2. İqtisadiyyatda institutların rolu. Transaksiya xərcləri.
İqtisadiyyatda institutların rolu nəinki iqtisadi subyektlərə əməl edilməsi lazım gələn
iqtisadi seçimin asanlaşdırılmasından ibarətdir. İqtisadi institutlar həmçinin iqtisadiyyatın
səmərəliliyinin yüksəldilməsinə səbəb olur, belə ki, onlar transaksiya xərclərini ixtisar etməyə
imkan verir. Transaksiya xərcləri- mülkiyyət hüquqlarının verilməsilə əlaqədar mübadilə
sferasındakı xərclərdir. Onlar informasiya axtarışı ilə bağlı xərcləri, danışıqların aparılmasına,
müqavilələrin baglanmasına, bu müqavilələrin icrasına nəzarətə çəkilən məsəəfləri və sairəni
özünə daxil edir.
Transaksiya xərcləri əgər iqtisadi institutlar kifayət qədər inkişaf etmiş olmursa, son dərəcə
yüksək olur, çünki iqtisadi institutların zəifliyi fırıldaqçılıq, informasiyanın təhrif olunması,
bağlanmış sazişlərin pozulması üçün əlverişli şərait yaradır. Transaksiya xərcləri o yerdə
xüsusən böyük olur ki, orada mükliyyət hüquqları dəqiq müəyyənləşdirilmiş olmur. Qeyd etmək
lazımdır ki, bəzən iqtisadi subyektlərin hüquqlarının və onların müstəqilliyini məhdudlaşdıranı
müxtəlif inzibati baryerlər yaradan, bürokratiyanın genişlənməsinə şərait yaradan güclü
institutlar da tansaksiya xərclərinin artmasına səbəb ola bilər. Bura görə də institutlar
iqtisadiyyatda və bütövlükdə cəmiyyətdə baş verən dəyişikliklərə uyğun olaraq inkişaf etməli və
dəyişməlidir.
Dostları ilə paylaş: |