İqtisadiyyat Nazirliyi Gəncə-Qazax regional bölməsi, aparıcı məsləhətçi



Yüklə 126,55 Kb.
səhifə39/39
tarix26.06.2023
ölçüsü126,55 Kb.
#135280
1   ...   31   32   33   34   35   36   37   38   39
İqtisadiyyat Nazirliyi Gəncə-Qazax aparıcı (1)

QAYDASI
1. Ümumi müddəalar
1.1. Bu Qayda vergi və gömrük sahəsində qüvvədə olan və ya təklif edilən güzəştlərin və azadolmaların (bundan sonra – güzəşt) dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyasını və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydasını müəyyən edir.
1.2. Vergi və gömrük sahəsində güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra – Maliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.
1.3. Bu Qaydada istifadə olunan anlayışlar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.
1.4. Bu Qayda ilə aşağıdakılar müəyyən edilir:
1.4.1. güzəştlərin müəyyən edilməsi meyarları;
1.4.2. güzəştlər üzrə büdcə itkilərinin hesablanması metodologiyası;
1.4.3. güzəştlər üzrə büdcə gəlirlərinə təsirin qiymətləndirilməsi;
1.4.4. güzəştlərlə bağlı məlumatlara dair mərkəzləşdirilmiş reyestrin aparılması.
2. Güzəştlərin müəyyən edilməsi meyarları
2.1. Güzəştlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu, qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas ixrac boru kəməri haqqında və digər bu qəbildən olan sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlar, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilir.
2.2. Güzəştlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilən vergilərin və gömrük rüsumlarının bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan qanunvericilik aktlarına və beynəlxalq müqavilələrə əsasən tam və ya qismən tətbiqi yolu ilə həyata keçirilir.
2.3. Bu Qaydanın məqsədləri üçün güzəştlər üzrə büdcə itkilərinin hesablanması və güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi bu Qaydanın 1 nömrəli əlavəsinə uyğun olaraq kateqoriyalar üzrə təsnifləşdirilir.
2.4. Qüvvədə olan güzəştlər üzrə büdcə itkiləri hesablanarkən və güzəştlərin dövlət büdcəsinin gəlirlərinə təsiri qiymətləndirilərkən, aşağıdakı məlumat mənbələrindən istifadə edilir:
2.4.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən ölkənin iqtisadi və sosial inkişafı üzrə makroiqtisadi proqnoz göstəriciləri;
2.4.2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin güzəşt tətbiq olunan vergi növü, neft və qeyri-neft sektoru, mülkiyyət növü və vergi ödəyicilərinin bəyannamələri əsasında güzəşt verilən vergitutma bazası;
2.4.3. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik məlumatları;
2.4.4. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatlarına dair göstəriciləri (güzəşt verilmiş xarici ticarət fəaliyyətinin iştirakçıları, güzəşt verilmiş xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə gömrük dəyəri, gömrük ödənişləri);
2.4.5. Maliyyə Nazirliyinin dövlət gəlirlərinin proqnozlaşdırılması üzrə hesablamaları;
2.4.6. büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslərin məlumatları;
2.4.7. digər hüquqi və fiziki şəxslərdən alınan məlumatlar.
2.5. Büdcə təşkilatları, büdcədənkənar dövlət fondları və publik hüquqi şəxslər, habelə digər hüquqi və fiziki şəxslər tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsinə uyğun olaraq “Vergi və gömrük güzəştləri üzrə müraciət forması”na uyğun təklif olunan güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi bu Qaydanın 2.4-cü bəndində nəzərdə tutulan məlumatlar əsasında aparılır.
2.6. Güzəştlər üzrə büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi aşağıdakı müddətdə həyata keçirilir:
2.6.1. qüvvədə olan güzəştlər üzrə - hesabat ilindən sonrakı ilin iyun ayının 1-dək;
2.6.2. təklif olunan güzəştlər üzrə - gömrük rüsumları üzrə güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində.
Yüklə 126,55 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin