Balear arxipelaqına daxil olan Mayorka adası hər şeydən əvvəl ispan kralı və onun ailəsinin ənənəvi istirahət yeridir. Hər ilin avqust ayında kral ailəsi burada istirahət edir – bu, da zənnimizcə ən yaxşı rəydir. Ona görə də Mayorkanın gözəlliklərini və üstünlüklərini saymaqdan vaz keçirik. Kralın Mayorkaya səfəri münasibətilə keçirilən tədbirlərdən ən əhəmiyyətlisi Kral Kuboku uğrunda yelkənli reqata yarışlarıdır. Yerli sakinlər xüsusi mayorka dialketində danışırlar ki, bu da kastil ( ispan) və katalon dillərinin qarışığıdır. Bununla bərabər xidmət personalının əksəriyyəti avropa dillərində – ingilis , fransız və ya alman dillərində kifayət qədər yaxşı danışır. Burada böyük akvaparklar, marinelend, rıtsar turniri, kazino, diskotekalar yerləşir. Bu gün Mayorka ekoloji cəhətdən Aralıq dənizinin ən təmiz kurortlarından biridir. Adanın 40-dan çox təbii zonası dövlət tərəfindən mühafizə olunur. " Gec qocalma üçün əla yer" – Unamuno adada olmuş və onu belə xarakterizə etmişdir .Doğrudan da Mayorka sakinlərinin həyat uzunömürlülüyü İspaniyada ən yüksəkdir.