmiş iqtisadi
siyasət olduqca vacibdir. Bu sektorlardan biri kənd təsərrüfatı və ərzaq məhsulları sektorudur ki, bu
sektor məhsullarının ixracından alınan vəsaitin həcmininin perspektiv inkişaf potensialı yüksəkdir.
Azərbaycanda kənd təsərrüfatı torpaqlarının 22% - 1 milyon 911 min hektar xüsusi mülkiyyətə, 45%
dövlət mülkiyyətinə, 33% isə bələdiyyə mülkiyyətinə aiddir. Azərbaycan iqtisadiyyatında neft-qaz
hasilatına əsaslanan dağ-mədən sənayesi əsas yer tutduğuna görə kənd təsərrüfatının ölkə ÜDM-də
payı o qədər də yüksək deyil. 2017-cü il üçün kənd təsərrüfatının ümumi məhsulu 5.7 milyard AZN və
ya ölkə ÜDM-nin 5.7% həcmində olmuşdur. Ümumi istehsalın 53.1%-ni heyvandarlıq məhsulları,
46.9%-ni isə bitkiçilik məhsulları təşkil edir. Təsərrüfat kateqoriyaları üzrə baxıldığında kənd
təsərrüfatı ümumi məhsulun 92.3%-i fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları, 7.7%-i isə kənd
təsərrüfatı müasisələri və sair təşkilatlar tərəfindən istehsal olunmuşdur. Kənd təsərrüfatının ölkə
ÜDM-də payı az olmasına baxmayaraq bu sektor ölkədə məşğulluğun təmin olunmasında ən vacib rol
oynayır. Rəsmi statsitikaya görə məşğul əhalinin 37.1%-i kənd təsərrüfatı sektorunda çalışır.Ümumi
olaraq baxıldığında, 2017-cü ildə ölkənin toplam ixracatı 21.83 milyard $, idxalatı 9.19 milyard $,
2015-ci ilin yanvar-iyun ayları ərzində isə müvafiq olaraq 6.23 milyard $ və 4.52 milyard $ olmuşdur.
Əsas kənd təsərrüfatı mal qrupları üzrə ölkə ixracatında tərəvəzlər, meyvəköklülər və kök yumruları,
yeməli meyvələr və qoz-findıq, sitrus bitkiləri, heyvan və ya bitki mənşəli piylər və yağlar 481.4
milyon $-la (89.3%) əsas yer tutur. İdxalatda isə dənli bitkilər (52.7%), heyvan və ya bitki mənşəli
piylər və yağlar (13.7%), diri heyvanlar (8.1%) və süd məhsulları, quş yumurtası, təbii bal və heyvan
mənşəli digər ərzaq məhsulları (10.7%) mal qrupları üstünlük təşkil edir. Ümumilikdə isə, 2014-cü
ildə ixracın cəmi 2.5%-i, idxalatın 7%-i kənd təsərrüfatı məhsulları ticarətinin payına düşür. Kənd
təsərrüfatı məhsulları ticarətinin coğrafi quruluşuna görə başda Rusiya Federasiyası olmaqla MDB
ölkələri, İraq, İran, İndoneziya, Türkiyə, Avropa İttifaqı ölkələri əsas yer tutur. İxracda müvafiq olaraq
Rusiya Federasiyası 249.73 milyon $ (46.32%), İraq 94.62 milyon $ (17.5%), idxalda isə Rusiya
Federasiyası 185 milyon $ (28.7%), Qazaxıstan 135.8 milyon $ (21.1%) hissə ilə Azərbaycanın kənd
təsərrüfatı məhsulları ticarətində ən böyük tərəfdaş ölkələrdir. Azərbaycanda kənd təsərrüfatı sektoru
dövlət tərəfindən rəsmi olaraq ciddi şəkildə dəstəklənməkdədir. Dövlət dəstəyi vergi güzəştləri
xaricində həm maddi, həm də texniki dəstəyi əhatə edir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına
müddətli vergi güzəştlərinin verilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2001-ci
ildən başlayaraq tətbiq olunmuşdur. Bu qanunun tətbiq olunması nəticəsində kənd təsərrüfatı
məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
müəyyən edilmiş hüquqi şəxslərin Mənfəət Vergisini, ƏDV, Sadələşdirilmiş vergi və həmin fəaliyyət
prosesində istifadə olunan obyektlərdən Əmlak Vergisini ödəməkdən, fiziki şəxslər isə ƏDV və həmin
fəaliyyət prosesində istifadə olunan obyektlərdən Əmlak Vergisini ödəməkdən azad olunmuşdur.
Həmçinin Vergi Məcəlləsinin 102.1.11-ci maddəsinə əsasən fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı
|