2. İqtisadi proseslərin tədqiqat metodları.
Hər bir elm öz predmetini tədqiq etmək üçün və vasitələrdən istifadə edir. Bu üsul və
vasitələrdən istifadə edir. Bu üsul və vasitələr məcmusu tədqiqat metodlarını təşkil edir. Bəziləri
mikroskopdan, digərləri arxiv materiallarından və s. istifadə edir. İqtisadi nəzəriyyədə iqtisadi
hadisə və prosesləri öyrənmək üçün, əsasən elmi abstraksiya (təcrit etmə, sərf nəzər etmə)
metodundan istifadə edir. Bu zaman tədqiq olunan hadisə digərlərindən təfəkkürümüzdə sərf
nəzər olunur və öyrənilir. Bu zaman həmin hadisəyə, prosesə təsir edən digər şərtlər nəzərə
alınmır. Məsələn, qiymət tədqiq olunarkən onun səviyyəsinə təsir edən tələb, rəqabət və s.
amillər nəzərə alınmır.
İqtisadi hadisələr prosesləri öyrənmək üçün bu metodla yanaşı analiz və sintez, induksiya
və deduksiya, tarixi və məntiqi, iqtisadi-riyazi modelləşdirmə, iqtisadi təcrübə və s.
metodlarından da istifadə olunur. Universal metod olan analiz öyrənilən hadisənin xəyalən
tərkib hissələrə parçalamaq və onların hər birinin ayrı-ayrılıqda öyrənilməsi deməkdir.
Məsələn, bazarın elementləri olan tələb, təklif, qiymət, rəqabət, inhisar ayrı-ayrılıqda öyrənilir.
Bunlar öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin fikir yürüdülür. İnduksiya
ayrı- ayrı faktlardan ümumi nəticənin çıxarılması deduksiya isə ümumidən xüsusiyə hərəkətdir.
Məsələn, ayrı-ayrı məhsulların qiymətlərinə əsasən qiymətlərin ümumi səviyyəsinin müəyyən
edilməsi.
İqtisadi problemlərin öyrənilməsində tədqiqatçının əsaslandığı metodologiya da mühüm
əhəmiyyət kəsb edir. İqtisadi nəzəriyyənin metodologiyası iqtisadi hadisələri öyrənən metodlar
haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyasında bir neçə yanaşma mövcuddur.
Subyektivçi, neopozitiv-empirik, rasionalist və dialektik materialist. Subyektivçi yanaşmada
iqtisadi hadisələrin təhlilində çıxış nöqtəsi kimi təsərrüfatçı subyekt götürülür.
Neopozitivist-
5
empirik yanaşmada əsas yerdə tədqiqatın texniki aparatı durur. Rasionalist yanaşmada əsas fikir
cəmiyyətin «təbii», rasionalist qanunlarını tapmağa verilir. Dialektik-materialist yanaşmada əsas
diqqət hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrin
öyrənilməsinə yönəldilir. İqtisadi problemlər və hadisələr daim hərəkətdədir.
Dostları ilə paylaş: |