"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". "Biz neft kapitalını insan kapitalına çevirməliyik"



Yüklə 8,12 Mb.
Pdf görüntüsü
səhifə25/78
tarix15.10.2019
ölçüsü8,12 Mb.
#29353
1   ...   21   22   23   24   25   26   27   28   ...   78
Conferance Book Economy.(3)


Qrafik 1. 2003-2009-cu illərdə İQİ və ÜDM-in artım templəri, faizlə 

 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

114  

26-27 October 2018, Baku, Azerbaijan 

  2008-ci  ilin  sonu  və  2009-cu  illərin  dünya  maliyyə  böhranı  nəticəsində  neft  qiymətlərinin 

aşağı düşməsi, büdcə xərclərinin artım tempinin azalması ölkədə inflyasiya proseslərinin səngiməsinə 

səbəb  olmuşdur.  2012-2014-cü  illərdə  inflyasiyanın  orta  illik  göstəricisi  1.6  faiz  təşkil  etmişdir.  Bu 

dövrdə  ÜDM-in  orta  illik  real  artım  tempi  3.6  faiz  olmuşdur.  2014-cü  ilin  sonlarından  başlayaraq 

dünya  əmtəə  bazarlarında  neftin  qiymətlərinin  aşağı  düşməsi  və  bunun  nəticəsində  neft  gəlirlərin 

azalması,  qonşu  ölkələrdə  müşahidə  olunan  dollar  ajiotajı  manata  təzyiqi  artırmaqla  ölkədə  iqtisadi 

gərginliyin  artmasına  səbəb  olmuşdur.  2015-ci  il  ərzində  manatın  iki  dəfə  devalvasiyaya  uğraması  

inflyasiya  proseslərinin  kəskinləşməsi  ilə  nəticələndi.  Bunun  nəticəsində  2015-ci  ildə  İQİ  4.0  faiz 

idisə, 2016-cı ildə 2008-ci ildən sonra ilk dəfə İQİ ikirəqəmli səviyyəyə çataraq 12,4 faiz, 2017-ci ildə 

isə 12,9 faiz təşkil etmişdir. Qeyd edək ki, bu dövr ərzində ÜDM-nin real artımı azalaraq mənfi qiymət 

almışdır. 2015-2017-ci illər ərzində ÜDM-in orta illik real artım tempi -0,6 faiz olmuşdur.  

  Milli  iqtisadiyyatda  son  dövrlərdə  göründüyü  kimi  inflyasiya  çox  dinamik,  çoxamilli  proses 

kimi çıxış edir. İqtisadiyyatda sabit, aşağı inflyasiyanın təmin olunması vəzifəsi bütün dövrlərdə aktual 

olaraq  qalır.  Xüsusilə,  bu  aktuallıq  perspektivdə  Azərbaycanın  iqtisadiyyatının  şaxələndirilməsi 

əsasında  yeni  inkişaf  mərhələsinə  qədəm  qoyması  ilə  daha  da  artacaq.  Milli  iqtisadiyyatda  yaranan 

böhranın  qarşısının  alınması,  gələcəkdə  davamlı  inkişafın  təmin  olunması,  rəqabətqabiliyyətli  milli 

iqtisadiyyatın  qurulması  üçün  2016-cı  ildə  milli  iqtisadiyyat  və  iqtisadiyyatın  əsas  sektorları  üzrə 

strateji yol xəritələri qəbul edilmişdir. Bu strateji yol xəritələrilə  iqtisadiyyatın yeni inkişaf modelinə 

keçməsi  hədəflənir.  Məlumdur  ki,  belə  inkişaf  mərhələsi  əsasən  innovasiya  tipli  iqtisadi  modelin 

qurulması,  real  sektora  investisiya  axınlarının  artması,  rəqabətqabiliyyətli  milli  iqtisadiyyatın 

formalaşması  ilə  xarakterizə  olunur.  İqtisadiyyatın  biryönlü  inkişaf  trayektoriyası  kimi  hasilat 

sənayesinin  rolunun  çox  olduğu  mərhələdən  fərqli  olaraq,  bu  mərhələdə  əsas  diqqət  texnoloji 

yeniləşməyə, rəqabət qabiliyyətinin artmasına, investisiya mühitinin yaxşılaşmasına, enerji və iqtisadi 

təhlükəsizliyin artmasına, regional iqtisadi inkişafın sürətlənməsinə, sosial sferanın, xidmət sahələrinin 

inkişafına  veriləcək.  Bütün  bu  tədbirlərin  həyata  keçirilməsinin  ən  mühüm  şərtlərindən  biri  ölkədə 

qiymətlərin sabitliyinin təmin olunması və onun qorunub saxlanmasıdır. Aşağı inflyasiya səviyyəsinin 

və qiymət sabitliyinin mövcud olması ölkədə faiz dərəcələrinin aşağı düşməsinə şərait yaradır, məcmu 

tələbin və onunla da buraxılışın artırılmasının inflyasiyalı xarakterini azaltmağa müsbət təsir edir.  

  Bu  baxımdan  son  dövrlərdə  göründüyü  kimi  Azərbaycan  dövləti  qarşısında  duran  əsas 

vəzifələrdən  biri  də  inflyasiyasız  iqtisadi  artımın  təmin  edilməsidir.    Ona  görə  də,  iqtisadi  artıma 

yönəldilmiş  tədbirlər  elə  həyata  keçirilməlidir  ki,  inflyasiya  gözləmələrini  nəzarətdə  saxlamaq 

mümkün  olsun.  Müasir  dövrdə  müşahidə  olunan  neftin  yüksək  qiymətləri  bir  çox  Qərb  ölkələrində 

ötən  əsrin  70-ci  illərində  olduğu  kimi  yüksək  inflyasiya  ilə  müşahidə  olunmamışdır.  Bunun  da  əsas 

amillərindən biri bu ölkələrin monetar orqanları tərəfindən aparılan tədbirlərə inamın olması və bunun 

nəticəsində uzunmüddətli dövr üzrə inflyasiya gözləmələrinin aşağı səviyyədə qalması olmuşdur. Bu 

sahədə  mühüm  tədbirlərdən  biri  bir  çox  dünya  ölkələrində  son  illərdə  uğurla  sınaqdan  çıxmış  

inflyasiyanın  hədəflənməsi  siyasətinin  tətbiqi  üçün  mühitin  yaradılması  və  bu  siyasətin  həyata 

keçirilməsinə  keçidin  təmin  olunmasıdır.  Bu  rejimin  mahiyyətini  qısaca  belə  demək  olar.  Mərkəzi 

monetar  orqan  və  ya  hökumət  inflyasiyanın  gələcək  dövr  üçün  arzu  olunan  hədəflərini  açıqlayır; 

hazırda mövcud olan real iqtisadi şəraiti qiymətləndirərək onun gələcək dinamikasını proqnozlaşdırır; 

bu  proqnoz  inflyasiya  üzrə  hədəf  göstəricisi  ilə  uzlaşdırılır;  bunların  ikisi  arasındakı  fərq  monetar 

tənzimləmədə, alətlərdə dəyişikliklərin edilməsini zəruri edir. Bu rejimin əsas məqsədi uzunmüddətli 

dövrdə qiymət sabitliyinə nail olmaqdır. Çünki, inflyasiyanın aşağı səviyyəsi və daimi bu səviyyədə 

olması iqtisadi artımın təmin olunması, iqtisadi, sosial inkişaf üçün başlıca şərtdir.  

  İnflyasiyanın  hədəflənməsi  rejiminin  reallaşdırılması  bir  sıra  zəruri  ilkin  şərtlərin  mövcud 

olmasını tələb edir ki, bunları da aşağıdakı kimi göstərmək olar.  

  Mərkəzi  Bank  kifayət  dərəcədə  müstəqilliyə  sahib  olmalıdır;  Mərkəzi  Bank  inflyasiyadan 

başqa  digər  iqtisadi  göstəricilərin  hədəflənməsindən  əl  çəkməlidir;  Fiskal  sahədə  vəziyyətin  normal, 

sabit  olması  mühüm  şərtdir;  Mərkəzi  Banka  ictimaiyyət  tərəfindən  yüksək  inamın  olması,  etimad 

göstərilməsi və s. 

  İnflyasiyasız iqtisadi artımın  təmin edilməsinin digər mexanizmi milli iqtisadiyyatın rəqabət-

qabiliyyətinin, məhsuldarlığının artırılmasına nail olmaqdır. Məhz məhsuldarlığın artması ilə miqyas 

effekti  yaranır  ki,  bu  da  mümkün  tələb  inflyasiyasını  kompensasiya  edərək  qiymətlərin  aşağı 

səviyyəsini  təmin  edir.  Bu  sahədə  dövlət  tərəfindən  aşağıdakı  istiqamətlərdə  tədbirlərin  həyata 

keçirilməsi müsbət nəticə verə bilər: 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

115  

26-27 October 2018, Baku, Azerbaijan 

  -  elmtutumlu  sahələrin  inkişafına  dövlət  vəsaitlərinin  məqsədli  yönəldilməsi  və  məbləğinin 

artırılması; 

  -  sahibkarların  innovativ  fəaliyyətlə  məşğul  olmaları  üçün  stimullaşdırıcı  tədbirlərin  həyata 

keçirilməsi; 

  -  dövlətin  valyuta  ehtiyatlarından  milli  iqtisadiyyatın  inkişafı  naminə  səmərəli  isifadə 

olunması üzrə kompleks tədbirlərin həyata keçirilməsi; 

  -  əlverişli  rəqabət  mühitini  yaratmaqla  həm  milli  istehsalçıların,  həm  də  xarici  birbaşa 

investisiya qoyuluşlarının hesabına müasir texnika və avadanlıqdan istifadəyə şəraitin yaradılması və 

s. 


  Fikrimizcə,  müasir  dövrdə  bir  çox  inkişaf  etmiş  ölkələrdə  qiymət  sabitliyi  kimi  xarakterizə 

olunan 2-3 faizlik inflyasiya səviyyəsi orta və uzunmüddətli dövrdə əsas hədəf olaraq götürülməlidir. 

İqtisadi artım tempinin səviyyəsindən asılı olmayaraq inflyasiyanın aşağı və sabit səviyyəsinin təmin 

olunması antiinflyasiya siyasətinin başlıca hədəfi kimi çıxış etməlidir. 



 

ƏDƏBIYYAT SIYAHISI 

1.  


И.Е.Греков, В.Г. Садков. Об оптимальном уровне инфляции с позиции результатов общественного развития // 

Финансы и кредит, 2007 – 6(246), с. 2-11 

2.  

F.Həsənov. Relationship between inflation and economic growth in Azerbaijani economy: is there any threshold effect?  



2011 

3.  


C.Aydın, Ö.Esen, M.Bayrak. Inflation and economic growth: A dynamic panel threshold analysis for Turkish republics 

in transition process. 2016 

4.  

G.D.Hess, C.S.Morris. The long-run costs of moderate inflation. Federal Reserve Bank of Kansas City Economic 



Review, second quarter 1996, pp. 71-88 

5.  


www.stat.gov.az

 

 



 

 

 



İNSAN KAPİTALININ SƏMƏRƏLİ İDARƏ EDİLMƏSİNİN 

İNNOVASİYALI İQTİSADİYYATDA  ROLU 

 

i.e.n., dos. Mətanət Rəsul qızı Rəsulova 

Bakı Dövlət Universiteti 

matanatrasulova@gmail.com

 

 



i.ü.f.d. Fərhad Qamboy oğlu Mikayılov 

İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutu 

f_mikayilov @yahoo.com 

 

XÜLASƏ 

Məqalədə innovasiyalı iqtisadiyyatda insan kapitalının səmərəli idarə edilməsinin rolu araşdırılmışdır. Bu 

məqsədlə,  ölkənin  sosial-iqtisadi  inkişafında,  innovasiyalı  iqtisadiyyatın  yaradılmasında  insan  kapitalının  idarə 

edilməsinin verə biləcəyi səmərələr nəzəri-metodolji aspektdən əsaslandırılmışdır. Araşdırma nəticəsində, BMT-

nin  İnkişaf  Proqramının  hesabatında  Azərbaycan  üçün  hesablanan  İnsan  inkişafı  indeksinin  dünya  üzrə  orta 

göstərici  ətrafında  qərarlaşdığı  müəyyənləşdirilmişdir.  Ökədə  aparılan  islahatların  təhlili  əsasında  müəlliflər  bu 

qənaətə  gəlmişlər  ki,  insan  kapitalının  səmərəli  idarə  edilməsinə  istiqamətlənmiş  düzgün  dövlət  siyasəti 

sayəsində  perspektivdə  Azərbaycan  Respublikasında  innovasiyalı  iqtisadiyyatın  yaradılmasına  böyük  imkan 

yaranacaqdır. 

Açar  sözlər:  insan  kapitalı,  insan  kapitalının  idarə  edilməsi,  innovasiyalı  iqtisadiyyat,  təhsil  səviyyəsi, 

bilik iqtisadiyyatı, insan inkişafı indeksi. 



THE ROLE OF EFFICIENT MANAGEMENT OF HUMAN CAPITAL IN THE INNOVATIVE ECONOMY 

ABSTRACT 

The role of efficient management of human capital in the innovative economy is studied in the article. For 

this purpose, benefits of human capital management were substantiated from theoretical-methodological aspects 

in  the  socio-economic  development  of  the  country  and  establishment  of  the  innovative  economy.  "Human 

development  index"  for  Azerbaijan  is settled  around  the  world  average  indicators  based  on the  United  Nations 

Development Program Report.  



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

116  

26-27 October 2018, Baku, Azerbaijan 

Based on the analysis of reforms carried out in the country regarding this field, the authors came to this 

conclusion that reforms based on the correct state policy aimed at effective management of human capital in the 

future will contribute a lot to the creation of the innovative economy in the Republic of Azerbaijan. 



Keywords: human capital, human capital management, innovative economy, education index, knowledge 

economy, human development index 

 

Giriş 

Müasir  dövrdə  insan  kapitalına  innovasiyalı  iqtisadiyyatın  inkişafında  həlledici  amil  kimi 

baxılır.

 

Qeyd  etmək  lazımdır  ki,  qloballaşma  prosesində  insan  probleminin  öyrənilməsi  həm  təbiət, 



həm də humanitar elmlər üçün xüsusi əhəmiyyətə malikdir. Bu ondan irəli gəlir ki, iqtisadi dirçəliş, 

yeni  texnologiyaların  istifadəsi,  insan-təbiət  münasibətləri,  təhsil,  səhiyyə,  sosial  təminat  sisteminin 

təkmilləşdirilməsi zərurəti insana aid problemlərin iqtisadi aspektdə işlənib hazırlanmasını tələb edir. 

İnsan  kapitalının  idarə  edilməsinə  müasir  yanaşma  istər  makro,  istərsə  də  mikrosəviyyədə 

üzünmüddətli işgüzar  üstünlüklərin  əldə edilməsinə  imkan  verir.  İnsan  kapitalının idarə edilməsində 

innovasiyalı texnologiyalardan istifadə biznesin inkişafına müsbət təsir  göstərir. Təcrübə göstərir ki, 

bu gün maliyyə və təbii kapital artıq istehsalın birinci səviyyəli amilləri hesab edilmir.Əsas amil kimi 

insan çıxış edir. İnnovasiyalı iqtisadiyyat insanların malik ola biləcəyi dərin bilik və bacarıqları tələb 

edir.  İnnovasiyalı  iqtisadiyyatın  fəaliyyətinin  səmərəliliyinin  artırılması  daha  çox  insanların 

məşğulluğunun  xarakterindən,  onların  əmək  qabiliyyətindən,  ümumiyyətlə,    insan  resurslarının  necə 

idarə  edilməsindən  asılıdır.    Demək  olar  ki,  insan  inkişafının  səviyyəsi  ölkənin  inkişaf  səviyyəsini 

müəyyən edir.  

Təsadüfi  deyildir  ki,  Azərbaycan  Respublikası  Prezidentinin  2016-cı  il  6  dekabr  tarixli  1138 

nömrəli  Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə 

Strateji  Yol  Xəritəsi”ndə  də  müəyyən  olunmuş  strateji  hədəflərdən  biri  insan  kapitalının  inkişaf 

etdirilməsidir. 

Strateji  Yol  Xəritəsində  qeyd  olunur  ki,  insan  kapitalı  əmək  məhsuldarlığının  artırılmasında, 

dayanıqlı iqtisadi artımda, istehsal və xidmət sektorlarının rəqabət qabiliyyətinin yüksəldilməsində və 

ölkənin  qlobal  bazarlara  inteqrasiyasında  həlledici  rol  oynayır.  Buna  nail  olmaq  üçün  təhsilin  bütün 

pillələrində  keyfiyyətin  yüksəldilməsi,  təlimlər  vasitəsilə  işçilərin  bilik  və  bacarıqlarının  inkişaf 

etdirilməsində  fasiləsizliyin  təmin  edilməsi,  ixtisaslı  kadr  hazırlığının  əmək  bazarının  tələblərinə 

uyğunlaşdırılması,  şirkətlərin  araşdırma  və  təkmilləşdirmə  sahəsinə  investisiya  qoyuluşunun 

stimullaşdırılması, mövcud insan kapitalından səmərəli istifadə edilməsi tələb olunur.  

Strateji Yol Xəritəsində ölkədə fəaliyyət göstərən istehsal müəssisələrində insan resursları üzrə 

bacarıqların  təkmilləşdirilməsi  və  inkişaf  etdirilməsi,  klasterli  inkişaf  üçün  işçi  qüvvəsinin 

hazırlanması  və  təkrar  hazırlanması  prosesinin  davam  etdirilməsi,  işə  qəbul  və  təlim  mexanizmini 

təkmilləşdirmək üçün müxtəlif stimullaşdırıcı və təşviqedici tədbirlərin həyata keçirilməsi də nəzərdə 

tutulmuşdur[1].  

Eyni  zamanda,  ölkəmizdə  “Azərbaycan  Respublikasında  təhsilin  inkişafı  üzrə  Dövlət 

Strategiyası”,  “Təhsil  haqqında”  və  “Elm  haqqında”  Azərbaycan  Respublikasının  Qanunları  kimi 

mühüm dövlət sənədləri də ölkədə insan kapitalının inkişafına xidmət edir. 

Məlumdur  ki,  müasir  dünyada  hər  bir  ölkənin  uğurlu gələcəyi  həmin  ölkədə təhsilin səviyyəsi 

ilə müəyyən olunur. Təcrübə göstərir ki, təbii sərvətlərin bolluğu dövlətin inkişafının əsas göstəricisi 

deyil,  başlıcası,  bu  sərvətlərin  cəmiyyətin  hərəkətverici  qüvvəsi  olan  insan  kapitalına  çevrilməsini 

təmin etməkdir. Bu, indiki mərhələdə təhsil sisteminin ən zəruri vəzifəsidir. ABŞ, Yaponiya, Cənubi 

Koreya  və  digər  inkişaf  etmiş  ölkələr  malik  olduqları  maddi  resurslardan  daha  çox  təhsil  sisteminin 

yetişdirdiyi insan kapitalından böyük gəlirlər əldə etmişlər. Bu ölkələrdə inkişafa təsir göstərən amillər 

içərisində təhsilin çəkisi əhəmiyyətli dərəcədə yüksək olub təxminən 70 faiz təşkil edir.  

Azərbaycan BMT-nin 2017-ci il üzrə "İnsan inkişafı indeksi" reytinqində 188 ölkə arasında 80-

ci yeri tutmuşdur.  Bu barədə qurumun "Human Development Reports 2017" adlı hesabatında bildirilir. 

Reytinqdə  ilk  pilləni  Norveç  (0,944),  ikinci  yeri  Avstraliya  (0,935)  və  üçüncü  yeri  İsveçrə 

(0,93)  tutur.  Bu  ilin  reytinqində  son  üç  yeri  0,391  indeksi  ilə  (186-cı  yer)  Eritreya,  0,35  indeksi  ilə 

(187-ci yer) Mərkəzi Afrika Respublikası və 0,348 indeksi ilə (188-ci yer) Niger tutur. 

Qonşu  ölkələr  arasında  ən  yüksək  nəticə  Rusiyaya  məxsusdur  (50-ci  yer),  ardınca  İran  (68), 

Türkiyə (72), Gürcüstan (76) və Ermənistan (85) qərarlaşmışdır [2]. 


THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

117  

26-27 October 2018, Baku, Azerbaijan 

Bu təcrübələrdən də göründüyü kimi insan kapitalının formalaşması və inkişafına təsir edən ən 

mühüm  amil təhsildir. Belə ki, hər bir ölkənin tərəqqisi, ilk növbədə, həmin ölkədə təhsilin inkişafı ilə 

bağlıdır.  Məhz  təhsil  prosesində  insan  yeni  bilik  və  bacarıqlar  əldə  edir,  iqtisadiyyatın  məhsuldar 

qüvvəsinə  -  insan  kapitalına  çevrilir.  Onu  da  qeyd  etmək  yerinə  düşərdi  ki,  hər  hansı  cəmiyyətin 

dayanıqlı  inkişafı  onu  təşkil  edən  fərdlərin  səriştələrindən  birbaşa  asılıdır.  O  da  bir  həqiqətdir  ki, 

müasir dövrdə insan kapitalı cəmiyyətdə ən qiymətli sərmayə kimi qəbul edilir. 

 

 



Şəkil 1. İnsan inkişafı indeksinin dinamikası 

 

Ölkəmizdə təhsil sisteminin əsas missiyası ölkə iqtisadiyatının  modernləşdirilməsi üçün zəruri 



olan  insan  kapitalını  inkişaf  etdirmək  və  bununla  Azərbaycanın  beynəlxalq  rəqabət  qabiliyyətini 

yüksəltməkdən ibarətdir. 

Klassik  iqtisadi  fəlsəfənin  prinsiplərinə  əsaslanaraq  deyə  bilərik  ki,  hər  bir  inkişaf  hadisələrin 

mövcud obyektiv hərəkətini və zamana görə proqressiv dəyişməsini müəyyən edir. G.V.F.Hegel qeyd 

edir  ki,  inkişafı  sosial-iqtisadi  hadisələrin  zamana  görə  hərəkəti  və  dəyişməsinin  təhlili  vasitəsilə 

tədqiq etmək lazımdır [3]. Hadisələrin inkişafı hərəkət kimi sonsuzdur və müntəzəmdir, eyni zamanda, 

o  hər  dəfə  son  sosial-iqtisadi  inkişaf  prosesinə  nisbətən  mövcud  olur.  “İnkişafı  vəziyyətin  dəyişməsi 

kimi, yəni bir vəziyyətdən yaxşı, daha səmərəli və ya fəaliyyət üçün məqsədəuyğun hesab edilən digər 

vəziyyəyə keçid kimi müəyyən etmək lazımdır [4]. 

Təhsilin inkişaf səviyəsinin qiymətləndirilməsi və onun insan kapitalında roluna dair nəzəri və 

metodoloji yanaşmalara Adam Smith, Tomas Robert Malthus, John Stuart Mill kimi iqtisad tarixinin 

tanınmış mütəfəkkirləri ortaya qoyduqları nəzəriyyələrində xüsusi qeyd edilmişdir.  

Təhsilin insan inkişafın ilə, eləcədə, bütün digər amillərlə müqaisədə daha böyük nisbətdə rifah 

səviyyəsinə təsir səviyyəsinin öyrənilməsi ilə bağlı T.W.Şultz, E.Denison, J.W.Kendrik, Robert Solou, 

Robert  E.  Lukas  kimi  iqtisadçılar  böyük  tədqiqatlar  aparmış  və  təhsilə  yonəldilmiş  investisiyalar,  bu 

investisiyaların  qaytarılma  normalarını  müəyyənləşdirən  nəzəri  və  metodoloği  yanaşmalar  irəli 

sürmüşdür. 

Təhsilin  inkişaf  etdirilməsi  və  insan  resurslarının  əmək  keyfiyyətinin  artırılması  və  əmək 

bazarında rəqabət qabiliyətli kadrların hazırlanması isə texnoloji yeniliklərlə istehsal prosesində sadə 

texnikalardan  müasir  texnikalara  keçilməsi,  texniki  və  elmi  informasiyaların  əhəmiyyətinin  artması, 

ayrıca mal və xidmətlərin istehsalı, marketinqi kimi sahələrdə inkişafın yeni mərhələyə daxil olması və 

eyni zamanda insan faktoruna ehtiyacın artması səbəb olmuşdur. 

Robert  Emerson  Lukas  tərəfindən  1988-ci  ildə  irəli  sürülmüş  insan  kapitalına  investisiya 

modelinin  əsas  üstünlüyü  bu  kapitalı  güclü  olan  ölkələrin  zəif  olan  ölkələrdən  daha  sürətli  iqtisadi 

inkişafa nail olacağı nəzəriyyəsi olmuşdur. Bu modeldə: 

-  təhsilli  insanlar  müxtəlif  təhsil  mərhələlərində  əldə  etdikləri  elmi-texniki  bilikləri  fəaliyyət 

göstərdikləri istehsal sahələrində tətbiq edirlər. 

-  təhsilli  insanlar  dəyişən  iş  şəraitlərinə  uyğunlaşmağa,  xüsusilə  yeni  texnologiyaları 

mənimsəyərək bunları tətbiq və inkişaf etdirməyə daha əlverişlidirlər. 

- təhsilli insanlar arasında qarşılıqlı təsir (informasiya dəyişimi) daha güclüdür. 



THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES 

Baku Engineering University  

118  

26-27 October 2018, Baku, Azerbaijan 

Lukasın İnkişaf modelində bəşəri sərmayə ayrı-ayrılıqda şəxslərin istehsal prosesinə təsirlərini 

artırmaqla  məhdudlaşmayıb,  xaricilik  yaratmaq  yoluyla  bütün  işçilərin  səmərələrini  artırır.  Belə  bir 

modelin  uzaqgörənliyi,  yekun  hədəfi  isə,  təhsilin,  insan  kapitalının  istehsala  təsirinin  daha  da 

effektivləşməsidir.  Başqa  sözlə,  təhsil  səmərəli  işçi  qüvvəsi  səviyyəsini  artırır  və  istehsal 

funksiyasında işçi qüvvəsinin istehsal elastikliyini artırır.  

Təhsil haqqında Qanunda da qeyd edildiyi kimi fəlsəfə və elmlər doktoru üzrə təhsildə təhsilin 

növbəti  pilləsidir.  Elmin  inkişafı  yüksəkkeyfiyyətli  insan  kapitalının  formalaşdırılmasında,  istehsal 

olunan  məhsul  və  xidmətlərin  rəqabət  qabiliyyətinin  yüksəldilməsində,  əmək  məhsuldarlığının 

artırılmasında  strateji  əhəmiyyət  kəsb  edir.  Azərbaycanda  elmin  inkişafı,  elmi  tədqiqatların 

keyfiyyətinin  yüksəldilməsi,  tədqiqatların  nəticələrinin  istehsala  tətbiqinin  təşviqi  ilə  bağlı  tədbirlər 

həyata keçiriləcəkdir.  

Göründüyü  kimi  insan  inkişafı  da  mürəkkəb  bir  sxemdir  və  bu  inkişaf  əsasən,  ümumi  ictimai 

yüksəlişə  əsaslanır.  Bu  kimi  metodoloji  yanışmaların  təhlili  göstərir  ki, insan kapitalının inkişafı  hər 

hansı  bir  sosial-iqtisadi  hadisənin  ümumi  inkişaf  qanunlarına  tabedir.  Bu  baxımdan  deyə  bilərik  ki, 

insan kapitalının inkişafı kimi sosial-iqtisadi proseslərin tədqiqi insan kapitalının inkişafının mövcud 

xarakteristikaları müəyyən olunmaqla həyata keçirilməlidir. 

Hər  hansı  insan  inkişafını,  həmçinin  insan  kapitalının  sosial-iqtisadi  inkişafının  mənbə  və 

əlaqələrini  dövlətin,  ayrı-ayrı  təşkilatların,  ailələrin,  fərdlərin  məqsədli  fəaliyyətinin  nəticəsi  kimi 

əsaslandırmaq lazımdır. Ümumiyyətlə, insan kapitalının inkişafı prosesinin xarakterik xüsusiyyətlərini 

birləşdirərək  onun  sosial-iqtisadi  mahiyyətini  izah  etmək  olar.  İnsan  kapitalının  inkişafı  –  dövlətin, 

müəssisələrin,  xüsusi  şəxslərin  investisiyaları  hesabına  biliklərin,  bacarıqların,  təcrübənin, 

sağlamlığın,  intellektual  və  fiziki  əmək  qabiliyyətinin  formalaşması  prosesidir  ki,  bu  da cəmiyyətin, 

müəssisənin və ya işçinin gəlirinin əldə edilməsi və ya artırılması üçün iqtisadi məqsədlə istifadə edilir 

və  ya  istifadə  edilə  bilər.  İnsan  kapitalının  inkişafı  əmək  məhsuldarlığının  yüksəlməsini,  işçinin 

peşəkarlıq  statusunu,  məşğulluğun  strukturunun  təkmilləşdirilməsini,  korporativ  və  subyektiv 

mədəniyyətin  inkişafını,  əhalinin  şəxsi  xüsusiyyətlərini  müəyyən  edir.  Təhsilli  inkişaf  isə  fərdin  bir 

çox  şəxsi  keyfiyyətlərinin  –  kommunikativliyinin,  yaradıcı  və  innovasiyalı  potensialının,  özünə 

güvənliyin, çətin qərarların müstəqil qəbul etmək qabiliyyətininin formalaşmasını şərtləndirir. 

Azərbaycanda  iqtisadiyyatın  transformasiyası  istiqamətində  həyata  keçiriləcək  islahatların 

ayrılmaz  tərkib  hissəsi  kimi,  insan  kapitalının  inkişafında  fasiləsizliyin  təmin  edilməsi,  əmək 

məhsuldarlığının  yüksəldilməsi  və  biliyin  iqtisadi  inkişafda  rolunun  artırılması  ilə  bağlı  tədbirlər 

hərtərəfli  dəstəklənir.  “Azərbaycan  Respublikasının  milli  iqtisadiyyat  perspektivi  üzrə  Strateji  Yol 

Xəritəsi”ndə  bunun  iki  səviyyədə  təmin  edilməsi  nəzərdə  tutulmuşdur:  1)  insan  kapitalının 

formalaşması  və  inkişafı  üçün  təhsilin  bütün  pillələrində  keyfiyyətin  yüksəldilməsi;  2)  əmək 

məhsuldarlığının  yüksəldilməsini  təmin  etmək  üçün  insan  kapitalının  fasiləsiz  inkişafının,  araşdırma 

və təkmilləşdirmə sahəsinə investisiya qoyuluşunun stimullaşdırılması.” 

Təhsilin  bütün  pillələrində  keyfiyyətin  yüksəldilməsi  məqsədilə  məktəbəqədər  təhsillə 

əhatəolunma səviyyəsinin yüksəldilməsi və təlim-tərbiyə texnologiyalarının təkmilləşdirilməsi, ümumi 

təhsilin keyfiyyətinin yüksəldilməsi və təmayülləşdirilmənin inkişaf etdirilməsi, ilk peşə və orta ixtisas 

təhsilinin  əmək  bazarının  tələblərinə  uyğunlaşdırılması,  ali  təhsil  müəssisələrində  “təhsil-tədqiqat-

innovasiya”  formatında  inkişafın  təşviqi,  elmi  tədqiqat  fəaliyyətinin  inkişafı  və  biliklərə  əsaslanan 

cəmiyyət quruculuğunun dəstəklənməsi, innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin 

keyfiyyətinin  yüksəldilməsi,  insan  kapitalının  inkişafında  iştirak  edən  fiziki  və  texnoloji 

infrastrukturun təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. 

Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 2017-ci 

il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunmuşdur ki, insan kapitalının inkişaf 

etdirilməsi  hədəfinin  hər  iki  prioritet  istiqaməti  –  “insan  kapitalının  formalaşması  və  inkişafı  üçün 

təhsilin  bütün  pillələrində  keyfiyyətin  yüksəldilməsi”  və  “əmək  məhsuldarlığının  yüksəldilməsini 

təmin  etmək  üçün  insan  kapitalının  inkişafının  stimullaşdırılması”istiqamətində  nəzərdə  tutulan 

tədbirlər  100  faiz  icra  olunmuşdur.  Məktəbəqədər  təhsil  prosesinin  təşkili,  həmin  müəssisələrin 

maliyyələşdirilməsinin  və  idarə  edilməsinin  təkmilləşdirilməsi,  keyfiyyətinin  yaxşılaşdırılması  ilə 

bağlı  məsələlərin  həlli  məqsədi  ilə  “Məktəbəqədər  təhsil  haqqında”  2017-ci  il  14  aprel  tarixli 

Azərbaycan  Respublikasının  Qanunu  qəbul  olunmuş  və  həmin  qanunun  tətbiqi  barədə  Azərbaycan 

Respublikası  Prezidentinin  2017-ci  il  19  iyun  tarixli  1471  nömrəli  Fərmanı  imzalanmışdır.  Ümumi 


Yüklə 8,12 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin