İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


 İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
IQTiSADI-NAZARIYYA-2

3. İqtisadi sistemlərin təsnifləşdirilməsi meyarları və tipləri. 

 

İqtisad  elmi  tarixinin  göstərdiyi  kimi,  iqtisadi  sistemlərin  təsnifatlaşdırılması  müxtəlif 

meyarlar (əlamətlər) əsasında aparıla bilər. 

Bu çoxluğun əsasında iqtisadi sistemlərin xassələrinin obyektiv  müxtəlifliyi durur. 

İriləşdirilmiş şəkildə iqtisadi sistemlərin meyarlarını üç qrupa  bölmək olar: 

1.Predmetəmələgətirən  meyarlar–  iqtisadi  nəzəriyyənin  predmetini  əmələ  gətirən  struktur 

elementlər tərəfindən meyarlardır. Belələrinə funksional  iqtisadi əlaqələr, istehsal münasibətləri 

(hər şeydən əvvəl, mənimsəmə münasibətləri  kimi başa düşülən), institutlar aiddir. 

Müvafiq  olaraq,  iqtisadi  sistemlər  funksional  əlaqələr,  istehsal  münasibətləri  və institusional 

sistemlərə bölünür. 

2.Sosial-iqtisadi  meyarlar-  iqtisadi  sistemin  başlıja  məzmun  tərəflərinin  ayrıl-masına 

əsaslanan  meyarlardır.  Onların  arasında:  istehsal  və  istehlakın  birləşməsi  üsulu  (iqtisadi 

fəaliyyətin koordinasiyası üsulu); bilavasitə istehsalçıların istehsal vasitələri ilə birləşməsi üsulu 

(mülkiyyətin  tipi); sosial-mədəni amilin rolu, sənaye və iqtisadi əsasların inkişaf dərəcəsi. 

Müvafiq olaraq, iqtisadi sistemlər təsərrüfatçılıq formaları, eləcə də formasiya, sivilizasiya və 

texnoloji əlamətləri üzrə bölünür. 

3.Həcm  və  dinamik  meyarlar–  sistemin  mürəkkəbliyi  və  onun  dəyişkənliyini 

səciyyələndirən  meyarlardır.  Onların  arasında  sistemin  eyniliyi  və  ya  müxtəlifliyi,  sistemin 

statikliyi və ya dinamikliyi vardır. 

Müvafiq olaraq, iqtisadi sistemlər «xalis» və «qarışıq», statik və tarixən inkişaf edənlərə bölünə 

bilər. 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin