İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar


 Mülkiyyətin tipləri və formaları, onların reallaşması



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə25/26
tarix02.01.2022
ölçüsü0,51 Mb.
#40349
1   ...   18   19   20   21   22   23   24   25   26
IQTiSADI-NAZARIYYA-2

4. Mülkiyyətin tipləri və formaları, onların reallaşması 


19 

 

İqtisad elmində adətən mülkiyyətin iki əsas formasını  fərqləndirirlər: xüsusi və ictimai. 



Xüsusi  mülkiyyət  ev  təsərrüfatlarının  mülkiyyətini  (şəxsi  əmlakı  və  əmanətləri)  və  ayrı- 

ayrı  şəxslərin  mülkiyyətində  olan  müəssisələri  təmsil  edir.  İctimai  mülkiyyət  birinci  növbədə 

dövlət  mülkiyyət  formasında  mövcud  olur.  Dövlət  mülkiyyəti  iqtisadi  nöqteyi-nəzərdən  xüsusi 

mülkiyyətə nəzərən daha az səmərəlidir, ancaq o mərkəzləşdirilmiş idarəetmənin tələb olunduğu 

sfera  və  sahələrdə,  strateji  sahələrdə  (həyati  təminat  sahələri  –  enerji,  su,  qaz  təchizatı)  aşağı 

mənfəətli  sahələrdə (məsələn, bir  çox ölkələrdə kömür hasilatı  sənayesi)  habelə  çox iri kapital 

qoyuluşlarını tələb edən sahələr də münasibdir və hətta zəruridir. İctimai mülkiyyətə  həmçinin  

bələdiyyə mülkiyyət forması da aiddir. 

Mülkiyyət  formaları  müxtəlif  mülkiyyət  formalı:  xüsusi  və  dövlət  müəssisələrinin 

yaradılmasınada  reallaşır.  Müasir    iqtisadiyyatda    həm  xüsusi,  həm  içtimai  mülkiyyət 

formalarının  əlamətlərini    uzlaşdıran    kollektiv  mülkiyyət  müəssisələri  geniş  yayılmışdır.  Belə 

mülkiyyət  növlərinə  kooperativ  mülkiyyəti  şəriklik  formasında  müəssisələrin  mülkiyyəti, 

sahmdar çəmiyyətlərinin  mülkiyyəti aiddir. 

Mülkiyyət  haqqında  Azərbaycan  Respublikası  qanununa  uyğun  olaraq  bizim  ölkədə 

mülkiyyət  dövlət,  kollektiv  və  xüsusi  mülkiyyət  formasında  çıxış  edir.  Həmçinin  qarışıq 

mülkiyyət formasının yaradılmasına da yol verilir. 

 

 


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin