THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
124
26-27 October 2018, Baku, Azerbaijan
Elm və təhsil sahəsində investisiya yatırımının həyata keçirilməsi, işçi qüvvəsinin peşə
dərəcələrinin inkişafı prosesində təhsilə çəkilən xərclərin xarakterik xüsusiyyətlərinin nəzərə alınması
zərurətini yaradır.
İlk növbədə təhsilə qoyulmuş investisiya yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsinə,
peşəkarlığın təkmilləşdirilməsinə, hər bir fərdin sosial statusunun yüksəldilməsinə təsir göstərir,
cəmiyyətdə tam olaraq intellektual mənəvi potensialın bərpasına və inkişafına təsir edir.
İkinci, təhsil investisiyası xərcləri, özünə bir neçə tip istehsal prosesi tsiklini birləşdirir,
dəyişmiş tələbata uyğun işçilərin yenidən hazırlanması, istehsalın innovativ yenilənmə tələbatı ortaya
çıxır. Beləliklə, təhsilə qoyulan investisiya əsas kapitalın dövrüyyəsi kimi dövruyyə formasını alır.
Yeni istehsal ediləcək məhsul üçün işçilərin yenidən peşə və ixtisas hazırlığı, əvvəlki hazırlıq
səviyyəsinə münasibətdə daha çox dəyər əldə edilməsinə şərait yaradır.
Üçüncüsü təhsilə investisiya qoyuluşu müddəti, seçilmiş peşə biliklərinin elm və texnikanın
uyğun sahəsinin mənəvi cəhətdən köhnəlmiş biliklərinə uyğun olsun. Bu müddətin ixtisar edilməsi və
yaxud uzadılması ya məhsulun dəyərinin (yüksəlməsinə) şişirdilməsinə ya da işçilərin peşə
dərəcəsinin artımını gecikdirə bilər.
Dördüncüsü təhsil prosesi bilik sisteminin daim yeniləşməsi zərurətini təklif edir, bu isə işçi
qüvvəsinin bərpasını həyata keçirməklə daha yüksək peşə səviyyəsinin qazanılması üçün əsas yaradır.
Əlavə olaraq təhsil investisiyası-təkcə fəaliyyətdə olan təhsil obyektlərinin yeni rekonstruksiyasının
qurulması deyil, onun maddi-texniki bazasının yenilənməsi, tədris prosesinin təşkili, öyrədici
texnologiyanın işlənməsi, hazırlıq prosesinin idarə edilməsi, yenidənhazırlama və dərəcələrin
yüksəldilməsini də özünə aid edir.
Təhsil prosesinə və işçilərin peşə səviyyəsinin müasir tələblərinin zəruriliyini şərtləndirən
investisiya cəmiyyətin elmi bilik fondunun inkişafına fundamental və tətbiqi tədqiqatlara , təhsil
müəssisələrinin elmi-pedaqoji heyətin strukturunun və ixtisas dərəcələrinin artırılmasına, bazar
iqtisadiyyatının formalaşması şəraitində onların sosial müdafiəsinin gücləndirilməsinə, bir sözlə elmi
biliklərin əlçatanlığının təmin edilməsinə və innovasiya layihələrinin həyata keçirilməsində yüksək
öyrətmə bacarığının nümayiş etdirilməsinə şərait yaradır.
Azərbaycan iqtisadiyyatında təhsil xidmətləri bazarının formalaşdırılması
İqtisadi baxımdan təhsil- sosial rifah, mədəniyyət və iqtisadiyyat sahəsində yüksək inkişafın
təmin edilməsinə kapital qoyuluşudur. “Təhsil” məfhumu ayrı-ayrı fərdlərin və tam mənada insanların,
cəmiyyətin formalaşması və inkişafını təmin edən mexanizm və mühiti müəyyənləşdirir.
Təhsil- fərdin şəxsiyyət kimi formalaşmasını sosial dəyər qazanmasını təmin edən əsas
vasitədir.
Ölkənin iqtisadi inkişaf müxanizmində təhsilin üç əsas vəzifəsi qeyd edilir:
1) Mədəniyyətin və milli elmi potensialın qorunması;
2) Ölkənin elmi-texniki cəhətdən inkişafı;
3) Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi.
Təhsil sistemi iki sxem vasitəsilə reallaşdırıla bilər:
1.
Təhsilin dəstəklənməsi-artıq dəfələrlə təkrarlanan məlum vəziyyətin öhtəsindən gəlməyə
istiqamətlənmiş fiksə edilmiş üsul və qaydaların müəyyənləşdirilməsi;
2.
Qabaqlayıcı təhsil- təhsil alanlarda gələcəyin layihələndirilməsi üçün qabiliyyətlərin
formalaşdırılması.
Təhsilin dəyərləndirilməsi, sivilizasiyanın inkişafı üçün obyektiv şərtlərin; təşkilati və
informasiya texnologiyalarının rolunun artırılması və maddi istehsalın rolunun azaldılması yolu ilə
həyata keçirilir.
Geniş planda ali təhsil sisteminin fəaliyyəti yalnız yüksək ixtisaslı peşəkar kadrların
hazırlanması ilə məhdudlaşdırılmır. Təhsil aldıqları müddətdə xarici tələblər milli mədəniyyəti,
dəyərlər sistemini və dili mənimsəyir. Bu tələblər öz ölkələrinə qayıtdıqdan sonra, onlar oxuduğu
(təhsil aldığı) ölkənin siyası və iqtisadi qərarlarına yaxın qərarların qəbul edilməsində yaxından iştirak
edirlər.
Bazar iqtisadiyyatı şəraitində ali məktəbin təhsil xidmətləri göstərəcəyinə hazır olması
müəyyən iqtisadi xərclər tələb edir, xərclər isə tək təhsil bazasının yaradılması ilə bitmir və təhsil
prosesinin təşkilinə də sərf edilir. Bu məqsəd üçün vəsaitin ayrılması, dövlət büdcəsindən, xüsusi
kapital fondlarından, o cümlədən tələblərdən təhsil haqqı kimi toplanan vəsait hesabdan, təhsil
sisteminə investisiya yatırımı kimi qəbul edilir.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
125
26-27 October 2018, Baku, Azerbaijan
Təhsilə investisiya qoyuluşundan alınan iqtisadi gəlirə, investisiyadan alınan əlavə gəlir kimi
baxılır. Dövlət ali məktəblərinin dəstəklənməsinə dövlətin mövqeyi ictimai vəsait hesabına insan
kapitalının investisiyalaşdırılmasıdır. Bu tip investisiyalarda səmərəliliyinin qiymətləndirilməsinin
metodik çətinliyi ali məktəbin buraxdığı tələbələrin çox geniş müxtəliflik nəticələrinə malik olmaları
çox müxtəlif yerlərdə fəaliyyət göstərməsidir ki, bu da dəqiq hesabtaların əldə edilə bilməsindən irəli
gəlir.
Təhsil xidmətinin göstərilməsi aşağıdakı əsas xüsusiyyətlərlə müşahidə edilir.
1.
Təhsil xidmətləri göstərilməsi uzun zaman tələb etdiyindən, zamanla təhsil məhsuluna
ödənişin “pay” sxeminin təşkili və seçilməsini zərurətə çevirir. “Pay” olaraq semestr ərzində tələbə
tərəfindən alınan təhsil xidməti hissəsi qəbul edilir. Bu halda, baxılan “pay” prosesi biliklərin əldə
edilməsi ardıcıl, dayanıqlı xarakter daşımalıdır bilik “porsiyasını” almaq üçün sonrakını mənimsəmək
naminə əvvəlki biliklərdən baza yaratmaq lazımdır. Təhsil prosesi bitənədək, sonuncu semestrin
sonunadək bütün bilik porsiyalarını almaq üçün təhsil xidmətindən maksimum yararlanmaq imkanı
yaradılmalıdır. Bu məzunun aldığı diploma adekvat olmaqla son nəticədə ali təhsil müəssisəsinin
peşəkar fəaliyyətinə uyğunluq təşkil etməlidir.
2.
Təhsil xidməti yaradıcıları çoxsaylı kollektivdir, bu tərkibə idarəedici personal və
professor-müəllim heyəti, metodistlər və texniki heyət ali məktəbin idarəetmə personalı texniki-
təşkilati işlərin həyata keçirilməsi üçün şərait yaradır, bu da professor-müəllim heyəti üçün səmərəli
təhsil prosesinin aparılmasına xidmət edir. Təhsil prosesi müddətində professor-müəllim heyəti
subyekt olaraq, tələbə heyəti isə özünəməxsus öyrənmə fəaliyyəti ilə obyekt təşkil edir.
3.
Təqdim edilən təhsil xidmətləri, məişət xidmətləri ilə müqaisədə çox uzun sürən tədris-
pedaqoji və şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin subyektləri və idarəetmə obyektləridir. Nəticə-
də, tələbənin tədris proqramını mənimsəməsi prosesi təkcə onun ağlından və digər qabiliyyətlərindən
asılı olmayıb, ali məktəbdə tətbiq edilən tələbə-müəllim kommunikasiyasından, ali təhsil müəssisəsi-
nin köməkçi personalının tələbələrə göstərdiyi münasibətdən asılı olacaq. Beləliklə, baxılan halda
tələbənin təhsil xidməti almaqda aktiv iştirakı, onun dəqiq və aktiv istiqamətləndirilməsi, böyük həcm-
də və yüksək keyfiyyətli təhsil xidməti almağa marağı əsas meyar olacaqdır.
4.
Təhsil xidmətinin təklif olunması prosesində reklam vasitələrinin və reklamın seçilməsi
böyük əhəmiyyətə malikdir. Əvvəlcədən qeyd edildiyi kimi abituriyent və onun valideynlərinin bu və
ya digər ali məktəbi seçmək haqqında qərarın qəbul edilməsində təklif olunan təhsil xidmətlərinə
münasibəti, birbaşa olmasada dolayısı ilə: xidmət istehsalçısı kimi məktəbin nüfuzu, təchizatı (tədris
vasitələri ilə), professor-müəllim heyətinin keyfiyyət tərkini, kommunikasiya əlaqələrinin formasını,
tədris prosesinin texniki, texnoloji və metodiki təminatını və s. müəyyən edir.
5.
Təhsil xidmətləri bazarı özündə abituriyent və onun valideynlərini, müxtəlif ali məktəblərin
tələbələrini, peşəkar ali təhsil almaq, yaxud başqa ixtisasa yiyələnmək, başqa ali məktəbdə və başqa
ixtisasda təhsil almaq tələbatı olanların məcmusudur. Bu bazarda onlar “alıcı” kimi çıxış edirlər və
bu məcmu halında təhsil xidmətlərinin daşıyıcısı, “satıcı” və bu xidmətləri təklif edən rolunda çıxış
edir. Təhsil bazarı digər bazarlardan kəskin rəqabətlə seçilir. Rəqabət özəl təhsil mərkəzləri ilə dövlət
ali təhsil müəssisələri arasında və eləcə də dövlət ali təhsil müəssisələri arasında formalaşır. Rəqabət
aparan ali məktəblər bazarda digərləri arasında öz üstünlüyünü saxlamaq naminə böyük əmək və
vəsait itkisi ilə üzləşilir.
6.
Təhsil xidmətləri bazarının tutumu müxtəlif seqmentlər üzrə təhsil xidmətlərinə təlabatla
xarakterizə edilir. Onu da xatırlatmağı lazım bilirik ki təhsil haqqında dövlət siyasəti dəyişdikcə,
regionlarda ali təhsil müəssisələrinə olan tələbat ali təhsil müəssisələrinə üstünlük vermək siyasəti
həyata keçirir. Əslində biz bunu müsbət hal kimi qəbul edirik və ali təhsilin təkmilləşdirilməsi
istiqamətində aparılan işlərin səmərəli nəticələrini artıq hiss edirik. Lakin bu yanaşma rəqabət mühitini
birtərəfli vəziyyətə gətirir və keyfiyyətə birbaşa təsir göstərir. Bu fəaliyyətin çatışmayan cəhətlərindən
biri də ali təhsil müəssisələrinin muxtariyyat hüququnun məhdudlaşdırılmasıdır. Nazirlik tərəfindən
hazırlanan tədris standartları bütün ali təhsil müəssisələrinə məcburi qaydada qəbul etdirilir ki, bu da
keyfiyyətli kadr hazırlığına mənfi təsir edən amil kimi dəyərləndirilməlidir.
Ümumiyyətlə, bazar-mal və xidmətlərin mübadiləsi ilə bağlı iqtisadi əlaqələr, bunun nəticə-
sində tələb, təklif və qiymət formalaşır. Yuxarıda qeyd etdiyimiz kimi təhsil bazarında əmtəə kimi
təhsil xidmətləri çıxış edir.
Yerli və gündəlik xarici ədəbiyyatların təhlili göstərdi ki, təhsil xidməti sayılan hər hansı bir
fikir yoxdur. Aşağıdakı şərhdə ümumiləşdirilmiş bir təsvir təqdim edilmişdir: təhsil xidməti-mənəvi
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
126
26-27 October 2018, Baku, Azerbaijan
məhsul şəklində, bilik, bacarıq və vərdişlərin əldə edilməsinə,insan tələbatının ödənilməsinə istiqamət-
lənmiş iqtisadi rifahdır, yəni bu məqsəd üçün qəbul edilən məhsuldur. Ancaq sosial-iqtisadi xarak-
terinə görə təhsil sosial bir əmtəədir və elm, mədəniyyət və səhiyyə ilə birlikdə milli iqtisadiyyatın
qarışıq sektoruna aid olmaqla, cəmiyyətdə sosial-iqtisadi proseslərə müsbət təsir göstərir. Ölkənin
əmək resurslarının ümumi səmərəliliyinin artmasına, rəqabət qabiliyyətinin yüksəlməsinə kömək edir.
Hazırda təhsil xidmətinin mahiyyətinin dərk edilməsinə dair müzakirələr hələ dədavam etməkdədir.
Lakin ümumi fikir, təhsil xidmətinin bütün digər xidmət növlərindən fərqlənən xüsusi bir məhsul
olmasıdır. Bunu aydınlaşdırmaq üçün “xidmət” anlayışının mahiyyətinə nəzər salaq.
F.Kotler aşağıdakı tərifi təklif etmişdir: “Xidmət-bir tərəfin təklif edə biləcəyi və əsasən qeyri-
maddi və hər hansı bir şeyin əldə edilməsinə gətirib çıxarmayan tədbir və ya faydadır” [4].
Klassik marketinq nəzəriyyəsinə əsasən, xidmətləri məhsullardan fərqləndirən, marketinq
planlar hazırlanarkən nəzərə alınması lazım olan bir sıra xüsusiyyətlər var. Bu xüsusiyyətlər
aşağıdakılardır:
Qeyri-maddilik. Əldə etmə anınadək xidmətləri görmək, sınaqdan keçirmək, dadmaq, eşitmək,
iyləmək mümkün deyil;
Mənbədən ayrılmamazlıq. Xidmət onun mənbəyindən ayrılmazdır;
Keyfiyyətin dayanıqlığı. Xidmətlərin keyfiyyəti onların istehsalçıları, habelə onların
çatdırılma vaxtı və təmin etmə yerindən asılı olaraq geniş şəkildə dəyişir;
Saxlanılmama. Xidmət sonra satış və ya istifadə üçün saxlanıla bilməz.
Bu baxımdan təhsil xidmətlərinin bir sıra xüsusiyyətlərini aşağıdakı kimi təsnifatlandırırlar:
Onlar əldə edilənə qədər maddi deyildir. Xidmətlər “sözlə” əldə edilir. Müştərini bunu etməyə
razı salmaq üçün xidmət-təminatçıları müştəriyə xidmətin ən vacib paramterlərini formalaşdırmağa və
mümkün qədər aydın şəkildə təqdim eyməyə çalışırlar. Təhsil sahəsində bu məqsədlərə nail olmaq
üçün:tədris planları və proqramlar; xidmətlərin göstərilməsi üsulları haqqında məlumat;formalar və
şərtlər haqqında məlumat; sertifikatlar, lisenziyalar, diplomlar hazırlanır.
Xidmətlər onları təmin edən subyektlərdən (konkret işçilərdən) ayrılmazdır. Müəllimin
dəyişdirilməsi prosesin və təhsil xidmətlərinin göstərilməsinin nəticəsini dəyişə bilər və nəticədə
tələblər dəyişər. Ünsiyyətçilik, xeyirxahlıq, özünü ələ almaq, etibar qazanmaq-xidmət sahəsi
əməkdaşları üçün məcburi tələblərdir, xüsusən təhsil əməkdaşları üçün. Sonuncunun xüsusiyyətləri
onların istehlakının təmin edilməsinin başlanması ilə eyni vaxtda başlayır. Bundan əlavə, təhsil
xidmətlərinin göstərilmə texnologiyası onların gələcək istehlakçıları (məsələn, pedaqoji əməkdaşlıq)
ilə qarşılıqlı əlaqə yaratmağı nəzərdə tutur.
Keyfiyyətə görə qeyri-sabitlik. Bu ilk növbədə, həyata keçirən subyektlərin ayrılmazlığına,
xidmətlərin göstərilməsi prosesləri və nəticələri üçün sərt standartların müəyyən edilməsi və
məqsədəuyğun olmamasıdır. Tədris xidmətinin qeyri-sabitliyinin bir səbəbi var- “mənbə materialının”
dəyişkənliyi-tələbə.
Xidmətlərin davamsızlığı. Təhsil xidmətləri üçün davamsızlıq iki hipoteza əsasında
mövcuddur. Bir tərəfdən xidmətlərin əvvəlcədən tam həcmdə gözlənilən tələbat qədər hazırlanması və
onun maddi məsul kimi saxlanmasının mümkünsüzlüyüdür. Lakin. Təhsil xidmətində xüsusiyyət
yumuşaq görünür, çünki, ən azı təhsilə aid məlumatlar maddi daşıyıcılar üzərində qeyd edilə bilər.
Lakin, onlar üçün dacamsızlığın digər tərəfi, məlumatı, biliyi unutma insanın təbiətində olmasıdır.
Təhsildə bu xüsusiyyət əsasda biliklərin tez bir zamanda köhnəlməsinə aparan, elmi-texniki inkişaf
mövcuddur. Sosial tərəqqi də keçid dövründə, xüsusilə sürətlə dəyişən bir cəmiyyətdə, bir sıra fənlərə
aid olan məlumatların köhnəlməsinə kömək edir. Hər hansı bir məhsul kimi təhsil xidmətləri də
mövcud və potensial alıcılar və xidmətlərin satıcıları olan və bu cür başa düşülən bazarda satılır.
Təhsil xidmətləri bazarı bu halda, təhsil xidmətlərinə tələbatı zəruri olan əsas təsərrüfat subyektləri
(fərdi şəxslər, təsərrüfatlar, müəssisələr və təşkilatlar, dövlət) ilə qarşılıqlı əlaqədə olan və müxtəlif
təhsil müəssisələri tərəfindən təklifləri qəbul etməli olan bir bazardır. Təhsil xidmətlərinin
istehsalçıları və istehlakçıları ilə yanaşı bazar münasibətləri heyətinə bu sahədə geniş dairədə təmsil
olunan və fəaliyyət göstərən vasitəçilər dairəsi, təhsil fondları, məşğulluq xidmətləri, əmək birjaları,
qeydiyyat təşkilatları, təhsil müəssisələrinin akkreditasiyası və lisenziyalaşdırılması müəssisələri,
təhsil idarələri və müəssisələri assosiasiyası , ixtisaslaşmış təhsil mərkəzləri və s.daxildir.
Təhsil xidmətləri bazarının xüsusiyyətləri , əsasən dövlətin və onun idarəetmə təşkilatlarının
əhəmiyyətli (qeyd ediləcək) dərəcədə təsir ilə bağlıdır. Xüsusilə, təhsil sahəsində onların xüsusi
funksiyaları aşağıdakılardır:
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
127
26-27 October 2018, Baku, Azerbaijan
Təhsil müəssisəsinin müsbət imicinin formalaşması əlverişli ictimai rəyin yaradılması,
dəstəklənməsi və gücləndirilməsi;
Təhsilin maliyyələşdirilməsi və digər sahələrin bu istiqamətdə uzunmüddətli investisiya
təminatı;
Prioritet ixtisasların inkişaf etdirilməsi məqsədilə vergi güzəştlərinin tətbiq edilməsi və digər
formalı güzəştlərin həyata keçirilməsi, kadrların hazırlanması, həmçinin təhsilin inkişaf etdirilməsi;
Lisenziyalaşdırma və müəssisənin attestasiyası, xidmət keyfiyyətinin monitorinqi;
Təhsil müəssisələrinin informasiyalaşdırılması və s.
Beləliklə, aşağıdakı nəticəyə gəlirik, təhsil xidmətləri bazarı özünün təqdim etdiyi məhsul-təhsil
xidmətlərinin yeganəliyi ilə bağlı deyil, bir sıra xüsusiyyətləri ilə fərqlənir.
Azərbaycanda təhsil xidmətlərinin müasir bazarı kifayət qədər qısa müddətdə inkişaf etmişdir
və təhsil sahəsində bazar münasibətləri yalnız mədəni formalar əldə etməyə başlayır.
Son illərdə təhsil xidmətləri bazarında təklif yüksək səviyyədə sıçrayış etmişdir. Bir çox
hallarda təklif tələbi üstələyir. Ona görə də son vaxtlarda tələbə və onun təhsilə olan ehtiyacı ön plana
çıxmışdır. Tələbəyə indi müştəri kimi baxılır. Tələbə (müştəri) mübarizəsi kontekstində rəqabət
münasibətləri təhsil xidmətləri bazarını daha da genişləndirməyi tələb edir. Buna görə universitetlər bu
bazarda öz yerlərini tutmaq üçün fəaliyyətlərini müasir formada qurur. Rəqabətin kəskinləşməsi çox
sayda qeyri-dövlət ali təhsil müəssisələrinin ortaya çıxması ilə əlaqədardır ki, bu da tələblərin populyar
ixtisaslar profilində hazırlanmasına yönəlib. Ölkədə yaşanan böhran hadisələri əhalinin bölgələrin
universitetlərinə bağlanmasına gətirib çıxardı. Yaxın vaxtlarda məktəb məzunlarının sayının artması
ilə bağlı planlaşdırmanın aparılması vacib məsələlərdəndir. Nəhayət, abituriyentlər yalnız təhsildə
aldıqları qiymətlərə deyil, ümumiyyətlə təhsilin keyfiyyətinə maraq göstərməyə başladılar.
Təhsilin inteqrasiyası ilə bağlı resursların, insanların, ideyaların milli sərhədlərdən sərbəst axını,
müasir dövrün əsas tendensiyalarındandır. Bu tendensiyanın nəticəsi milli təhsil sisteminin dünya
təhsil bazarına yaxınlaşması, inteqrasiyası vasitəsilə ifadə edilir.
Bu prosesin müsbət nəticələri ilə yanaşı, mənfi nəticələri də ortaya çıxır ki, bu da milli inkişafın
gecikməsi ilə müşahidə edilir. Azərbaycan beynəlxalq təhsil layihələrində iştirak edir, aktiv şəkildə
tələbə mübadiləsi, professor-müəllim heyətinin mübadiləsi həyata keçirir, dünya təhsil sistemi ilə
əlaqələri və normaları mübadilə edir, milli təhsil sahəsinə daxil olur.
Çox pilləli təhsil sisteminin formalaşması və təhsil xidmətləri bazarının yaranması ilə əlaqədar,
ölkənin ali təhsil müəssisələrinin qarşısında kəskin rəqabət şəraitinə uyğunlaşma ilə əlaqədar bir sıra
problemlər yaranır.
Bu gün təhsilə münasibət bütün dünyada dəyişib. Ali təhsil sosial və iqtisadi inkişafın ən vacib
amillərindən biri hesab edilir. İnsan, onun biliyi, sürətlə dəyişən iqtisadi mühitdə qeyri-standart
qərarlar qəbul etmək qabiliyyətli cəmiyyətin əsas dəyərinə çevrilir. Xüsusən, rəqabət, ali təhsilin
keyfiyyətcə yeni inkişaf mərhələsinə keçidi üçün dəstək ola bilər.
Ali təhsil müəssisələri rəqabət qabiliyyətinin səviyyəsini qiymətləndirərək onun əsasında
rəqabət qabiliyyətinin artırılması üçün strategiyalar hazırlayır ki, bu da universitetin təhsil
xidmətlərinin məzmunu və strukturu baxımından xarici mühitlə davamlı olaraq monitorinq aparılması
işini tələb edir. Belə monitorinq rəqabət qabiliyyətinin artırılması üçün əsas yaradır. Bu iş ali
məktəbin strateji idarə edilməsi bazasında həyata keçirilir ki, bunun müasir və düzgün təşkili
perspektivdə təhsil xidmətləri bazarında rəqabətə davamlı olmağı təmin edir.
ƏDƏBIYYAT SIYAHISI
1.
Təhsilin iqtisadiyyatı, maliyyələşdirilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi
sahəsi üzrə 2011-ci ildə görülmüş işlərə dair hesabat http://edu.gov.az/upload/file/HESABAT/hesabat-2011/tehsil-
iqtisadiyyat.pdf giriş tarixi 01 oktyabr 2018
2.
Novruov N. , İbrahimov E. Büdcə sistemi, Bakı, 2012, 202 s.
3.
Бакша Н.В.Аспекты бюджета: императивный, экономический, финасовый, налоговый, расходный,
социальный/Профиздом, 2001, 55 c.
4.
Котлер Ф.Основы маркетинга, М.:прогресс, 1990, 736 с.
5.
Fınancıng educatıon ınvestments and returns analysıs of the world educatıon ındıcators, Unesco Instıtute for Statıstıcs,
2002 edition, 228 p.
6.
Zaneta S., Vilda G., Edmundas J., Arturas S. Assessment Of Investment In Higher Education: State Approach /
Procedia - Social and Behavioral Sciences 191, 2015, 336 – 341 p.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
128
26-27 October 2018, Baku, Azerbaijan
ELMTUTUMLU İQTİSADİYYATIN
FORMALŞDIRILMASI MEYLLƏRİ
Mete Kemal Osman oğlu
Bakı Mühəndislik Universiteti
kmete1964@hotmail.com
XÜLASƏ
Məqalədə elmtutumlu iqtisadiyyatın formalaşması meyilləri, milli innovasiya sisteminin məzmununa və
funksiyalarına məxsus xüsusiyyətləri və elmtutumlu iqtisadiyyatın əmək bazarının dəyişiklikləri ilə əlaqədar ola-
raq universitetlərin fəaliyyətinin meyilli olacağı tendensiyaları verilmişdir. Ölkənin innovasiya iqtisadiyyatının
formalaşması şəraitində biliklərin generasiyanın və yayılmasının, həmçinin innovasiya iqtisadiyyatı üçün kadr-
ların hazırlanmasının təminatında unversitetlərin rolu açıqlanmışdır
.
Dostları ilə paylaş: |