2012-ci ilin əvvəlində rəsmi statistikaya İspaniya əhalisinin dörddə biri işsizdir. Söhbət təxminən 5,3 milyon insandan gedir. İşsizliyin səbəbləri kimi dünya maliyyə böhranı və hökumətin büdcə sferasında apardığı islahatlar göstərilir. İspaniyada işsizliyin səviyyəsi orta hesabla avrozonaya daxil olan digər ölkələrdəki rəqəmdən iki dəfə çoxdur.
İspaniyada pul vahidi avrodur. Ölkəyə valyuta gətirilməsi məhdud deyildir. 10000 ABŞ dollarından çox valyuta gətirdikdə onu gömrük deklarasiyasına daxil etməlisiniz. Valyuta ixracı – max. 3,5 min $. Kredit kartları, avroçeklər, turistik və poçt çekləri demək olar ki, hər yerdə qəbul olunur. Banklar müştərilərə adi günlərdə saat 08:15- 14:00 kimi, şənbə günündə 13:00 kimi xidmət göstərirlər. Bazar günü isə istirahət günüdür. Xarici valyutanı bank şöbələrində və mübadilə məntəqələrində, həmçinin aeroportda dəyişdirmək olar ( bank komissiyası nisbətən yüksəkdir)