Kosta Dorada – "qızıl sahil" öz adını təsadüfi qazanmamışdır; sonsuz çimərliklərin narın qumu Aralıq dənizi sularında qızıl mədənləri kimi parlayır. Amma həqiqətən də Kosta Doradanı turistlər qızıla çeviriblər. Xəritəyə baxın; Aralıq dənizi sahili şimaldan və qərbdən əvvəlcə Pireney dağları ilə sonra katalon dağları ilə külək və siklonlardan qorunur. Bu dağlar həm landşafta gözəllik verir, həm də gözəl sabit iqlim yaradırlar. Burada martdan oktyabra kimi hava yaxşı olur, ilboyu bura istirahəti sevənlər gəlirlər və məhz bna görə də Qızıl sahilə dollar, peset, frank,marka, manat yağışı yağır. Kosta Doradada ən populyar kurort Saloudur (Barselonadan 100 km cənubda). Rayonun coğrafi yeri, gözəl peyzaj və əla iqlimi hələ ötən əsrin əvvəllərindən bura turistləri cəlb edirdi. Bu gün şəhər böyüyür və çiçəklənir; Çimərliklərin ətrafında nəhəng palmalar və şam ağaclar bitir, Mirimar və Xayme prospektlərinin kəsişdiyi yerdə yerləşən işıq-musiqi fontanı isə gözəlliyi ilə turistləri heyran edir. Turistlərə serfinq, su xizəyi kimi idman növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılmışdır.