Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə 2023-cü il üçün iqtisadi rayonlar üzrə PRİORİTET İSTİQAMƏTLƏR Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”nin 4.9.13-cü “Fondun vəsaitinin səmərəli yerləşdirilməsi məqsədilə iqtisadiyyatın sahələri və iqtisadi rayonlar üzrə prioritet istiqamətləri müəyyənləşdirmək” bəndindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar iqtisadi rayonlar üzrə aşağıdakı prioritet istiqamətlər müəyyən olunmuşdur:
Abşeron-Xızı iqtisadi rayonu üzrə (Abşeron, Xızı, Sumqayıt) - Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
- aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
- aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- ətlik və südlük istiqamətli cins heyvandarlıq və quşçuluq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
- müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq və toxumçuluq-tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
- turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
- ət kəsimi müəssisələrinin yaradılması;
- logistik xidmət (qida və qeyri-qida məhsullarının daşınması, habelə daşımalarla əlaqədar parkların yaradılması, yenilənməsi və genişləndirilməsinə dair layihələr);
- anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;
- müasir texnologiyalar əsasında istehsal və emal sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
- rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;
- balıqçılıq və akvakultura yönümlü layihələrin dəstəklənməsi;
- yaşıl layihələrin maliyyələşməsi.