THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
31
26-27 October 2018, Baku, Azerbaijan
Şekil 3. İmalat Sanayi İhracatının Toplam Mal İhracatı İçindeki Payı
Kaynak: Dünya Bankası WDI
İhracatta ürün çeşitliliğinin Türkiye’de; hem sıkça kullanılan endeksler hem de yatay ve dikey
çeşitleme ölçümleri vasıtası ile giderek arttığı Şekil 1, Şekil 2 ve Şekil 3’de görülmektedir. Bununla
birlikte; “Türkiye’de ihracatı yapılan ürünler çeşitlenirken, bu ürünlerin sahip olduğu teknolojiler ne
oranda değişmektedir?” sorusu da sorulabilir.
İhracatı yapılan ürünlerin teknolojik olarak sınıflandırılması güçlüklerine rağmen Lall (2000),
malları ilksel ürünler (taze meyve, et, pirinç, kahve, petrol vb.) ve imalat ürünleri olarak önce iki
guruba ayırmıştır. İmalat ürünlerini de kendi içinde kaynak temelli (hazırlanmış et, odun ürünleri,
bitkisel yağlar, çimento, cam vb.), düşük teknolojili (kumaşlar, ayakkabılar, basit metal parçalar/yapı-
lar, mücevher, oyuncaklar, plastik vb.), orta teknolojili (sentetik iplikler, kimyasal boya ve gübreler,
binek ve ticari araçlar ve parçaları, saatler motorlar vb.) ve yüksek teknolojili (telekomünikasyon
teçhizatı, televizyonlar, transistörler, türbinler, güç üretim ekipmanları, ilaç, havacılık, optik ölçüm
aletleri vb.) ürünler olmak üzere dört alt teknolojik kategoriye ayırmıştır. Bu çalışmadaki sınıflandır-
mayı temel alan Dünya Bankası WITS veri tabanı, SITC revizyon 3’e göre üç basamaklı mal
gurubunda yer alan her bir teknolojik gurubun toplam ihracat içindeki payını hesaplamaktadır. Şekil 4
ve Şekil 5 bu hesaplamayı temel almaktadır.
Şekil 4. Türkiye’de İhracatı Yapılan Ürünlerin Teknolojik Sınıflandırılması (1991-2015).
Kaynak: Dünya Bankası, Dünya Entegre Ticaret Çözümleri (WITS)
İm
alat
san
ayi
ihr
aca
tı
(%
İhr
aca
t)
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
32
26-27 October 2018, Baku, Azerbaijan
Şekil 4’te Türkiye’de 1991-2015 aralığındaki ihracatın 5 ana teknolojik guruptaki gelişimi
görünmektedir. Anılan dönemde Türkiye’deki ihracatın düşük teknolojili olan kısmı sürekli bir azalma
eğiliminde iken, orta teknolojili imalat ürünleri ihracatının artış eğilimine sahip olduğu ve en ciddi
artışların da yine bu teknolojik gurupta olduğu görülmektedir. Yüksek teknolojili imalat ürünleri
ihracatında da kısmı bir artış gözlense de; bu artış, çok az ve yavaş gerçekleşmektedir. İlksel üretimde
genel görüntü azalma eğiliminde olmasına rağmen, 2008 sonrasında yukarı yönlü bir eğilim de dikkat
çekmektedir. Bunların yanı sıra en dikkat çeken durumlardan birisi, anılan dönemde kaynak temelli
imalat ürünleri ihracatında artış eğiliminin görülmesidir. Lall (2000)’e göre kaynak temelli imalat
ürünleri kendi içinde iki farklı guruba sahiptir. Bunlar “düşük beceri isteyen, emek yoğun teknolojilere
dayalı birinci gurup” ve “sermayeye ve beceriye ihtiyaç duyan ikinci bir gurup” olarak
sınıflandırılmıştır. Türkiye’deki artışın kaynağının bu guruplardan hangisine girdiği önem arz etse de;
hem ilksel mallar hem de kaynak temelli imalat ürünleri ihracatı, dünya ticareti açısından dinamik
etkilere sahip değildirler.
Şekil 5. Teknolojik Sınıflandırılmaya Göre Türkiye’de İhracatı Yapılan Ürünlerin Ortalama Gelişimi
Kaynak: Dünya Bankası, WITS
Şekil 5’te farklı periyotlarda ihracatın teknolojik yapısındaki ortalama gelişim görünmektedir.
Yüksek teknolojili ürünler 2001-2010 aralığında büyüme eğilimi göstermiş olsa da; sonraki 5 yıllık
dönem ortalamasında, 1991-2000 dönemi ihracat payı ortalaması kadar düşük bir değer göstermiştir.
Orta teknolojili ürün gurubu da yine 2001-2010 döneminde hızlı bir gelişim göstermiş, ama sonraki 5
yıllık dönemde aynı hızını koruyamamıştır. Düşük teknolojili ürünlerin ihracatı tüm periyotlar
boyunca azalırken, ilksel ürün ihracatında 2001-2010 döneminde düşüş ve akabinde 2011-2015
periyodunda kısmi bir artış söz konusu olmuştur. Kullanılan 3 dönemlik ortalama için de kaynak
temelli imalat malı ürünleri ihracatının payı, orta teknolojili kadar şiddetli olmasa da artış göstermiştir.
Bu artış en fazla 2011-2015 periyodunda olmuştur.
4. Sonuç
Özetle; mevcut durumu gösteren şekiller ve tablolarda görüldüğü üzere Türkiye’de ürün
çeşitlemesi giderek artmaktadır. Bununla birlikte, Türkiye’nin sadece çeşitleme yapmadığı; ihracatta,
tarımdan sanayiye ürün dönüşümünü de sağlayabildiği ve orta teknolojili imalat ürünlerinin ihracat
içindeki payını da arttırdığı bulgularına ulaşılmıştır. Türkiye’nin 1980 itibariyle küresel entegrasyona
dâhil olduğu düşünüldüğünde, bu tespitler Türkiye’nin ürün çeşitlemesi konusunda başarılı bir yol
izlediğini göstermektedir.
To
pla
m
ihr
ac
at
içi
nd
eki
pa
y
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
33
26-27 October 2018, Baku, Azerbaijan
Diğer taraftan Türkiye’de ürün çeşitlemesinin son yıllarda yavaşladığı da gözlenmiş, bu da
ihracatta hızlı dönüşümle başta yüksek marjinal etkilerin varlığının zamanla yavaşlayarak bir doyum
noktasına doğru gittiğini işaret etmektedir. Fakat gelişen teknoloji ve hızla değişen insan ihtiyaçları
düşünüldüğünde, Türkiye’nin dünya pazarından yeterince pay alabilmesi için ürün çeşitliliğini
yavaşlatmaması gerekliliğinin yanı sıra yüksek teknolojili ürünlere ağırlık vermesi, açık bir politika
önerisi olarak ortaya çıkmaktadır.
Bu açıdan gelişmiş ülkelerde gözlenen trende uygun olarak yüksek teknolojik ürünlere kayma
ve hatta bu ürünlerde zamanla yoğunlaşma, hem ihracat gelirleri hem de bunların istikrarı açısından
önemlidir. Mevcut durum değerlendirildiğinde, çeşitleme derinleşmesinin korunması önem arz
etmektedir. Bu bağlamda ihracatta ürün çeşitliliğini etkileyen etmenlerin bilinmesine ve bu etmenlerde
meydana gelecek değişimlerin çeşitleme üzerindeki etkilerinin analiz edilmesine ihtiyaç vardır.
Kaynakça
Al-Marhubi, Fahim (2000), “Export Diversification and Growth: An Empirical Investigation”, Applied Economics Letters,
7(9): 559-562.
Gerni, Cevat, H. Aksu ve Ö. Selçuk Emsen (2018), “Türkiye Ekonomisinde İhracat ile İthalat ve Döviz Kuru Arasındaki
İlişkiler”, Cumhuriyet Üniversitesi İİBF Dergisi, 18(1): 78-91.
Gerni, Cevat, Ö. Selçuk Emsen ve M. Kemal Değer, “İthalata Dayalı İhracat ve Ekonomik Büyüme: 1980-2006 Türkiye
Deneyimi”, İzmir İktisat Kongresi Anısına 2. Ulusal İktisat Kongresi, Dokuz Eylül Üniversitesi, İzmir, 20-22 Şubat 2008.
İrmiş, Ayşe, Kapitalizmin Küresel Ağı: Düğümler ve İlmekler, Etkin Yayınevi, Bursa, 2018.
Özdemir, Dilek, Ilgar Riazi, Özge Buzdağlı ve Ö. Selçuk Emsen (2018), “Doğal Kaynak Keşfine Dayalı Ekonomik Büyüme
Literatüründe Hollanda Hastalığı Çelişkisi: Suudi Arabistan ve İran Üzerine İncelemeler (1980-2014)”, Atatürk Üniversitesi
İİBF Dergisi, 32(1): 19-43.
Pamuk, Şevket, Türkiye’nin 200 Yıllık İktisadi Tarihi, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul, 2014.
Serin, Necdet (2001). “Dış Ticaret ve Dış Ticaret Politikası”, (Ed. Ahmet Şahinöz), Türkiye Ekonomisi Sektörel Analiz, İmaj
Yayınevi, Ankara, ss: 305-321.
Türkmen, Adem, Türkiye İhracatında Ürün ve Ülke Çeşitlemesinin Sosyo-Ekonomik Belirleyicileri, (Yayınlanmamış Doktora
Tezi), Atatürk Üniversitesi Sosyal Bilimler Enstitüsü, Erzurum, 2018.
Wang, Ha-Joon, Sanayileşmenin Gizli Tarihi, (çev. Emin Akçaoğlu), Elif Yayınevi, Ankara, 2015.
UNCTAD. (2005). Handbook of Statistics/Manuel de Statistiques de La CNUCED, Geneva: United Nations Publications.
DAVAMLI İQTİSADİ İNKİŞAF KONTEKSTİNDƏ TURİZM
BAZARINA TƏSİR GÖSTƏRƏN BƏZİ AMİLLƏR
Bayramov Şahin Vaqif oğlu
iqtisad üzrə fəlsəfə doktoru
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
elmlər doktoru proqramı üzrə dissertantı
shahin_bayramov@unec.edu.az
XÜLASƏ
Məqalə davamlı iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayan turizm sahəsinin məzmununu
və inkişafını şərtlənirən bəzi amillərin müəyyənləşdirilməsinə və təhlilinə həsr olunub. Tədqiqat işində turizmin
həm milli iqtisadiyyatlar, həm də qlobal iqtisadiyyat üçün davamlı artan əhəmiyyətinin əsaslandırılmasına
çalışılıb.
Açar sözlər: davamlı inkişaf, turizm, ÜDM, turist, ixrac.
ABSTRACT
Paper is mainly focusing on identification and analyzing of factors those substantiate the content and
development of tourism sector that is considered to be one of the important components of sustainable economic
development. The research is trying to evaluate the increasing importance of tourism for both national
economies and global economy.
Keywords: sustainable development, tourism, GDP, tourist, export.
Davamlı iqtisadi inkişaf konsepsiyası ölkələrarası turizm xidmətlərinin genişlənməsinə də ciddi
təsir göstərir. Turizm digər iqtisadi fəaliyyət sahələrindən fərqli olaraq davamlı inkişaf konsepsiyasının
hər üç aspektini – iqtisadi, ekoloji və sosial aspektlərini daha aydın və qabarıq şəkildə özündə əks etdi-
rir. Turizmin həm tələb, həm də təklif funksiyalarında bu aspektlərin hər üçünin təsirləri vardır. İlk
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
34
26-27 October 2018, Baku, Azerbaijan
növbədə, turizm xidmətlərinin geniş yayıldığı ölkələrdə ekoloji tarazlıq, iqtisadi inkişaf və sosial
təhlükəsizlik problemləri mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, turizm fəaliyyətinin də bu üç
aspektə yönələn təsirləri vardır.
Xüsusi maraq kəsb edən problem ondan ibarətdir ki, ölkənin iqtisadi, ekoloji və sosial
durumunun turizm fəaliyyətinə təsirləri pozitiv və ya neqativ ola bildiyi kimi, əks istiqamətli, yəni
turizm fəaliyyətinin də bu sahələrə təsiri pozitiv və ya neqativ ola bilər. Məsələn, vəhşi təbiətin turizm
üçün istifadəsi bu ərazilərdə infrastrukturun yaradılmasına və demoqrafik dəyişikliklərə səbəb
olduğundan bir müddətdən sonra öz mahiyyətini itirə bilər. Digər tərəfdən, bu ərazilərin iqtisadi
cəhətdən daha sürətlə inkişafı təmin olunmuş olar. Yaxud, turizm məqsədilə tarixi binaların
saxlanmasına xüsusi investisiyaların ayrılması və onların aşınmasının qarşıının alınması. Ərazinin
turizm üçün daha cəlbedilənliyini təmin etmək üçün yaxın ərazilərdə çirkləndirici müəssisələrin
fəaliyyətinin məhdudlaşdırılması və s. Lakin, turizmin inkişafının ətraf mühitə belə pozitiv təsirləri ilə
yanaşı, neqativ təsirləri də vardır.
Sosial və mədəni sahələrin inkişafına da turizmin təsirləri pozitiv və ya neqativ ola bilər.
Məsələn, həyat keyfiyyətinin yüksəlməsi, turistlərlə görüşlərin yerli əhalinin bilik və bacarığını
artırması, mədəni mübadilənin genişlənməsi və digər müsbət təsirlərlə yanaşı, alkoqollu içkilərdən
istifadə hallarının artması, cinayətkarlığın genişlənməsi, mədəni özünəməxsusluğa olan təhdidlər və
sair kimi mənfi təsirlər də mümkündür.
Şübhəsiz ki, turizm fəaliyyətini də “xidmət” kimi xarakterizə etmək mümkündür. “Xidmət”in
iqtisadi fəaliyyət növü kimi müxtəlif tərifləri olmasına baxmayaraq, onun əsas fərqləndirici
xüsusiyyəti kimi hər hansı vaxtda, hər hansı yerdə onun faydalılığı göstərilir. Digər növ iqtisadi
fəaliyyət sahələrindən fərqli olaraq, xidmət üçün zaman və fəza mühüm əhəmiyyət daşıyır
1
.
Turizm beynəlxaq iqtisadi münasibətlərdə getdkcə daha mühüm çəkiyə malik olmaqdadır.
Beynəlxalq turizm xərcləri 1995-2014-cü illər ərzində 500 mlrd ABŞ dollarından təqribən 3 dəfədən
çox artaraq 1,406 trilyon ABŞ dollarına qədər yüksəlib. Sonrakı illərdə bu rəqəm bir qədər azalsa da
(2015-ci ildə 1,34 trilyon ABŞ dolları və 2016-cı ildə 1,36 trilyon ABŞ dolları) dünya üzrə
ümumdaxili məhsul həcmində mühüm çəkiyə malikdir2. Bu artım təkcə dolların dəyərinin dəyişməsi
ilə bağlı deyil, həm də səfər edənlərin sayının kəskin artması ilə bağlıdır. Belə ki, bu dövr ərzində
turistlərin sayı 600 milyondan 1,5 milyarda qədər (təqribən 2.5 dəfə) artıb. Həmin illər ərzində turizm
gəlirlərinin ümumi ixracda payının azalması da turizmin iqtisadi əhəmiyyətinin azalması demək
deyildir. Belə ki, bu illərdə turizmin payının azalması dünya üzrə mal və xidmət ixracı həcminin
kəskin artması fonunda baş vermişdir.
Turizmdən gəlirlər inkişaf etməkdə olan bəzi ölkələrin ÜDM həcmində ciddi paya malikdir.
Məsələn, Çinin Macao SAR, Maldiv və Palau dövlətlərinin ÜDM həcminin müvafiq olaraq 70%-i,
67%-i və 52%-i turizmin payına düşür. Cənubi Qafqazda Gürcüstanın turizmdən əldə etdiyi gəlirlər
ilbəil artmaqdadır. 2015-ci ilin məlumatlarına əsasən, Gürcüstanın turizm gəlirləri onun ÜDM
həcmində 15%-dən çoxdur. Turizmdən gəlirlərinin ÜDM-da payı 10%-dən yüksək olan 35 ölkənin
siyahısında inkişaf etmiş ölkələr yer almayıb. Qeyd edək ki, Azərbaycan üçün bu rəqəm 5%-dir.
Əlbəttə, turizm gəlirlərinin nisbi deyil, mütləq qiymətlərlə müqayisəsində Azərbaycan Gürcüstandan o
qədər də geridə qalmır. Belə ki, Dünya Bankının 2015-ci il üzrə məlumatlarına əsasən, Gürcüstanın
turizmdən əldə etdiyi gəlirlərin həcmi 2,1 milyard ABŞ dolları, Azərbaycanın əldə etdiyi gəlirlər isə
2,5 milyard ABŞ dolları olub. Lakin, Azərbaycanın digər iqtisadi fəaliyyət sahələrindən əldə etdiyi
gəlirlərin Gürcüstandan xeyli yüksək olması səbəbindən turizm gəlirlərinin ÜDM həcmindəki payı az
görünür.
Ölkələrin turizm sahəsində inkişaf səviyyəsinin qiymətləndirilməsi üçün müxtəlif
göstəricilərdən istifadə edilir. Bu göstəricilərdən ən mühümləri bunlardır: a) Gələn turistlərin sayı; b)
Gedən turistlərin sayı; c )Turizm gəlirləri; d) Turizm xərcləri; e) Yerli turistlərin sayı; f) Turizm
xərclərinin ümumi idxalda payı; h) Turizm gəlirlərinin ümumi ixracda payı.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının metodologiyasına əsasən, ölkənin turizm sahəsində
rəqabətliliyinin qiymətləndirilməsi üçün istifadə edilən göstəricilər dörd qrupa və uyğun qruplar üzrə
1
Chuo J., 1992: A conceptual framework for the marketing of tourism. Unpublished M.Com dissertation,
University of Pretoria
2
Dünya Bankının rəsmi məlumatlar bazası. https://data.worldbank.org/indicator/st.int.xpnd.cd
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
35
26-27 October 2018, Baku, Azerbaijan
altqruplara bölünür. “Turizm fəaliyyətinin yerinə yetirilməsi və onun təsirləri” adlanan birinci qrup
göstəricilərə a) turizm hesabına yaradılan əlavə dəyər; b) hər gələn turistə görə əldə edilən gəlirlər; c)
turistlərin bütün növ yaşayış yerlərində gecələmələrinin sayın; və d) turizm xidmətlərinin ixrac həcmi
kimi alt-göstəricilər aiddir.
“Turizim ərazilərində keyfiyyətli və rəqabətli xidmətlərin göstərilməsi” adlandırılan ikinci qrup
göstəricilər a) turizm xidmətlərində əmək məhsuldarlığı; b) alıcılıq qabiliyyəti pariteti və xidmətlərin
qiymətləri; c) ölkəyə daxil olmaq üçün viza tələblərinin asanlığı kimi alt-göstəriciləri əhatə edir.
“Turizm yerlərinin cəlbediciliyi” qrupuna daxil olan göstəricilər a) təbii ehtiyatları və
biomüxtəlifliyi; b) mədəni və yaradıcılıq irsini; və c) turistlərin məmnunluğu alt-göstəricilərini əhatə
edir.
Sonuncu, “Turizmlə bağlı siyasətin və iqtisadi imkanların” olmasını xarakterizə edən qrup isə
milli turizm fəaliyyət planının olması ilə bağlı göstəricini əhatə edir.
Qeyd etdiyimiz kimi, beynəlxalq turizm xidmətlərinin digər növ iqtisadi fəaliyyət sahələrindən
əsas fərqlərindən biri də onun həm ölkədaxili, həm də xarici amillərdən asılı olmasıdır. Bu amillərin
inkişafı ölkənin turizm sahəsində rəqabətliliyini təmin edir. Məhz bu amillərin inkişaf etdirilməsi ilə
hər bir ölkə turizm sahəsini tənzimləməyə çalışır. Bu amillər dolayısı ilə turizm sahəsində tələb və
təklifə təsir göstərir.
Turizm sahəsində tələb və təklifə təsir göstərən amillərin dövlət tərəfindən tənzimlənməsinə
keçməzdən əvvəl turizm sahəsində mövcud vəziyyəti ölkələrin gəlir səviyyəsinə uyğun olaraq
müqayisəli təhlil etməyə çalışaq. Belə ki, gəlir səviyyəsinə görə ölkələri 5 əsas qrupa (aşağı, aşağı-
orta, orta, yuxarı orta və yüksək gəlirli ölkələr) ayıraraq, bu qruplarda turizmin inkişaf səviyyəsini
müqayisə etdikdə məlum olur ki, 1995-ci illə müqayisədə sonrakı illərdə turist səfərlərinə çıxanların
sayının artması hər gəlir qrupuna aid ölkələr üzrə baş verməsi bu iqtisadi sahənin hər bir ölkənin
marağında olmasından xəbər verir. Qloballaşma dərinləşdikcə, ölkələrarası əlaqələr və inteqrasiya
inkişaf etdikcə, insanların digər ölkələrə səfərlər etməsi üçün həm maddi, həm də zaman etibarı ilə
imkanları artır. Tədqiqatlar göstərir ki, gedən turistlərin daha çox inkişaf etmiş ölkələrdən, daha
doğrusu, yüksək gəlirli ölkələrdən olması onu sübut edir ki, turist səfərləri hər şeydən əvvəl əhalinin
gəlirləri ilə bağlıdır. Yüksək gəlirli ölkələrdə əhalinin turist səfərləri üçün daha çox maliyyə imkanları
vardır.
Ölkədən kənara çıxan turistlərin sayı ilə ölkədəki adambaşına ÜDM həcmi arasındakı
korrelyasiya əlaqəsi də bunu sübut edir. Lakin, nəzərə almaq lazımdır ki, yüksək gəlirlərin olması
turist səfərləri üçün yeganə amil deyildir. Yuxarıda qeyd etdiyimiz kimi, turist səfərləri üçün digər
amillər də vardır. Ən azı belə fərz etmək olar ki, bəzi inkişaf etmiş ölkələrdə əhalinin gəlirlərinin
yüksək olmasına baxmayaraq, daha çox insan ölkədə mövcud olan turizm imkanlardan faydalanmağa
çalışır. Məsələn, ABŞ və Avstraliya əhalisinin yüksək gəlirləri olmasına baxmayaraq, bu ölkələrdən
xarici turist səfərlərinə çıxanların ümumi əhali sayındakı payı Albaniya, Polşa, Macarıstan və s. daha
az gəlirli ölkələrdə olduğundan azdır. Eyni mənzərəni Yaponiyada da müşahidə etmək olar. Bu
ölkədən beynəlxalq səfərlərə gedənlərin əhali sayındakı payı hətta Laosdan da azdır.
Belə nəticəyə gəlmək olar ki, davamlı inkişaf konsepsiyasının ölkələr qarşısında qoyduğu
tələblər turizmin iqtisadi fəaliyyət sahəsi kimi faydalılığında prioritet olaraq nəzərə alınmalıdır. Çünki,
turizmin xidmət sahəsi olaraq inkişafı ilk baxışda bərpa olunabilən amillərlə şərtlənsə də, əslində
ekoloji təsirləri bəzi hallarda əhəmiyyətli dərəcədə ola bilər.
THE SUSTAINABLE DEVELOPMENT OF ECONOMY AND ADMINISTRATION: PROBLEMS AND PERSPECTIVES
Baku Engineering University
36
26-27 October 2018, Baku, Azerbaijan
İQTİSADİ İNKİŞAFDA KİÇİK VƏ ORTA SAHİBKARLIĞIN ROLU
Əkbər Namiq oğlu Əkbərli
Bakı Mühəndislik Universiteti
akbarli.a077@gmail.com
XÜLASƏ
Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyatın qarşısında duran vacib məsələlərdən
biridir. Uzun müddətdir dövlət müxtəlif yollarla bu sektorun inkişafına dəstək verməyə çalışır. Lakin hələ ki
Azərbaycanda kiçik və orta həcmli sahibkarlığın inkişafına nail olunduğunu söyləmək mümkün deyil. Bu sahədə
ölkənin üzləşdiyi hansı çətinliklər var? Dünya təcrübəsindən nələri əxz etməliyik ki, kiçik və orta sahibkarlığın
inkişafına nail ola bilək?.Məhz bu konseptdə kiçik və orta sahibkarlıq sektorunun Azərbaycanın iqtisadi inkişa-
fında oynadığı rol,bu sahənin tərəqqisi üçün izlənilən siyasət və inkişaf prioritetləri məqalənin əsas mövzusudur.
Açar sözlər: kiçik və orta sahibkarlıq sektoru,neft sektoru,qeyri-neft sektoru, Strateji Yol Xəritəsi, iqtisa-
di inkişaf
THE ROLE OF SMALL AND MEDIUM ENTERPRISES IN THE ECONOMIC GROWTH
ABSTRACT
The development of small and medium-sized businesses in Azerbaijan is one of the most important problems
facing the economy.The goverment is trying to support the development of this sector in different ways.Currently
there is no possibility to say,small and medium business in Azerbaijan is developing.What are the problems our
country is facing on this matter?What needs to be taken from world experiance to achive the progress in deve-
lopping of small and medium buisness.The key point of this theme is looking for a role,that playing medium bu-
siness in economic development of Azerbaijan.Political and developing priorities seeing the progress of this sector.
Dostları ilə paylaş: |