"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


II.  Azerbaycan için Bölgede Yaşanabilecek Yeni Ticari ve Siyasi Gelişmeler



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə29/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   25   26   27   28   29   30   31   32   ...   78
Conferance Book Economy.(3)


II.  Azerbaycan için Bölgede Yaşanabilecek Yeni Ticari ve Siyasi Gelişmeler 

Bu gün dünyada yaşanan siyasi gelişmeler ticarete doğrudan yön vermekte ve uluslararsı para 

birimi  ülkeler  arasındaki  ticaretin  artması  veya  azalmasında  ciddi  etkiler  yapmaktadır.Uluslararası 

ticaretin yaklaşık %60’ı dolar, %20’si euro,kalan %20’si ise diğer para birimleri ile yapılmaktadır.  

Uluslararası  para  birimi  olan  Amerikan  dolarının  artmakta  olması  ülkelerarası  ticarette  ulusal 

paraya  geçmesini  düşündürmeye  başlamıştır.Uluslararası  para  birimi  ülkeler  için  tehdit 

olmamalıdır.Bazı ülkelere göre buna geçmek mümkün deyildir düşüncesindedirler, amma aslında AB-

ye  bakdığımızda  uluslararası  para  birimi  olan  euronun  tarihigösteriyor  ki  uzunzaman  alsa  da  bu 

mümkündür. 

Dünyada  giden  siyasi  gerginlik  Türkiye'ye  ve  diğer  ülkelerin  ABD  Doları'na  bağımlılığı 

azaltmaya çalışırken, Kremlin'e olan yakınlığıyla tanınan önde gelen bir Rus siyasi analist olan politik 

analist  Alexander  Dukin  ilginç  bir  öneride  bulunmuş:"Petrol  ve  gaz  ticaretinde  ABD  dolarını  terk 

etmeliyiz: Rusya, İran ve Türkiye ABD'de altınlarını geri çekmeli ve yeni bir para birimi yaratmalı ve 

bu yakın gelecekte mümkün olabileceğini düşünüyorum, ancak doğru şekilde tarihleyemiyorum".

7

 

Azerbaycan  ve  Türkiye  arasındaki  ticarette  ulusal  paraya  geçiş  konusu  gündeme  koyulmuş-



tur.Tarihi ipek yolunda ticaret Türk Konseyi olmadan mümkün olmayacaktır. 

                                                           



4

  

http://www.mtk.az/content/?i=40&title=beynelxalq-itisadi-munasibetler-memmedov-ruslan 

5

  

http://economy.gov.az/article/2017-ci-ilde-azerbaycan-respublikasinin-xarici-ticaret-elaqeleri/28212 

6

  

http://azerbaijans.com/content_1679_az.html 

7

  

https://sputnik.az/russia/20180430/415111065/uc-olke-ortaq-pul-vahidine-kececek.html 

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

133  

26-27 October 2018, Baku, Azerbaijan 

Türkiye  ile  birlikte  Azerbaycan'ın  yakın  gelecekte  İran  ile  bir  anlaşmaya  varması  bekleni-

yor.Uzmanlar, arka planda, ulusal para birimi cinsinden alım satımın ülkemiz için bazı avantajlara sahip 

olacağını belirtiyorlar. Ayrıca Rusya, ulusal para birimleriyle karşılıklı ticaret yapmak için Azerbay-

can'a başvurdu. Rusya'nın Azerbaycan'ın en büyük ticaret ortaklarından biri olduğu unutulmamalıdır.  

AzerbaycanTrans-Anadolu  Boru  Hattı  (TANAP)  ve  TAP  (Trans-Adriyatik)  boru  hatlarına  ek 

olarak,  Güney  Koridoru'ndaki  alternatif  bir  rota  olan  Nabucco-West,  Azerbaycan'ın  yanı  sıra 

bölgedeki  diğer  ülkelerden  gelen  doğal  gazların  taşınması  için  kullanılacaktır.Avrupa'nın  doğal  gaz 

ihtiyacının büyük bir kısmını sağlayarak, doğal gaz boru hattını ve Güney Doğu Avrupa'daki mevcut 

ve gelecek vaat eden boru hattı sistemini kullanarak dünyanın önde gelen hidrokarbon ihracatçıları ve 

transit ülkelerinden birine dönüştürülecek. 

Azerbaycanın Türkiye ile birlikdeki işbirliyi her iki ülke için Uluslararası ticaretin gelişmesine 

ve  her  iki  ülkenin  içindeki  ekonomide  yükselişine  en  esas  geostrategik  bölge  olarakgüclü  devlete 

çevrilmesine doğru giden  yolun kısalmasını hızlandıracaktır.  



Sonuç ve değerlendirme 

Azerbaycan bulunduğu bölgenin ve Türk Dünyasının en önemli ülkelerinden biridir. Bu önemi 

tarihi geçmişi, bulunduğu konum, coğrafyası, sahip olduğu yeraltı ve yerüstü kaynaklar, ve Türkiye ile 

yakın siyasi, iktisadi, etnik, kültürel ve dini bağları ve aynılıkları gibi hususlardan kaynaklanmaktadır. 

Bağımsızlığını  kazandığı  1991  yılından  günümüze  kadar  Azerbaycan’ın  ticareti  sürekli  gelişim 

göstermiştir.  Bu  doğrultuda  Türkiye  ile  olan  ticareti  de  sürekli  gelişmiştir.Özellikle  Umumi  Lider 

Haydar Aliyev’in başlattığı ve Cumhurbaşkanı İlham Aliyev’in de devam ettirdiği Türkiye bağlantılı 

doğalgaz, petrol ve demiryolu projeleri her iki ülkenin de hem batılı devletler karşısında hem de Rusya 

karşısında elini güçlendirmiş ve geleceğe yönelik olarak önemli avantajlar sağlamıştır. “Bir Millet İki 

Devlet” düsturuna uygun olarak bu iki ülkenin gelecekte de bu bağlılıklarının ve işbirliklerinin devam 

etmesi  hem  bölgenin  istikrarına  katkı  yapacak  hem  de  ticari  kazançlarının  artmasını  sağlayacaktır. 

Diğer taraftan, bölgenin sorunlu ülkesi ermenistan’ın da yanlış politikalarından vaz geçerek işgal ettiği 

Azerbaycan  topraklarından  çıkmasına  vesile  olabilecektir.  Belirtilen  avantajlı  ve  olması  gereken 

hedeflere  ulaşmak  için  Azerbaycan  ve  Türkiye’nin  başta  eğitim  olmak  üzere  tüm  alanlarda  ortak 

yatırımlar, işbirlikleri ve çalışmalar yapması, Ortadoğu, Avrupa, Kafkasya gibi bölgelerin istikrarı ve 

gelişiminin önemli adımlarından biri olabilecektir. 



 

KAYNAKÇA: 

1. 


Qəribov Asəf, Əzizov Anar, Əhmədova Sədaqət “Beynəlxalq Ticarət Əməliyyatlari” dərs vəsaiti s.12, Bakı 2017 

2. 


http://www.mtk.az/content/?i=40&title=beynelxalq-itisadi-munasibetler-memmedov-ruslan 

3. 


http://economy.gov.az/article/2017-ci-ilde-azerbaycan-respublikasinin-xarici-ticaret-elaqeleri/28212 

4. 


http://azerbaijans.com/content_1679_az.html 

5. 


https://sputnik.az/russia/20180430/415111065/uc-olke-ortaq-pul-vahidine-kececek.html 

 

 

 

DAVAMLI İNKİŞAF VƏ İCTİMAİ ŞÜURUN TRANSFORMASİYASI 

 

Rabil Mehtiyev 

Bakı Mühəndislik Universiteti 

rabil.mehtiyev@mail.ru

 

 

XÜLASƏ 

Təqdim  olunan  məqalədə  davamlı  inkişaf  və  ictimai  şüurun  transformasiyasının  dialektikası  nəzədən 

keçirilir. Milli və beynəlxalq təcrübədə müşayət olunan tendensiyaların yerli ənənələrə sirayəti, davamlı inkişa-

fın yeni təfəkkür tərzini tələb etdiyi əsaslandırılır. Qeyd olunur ki, Azərbaycanın malik olduğu milli dəyərlər ye-

ni dövrün çağırışlarına adekvat olmaqla daha dərin ideya-mənəvi məzmundan məxəz götürür.  

Açar sözlər: davamlı inkişaf, ictimai şüur, milli dəyərlər, yeni təfəkkür tərzi, azərbaycançılıq ideologiyası 

SUSTAINABLE DEVELOPMENT AND TRANSFORMATION OF PUBLIC CONSCIOUSNESS 

SUMMARY 

In the presented article, the dialectics of sustainable development and transformation of public conscious-

ness are monitored. The tendency to follow local and national trends in the national and international practice is 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

134  

26-27 October 2018, Baku, Azerbaijan 

justified by the need for sustainable development in a new way of thinking. It is noted that the national values of 

Azerbaijan are adequate to the challenges of the new era and are deeply rooted in deeper ideological and moral 

content.  



Keywords:

  sustainable  development,  public  consciousness,  national  values,  new  thinking,  ideology  of 

Azerbaijanism

 

 

Giriş 

BMT-nin  İnkişafı  Proqramında  qeyd  olunduğu  kimi  davamlı  inkişaf  sosial-iqtisadi  kateqoriya 

kimi,  real  inkişaf  gəlirlərin,  məhsuldarlığın,  iqtisadi  fəallığın  artması  ilə  məhdudlaşmayaraq, 

institusional,  sosial  və  inzibati  strukturlarda,  eləcə  də  ictimai  şüurda,  ənənələrdə  və  stereotiplərdə 

keyfiyyət dəyişikliklərini təmin etməklə, bütün iqtisadi, siyasi və sosial sistemlərin təkmilləşdirilərək 

insanlara doğru istiqamətləndirilməsi prosesidir.( 1, s.31) 

Ölkəmizin  davamlı  inkişaf  sahəsində  əldə  etdiyi  böyük  uğurlar  inkişafın  Azərbaycan 

modelindən danışmağa imkan verir. Davamlı, dinamik inkişaf məntiqinə əsaslanan bu modelin strateji 

istiqamətləri aşağıdakı kimi səciyyələndirilə bilər. Bu model hazırda iqtisadiyyatın davamlı və sürətli 

inkişafının  əsasını  təşkil  edir.  Burada  prioritet  sahələr  üzrə  iqtisadi  siyasətin  həyata  keçirilmə 

taktikasının  fərqləndirici  xüsusiyyətlərini  -  göstərilən  istiqamətlərin  hər  biri  üzrə  fəaliyyətin  paralel 

şəkildə həyata keçirilən əlaqələndirilmiş proqramlar üzrə aparılması olduqca önəmlidir. 

 Bu təqdirdə qeyri-standart, lakin iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan, 

gələcəyə  hesablanan  və  cəsarətli  qərarların  qəbul  olunması  olduqca  vacibdir.  Müvafiq  qərarların 

qəbulu  prosesində    sosialyönümlülüyün  gözlənilməsi,  milli  mentalitetin  nəzərə  alınması,  mütərəqqi 

dünya təcrübəsinə arxalanma mütərəqqi meyarlar kimi bir-birini tamamlayır. 

Davamlı inkişafa nail olmaq məqsədilə insanlar yeni təfəkkür tərzinə nail olmalı, dövlət siyasə-

tinə  dəstək  imkanlarını  genişləndirməlidirlər.  Başqa  sözlə,  ictimai  şüur  ictimai  varlıqdan  geri  qala 

bilməz,  xüsusilə  təbiətlə,  onun  dəyişdirilməsi  ilə  bağlı  olan  fəaliyyətindən.  Bu  fəaliyyət  nəticəsində 

biosfer parçalandı. Şüur vasitəsilə insanlar bu prosesə son qoya bilər, təbiətin yanaşması və sabitliyinə 

səbəb  ola  bilər.  Gec  olsa  da,  nəhayət, insanlar  dərk  ediblər  ki,  ekoloji fəlakətə gətirib  çıxara  biləcək 

ekoloji  böhran  şəraitində  yaşayırlar.        Yeni  təfəkkür  tərzi  dedikdə  mənəvi  sferada  müşayət  olunan 

problemlərdən  ən  başlıcaları  kimi  ictimai  elmlərdə  baş  verən  dəyişiklikləri,  uzun  illər  ərzində 

formalaşan stereotiplərin dəyişməsini,mədəniyyətlərin qarşılıqlı təsiri nəticəsində insanların dəyərlərə 

münasibətlərinin    yeni  keyfiyyətdə  təzahür  etməsini,onların  dünyagörüşlərində  yeni  elementlırin 

ortaya çıxmasını, ailədaxili münasibətlərin təbiətinin yeniləşməsini, insanların müasir kommunikasiya 

vasitələırinə aludəçilik səbəbindən mədəni-estetik tədbirlərdən uzaqlaşmasını və s. göstərmək olar. 

   İnsanların  mənəvi  sferasının  siyasi  sistem  üçün  əhəmiyyətini  xarakterizə  edən  faktorlardan 

biri də ictimai şüurun təbiəti ilə bağlıdır. Belə ki, ictimai şüuru şərtləndirən amillərdən biri cəmiyyətin 

sosial-mədəni mühitidir. Sosial-mədəni mühitin sağlam olması ictimai şüurun təkmil olmasını şərtlən-

dirir  ki,  bu  da  sonuncunun  sosial-siyasi  proseslərə  yaradıcı  yanaşmasına  səbəb  olur.Nəzərə  almaq 

lazımdır ki,siyasi proseslərin subyekti kimi çıxış edən insanların şüuru yalnız passiv tərəf kimi özünü 

göstərməyərək, eyni zamanda bu proseslərə birbaşa təsir edir. 

   İctimai  şüurun  pozitiv  əsaslarla  köklənməsi  cəmiyyət  həyatının  rəvan  gedişinə  zəmin 

yaratmaqla ictimai  inkişafda    mütərəqqi  rol  oynayır.Bu  baxımdan  keçid  dövrünü  yaşayan  cəmiyyət-

lərdə ictimai şüurun xarakterindən asılı olaraq bu və ya  başqa prosesin gedişi çeşidli şəkil alır.Keçid 

mərhələsində  olan  toplumlarda  ictimai  şüur  proqressiv  səciyyə  daşıdıqda  ictimai-siyasi  proseslərdə 

inkişafa can atma,dövrün qabaqcıl elementlərinə meyillilik özünü biruzə verir ki, bu da nəticə etibarı 

ilə həmin toplumların inkişaf etməsinə gətirib çıxarır. 

   İctimai  şüurun  sosial-siyasi  proseslərə  fəal  təsir  etdiyini  nəzərə  alaraq  transformasion 

dəyişikliklər mərhələsində olan cəmiyyətlərdə siyasi sistemin başlıca ünsürü olan dövlətlər qarşısında 

duran muhum məsələlərdən biri ictimai şüurun təkamülünə müsbət impuls verməkdir. 

   Bizcə,cəmiyyətə intensiv sürətdə təlqin olunan olunan,insan azadlığı, fərdi rifah postulatlarına 

istinad  edən  konsepsiyalar  xalqın  özünəməxsus  xüsusiyyətlərini  nəzərə  almayan,ən  əsas  mövcud 

reallığı  əks  etdirməyən  nəzəriyyəbazlıqdır.  Bəzi  sosial  qruplara təlqqin    olunmasına  cəhd  edilən  izm 

sonluqlu əcnəbi  doktrinalara    deyil, xalqın  mənəvi  ndəyərlərindən  qidalanan  fikir  sahiblərinin  ortaya 

qoyduqlarına  istinad  etmək  daha  məqsədə  müvafiq  olardı.  Bu  xüsusda  akademik  Ramiz  Mehdiyev 

yazır ki “müasir dünya sürətlə dəyişir, özümüz hiss etmədən biz də onunla birlikdə dəyişirik. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

135  

26-27 October 2018, Baku, Azerbaijan 

 Amma  bəzən  gözlə  görünməsə  də,  həyatımızın  ən  əhəmiyyətli  və  etibarlı  oriyentirləri  olan 

əbədi  dəyərlər  dəyişmir  və  həmişəlik  qalır.  Azərbaycan  diasporunun  inkişafının  dərk  edilməsinin 

nəticələri  göstərdi  ki,  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  formalaşdırılan  və  reallaşdırılan, 

müasir  mərhələdə  Prezident  İlham  Əliyev  tərəfindən  inkişaf  etdirilən  azərbaycançılıq  strategiyası 

yeganə düzgün və sarsılmaz strategiyadır və ilk növbədə həmvətənlərimizin Vətənə mənəvi bağlılığını 

müəyyən edir.” (2) 

 Fikrimizi  əsaslandırmaq  ücün  qeyd  edək  ki,  çağdaş  populyar  nəzəriyyələr  güclü  dövlət  stabil 

siyasi  sistem  modelindən  kecərək  vətəndaş  cəmiyyəti  yaratmaq  üçün  baza  rolunu  oynamağa 

başlamışlar. 

 Azərbaycan iki qitənin qovuşuğunda yerləşdiyindən iki mədəniyyətin daşıyıcısı olmuşdur ki,bu 

da  sadəcə təmsilçiliklə  kifayətlənməklə  deyil,həm  də dünya  mədəniyyətinə töhfələr  verməklə  paralel 

getmişdir.Qərb  və  şərq  mədəniyyətlərinin  qabaqcil  elementlərini  sintez  edən  Azərbaycan  zəngin 

mədəniyyəti  ilə  örnək  kimi  çıxış  etmək  imkanında  olduğundan  onun  digər  məmləkətlərdən  keçən 

ideya  istiqamətinə  ehtiyac  yoxdur.İdeologiya  axtarışı  ilə  bağlı  digər  nüans  yerinin  axtarışı  zamanı 

köhnənin  mütərəqqisinin  itirilməməsi  ilə  əlaqədardır.  Xalqımızın  milli-mənəvi  dəyərlərinin 

qorunmasının  prioritetliyi  “Azərbaycan-2020:  Gələcəyə  baxış”  İnkişaf  konsepsiyasında  xüsusi 

paraqrafda  əksini  tapır:  Azərbaycan  dilinin,  Azərbaycan  mədəniyyəti  və  tarixinin  dünya  ölkələrinə 

tanıdılması məqsədi ilə xüsusi proqram və fəaliyyət planı hazırlanacaq və həyata keçiriləcəkdir. 

 Bununla  baglı  T.  Əfəndiyev  qeyd  edir  ki  “xalqımızın  milli-mənəvi  dəyərləri,  adət-ənənəsi 

insanlarımızın dini etiqadına əsaslanaraq özündə çox böyük milli əxlaqi və bəşəri duyğuları təcəssüm 

etdirir.  Müqəddəs  daxili  inama,  mənəvi  saflığa  tapınan  Azərbaycan  xalqı  tarixin  ən  keşməkeşli 

mərhələlərində  belə,  mənəviyyatın  təntənəsinə  xidmət  edən  islam  dininin  zəngin  dəyərlərindən 

dönməyərək bu dəyərlərə həmişə sadiq qalmışdır. İslam dininin mahiyyətini dərk edən xalqımız onun 

insan  ruhunu  paklığa  səsləyən  müqəddəs  çağırışlarına,  mərasim  və  ayinlərinə  tarixin  bütün 

məqamlarında əməl etməyə çalışmışdır”. (3,s.4)  

Davamlı və rəqabət qabiliyyətli inkişafın zəmini olan Azərbaycançılıq ideologiyası Z.Qaralovun 

ifadə  etdiyi  kimi  çoxmədəniyyətliliyin  saxlanılıb  inkişaf  etdirilməsi  ilə  yanaşı,  ümumi  Azərbaycan 

xalq  mədəniyyətinin  formalaşmasına  imkan  yaratdı.  Belə  ki,  hər  bir  milli  qrupa,  etnikə  məxsus  ən 

yüksək mədəniyyət nümunələri Azərbaycanın xalq mədəniyyəti sistemində özünə yer tutmağa başladı. 

Azərbaycanda  mədəniyyətlərin  inkişafına  bərabər  şəraitin  yaradılması  işinə  azərbaycançılıq 

ideologiyası  müsbət  təsir  göstərmişdi  (4  ,s.91).  Demokratik  dəyərlərə  əsaslanan  yeni  ictimai 

münasibətlər  sisteminin  formalaşması  cəmiyyətin  strukturunda  mühüm  dəyişikliyə  səbəb  olmuş, 

vətəndaşların ictimai-siyasi proseslərdə daha fəal rol oynamasına şərait yaratmışdır. 

Belə ki, ənənələrin zəngin olduğu Azərbaycanda yeninin əzx edilməsi eyforiyası ilə keçmişdən 

imtina  yolverilməzdir.  Məhz  bunları  əsas  tutan  bir  sıra  fikir  sahibləri  yeni  ideoloji  yön  axtarışına 

lüzum  görəməyərək  adət  ənənələrdən  irəli  gələn  təfəkkür  tərzinə  söykənməyə  üstünlük  verirlər.Bu 

istiqamətin  tərəfdarları  öz  mülahizələrində  konservatizmə,bir  sira  hallarda  isə  sonuncudan  doğan 

neokonservatizmə müraciət edirlər. 

Dövlətin  möhkəmliyini,onun  vətəndaşlar  qarşısında  məsuliyyətini  sosial-siyasi  sabitliyi  ehtiva 

edən  bu  fikirlər  Azərbaycan  cəmiyyəti  üçün  aktual  tutuma  malikdir.İdeoloji  vakuumu  doldurmaq 

istiqamətində  atılan  addımlardan  biri  kimi  dövlətçilik  idealogiyasının  işlənməsi  bu  nöqteyi  nəzərdən 

təqdirəlayiqdir. 

   Qeyd  etməyi  lazım  bilirik  ki,  hazırda  davamlı  inkişaf  xəttini  təmin  etmiş  ölkələrin  bir  çoxu  

məhz  millətin  özünüdərkinə  istinad  edən,  öz  gücünü  qiymətləndirməyə  imkan  verən  milli 

konsepsiyalar  sayəsində  uğurlara  imza  atmışlar.  Bizcə,  azərbaycanlıları  inkişafa  apara  bilən  belə 

konsepsiyanin formalaşdırılması üçün xalqın keçdiyi yol potensial imkanlar yaradır.  

Milli üstünlük konsepsiyası qeyd etdiyimiz kimi millətin imkanlarını qiymətləndirərək mənəvi 

psixoloji cəhətdən istənilən mübarizəyə hazır olmasını bir sözlə öz imkanlarına inancını nəzərdə tutur. 

Eyni zamanda sözügedən konsepsiya millətin digərlərindən mənəvi psixoloji cəhətdən üstün olmasını 

ehtiva  edir.  Azərbaycanlılar  bir  toplum  olaraq  öz  güclərinə  inandıqca,əcdadlarının  nümunəsindən 

dəfələrlə müşahidə olunmuş örnək timsallarını  təkrarlayaraq dünya birliyində layiq olduqları yerlərini 

tapa bilərlər. 

   Deyilənləri  ümumiləşdirərək  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  cəmiyyətinin  siyasi 

həyatının transformasiyası zamanı müşahidə olunan dəyişikliklər tarixi səciyyə daşıyır. Ölkə həyatinin 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

136  

26-27 October 2018, Baku, Azerbaijan 

siyasi  siferasında  reallaşan  dəyişikliklər  bütövlükdə  ictimai  sistemə  nəzərəcarpacaq  təsiri  ilə  diqqət 

çəkir.  Odur  ki,  siyasi  həyatın  komponentlərinin  təbiətinin  dəyişməsinin  Azərbaycan  cəmiyyətinə 

təsirini öyrənməklə hadisə və proseslərin xarakteri araşdırılmış, siyasi həyatın yemi və yeniləşməkdə 

olan  komponentlərinin  transformasiya  proseslərindəki  yeri  və  rolu  nəzərdən  keçirilmişdir.  Belə 

qənaətə  gəlinmişdir  ki,  Azərbaycanda  siyasətin  subyektlərinin  formalaşması  bütövlükdə  siyasi 

cəmiyyətin yeni keyfiyyətdə təşəkkülünü şərtləndirmişdir. 

Azərbaycanda  elitar  təbəqənin  intellektual  qüvvələri  milli  birliyi  inteqrasiya  edən  dəyərlər 

yaratmış, milli mənafeləri ifadə etmişlər. Lakin əsas məsələ ondan ibarətdir ki, milli ideallar kütləvi 

milli identifikasiyanın, insanların tərəfdar olduğu  norma və dəyərlərin Azərbaycan millətinin məxsusi 

həyat  fəaliyyəti  və  onun  qorunub  saxlanması  üçün  nadirliyini  və  ötəri  olmayan  əhəmiyyətini  başa 

düşməyin ideya-mənəvi əsası kimi çıxış edir. (5).  

Dünyada  insan-təbiət  münasibətlərinin  yeni  müstəviyəi  keçidi  cəmiyyətin  sosial-iqtisadi 

strukturunun  və  inkişaf  amillərindən  istifadənin  davamlı  təkrar  istehsal  inkişaf  modelinə  əsaslanan 

konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir. Belə bir şəraitdə ölkəmizdə davamlı inkişafa 

nail olunması onun başlıca struktur irəliləyişləri istiqamətlərinin müəyyənləşdirilməsini, Azərbaycanın 

malik olduğu resursların istifadə edilmə dərəcəsi, elmi – texniki tərəqqinin mövcud imkanlar daxilində 

potensialın  reallaşdırılması  mümkünlüyünün  dəyərləndirilməsini  və  bunların  əsasında  cari  və 

perspektiv  məqsədlərin  uzlaşdırılmasına  əsaslanan  uzunmüddətli  optimal  və  səmərəli  strateji  inkişaf 

strategiyasının çox variantlı konsepsiyasının hazırlanmasını zəruri edir. 

Yeni  mərhələnin  əsas  prioriteti,  milli  iqtisadiyyatın  rəqabət  qabiliyyətliliyinin  yüksəldilməsinə 

və  dünya  təsərrüfat  sisteminə  səmərəli  inteqrasiyasına  nail  olmaqla,  ölkədə  dinamik  sosial-iqtisadi 

inkişafın davamlılığını təmin etməkdən ibarətdir.  

 Bu  qəbildən  olan  məsələləərə ölkənin  malik  olduğu iqtisadi  potensialın  gücləndirilməsi  və  bu 

potensialın  kompleks  şəkildə  səmərəli  reallaşdırılması,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi,  hər 

bir  regionun  malik  olduğu  potensialdan  tam  və  səmərəli  istifadə  olunması,  regionların  inkişafının 

tarazlaşdırılması,  sahibkarlığın  inkişaf  etdirilməsi,  sosial  xidmətlərin  həcminin,  keyfiyyətinin  və 

ünvanlılığının  əhəmiyyətli  dərəcədə  artırılması  və  digər  bu  kimi  vəzifələri  aid  etmək  mümkündür.

 

Azərbaycanın  beynəlxalq  nüfuzunun  daha  da  artırılması,  dünya  enerji  təhlükəsizliyi  sistemində 



Azərbaycanın mövqeyinin gücləndirilməsi, ölkəmizin beynəlxalq multikultural, mədəni, humanitar və 

idman sahələrini əhatə tədbirlərin həyata keçirilməsi strateji hədəflər kimi müəyyənləşdirilib. 



Nəticə 

Ölkəmizdə  davamlı  sosial-iqtisadi  inkişafın  təmin  edilməsi  Azərbaycan  hökumətinin  qarşıya 

qoyduğu  mühüm  prioritetlərdəndir.  Bu  strategiya  ölkə  iqtisadiyyatının  hərtərəfli,  şaxələndirilmiş 

şəkildə  inkişaf  etdirilməsini  nəzərdə  tutur.  Xüsusilə,  neft  sektorundan  əldə  edilən  gəlirlər  hesabına 

qeyri-neft sektoruna böyük sərmayələrin yatırılması, ölkə iqtisadiyyatının müxtəlif sahələrinin davamlı 

şəkildə inkişaf etdirilməsi başlıca hədəf kimi götürülür.

 

Dayanıqlı iqtisadiyyatının qurulmasının tam 



təmin  olunması,  iqtisadi  islahatların  əhatə  dairəsinin  genişləndirilməsi,  xarici  investisiyaların 

stimullaşdırılması məqsədilə azad iqtisadi zonaların yaradılması, regionlarda müasir və əməktutumlu 

müəssisələrin yaradılması, müasir infrastrukturun yaradılması üzrə tədbirlərin davam etdirilməsi yeni 

fazadadır.  

Bu  istiqamətdə  Prezident  İlham  Əliyevin  təşəbbüsü  və  rəhbərliyi  ilə  davamlı  sosial-iqtisadi 

inkişafın təmin  edilməsi  ilə  bağlı  hazırlanan  və  müvəffəqiyyətlə  həyata  keçirilən  dövlət  proqramları 

xüsusi  qeyd  olunmalıdır.  Bütün  bu  amillər  cəmiyyətin  iqtisadi  və  paralel  olaraq  mənəvi  sferasının 

təkamülünü şərtləndirməklə ölkənin dayanıqlı inkişafını təmin etməyə səfərbər olunmuşdur. 

 

ƏDƏBIYYAT SIYAHISI: 

1. 


BMT-nin İnkişafı Proqramı. İnsan İnkişafı tədris vəsaiti. Bakı, 2014. 

2. 


Mehdiyev R. Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili. Bakı, 12 iyul, AZƏRTAC  

3. 


Əfəndiye T.Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz. 525-ci qəzet.- 2011.- 13 yanvar.- S.4. 

4. 


Qaralov Z. İdeologiya və mənəviyyat.Bakı: Hüquq ədəbiyyatı, 2013, 484s. 

5. 


Milli ideya: Xalqın sərvəti və səmərəli inkişafın qarantı. AZƏRTAC. 05.12.2011 [17:03] 

 

 



Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin