İqtisadiyyatı



Yüklə 27,67 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü27,67 Kb.
#46830
1   2   3   4   5   6
Əmioğlu

Tenerife


Tenerife – Kanar arxipelaqının ən böyük və ən məşhur adasıdır. Bu ada sakinlərdən çox romantik və cəlbedici ad almışdır – əbədi bahar adası. Amma qeyd edək ki ,Tenerife əbədi bahar adasındansa, daha çox əbədi yay adasında bənzəyir. Adanın şimalında ilboyu hava isti və rütubətlidir, cənubda isə – quru və günəşlidir. Qəribədir ki, İspaniyanın ən hündür nöqtəsi məhz bu adada yerləşir. Bu Teyde sönmüş vulkanıdır, onun hündürlüyü 3718 m çatır. Adada turistik mövsüm il boyu davam edir.

Aventura portu


Aventura portu – bütün Avropada yeganə özünəməxsus tematik parkdır. O kosta Daurada sahillərindəki isti çimərliklər yaxınlığında yerləşir . Sizin qarşınızda 5 əfsanəvi dünya açılır. Siz ötən əsrdən qalmış Aralıq dənizi torpağının füsunkarlığını, müstəmləkə Meksika və dağılmış Mayanın ətir və rənglərini, Polineziya ekzotikasını, sirrli çin imperiyası və Vəhşi Qərbi kəşf etmiş olacaqsınız. Çin conkasının bortuna, polineziya katamaranına və ya Aralıq dənizi şxununa minib 5 ölkənin sahillərini yuyan böyük göldə səyahətə çıxa bilərsiniz.

Benidorm


Benidorm Kosta Blanko sahillərinin ən iri turistik mərkəzi, İspaniyanın məşhur kurortlarından biridir. Şəhər Valensiya avtonom dairəsinin Alikante əyalətində, Benidorm körfəzi sahilində yerləşir. Öz əlverişli iqlim şəraitinə görə Benidormda il boyu istirahət etmək olar. Yayın isti vaxtında inkişaf etmiş infrastruktura malik bu dəniz kurortu Avropanın müxtəlif hissələrindən gələn gənclər üçün daha cazibədardır. Benidormun gecə həyatına gəldikdə isə, əminliklə demək olar ki, İspaniyanın heç bir başqa şəhərində o belə gözəl və firavan deyil. Gecə Benidormu – arası kəsilməyən musiqi, əyləncə və valehedici şənlik deməkdir.

Sitces


Qədim katalon şəhəri və Kosta del Qarraf sahillərinin ən məşhur kurortu olan Sitces Barselonadan cənubda yerləşir. Barselonanın və İspaniyanın digər şəıhərlərindən olan bir çox varlı katalonlar və ispanlar öz yay villaları və iqamətgahları üçün məhz Sitcesi seçmişlər. Sitces muzeylər şəhəri kimi də tanınır. Bunlardan ən məşhurları modernlə tarix arasındakı nöqtədə dayanan Maricel, Santyaqo Rusinyol və El Qreko kimi məşhur rəssamların və onların kolleksiyalarının görüş yeri olan Cau Ferrat muzeyini göstərmək olar. Bundan başqa buranın mədəni tədbirlər və festivallar təqvimi də çox zəngindir. Şəhərdə hər il geniş tamaşaçı kütləsi toplayan səs-küylü karnavallar, köhnə avtomobillərin rallisi, güllərin küçə sərgiləri, həmçinin fantastik və qorxulu filmlərin beynəlxalq festivalı keçirilir.

Salou


Barselonadan cənubda, Tarraqon şəhəri yaxınlığında Kosta Daurada sahillərinin turistik mərkəzi olan Salou kurortu yerləşir. Sahil xətti boyunca uzanan kurort rayonları şimalda La Pined coğrafi burunu ilə, cənubda – Cambrils kəndi ilə qurtarır. Əla çimərliklərdən ibarət geniş zolaqlar və sahilyanı ərazilərdə yerləşən çoxlu sayda barlar, restoran, kafe və mağazalar diqqəti cəlb edir. Salou regionun ən yaxşı qastronomiya və ticarət mərkəzlərindən biri hesab olunur. Şəhərdə həm ispan, həm də xarici istehsalçıların təklif etdikləri mallar satılan geniş mağazalar şəbəkəsi vardır. Saloudan bir neçə km aralıda məşhur ispan Disneylendi – Port Aventura yerləşir.



Yüklə 27,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin