Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə (Gəncə, Naftalan, Daşkəsən, Samux, Göygöl, Goranboy)
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
- aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
- aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
- müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq və toxumçuluq-tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
- baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması;
- baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
- logistik xidmət (qida və qeyri-qida məhsullarının daşınması, habelə daşımalarla əlaqədar parkların yaradılması, yenilənməsi və genişləndirilməsinə dair layihələr);
- anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
- müasir texnologiyalar əsasında istehsal və emal sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
- dağ-mədən sənayesinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
- balıqçılıq və akvakultura yönümlü layihələrin dəstəklənməsi;
- rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
- yaşıl layihələrin maliyyələşməsi.
Qazax-Tovuz iqtisadi rayonu üzrə (Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy) - Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;