İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


 İqtisadi sistemlərin təsnifatı



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə20/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   16   17   18   19   20   21   22   23   ...   26
IQTiSADI-NAZARIYYA-2

4. İqtisadi sistemlərin təsnifatı. 

İqtisadi  ədəbiyyatlarda  təsərrüfat  (iqtisadi)  sistemlərinin  inkişaf  təmayüllərinə  baxışlar 

müxtəlifdir.  İqtisadçıların  bir  qismi  hesab  edir  ki,  sistemin  inkişafının  həlledici  təmayülü 

eyniliyə, bütün quruluş  elementlərinin unifikasiyasına yönümlənmiş inkişafdır. 

Müasir dünya ən müxtəlif iqtisadi sistemlərin mövcudluğu ilə səciyyələnir, onlar  bu  və 

ya  digər  tarixi  şəraitdə  yaranaraq  dəyişilməz  qalmayıb,  daim  inkişaf 




15 

 

etmişdilər. Cəmiyyət həyatındakı bu və ya digər hadisəni daha yaxşı  başa düşmək üçün onu hər 



hansı  bir  xalqda  və  hər  hansı  bir  dövrdə  deyil,  tarixi  prosesdə  nəzərdən  keçirmək,  yəni  onu 

dəyişkən, formalaşan, müəyyən  inkişaf fazaları, mərhələləri keçən bir şey kimi aydınlaşdırmaq 

lazımdır. 

Müasir  dünya  cəmiyyətin  təbii  tarixi  inkişafının  nəticəsidir.  Tarixi  prosesin  ayrı-ayrı 

iqtisadçı  alimlər tərəfindən dərki fərqlidir və bu  həmin prosesin  xarakteristikası  üçün müxtəlif 

meyarlardan istifadə olunmasıdır. 

Bizə  ən  çox  məlum  olan  ictimai  həyatın  hadisə  və  proseslərinin  əsasında  duran 

formasiya  yanaşmasıdır.  V.Zasuliçə  məktubunda  K.Marks  üç  böyük  formasiya  olduğunu 

göstərir: 

1) 


ilkin  (arxaik),  o  bura  ibtidai-icma  və  Asiya  istehsal  üsullarını  aid edirdi; 

2)  ikinci, 

xüsusi 

mülkiyyətə 

söykənən 

(quldarlıq, 

təhkimçilik, 

kapitalizm); 

3)  kommunist. 

Formasiya  yanaşması  cəmiyyətin  tarixi  inkişafında  qanunauyğun  mərhələləri 

aşkarlamağa  və  həlledici  rolun  bilavasitə  istehsal  prosesinə  və  ya  istehsal  üsulüna  məxsus 

olması fikrinə əsaslanaraq maddi istehsalın beş  üsulunu (ibtidai-icma, quldarlıq, feodal, kapitalist 

və kommunist) fərqləndirməyə  imkan verdi. 

XX əsrin əvvəllərində K.Byuher (1906) jəmiyyətdə istehsalla  istehlak arasındakı 

əlaqənin xarakteri əsasında aşağıdakıları fərqləndirirdi: 

-  qapalı  ev  təsərrüfatı  –  yaradılan  nemətlərin  hamısı  mübadiləsiz  təsərrüfatın 

özündə istehlak olunur; 

-  şəhər  təsərrüfatı  –  bilavasitə  mübadiləyə  yer  var,  nemət  istehsalçı təsərrüfatdan 

istehlakçı təsərrüfata keçir

-  xalq təsərrüfatı – istehlaka çatmazdan öncə nemət  əmtəə-pul mübadiləsi əsasında 

bir sıra təsərrüfatdan keçir. 

Dünya iqtisadi ədəbiyyatında təsərrüfat sistemlərinin iki əlamətə görə təsnifatı daha 

geniş yayılmışdır: 

-  istehsal vasitələrinin mülkiyyət fomasına; 

-  iqtisadi fəaliyyətin koordinasiya və idarə edilməsi üsuluna görə. Bu 

əlamətlərə əsasən fərqləndirirlər: 

-  amirlik  (komanda)  və  ya  totalitar  iqtisadiyyat,  burada  müəssisələrin  çoxu  dövlət 

mülkiyyətində  olur  və  öz  fəaliyyətini  dövlət  direktivləri  əsasında  həyata  keçirir:  cəmiyyətdə 

nemətlər və  xidmətlərin istehsalı, bölgüsü,  mübadiləsi  və  istehlakı  barədə  bütün  qərarlar dövlət 

tərəfindən qəbul olunur. Bura SSRİ, Albaniya və b. aiddir; 

-  bazar  iqtisadiyyatı  və  ya  azad  rəqabət  dövrü  kapitalizmi  –  resurslar  üzərində 

xüsusi  mülkiyyətlə,  bazar  və  qiymətlər  sistemindən  iqtisadi  fəaliyyəti  tənzimləmək  və  idarə 

etmək üçün istifadə  ilə  səciyyələnir. Azad  bazar  iqtisadiyyatında resursların  bölüşdürülməsində 

dövlət  heç  bir  rol    oynamır,  bütün  qərarlar  bazar  subyektləri  tərəfindən,  bütün  məsuliyyəti 

özləri  daşımaqla, müstəqil  qəbul  edilir.  Bazar  iştirakçıları  öz  şəxsi  maraqlarından  çıxış  etsələr 

də,  onların  fəaliyyəti,  A.Smitin  sözlərinə  görə,  başqa  insanların  və  bütövlükdə  cəmiyyətin 

maraqolarını  realizə  etmək  üçün  «gözə  görünməz»  əllə  (yəni  rəqabətlə)  istiqamətləndirilir. 

Buraya bu gün, məsələn, Honkonqu aid etmək olar

-  qarışıq  iqtisadiyyat,  burada  bütün  resursların  və  maddi  nemətlərin  istehsalı, 

bölgüsü,  mübadiləsi  və  istehlakında  dövlət  bölməsi  də,  özəl  bölmə  də  (müəssisələr  və  ev 

təsərrüfatı)  mühüm  rol  oynayırlar;  burada  dövlət  bazar  iqtisadiyyatına  müdaxilə  edir,  lakin 

bazarın  tənzimləyiji  rolunu  heçə  endirəcək  dərəcədə  yox.  Bura  inkişaf  etmiş  ölkələri,  o 

cümlədən ABŞ, İngiltərəni, Fransanı, Almaniyvanı və b. aid edirlər. 



16 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin