"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə22/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   18   19   20   21   22   23   24   25   ...   78
Conferance Book Economy.(3)


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

99  

26-27 October 2018, Baku, Azerbaijan 

Texnologiyaların  Otürülməsi  (KBTÖ-STRR)  adlı  dövlət  proqramları  fəaliyyət  göstərir.  Hər  iki 

proqram  ABŞ-ın  Kiçik  Biznes  üzrə  Dövlət  Agentliyi  tərəfindən  idarə  olunur.  Agentlik  11  federal 

orqanın yeni məhsulların alınmasına və ETSKİ-nin maliyyələşdirilməsinə yönələn vəsaitləri idarə edir. 

Bu proqramın qrantlar şəklində bölüşdürülən ümumi həcmi 2 mlrd. dollara yaxındır. [7.]  

İnkişaf  etmiş  ölkələrin  innovasiya  siyasətinin  effektivliyi  həmin  ölkədəki  fiskal  siyasətin 

təzimləmədəki oynadığı rolla bağlı olur. Xüsusilə innovasiya sahəsində lider ölkə sayılan Yaponiyanın 

nümunəsində  bizim  bundan  çıxarmalı  olduğumuz  dərslər  vardır.  Dünyanın  ən  güclü 

iqtisadiyyatlarından  7  ölkəsinin  (G7)  Araşdırma  və  İnkişaf  (A&İ)  fəaliyyətlərinə  ayırdığı  vəsaitin 

həcminə diqqət etdiyimiz  zaman  görürük ki, A&İ fəaliyyətlərinə xərclənən pulların ÜDM-də də faiz 

ifadəsinə görə ön sırada  Yaponiya gəlir. Məhz buna görə, Yaponiyanın bu sahədəki effektivliyə nail 

olmaq üçün bir neçə istiqamətdə tədbirləri əhatə edən vergi tənzimləmə alətlərindən istifadə etmişdir:   

•    innovasiya sahəsində çəkilən xərclərə vergi güzəştlərinin tətbiqi; 

•    xaricdən əldə olunan texnologiyaların alınmasının iqtisadi cəhətdən  

     stimullaşdırılması; 

•    elmi tədqiqat məqsədləri üçün alınan avadanlıqlara sürətləndirilmiş    

     amortizasiya ayırmalarının tətbiqi: 

•    elmi-texniki tədqiqatlar üçün vergi güzəştlərinin tətbiqi. 

Güzəşt  rejimlərinin  tətbiq  edilməsində  dövlətlərin  fiskal  qurumları  ilkin  mərhələdə  vəsaitlər 

qazanmasalar da, sonrakı mərhələdə davamlı yığımlar əldə etməklə eyni zamanda biznes mühitini də 

cəlbedici  etmiş  olurlar.  Bu  mənada  vergi  sahəsində  güzəştlərin  olması  sahibkarlıq  subyektləri  üçün 

böyük bir fürsətlər pəncərəsi açır. Sonrakı aralıq mərhələdə isə dövlət və biznes arasında sinergetik bir 

bağlılıq formalaşır. Qarşılıqlı maraqların təmin olunma mexanizmləri vasitəsilə hər iki subyekt sürətlə 

irəli getmiş olur.  



İnvestisiyanın cəlb edilməsində innovasiya siyasətinin önəmi  

İnvestorlar  sərfəli  bazarlar  axtaran  zaman  yalnız  mənfəətlərinin  nisbətini  qiymətləndirmirlər. 

Buraya çoxsaylı risk amilləri daxil olur. Bu risklərin düzgün ölçülə bilməməsi sonda həmin şirkətlərin 

bir hissəsinin iflas etməsi, digərlərinin isə yenidən yaranması ilə müşahidə olunur. Yuxarıda ABŞ-da 

innovasiya  siyasətinin  təşviqi  ilə  bağlı  dəstəkçi  dövlət  strukturları  haqqında  məlumat  vermişdik. 

Aşağıda ABŞ-ın innovasiya prosesləri ilə qarşılıqlı əlaqədə olan investisiya siyasəti ilə bağlı faydalı 

bir  tədqiqatı  diqqətinizə  çatdıracağıq.  İqtisadiyyat  üzrə  Nobel  mükafatı  lauratı  Vernon  Smit  özünün 

“Qloballaşma  yolu  ilə  insanın  təkmilləşdirilməsi“  əsərində  yazır:  “Əbədi  heç  nə  yoxdur.  Könhə 

şirkətlər iflas edir, onların resursları yenilərinə çevrilir. Milli İqtisadi Tədqiqatlar Bürosu yaxınlarda 

ABŞ  çoxmillətli  korporasiyaları  tərəfindən  daxili  və  xarici  sərmayənin  yeni  tədqiqatı  haqqında 

məlumat vermişdir. Tədqiqat nümayiş etdirdi ki, xarici ölkədə sərmayə qoyulan hər dollar üçün onlar 

ABŞ-da  3,5  dollar  sərmayə  qoyurlar.  Bu  sübut  edir  ki,  xarici  və  daxili  sərmayə  arasında  qarşılıqlı 

əlaqə  var:  onlardan  biri  artan  zaman  o  biri  də  artır.  “McKinsey  və  Şirkəti”  hesablayır  ki,  ABŞ 

şirkətlərinin Hindistana kənar resursların cəlb olunması üçün sərf etdiyi hər dollar Birləşmiş Ştatların 

xeyrinə  1,14  dollar  fayda  gətirir.  Bu  mənfəətin  təxminən  yarısı  sərmayədarlara  və  sifarişçilərə 

qaytarılır,  yerdə  qalan  çox  hissəsi  isə  yaradılmış  yeni  işlərə  xərclənir.  Əksinə,  Almaniyada  xaricə 

sərmayə  qoyulan  hər  avro  yerli  iqtisadiyyata  80%  fayda  gətirir.  əsasən  buna  görə,  köçürülən  alman 

işçilərinin işə bərpa olunma norması hökumət qaydalarının böyüks ayına görə, olduqca aşağıdır. Mən 

güman edirəm, hələ ki, Birləşmiş Ştatlar dünya innovasiya indeksinə görə birinci olaraq qalır. Bizim 

kənar resursların cəlb olunmasında qorxacağımız heç nə yoxdur. Ən böyük qorxu bizim siyasətçilərin 

ona  qarşı  çıxmaq  yolunu  davam  etdirməsi  olardı.  [3]  Biznes  fəaliyyətinə,  bütövlükdə  ölkə 

iqtisadiyyatında dövlətin mühüm təsir vasitələrindən biri investisiya siyasətidir. İnvestisiya qoyuluşu 

ilə  dövlət  istehsalı  tempinə,  elmi-texniki  tərəqqinin  sürətlənməsinə,  iqtisadiyyatda  struktur 

dəyişikliklərinə və sosial problemlərin həllinə bilavasitə təsir edir. Ölkəmizə cəlb edilən investisiyanın 

ümumi həcmində mütərəqqi, elmtutumlu texnika və texnologiyaların xüsusi çəkisinin artırılması təmin 

edilməli, istehsala cəlb olunan investisiya daha çox stimullaşdırılmalıdır. Bunun üçün heç şübhəsiz ki, 

investorların  maraqlarının  hansı  səviyyədə  təmin  olunması  haqqında  ciddi  düşünülməlidir.  “Uğurlu 

şirkətlər  zaman,  insan  və  maliyyə  ehtiyatlarına  hədsiz  dərəcədə  düşüncə  və  tələbkarlıqla  yanaşırlar. 

Ağıllı investor şirkətin resurslarını maliyyə və ya əmək-pis işçilərə və ya geridə qalan bölmələrə sərf 

etməyən yaxşı lider kimi öz vəsaitini heç vaxt şüurlu sürətdə şübhəli biznesə qoymaz. Bu zaman heç 

vaxt real artım potensialı olan sahələri köməksiz saxlamaq olmaz. Fəaliyyət istiqamətlərinə, mallara, 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

100  

26-27 October 2018, Baku, Azerbaijan 

ticarət  markalarına  və  böyük  potensiala  malik  olan  əməkdaşlara  maksimum  kapitalın  qoyulması 

diqqətə layiqdir.” [5. səh.160]  

Azərbaycanda investisiyanın cəlbində innovasiya siyasətinin təkmilləşdirməsi 

Azərbaycanda innovasiya proseslərinin nəticəvi fəaliyyətini dəyərləndirsək, biri-birindən fərqli 

nəticələr qeydə alına bilər. Yalnız 2015-ci il üzrə rəqəmlərə diqqət edək. Son illərin əsas göstəriciləri 

kimi  əsasən  tədqiqat  və  işlətmələri  yerinə  yetirən  təşkilatların  sayı  2015-ci  ildə  141  olmuşdur. 

Azərbaycandakı  tədqiqatçıların  yarıya  yaxını  (47%)  yaşı  50-dən  yüksək  olan,  25%-i  isə  yaşı  60-dan 

yuxarı  olan  şəxslərdir.  Tədqiqat  və  işləmələri  yerinə  yetirən  təşkilatların  sektorlar  üzrə  bölgüsündə 

64.1%  dövlət,  28.3%  ali  təhsil  sektoru  (toplam  92.4%-i  dövlət  təşkilatları)  və  7,6%  isə  sahibkarlıq 

sektorunun  payına  düşür.  Maraqlıdır  ki,  Azərbaycanda  innovasiyalara  ayrılan  sərmayələr  arasında 

xarici  mənbələr  simvolik  həddə  olub.  Əgər  həmin  həmin  ildə  tədqiqat  və  işləmələrə  çəkilən  ümumi 

xərclər isə 123.2 milyon manat (98%-i daxili xərclər) təşkil etmişdir. [2]   

Hər hansı bir ölkədə klasterlərin inkişaf etdirilməsi ilə innovasiyalar arasında qarşılıqlı bir əlaqə 

mövcuddur.  O  ölkələrdə  ki,  innovasiyalar  inkişaf  etmirsə,  həmin  ölkədə  klasterlər  formalaşmır. 

Sahibkarlıq  təşəbbüslərinin  artırılması  üçün  innovativ  siyasətin  effektiv  olmasına  ehtiyac  var. 

Azərbaycanda  innovasiyalarla  bağlı  xərclərin  artırılması  bu  baxımdan  çox  faydalı  olardı.  Hazırda 

Azərbaycanda innovasiya xərclərinin həcmi ÜDM-un 0,2% səviyyəsindədir. 2016-cı ildə biznes elmi-

texniki araşdırmalara cəmi 6 milyon manat vəsait xərcləyib. Texnoloji baxımından İEÖ-də innovasiya 

xərcləri  ÜDM-də  payı  2-4%  arasında  dəyişir.  Bunun  isə  3\4-ü  isə  biznesin  payına  düşür.  Çünki, 

biznesin  innovasiyada  payı  mütləq  mənada  olmalıdır.  Yalnız  dövlətin  payı  innovasiya  proseslərinin 

yaxşı olması haqqında birmənalı fikir formalaşdırmır.    

İnnovasiya  sahələrinə  investisiyaları  stimullaşdıran  vergitutmanı  əsasən  2  istiqamətdə  və  bir 

neçə alt istiqamətdə həyata keçirilməsi təklif olunur.  

1.  Yeniliklərin  istehsalçıları  üçün:  (ı)  müəyyən  dövr  ərzində  yeni  texnolgiyaların  və  ya  yeni 

malların təqdim edilməsindən əldə edilən mənfəətin vergidən azad edilməsi, vergi tətillərinin verilməsi 

və  vergi  dərəcələrinin  azaldılması;  (ıı)yenilikçi  müəssisələrinin  nizamnamə  fondunda  iştirakdan  əldə 

edilən gəlirlərinin vergilərdən azad edilməsi; (ııı) yeni texnologiyanın yaradılmasında iştirak edən əsas 

vəsaitlərin alınması və qurulması, digər aktivlərin alınması ilə bağlı xərclərin ƏDV-dən azad edilməsi; 

(ıv) yeniliklər üçünistifadə olunan əsas vəsaitlərin sürətləndirilmiş amortizasiyası; (v) yeniliklər üçün 

istifadə  olunan  əmlakın  (laboratoriya  avadanlıqları,  sınaq  qurğuları,  tədqiqat  bölmələrinin  yerləşdiyi 

binalar və s.) azad edilməsi; 



2.  Yeniliklərə  tələbatı  dəstəkləmək  üçün:  (ı)  yeniliklərin  (texnologiyaların,  məhsulların)  satışı 

üzrə  dövriyyələrin  ƏDV-dən  azad  edilməsi;  (ıı)  yeniliklərin  alıcılarına  mənfəət,  əmlak  və  digər 

vergilər üzrə güzəştlərin tətbiqi və s. [6. səh.326] 

İnnovasiya  proseslərinin  təkmilləşdirilməsi  və  investisiyanın  təşviqi  aspektindən  yanaşanda 

fiskal alətdən də səmərəli istiqfadə oluna bilər. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 

164.2  maddəsinə  əsasən  müasir  texnologiyanı  təmin  edən  avadanlıqların  idxalı  ƏDV-dən  azad  edilə 

bilər. Bir çox ölkələrdə innovasiya məhsullarının maya dəyərinin aşağı salınması üçün bu məhsulları 

istehsal edən şirkətlərin əmlak vergisindən azad edilməsi də tətbiq edilir.   

Bilirik ki, ölkədə innovasiyanın inkişaf etdirilməsi məqsədilə Azərbaycan İnnovasiya Fondunun 

yaradılmasının  mühüm  əhəmiyyəti  vardır.  Fond  ölkənin  iqtisadi  inkişafı  üçün  əhəmiyyət  kəsb  edən 

real  innovasiya  layihələrinin  maliyyələşdirilməsi  haqqında  qərarla  qəbul  etmə  prosesində  fəal  iştirak 

edə bilər. Belə bir Fond sənaye müəssisələri ilə innovasiya məhsulları istehsal edən təşkilatlar arasında 

vasitəçilik  funksiyasını  həyata  keçirə  və  bu  qurumlar  arasında  səmərəli  əlaqələrin  formalaşmasında 

mühüm  rol  oynaya  bilər.  Ölkədə  elmi-texnoloji  istehsalın  genişlənməsini,  elmi-texniki  işləmələr  və 

yüksək  texnologiya  ilə  bağlı layihələrin investisiyalaşdırılmasını  dəstəkləmək  üçün  Vençur  fondların 

yaranması  təşviq  ediləcək.  Sahibkarların  innovativ  təşəbbüslərini  dəstəkləmək,  istehsalın  texnoloji 

səviyyəsini yüksəltmək üçün İnnovasiya Fondunun yaradılması bu baxımdan vacibdir. 

 

ƏDƏBIYYAT 

1. 


Brayan Treysi, “Uğurun 100 qanunu”,  Bakı – 2014 

2. 


Kənan Aslanlı, “Azərbaycanda innovasiya siyasətinin effektivliyinin artırılması yolları”, Bakı - 2017 

3. 


Vernon Smit, “Qloballaşma yolu ilə insanın təkmilləşdirilməsi“, Bakı –2011  

4. 


Muhammad Yunus, “Kasıbların bankiri”,  Bakı - 2016 

5. 


Ceffri Foks, “Necə güclü rəqib olmaq olar”,  Bakı-2013  

6. 


Ə.Məmmədov və İ. Seyfullayev: “Vergi və investisiya mühiti”, Bakı - 2013 

7. 


ABŞ-ın Kiçik Biznes İnnovasiya Tədqiqatları Dövlət Agentliyi-www.sbir.gov\about\index.htm  

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

101  

26-27 October 2018, Baku, Azerbaijan 

AZƏRBAYCANDA İNTELLEKTUAL MÜLKİYYƏT  

BAZARININ TƏNZİMLƏNMƏSİNİN                       

TƏKMİLLƏŞDİRİLMƏSİ İSTİQAMƏTLƏRİ 

 

MƏMMƏDOVA S.F. 

UNEC 

sabina_live@inbox.ru 

 

XÜLASƏ 

Müasir  şəraitdə  qloballaşma  tendensiyaları  iqtisadiyyatda  rəqabətə  dözümlü  məhsullar  istehsal  etmək 

üçün  ETT-nin  ən  son  texnologiyalarını  müxtəlif  sahələrə  tətbiq  etməyi  zəruri  edir.  Bu  anlamda  intellektual 

mülkiyyət  bazarının  hazırkı  tərəqqi  səviyyəsi,  “İnsan  kapitalı”ndan  və  əhalinin  intellektual  potensialından 

səmərəli  istifadə  edilməsi  mövzunun  aktuallığını  özündə  əks  etdirir.  Post-neft  dövründə  Azərbaycanda 

innovasiya və ixracyönümlü milli iqtisadiyyatın formalaşdırılması, iqtisadiyyatın neftdən asılılığının minimuma 

endirilməsi  üçün  məhz  tükənməyən  resurs,  yəni  “İnsan  kapitalı”na  dövlət  qayğısının  artması,  eləcə  də 

intellektual  mülkiyyət  bazarındakı  proseslərin  tənzimləmə  mexanizminin  təkmilləşdirilərək  müasir  tələblərə 

uyğunlaşdırılması olduqca vacib faktorlardandır. 

Açar sözlər: post-neft dövrü, qloballaşma, dünya iqtisadiyyatı, Atom əsri 

PROBLEMS OF INTELLECTUAL PROPERTY MARKET REPRESENTATION IN AZERBAIJAN 

ABSTRACT 

In  modern  conditions,  globalization  trends  make  it  necessary  to  apply  the  latest  technology  of  ETT  to 

different industries  in order to  produce competitive products  in the economy. In  this  sense,  the  intellectual property 

market's current level of progress, the effective use of "human capital" and the intellectual potential of the popu-

lation, is topical. It is crucial to formulate a national economy in the post-oil era, a resource that is an inexhaustible 

resource to minimize oil dependence on the economy, ie increasing government care for the "human capital", as 

well as improving the regulation of processes in the intellectual property market to meet modern requirements. 

Key words: post-oil cycle, globalization, world economy, Atomic age 

 

 

Giriş 

Qloballaşma  iqtisadi,  siyasi  və  sosial  mədəni  münasibətlərin  beynəlxalq  müstəvidə  əhatə 

dairəsinin böyüməsi və bir-birinə nüfuz etməsi prosesi kimi xarakterizə edilir. Bu beynəlmiləl proses 

iqtisadi,  mədəni  və  başqa  sahələrdə  köklü  dəyişikliklərə  səbəb  olmuşdur.  Beynəlxalq  iqtisadi 

inteqrasiya və ölkələr arasında olan münasibətlərin dərinləşməsi, transmilli korporasiyaların formalaş-

ması, İnformasiya Cəmiyyəti və Atom əsrinin başlanğıcının qoyulması, ticarət münasibətlərinin inten-

siv inkişafı, bəzi dövlətlərdə postsənaye standartlarının qurulması məhz qloballaşma tendensiyalarının 

təzahürü  olaraq  qiymətləndirilməlidir.  Bu  proses  ümumilikdə  inkişafa  müsbət  təsir  göstərməsinə 

baxmayaraq, bir çox mənfi xüsusiyyətləri də vardır. Beynəlxalq miqyasda əmtəə və xidmətlərin qeyri-

bərabər paylanması, ölkələr arasında olan iqtisadi-sosial inkişaf fərqinin daha da çoxalması, siyasi və 

hərbi olayların, habelə terror aktlarının və cinayətkarlığın kəskin surətdə artması buna misal ola bilər. 

 Qloballaşma  şəraitində  dünya  iqtisadiyyatında  məhsul  və  xidmətlərin  miqdarı,  eləcə  də 

qiymətinin artım tempi aşağıdakı şəkildə verilmişdir: 

 

 



Şəkil 1. Dünya iqtisadiyyatında məhsul və xidmətlərin miqdarı və qiymətinin artma tempi. 

Mənbə: Dünya Bankı(www.worldbank.org). 

1980


1985

1990


1995

2000


2005

2010


2015

2017


Miqdar

Qiymət 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

102  

26-27 October 2018, Baku, Azerbaijan 

Qloballaşma tendesiyaları, dünyanın siyasi və iqtisadi arenasında baş verən dəyişikliklər, sözsüz 

ki,  qlobal  intellektual  mülkiyyət  bazarına,  ordakı  proseslərə  və  inkişaf  istiqamətlərinə  təsirsiz 

ötüşmədi. Son illər bu bazarda bəzi müsbət halların baş verməsinə baxmayaraq, bir sıra mənfi meyllər 

hələ  də  mövcuddur.  Bu  mənfi  meyllərdən  biri  də  piratçılığın  səviyyəsinin  azaldıla  bilməməsidir. 

Mübarizə  tədbirləri  nəinki  bu  halın  azalmasına,  hətta  bəzən  çoxalmasına  gətirib  çıxarır.  Son  illər 

intellektual  mülkiyyətdən  əldə  olunacaq  gəlirlərin  müəyyən  qismi  bu  qanunsuz  fəaliyyət  nəticəsində 

başqaları  tərəfindən  mənimsənilir.  Statistik  məlumatlara  görə  2010-cu  ildə  piratçılığın  həcmi  240 

milyard dollar, 2012-ci ildə 810 milyard dollar, 2015-ci ildə 1 trilyon dollara yaxın olmuşdursa, 2017-

ci  ildə  bu  rəqəm  hətta  1  trilyonu  ötüb  keçmişdir.  Aşağıdakı  şəkildə  intellektual  mülkiyyət  bazarında 

piratçılığın səviyyəsi(%-lə) əks etdirilmişdir. 

 

 



Şəkil 2. Qlobal intellektual mülkiyyət bazarında piratçılığın səviyyəsi. 

Mənbə: Ümumdünya Əqli Mülkiyyət Təşkilatı(www.wipo.int/ipstats/en). 

 

Bu  göstəricilər  kifayət  qədər  qənaətbəxş  olsalar  da,  2013-2017-ci  illər  ərzində  istehsal  olunan 



məhsullardan    orta  hesabla  patentlərin  87%-i,  faydalı  modellərin  85%-i,  ticarət  markalarının  88%-i, 

sənaye nümunələrinin isə 91%-i 10 ölkənin payına düşür. Əlbəttə ki, belə bir məqam olduqca mənfi 

haldır  və  iqtisadi  məhsullar  kimi,  intellektual  məhsul  və  xidmətlərin  ölkələr  üzrə  pay  bölgüsündə 

kəskin ziddiyyətlər mövcuddur. 

Qlobal  intellektual  mülkiyyət  bazarındakı  proseslərin  tənzimlənməsi  mexanizminin 

təkmilləşdirilməsi  barədə  danışarkən  son illər  bu  bazarda  həm  ayrı-ayrı  dövlətlərdə  qüvvəyə  minmiş 

qanunların  sayının  artması,  həm  daha  çox  dövlətin  Konvensiyalar,  habelə  Beynəlxalq  müvaqilələrə 

qoşulması  və  bu  bazarda  həmin  qanunverici  sənədlərin  prinsiplərinə  riayət  olunması  olduqca  vacib 

məsələdir.  ÜƏMT-in  verdiyi  məlumatlara  əsasən,  2011-2017-ci  illərdə  intellektual  mülkiyyət  sahəsi 

üzrə  qüvvəyə  minmiş  qanunların  sayı  müəlliflik  hüququ  bölməsində  7,5%,  faydalı  modellər  üzrə 

13,3%, patentlər üzrə 7,2%, sənaye nümunləri üzrə 6,0%, ticarət markaları üzrə isə 8,7% artmışdır və 

hal-hazırda ümumilikdə təqribən 59 milyona yaxın qanun qüvvədədir. Bütün bunlara rəğmən, bu sahə 

üzrə  qlobal  bazarın  tənzimləmə  sistemini  və  idarəetmə  mexanizmini  təkmilləşdirməyə  böyük  ölçüdə 

ehtiyac duyulur. Hal-hazırda intellektual mülkiyyət bazarı üzrə nəzarətedici funksiya yerinə yetirən bir 

sıra əhəmiyyətli Beynəlxalq müqavilələr və Konvensiyalar mövcuddur. 

“Paris  Konvensiyası”  1883-cü  ildə  qəbul  edilməsinə  baxmayaraq,  bir  neçə  dəfə  dəyişiklik 

olunmuş və lazımi düzəlişlər edilmişdir ki, bu proses sonuncu dəfə 1984-cü ildə həyata keçirilmişdir. 

Bu  Konvensiyanın  qəbul  olunmasında  məqsəd  sənaye  mülkiyyəti  növlərinin,  yəni  faydalı  modellər, 

ixtiralar, xidmət və əmtəə nişanları, habelə haqsız rəqabət hallarında intellektual məhsul sahiblərinin 

hüquqi  mühafizəsini  təmin  etməkdən  ibarətdir  və  bu  hüquqlar  Konvensiyaya  qoşulmuş  ölkələrdə 

keçərlidir. Qanunverici müqavilə yalnız sənaye mülkiyyəti növlərini deyil, eləcə də bu mənşəli bəzi 

kənd təsərrüfatı məhsullarını və yer altından çıxan mineral suları və s.-ni mühafizə edir, eyni zamanda 

ixtiraçılara  öz  dövlətinin  qanunvericiliyinə  uyğun  şəkildə  təkmilləşmə,  əlavə  və  başqa  növ  patentlər 

verir[«Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyası. 20 mart 1883].

 

Konvensiyaya  əsasən,  ittifaq  ölkələrindən  hər  hansı  birinin  intellektual  mülkiyyəti  üzrə 



hüquqları  başqa  ölkələrin  ərazisində  də  mühafizə  edilir  və  bu  zaman  yerli  sakinlərin  hüquqları 

Elmi əsərlər 

Kompüter proqramları

Kitab nəşri 

CD və DVD 

2010


2016

THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

103  

26-27 October 2018, Baku, Azerbaijan 

pozulmalı  deyil.  Eyni  zamanda,  ittifaqdan  kənarda  olan  dövlətlərin  vətəndaşları  ittifaq  ölkələrindən 

hər hansı birində intellektual fəaliyyətlə məşğul olarsa, onların hüquqları həmin ölkə vətəndaşlarının 

hüquqlarına bərabər tutulur.  

Ümumilikdə,  bu  Konvensiya  haqqında  onu  demək  olar  ki,  onun  prinsipləri  üzrə  intellektual 

mülkiyyət  bazarındakı  problemlərin  bir  qismini  aradan  qaldırmaq  olar.  Gözlənilən  nəticə  isə  ondan 

ibarətdir  ki,  intellektual  mülkiyyətin  dünya  dünya  sənayesindəki  payı  artacaq  və  getdikcə  sivil 

formada  olan  intellektual  mülkiyyət  hüquqları  formalaşdırılacaq,  habelə  dünya  dövlətləri  içərisində 

Konvensiyaya qoşulmayan ölkələrin bu ittifaqa girməsinə şəraitin yaradılacaqdır.  

 “Bern Konvensiyası”  1886-cı  ildə  qəbul  olunmuş,  sonuncu  dəyişiklik  isə  1979-cu  ildə  həyata 

keçirilmişdir. Qorunma obyektlərinə incəsənət nümunələri, bədii əsərlər, ədəbi yaradıcılıq nümunələri, 

memarlıq  və  heykəltəraşlıq  sənətinin  məhsulları  və  digər  bu  yönümlü  intellektual  məhsullardır 

bərabər, maddi formaya malik olmayan əsərlər, eləcə də intellektual məhsul sahibinin və ya müəllifin 

maraqlarına  və  hüquqi  qorunma  prinsiplərinə  uyğun  gələn  mahnı  arenjemanları  və  tərcümələr  aid 

edilir. Bundan savayı, müxtəlif ensiklopediyalar, məlumat topluları da intellektual fəaliyyətin nəticəsi 

olaraq  mühafizə  edilir.  İttifaq  dövlətlərinin  səlahiyyəti  var  ki,  müxtəlif  qanunverici  sənədləri  və  o 

xarakterli  tərcümələri  öz  qanunvericiliyinə  müvafiq  şəkildə  qorusun.  Bu  Konvensiyada  göstərilən 

mülkiyyət  növlərinin  hamısı  ittifaqa  daxil  olan  ölkələrin  hər  birində  hüquqi  cəhətdən  müdafiə  edilir. 

Müxtəlif  ölkələrdə  sənaye  rəsmləri  və  incəsənət  əsərlərinin  hüquqi  müdafiəsi  həmin  ölkələrin 

qanunvericiliyinə  əsaslanaraq  onların  öz  ixtiyarına  buraxılır.  Nümunələr  və  rəsmlər  formasında 

mühafizə edilən əsərlərin aid olduğu ölkədə bu əsərlər üzərində xüsusi qorunma olduqda, həmin ölkə 

ittifaqın  başqa  ölkələrindən  bu  hüquqların  mühafizəsini  tələb  edə  bilər,  əks  təqdirdə  qeyd  edilən 

əsərlər üzərində xüsusi qorunma olmadıqda onlar ittifaq daxilində bədii əsərlər olaraq hüquqi müdafiə 

olunurlar.  Məhkəmə  prosedurları  və  siyasi  çıxışlar  zamanı  edilən  nitqlərin  hüquqi  mühafizəsi  və 

qorunmadan  çıxarılması  kimi  məsələlər,  həmçinin  bu  cür  nitqlərin  mətbuatda  və  efirdə  təkrarən 

işıqlandırılması ittifaq ölkələrinin mövcud qanunvericiliyinə əsasən müəyyən olunur. Bu əhəmiyyətli 

qanunverici sənədə əsasən hüquqi qorunma bunlara tətbiq olunur: 

- İttifaqa  daxil  olan  ölkələrdən  hansınınsa  vətəndaşı  olan  əsər  müəlliflərinin  yaradıcılıq 

məhsuluna, eləcə də onların dərc olunmamış əsərlərinə; 

- İttifaqa  aid  olmayan  ölkələrdən  olan  bu  ittifaq  çərçivəsində  istifadə  olunan  bədii  və  əbədi 

əsərlərə; 

- İttifaq  ərazisində  məskunlaşan,  amma  ittifaq  dövlətlərində  vətəndaşlığı  olmayan  müəlliflərin 

mülkiyyətinə və s. Qeyd edək ki, onlar ittifaq dövlətlərinin vətəndaşı olan insanlarla bir tutulurlar. 

Müasir  dövrdə  intellektual  mülkiyyət  bazarında  olan  proseslərin  tənzimlənməsində  Bern 

Konvensiyasının  müddəaları  bir  qədər  köhnə  xarakterlidir.  Çünki,  müəlliflik  hüququ  sahəsində  yeni 

obyektlər formalaşıb, iqtisadi və sosial mühit tamamilə dəyişib və ən əsas intellectual mülkiyyət bazarı 

qloballaşmaqdadır.  Məhz  buna  görə  də  Konvensiyanın  əksər  müddəaları  yenilənməli  və  müasir 

tələblərə uyğun şəkildə qurulmalıdır. 

“TRİPS  Sazişi”  beynəlxalq  ticarət  münasibətləri  və  proseslərində  problemlərini  aradan 

qaldırmaq,  həmçinin  intellektual  mülkiyyət  bölməsi üzrə  olan  hüquqları  effektiv  və  faydalı  formada 

mühafizə  etmək  məqsədilə  1994-cü  ildə  imzalanmışdir  və  bu  müqaviləyə  əsasən  intellektual 

mülkiyyət  sahəsi  üzrə  olan  qanunlar  ticarət  qanunlarına  mane  olmalı  deyildi.  Olduqca  əhəmiyyətli 

olan “TRİPS” sazişinin vacib meyarlarına aiddir: 

- Digər Konvensiyaların və Beynəlxalq Müqavilələrin vacib prinsiplərinə riayət edilməsi; 

- Üzv ölkələrin milli-mədəni dəyərlərini və milli hüquq mexanizmini nəzərə alaraq intellektual 

mülkiyyət üzrə olan hüquqların təmini; 

- Dövlətarası  problemlərin,  mübahisəli  məsələlərin  tənzimlənməsi  və  həll  edilməsi  naminə 

çoxtərəfli  və  ikitərəfli  razılaşmanın  əldə  olunmasına  çalışmaq,  eləcə  də  təxirəsalınmaz  işlərin 

reallaşdırılması; 

- Piratçılıq  hallarının  minimuma  endirilməsi  üçün  hər  bir  şəxsin  özünün  yaradıcılıq  məhsulu 

üzərində olan hüquqlarının beynəlxalq müstəvidə tanıdılaraq mühafizəsinin təşkili

- Ticarət  münasibətləri  və  intellektual  mülkiyyət  bölməsi  üzrə  olan  qanunverici  sistemlərin 

uyğunlaşdırılması və gərginliyin yox edilməsi; 

- İqtisadi  cəhətdən  zəif  inkişaf  etmiş  ölkələrdə  intellektual  mühitin  formalaşdırılması  üçün 

müəyyən tədbirlərin görülməsi və bütün üzv ölkələrin dövlət siyasətinə hörmətlə yanaşılması. 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin