Key words: Azerbaijan, foreign investment, non-oil industry, non-oil export
Giriş
İqtisadi inkişafda xarici investisiyaların ökləyə cəlbi əhəmiyyətlidir. Ölkələrin investisiya
mühitinin əlverişli olması xarici investisiyaların axını baxımından vacibdir. Hər bir milli istehsal
potensialını inkişaf etdirib ixracat imkanlarını artırmaq üçün davamlı tədbirlər həyata keçirən
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
90
26-27 October 2018, Baku, Azerbaijan
hökumətlər öncə birbaşa xarici kapital daxilolmalarına xüsusi diqqət artırmalıdırlar. Bu baxımdan
məhz birbaşa xarici kapital daxilolmalarına təsir edən faktorlar elmi tədqiqat işlərin mühim aspektləri
olmuşdur. Xarici investorlar eyni zamanda, investisiya qoyacaqları ölkələrin iqtisadiyyatlarının xaricə
açıqlığı, dünya bazarları ilə inteqrasiya səviyyəsi, sərbəst bazar iqtisadiyyatının tətbiq edilib-
edilmədiyi və əgər edilirsə nə ölçüdə riayət edildiyi, hüquq və ədalət sisteminin müasirliyi kimi
faktorları diqqətə almaqdadırlar.
İnvestisiya mühitini şərtləndirən amillər
İnvestisiya mühitini formalaşdıran amilləri əsasən iqtisadi və siyasi amillər olaraq iki hissədə
analiz etmək olar.
İnvestisiya mühitinin formalaşdıran əsas amil iqtisadi amillərdir. İqtisadi amillərin invesitisiya
cəlbində xüsusi əhəmiyyəti var və bu amilə hər zaman diqqət yetirmək olduqca vacibdir. Xarici
kapitalın gedəcəyi ölkədə axtardığı ən önəmli faktor bazarın böyüklüyüdür. Bu böyüklük sadəcə ev
sahibi ölkənin əhalisi ilə əlaqədar olmayıb, eyni zamanda effektiv tələbi və istehsal edəcəyi məhsulu
hansı bazarlarada sata bilmə imknları ilə də bağlıdır. Eyni zamanda, xarici investor gedəcəyi ölkədə
əlverişli investisiya mühiti, gömrük vergilərindən azad tutma və ya ödənişləri zamana yayma, ucuz
kredit və s. kimi tədbirlərindən istifadə etməyi düşünür. Bu təşviqlərin bol və müxtəlif olması xarici
kapital üçün önəmlidir. Xarici kapitalı cəlb edici başqa bir ünsür də, istehsal faktorlarının bol və ucuz
olmasıdır. Fəqət istehsal faktorlarının kəmiyyət xüsusiyyətləri qədər, keyfiyyət xüsusiyyətləri də önəm
daşımaqdadır.
Siyasi faktorların önəmi xüsusilə qeyd olunmalıdır. Birbaşa xarici kapital investorunun ən çox
diqqət etdiyi mövzu investisiya qoyacağı ölkənin iqtisadi və siyasi stabilliyə sahib olmasıdır.
Transmilli şirkətlər, ümumi olaraq, bir dövlətin siyasi vəziyyətinin investisiya qərarlarına təsir
göstərdiyini söyləməkdədirlər. Bir çox durumda şirkətlər qeyri-stabil siyasi şəraitə sahib olan
ölkələrdə investisiya və ya təkrar investisiya qoymaqdan çəkinməkdədirlər. Qısaca desək, əgər bir
ölkənin siyasi vəziyyəti bir proyektin uzun dönəm yaşamasını riskli qılarsa, məsələn, potensial bir
müharibə, təcavüz, qiyam, üsyan, dövlətin yıxılması, xarici kapital şirkətinə dəyəri ödənərək və ya
ödənmədən əl qoyma qorxusu varsa, xarici firmalar investisiya qoymaqda son dərəcə çəkingən
davranacaqdır. Fəqət bu kimi ölkə risklərini minimuma endirmək üçün qlobal şirkətlərin də izləyə
biləcəkləri müxtəlif strategiyalar mövcuddur [1.s.49].
Dövlətlər investisiyaları cəlb etmək üçün aşağıdakı istiqamələrdə fəaliyyət göstərirlər [3].
- Xarici birbaşa investisiyalar üçün siyasət çərçivəsi müəyyənləşdirilir
- Biznesin həyata keçirilməsi üçün tədbirlər görülür
- Xarici investisiyalar motivasiya edilir.
İnvestisiyanın, xüsusilə xarici investisiyanın cəlb edilməsi haqqında düşünərkən, daha çox ona
mane olan səbəbləri göz önünə almalıyıq. Həmin maneələri aradan qaldırmalıyıq ki, xarici investisiya
iqtisadiyyatın müxtəlif sahələrinə axa bilsin. Hazırkı vəziyyətdə baxanda biznesin inkişafını
əngəlləyən amillər də yox deyil. Bu gün özəl sektorun inkişafını ləngidən əsas maneələrdən biri
sahibkarlıq fəaliyyətinə, xüsusilə də istehsalat sahəsində fəaliyyətə başlamaq üçün insanlarda maliyyə
və maddi resursların çatışmamasıdır. Digər tərəfdən özəlləşdirilmiş və səhmdar cəmiyyətlərinə
çevrilmiş iri müəssisələrin satış bazarlarının və dövriyyə vəsaitlərinin olmaması ona gətirib
çıxarmışdır ki, bütün zəruri istehsalat infrastrukturlarına malik olmalarına baxmayaraq onlar əksər
hallarda ya işləmir, ya da tam gücü ilə işləmir.
Özəl sektorla dövlət sənaye müəssisələrinin kooperasiyası kifayət qədər inkişaf etmədəyinə görə
bu sektorların hər biri müstəqil fəaliyyət göstərir, bu isə gözəgörünən və praktiki nəticələr vermir. Ona
görə biz əvvəla, özəl sektora dövlət səviyyəsində diqqəti daha çox artırmalıyıq, digər tərəfdən isə
qeyri-neft sektoruna cəlb ediləcək investisiya üçün əlverişli mühit formalaşdırmalıyıq. Qeyri-neft
sektoru üçün yaxın illər üçün prioritet istiqamətlər isə dövlətin sənədlərində xüsusi qeyd olunur.
Buraya kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi, turizm infrastrukturunun yaradılması və
təkmilləşdirilməsi kimi sahələr xüsusi qeyd olunur. Bu mənada qeyri-neft sektorunda kənd
təsərrüfatımım inkişaf etdirilməsi üçün həm dövlət investisiyalarını, həm özəl investisiyaları, həm də
beynəlxalq maliyyə qurumlarının resurslarını bu sahəyə axınını təmin etməyi bacarmalıyıq.
İqtisadiyata cəlb edilmiş ümumi investisiyalar
İqtisadiyyata cəlb edilmiş xarici və daxili investisiyaların həcmini iqtisadi inkişafda çox böyük
əhəmiyyətə malikdir. Hər bir sektora qoyulmuş investisiya o sektorun inkişafı ilə birlikdə yan
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
91
26-27 October 2018, Baku, Azerbaijan
sektorların inkişafına da təkan verir. Bu baxımdan ölkə iqtisadiyyatımızda investisiyaların həcmini
aşağıdakı cədvəldə analiz edə bilərik.
Cədvəl 1: İqtisadiyyata yönəldilən investisiyalar (1995-2016)
1995
2000
2005
2008
2009
2010
2015
2016
Bütün mənbələr üzrə investisiya qoyuluşları
(xarici investisiyalar nəzərə alınmaqla):
mlyn.manat
480.7
1289.8
6 733.4
13 328.0
10 475.0
14118.9
20057.4
22868.5
mlyn.dollar
544.1
1441.4
7 118.5
16 222.0
13033.5
17591.4
19547.2
14329.5
Xarici investisiyalar:
mlyn.manat
331.4
829.5
4 628.5
5 625.8
4 395.1
6 619.7
10998.9
16216.1
mlyn.dollar
375.1
927.0
4 893.2
6 847.4
5 468.6
8 247.8
10719.1
10161.1
Daxili investisiyalar:
mlyn.manat
149.3
460.3
2 104.9
7 702.2
6079.9
7499.2
9058.5
6652.4
mlyn.dollar
169.0
514.4
2 225.3
9 374.6
7 564.9
9343.6
8828.1
4168.4
Mənbəə: https://www.stat.gov.az/source/agriculture/29.09.18
Yuxarıdakı cədvəldən də görüldüyü kimi xarici investisiyaların həcmi 2008-ci ilə kimi daxili
investisiyaların həcmindən daha çox olumuşdur. Dünyada baş verən 2008-ci ildəki maliyyə krizi
dünya bazarındakı bir çox iqtisadi hadisələrə təsir göstərdiyi kimi iqtisadiyyatımızdakı 2009-cu ildəki
xarici investisiya həcminə təsirini göstərmişdir. 2015-ci ilə kimi daxili investisiyaların həcmi xarici
investisiyalara nisbətən daha çoxdur. 2015-ci ildən sonar xarici investisiyaların həcmi artmağa
başlamışdır. 2016-cı ildə iqtisadiyyatdakı investisiya həcmi 22 milyard manatdan çox olmuşdur
bununda 16216 milyon hissəsi xarici investorların payına , 4168 milyonu isə daxili investisiyaların
payına düşür.
Sənaye sektorunda investisiyaların həcmi
Azərbaycan iqtisadiyyatında sənaye sektorunun payı hər zaman çox yüksək olmuşdur. Sənayedə
istehsal olunan məhsulların miqdarının çox olması onun ÜDM-dəki payını da hər zaman əhəmiyyətli
səviyyədə saxlamışdır. Bildiyimiz kimi sənaye sektorunun ÜDM-dəki payı mədənçıxarma
sənayesindəki neft və təbii qaz hasilatına görə yüksəkdir.
Cədvəl 2: Sənayedə əsas kapitala yönəldilən investisiyalar, (milyon manat)
2005
2008
2009
2010
2012
2013
2014
2015
2016
Bütün sənaye
4,176
4,249
3,225
4 276
6,040
7,500
7,640
8,500
9,950
xarici investisiyalar
3,350
2,011
1,403
1 917
2,668.0
3,996.0
4,269.0
5,742
7,351
daxili investisiyalar
826
2,238
1,822
2 359
3,372.0
3,504.0
3,371.0
2,758
2,599
Mədənçıxarma sənayesi
3,730
2,883
2,088
2 952
3,857
5,095
5,948
7,145
8,577
xarici investisiyalar
3,210
1,908
1,272
1 883
2,493
3,866
4,185
5,514
6,805
daxili investisiyalar
520.6
974.6
816.8
1 069
1,364
1,229
1,763
1,631
1,772
Xam neft və təbii qaz hasilatı
3,606
2,825
1,960
2 933
3,822
5,069
5,926
7,121
8,560
xarici investisiyalar
3 210
1 908
1 215
1 881
2,493
3,866
4,184
5,514
6,805
daxili investisiyalar
396.0
916.9
744.6
1 052
1,329
1,203
1,742
1,607
1,755
Emal sənayesi
115.8
395.2
354.2
510.2
861.2
888.9
644.6
482.9
424.3
xarici investisiyalar
35.9
43.1
21.4
1.1
0.1
0.2
0.9
16.1
-
daxili investisiyalar
79.9
352.1
332.8
509.1
861.1
888.7
643.7
466.8
424.3
Elektrik enerjisi, qaz
və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
299.8
608.0
450.3
422.6
565.8
489.4
423.7
287.2
370.2
Su təchizatı, tullantıların
təmizlənməsi və emalı
30.0
363.4
331.9
391.5
755.7
1,026.0
623.3
584.7
578.6
Mənbəə: https://www.stat.gov.az/source/industry/29.09.18
Yuxarıdakı cədvəl-2 də sənaye sektorundakı investisiyaları və burada daxili və xarici investisi-
yaların həcmini analiz edəbilərik. Cədvəl 2-də də görürük ki, 2008-ci ildəki maliyyə böhranından sonra
sənaye sektoruna yönəldilən investisiyların həcmində azlama olmuşdur. Cədvəl 2-də emal və mədən-
çıxarma sənayelərindəki investisiya həcmlərini müqayısə etsək görərik ki, qeyri neft-sənayesi olan
emal sənayesində investisiyaların həcmi bütün illərdə mədənçıxarma sənayesində az olmuşdur. Emal
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
92
26-27 October 2018, Baku, Azerbaijan
sənayesindəki investisiya həcmi 2005-ci ildə 2%, 2010-cu ildə 11%, 2015-ci ildə 5% və 2016-cı ildə
4% olmuşdur. Mədənçıxarma sənayesində isə 2005-ci ildə 89%, 2010-cu ildə 69%, 2015-ci ildə 84 və
2016-cı ildə 86% olmuşdur. Qeyri-neft sektorunun inkişaf etdirilməsinin bir istiqaməti də emal
sənayesindəki investisiya həcminin artırılmasından keçir. Emal sektorunun böyüməsi yan sektorların
inkişafına səbəb olacaqdır.
Kənd təsərrüfatı sektoru üçün xarici investisiyanın önəmi
Azərbaycanda kənd təsərrüfatı sektorunda makroiqtisadi göstəricilərdən olan ÜDM-in illər üzrə
dinamikasına diqqət edək. Əgər kənd təsərrüfatı sektorunun ÜDM-də payı 1993-cü ildə 28,4%, 1994-
cü ildə 32,9%, 1995-ci ildə 27,2%, 1996-cı ildə 27,5%, 1997-ci ildə 21,6%, 1998-ci ildə 18,7%, 1999-
cu ildə 18,2%, 2000-ci ildə 15,9%, 2001-ci ildə 14,7%, 2002-ci ildə 13,8%, 2003-cü ildə 12,9% təşkil
edirdisə, 2016-cı ildə bu rəqəm isə 5,7% həddində olmuşdur. Bunu əsasən 2 konteksdə dəyərləndirmək
mümkündür. Birincisi, dövlət büdcəsi və büdcədənkənar fondların aqrar sektora yönəldilən vəsaitinin
yetərli olmaması fonunda onun istehsal etdiyi mal və xidmətlərin ÜDM-də payının aşağı düşməsi;
İkincisi, özəl sərmayənin və maliyyə insitutlarının resurslarının bu sahə üçün cəlbedici olmamasına
görə aqrar sektorun ÜDM-də payının azalması; Bir faktın özü kifayət edir ki, biz aqrar sektora özəl
investisiyaların cəlbini hədsiz dərəcədə aşağı səviyyədə olmasından gedir. Belə ki, ölkədə toplam
investisiyaların isə cəmi 3%-i aqrar sektor axır.
Dünya Bankı hələ 10 il bundan qabaq aqrar sektorla bağlı hazırladığı sənəddə [4] bəzi nəzərə
alınası nüasnsları xüsusi qeyd edirdi. Belə ki, Azərbaycan əmək qabiliyyətli əhalinin 38%-nin çalışdığı
aqrar sektor iş yerlərinin əhəmiyyətli mənbəyidir və iqtisadi rəngarənglik üçün çox mühümdür. Ölkədə
iqtisadi idarəetmə qarşısında duran ən vacib məsələlərdən biri də artan neft sektorundan asıllıq
şəraitində iqtisadiyyatın çoxsahəliliyini təmin etməkdir. Kənd təsərrüfatı rəngarənglik üçün yaxşı
mənbədir - 2004-cü ildə o, ÜDM-in 12,3%-i təşkil etmişdir və iqtisadiyyatda neftdən sonra ikinci ən
böyük sektordur. Kənd təsərrüfatının məşğulluğa olan payı 1990-cu ildəki 31%-dən, 2004-cü ildə 40%-
dək artmış, neft sektorunda isə bu göstərici 1% olaraq qalmışdır. Müstəqillikdən sonra kənd yerlərində
əhalinin 49%-ə qədər artmasını nəzərə almaqla, bu göstərici xüsusi əhəmiyyət qazanır. Əlavə olaraq,
aqro-emal (o cümlədən tekstil) emal sənayesindəki məşğulluğun 50%-dən çoxunu təşkil edir.
ABŞ-da məşğul əhalinin 2%, AB-də isə 5%-i kənd təsərrüfatı ilə məşğuldur. ABŞ və AB-də də
ÜDM-in 5%-dən altında olanı aqrar sektordan formalaşır. Bu konteksdə Dünya Bankının apardığı bir
tədqiqatda bizim özümüz üçün çıxarmalı olduğumuz dərslər var. Dünya Bankının tədqiqatlarına görə,
məşğul əhalinin 2/3-nin kənd təsərrüfatı ilə məşğul olduğu aqrar ölkələrdə ÜDM-un 30%-i bu sektorda
formalaşmalıdır. Bu normaya görə, ÜDM-un 38%-dən çoxunun çalışdığı Azərbaycanda isə bu
hesablama 15% səviyyəsində olmalı idi. Lakin bu səviyyə 5%-dir.Yəni, bu tədqiqat meyarı ilə
yanaşsaq, biz mövcud normadan 3 dəfə geri qalırıq. Ona görə, aqrar sektorda inkişafı elə səviyyədə
təşviq etməliyik ki, məşğulluq və illik istehsal olunan mal və xidmətlərdə orta ölçülü nisbət qorunsun.
Bunun üçün əsas tədbirlədən biri də, xüsusilə Azərbaycanda iqtisadiyyata investorların marağını
artıran amillərdən biri də dövlət-özəl investisiya fondlarının yaradılmasıdır. Bu zaman xüsusilə kənd
təsərrüfatına özəl investisiyalarının cəlibini təmin etmək üçün bir sıra iqtisadi xətti qurumları
(İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və digərləri) ilə yerli icra nümayəndlərinin birgə fəaliyyəti
nəticəsində həyata keçiriləcək. Bunu elə bir təşkilat formasında həyata keçirmək lazımdır ki, dövlət və
özəl sektorun birgə iştirakı mümkün olsun. Nəticədə xüsusilə kənd təsərrüfatı məhsullarının idxaldan
asıllığı azalmaqla, satış imkanları artacaq və ixracat imkanları genişlənəcək. İxracatın isə genişlənməsi
daha çox xarici investisiyanın cəlb edilməsini təmin etməkdən ibarətdir [2].
Nəticə: Azərbaycan dünya iqtisadiyyatının bir subyekti kimi (dövlətlər, beynəlxalq təşkilatlar
və transmilli şirkətlər) 140-dan artıq ölkə, bir sıra beynəlxalq təşkilatlar və transmilli şirkətlərə
qarşılıqlı münasibətlər içərisindədir. Bu subyektlər eyni zamanda dünyadakı qloballaşma prosesinin
iştirakçılarıdır. Bu baxımdan ölkəmiz xarici investisiyaların iqtisadiyyatımızın müxtəlif sektorlarına
xüsusi ilə qeyri-neft sektoruna cəlb etməsi üçün yeni tədbirlər planı hazırlamalıdır. Ölkəmizdə Ələt
azad iqtisadi zonasıın yaradılması istiqamətindəki işlər əhəmiyyətlidir. Bunun kimi daha başqa Xüsusi
İqtisadi Zonaların yaradılması iqtisadi inkişafa böyük tövhə verə bilər. Məsələn, Gürcüstan 3 azad
sənaye zonasının təşkili üzərində işlərini davam etdirir.
Ölkəmizdə istehsal olunmayan avadanlıqlar və onların komponentlərinə idxal rüsumlarının
aradan qaldırılması olduqca vacibdir. Məsələn, Qazaxıstan özündə istehsal olunmayan avadanlıqların
ölkəyə gətirilməsini idxal rüsumlarından azad etməklə xarici investorların cəlbinə nail olub.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
93
26-27 October 2018, Baku, Azerbaijan
Gürcüstanda analoji addımlar ataraq maşın və avadanlıqlar üçün idxal rüsumu tətbiq etmir. Türkiyə isə
maşın və avadanlıqların alınması ƏDV-dən güzəştlər tətbiq edir.
Qeyri-neft ixracatının artırılması zərurəti olduqca vacibdir. Biznesin inkişafı həm də ona görə
lazımdır ki, ölkənin ixracatı, xüsusilə qeyri-neft ixracatı artsın. 2017-ci ilin nəticələrinə görə ölkənin
qeyri-neft ixracatı cəmi 1,4 milyard dollar təşkil edib ki, bu da yaxın illərdə qeyri-neft sektorunun
ixracatının artırılmasının nə qədər vacib olduğunu söyləməyə imkan verir. Bu ölkəyə əlavə valyuta
daxil olmasına gətirib çıxaracaq ki, bu da milli valyutanın möhkəmlənməsinin qarşısının alar və
devalvasiya risklərini minimumlaşdırmaq olar. Bu eyni zamanda fiskal qurumlar vasitəsilə büdcə
daxilolmalarının artmasına və vergi bazasının genişlənməsi üçün böyük imkanlar yaradır. Bu isə
dövlət büdcəsinə Neft Fondundan transfertın azalmasına və qeyri-neft sektorundan büdcəyə əlavə
vəsaitlərin axmasına gətirib çıxaracaq.
ƏDƏBIYYAT
1.
Natiq Sabiroğlu, “ Qloballaşma və xarici investisiyalar”, Bakı-2006
2.
V.Qasımlı, “İqtisadi modernizasiya”, Bakı-2014
3.
World Investment Report 1998: Trens and determinants, UNCTAD, 1999
4.
Dünya Bankı: “Azərbaycanın Kənd Təsərrüfatındakı Nisbi Üstünlüklərinin Realizasiyası”, Bakı - 2006
5.
AR Statistika Komitəsinin saytı https://www.stat.gov.az
ƏHALİNİN SOSİAL MÜDAFİƏSİNİN TƏNZİMLƏNMƏSİNİN
ƏSAS İSTİQAMƏTLƏRİ
M. S. MİRZƏBƏYOVA
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
p.nazrin@mail.ru
XÜLASƏ
Əhalinin sosial müdafiəsinin iqtisadi islahatların konseptual əsaslarını təşkil etməklə istənilən ölkədə
iqtisadiyyatın dövlət tənzimləməsinin əsas hədəfləri halında, reallaşma yollarına və konkret resurslarına müvafiq
xarakterik cəhətlər kəsb edir. ƏSM-nin bir proses kimi kriteriyə və indikatorları, hədəf və mexanizmlər
məcmusu halında həmişə islahatlar obyekti kimi hər bir sosial dövlətin əsas vəzifəsi olaraq formalaşır.
ƏSM-nin kriteriyə və indikatorlarının, hədəf və mexanizmlərinin, onun mahiyyəti, ölçüsü və dəyərləndi-
rilməsinin öyrənilməsi sistemli yanaşma, kompleks dəyərləndirmə və reallaşma üsullarında konkret vasitələr
sayəsində mümkündür. Bu qeyd olunan səbəbdən də ƏSM-nin səviyyəsinin müəyyən edilməsi və onun indika-
torlar sistemində mövcud olan əsas parametrlərin real bir prosesə müvafiq seçilməsi nəzəri və metodoloji nöqte-
yi-nəzərindənxarakterik cəhətlər kəsb edir.
Açar sözlər: ümumi inkişaf tendensiyası, bölgü mexanizmi, iqtisadi artım, tələb mexanizmi, sosial fak-
tor, həyat səviyyəsi.
MAIN DIRECTIONS OF REGULATION OF SOCIAL PROTECTION OF POPULATION
ABSTRACT
The main goals of the state regulation of the economy in any country, by organizing the conceptual foun-
dations of economic reform of social protection of the population, are characteristic of the ways of realization
and specific resources. The ESM as a process and the indicators, targets and mechanisms are always shaped as
the main task of each social state as the object of reform.
The study of criteria and indicators of ESM, goals and mechanisms, its substance, size and valuation is
possible through a systematic approach, concrete means of assessment and implementation. For this reason, it is
the theoretical and methodological point of view to determine the level of ESR and to select the main parameters
available in the system of indicators according to a real process.
Dostları ilə paylaş: |