Quba-Xaçmaz iqtisadi rayonu üzrə (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən)
- Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
- aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
- aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
- müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq və toxumçuluq-tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
- yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
- logistik xidmət (qida və qeyri-qida məhsullarının daşınması, habelə daşımalarla əlaqədar parkların yaradılması, yenilənməsi və genişləndirilməsinə dair layihələr);
- anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
- müasir texnologiyalar əsasında istehsal və emal sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
- balıqçılıq və akvakultura yönümlü layihələrin dəstəklənməsi;
- rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
- yaşıl layihələrin maliyyələşməsi.
Lənkəran-Astara iqtisadi rayonu üzrə (Cəlilabad, Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara) - Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
- aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
- ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
- müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq (sitrus) və toxumçuluq-tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
- çayçılıq, tütünçülük, çəltikçilik və üzümçülük təsərrüfatlarının yaradılması;
- tütünqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;