İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
IQTiSADI-NAZARIYYA-2

4.İqtisadi seçim. İstehsal imkanları əyrisi. Alternativ xərjlər. 

Tələbatların  ödənilməsi  vasitələrinin  məhdudluğu  zamanı  tələbatların  müxtəlifliyi  ona 

gətirib  çıxarır  ki,  əslində  onların  heç  də  hamısı  və  çox  ehtimal  ki,  tam  səviyyədə  ödənilə 

bilməyəcək.  Deməli,  hər  bir  iqtisadi  fəaliyyət  faktiki  olaraq  hazırkı  anda  ödənilməli  olan 

tələbatın – bütün mümkün  olanlarından birinin,  yaxud  bir  neçəsinin  seçilməsi  deməkdir.  Eyni 

zamanda  artan  tələbatların  ödənilməsi  möcud  resurs  texnologiyalarla  məhdudlaşır.  Bu  o 

deməkdir ki, iqtisadi qərarların qəbul edilməsi problemi, əslində iqtisadi fəaliyyətlərin  alternativ 

variantlarından  birini  seçmə  problemidir.  Bu,  yalnız  o  halda  yaranır  ki,  indiki  iqtisadi 

subyekt  üçün nəinki real imkan, həm  də alternativ variantlar  arasında seçmək zərurəti mövcud 

olur. 


Eyni  zamanda  həmin  fəaliyyət  hazırki  vəziyyətdə  bütün  yerdə  qalan  tələbatların 

ödənilməsindən imtina etmək deməkdir. Bununla yanaşı hər bir iqtisadi    fəaliyyət 




10 

 

məhdud resursların ehtiyatlarının müəyyən hissəsinin sərfi  və deməli,    yerdə qalan tələbatların 



ödənilmə imkanlarının ixtisarı deməkdir. Deməli,  müəyyən tələbatların ödənilməsinə resursların 

müəyyən  miqdarının  ayrılması  bu  resursların  digər  tələbatların  edənilməsi  üçün  istifadə 

edilməsindən imtina ilə və həm  də mövcud tələbatların ödənilməsinin bəzi məhdudiyyətləri ilə 

əlaqədardır. Beləliklə,  seçmə  probleminin  əks  tərəfi  qənaət  və  səmərəlilik  –  hazırkı  iqtisadi 

subyektin  digər  tələbatlarının  ödənilməsi  imkanının  təmin  edilməsi  ilə  mövcud  tələbatın 

ödənilməsinə vəsaitin məhdud və düşünülmüş şəkildə  ayrılması problemidir. 

Variantlardan  birini  seçərək,  biz  faktiki  olaraq  digər  (alternativ),  daha  yaxşı  variantdan 

imtina  edirik.  Ona  görə  də  seçim  həmişə  müəyyən  qurbanlarla  bağlıdır ki, bunlarda alternativ 

xərclər  adlandırılır.  Alternativ  xərclər  –  mövcud  resursun  istifadə  edilmə  imkanlarının  seçimi 

nəticəsində  rədd  edilənlərdən  ən  dəyərlisinin  qiymətləndirilməsidir.  Rədd  edilən  variantın 

subyektiv  qiymətləndirilməsi  şəklində  çıxış  edərək,  alternativ  xərclər  yalnız  seçimi  həyata 

keçirən şəxsin şüurunda mövcud olur. Onlar  – dəyərdir ki,onu daha böyük dəyərə görə qurban 

vermişlər.  Alternativ  xərclər  yalnız  seçim  anında  mövcud  olur  və  bu  seçimin  həyata 

keçirilməsindən sonra yox olurlar. Bununla əlaqədar olaraq onlar seçim nəticəsində yarana bilən 

xərclər deyil, seçimi  şərtləndirən xərclərdir. 

Alternativlik  prinsipinin  təzahür  edilməsinin  və  bununla  bağlı  xərclərin  əyani  təsviri 

aşağıdakı  şəkildə  verilən  istehsal  imkanlarının  modeli  ola  bilər.  İqtisadiyyatı  biri  istehsal 

vasitələrini, digərisi  isə  – istehlak  əşyalarını istehsal  edən  iki  bölmə  şəklində  təsəvvür  edək. 

Məhdud  resurslara  malik  olaraq,  iqtisadiyyat  hər  bir  mövcud  dövrdə  istehsal  vasitələri  və 

istehlak  əşyalarının  yalnız  müəyyən  miqdarının  buraxılışını  həyata  keçirə  bilər.  Bütün  mövcud 

resursların  tam  istifadəsi  zamanı  onun  istehsal  imkanlarının  sərhədləri  ABCDE  əyrisi  ilə  əks 

olunacaq.  İstehsal  imkanlarının  sərhədi  onların  istifadə  edilməsinin  mövcud  texnologiyaları 

zamanı  nadirliyin  iqtisadi  probleminin  təsviri  metodu  olaraq,  bütün  resursların  tam  istifadəsi 

şərtilə  nemətlərin  buraxılmasının  maksimal  dərəcədə  nail  oluna  bilən  həcmlərini  göstərir. 

Əyrinin  özü  istehsal  imkanlarının  sərhədlərini  əks  etdirdiyi  zaman,  bu  əyridə  hər  bir  nöqtə 

istehsal edilən nemətlərin müəyyən dəstini əks etdirəcək. Hazırkı  istehsal imkanları çərçivəsində 

istehsal  edilən  nemətlərin  dəstləri  müxtəlif  ola  bilər,  məsələn;  Y


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin