AZƏRBAYCAN DÖVLƏT NEFT AKADEMİYASI
İRADƏ NURİYEVA
AZƏRBAYCAN
DÖVLƏTLƏRİ
İNTİBAH DÖVRÜNDƏ
Metodiki vəsait
Azərbaycan Respublikası
Təhsil Nazirinin 09.12.14 tarixli
1221 saylı əmri ilə təsdiq edilmişdir.
Bakı – «Mütərcim» – 2015
Redaktor:
İ.B.Cəfərzadə
ADNA “Ictimai fənlər” kafedrası, f. e. d.,
professor
Rəyçilər:
C.M.Mustafayev
ADNA “Ictimai fənlər” kafedrası, t. e. d.,
professor
Ş.T.Nuruzadə
BSU “Beynəlxalq münasibətlər” kafedrası,
t.e.f.d., dosent
Nuriyeva İradə Tofiq qızı.
Azərbaycan dövlətləri intibah
dövründə. Metodiki vəsait.
– Bakı: Mütərcim, 2015. – 32 səh.
Ali məktəblər üçün nəzərdə tutulan metodiki vəsait “Azərbaycan
tarixi” fənni üzrə bakalavr pilləsi üçün hazırlanmış proqram əsasında tərtib
edilmişdir. Metodik vəsaitdə IX-XI əsrlərdə Ərəb Xilafətinin zəifləmə-
sindən sonra Azərbaycan torpaqlarında müstəqil dövlət qurumlarının
yaranması ilə dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, XII əsrdə
Azərbaycanda intibah dövrünün çiçəklənməsi kimi mühüm tarixi və siyasi
proseslər tədris planında mühazirə və məşğələ üçün müəyyən olunmuş
mövzular üzrə ardıcıl olaraq şərh edilmişdir.
“Azərbaycan dövlətləri intibah dövründə” adlı metodiki vəsait ali
məktəb müəllimləri, bakalavr və magistr pillələrində bütün ixtisaslar üzrə
təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.
N
026
0505040000
02-15
© İ.T.Nuriyeva, 2015.
3
Azərbaycan dövlətləri intibah dövründə
Plan:
Giriş.
1. Azərbaycanın IX-XI əsr feodal dövlətlərı.
2. Səlcuq türklərinin Azərbaycanda hökmranlığı.
3. Şirvanşahlar və Atabəylər dövlətləri.
4. IX-XII əsrlərdə Azərbaycanda sosial-iqtisadi
vəziyyət və mədəniyyət.
Nəticə.
5
GİRİŞ
IX əsrdə Xilafət zəifləmişdi. Feodal münasibətlərinin möh-
kəmlənməsi nəticəsində iri feodalların mövqeyi qüvvətlənmiş, əya-
lət hakimlərinin müstəqilliyi artmış, feodal zülmünə qarşı mübarizə
və işğal olunmuş torpaqlarda azadlıq hərəkatları geniş vüsət
almışdı. İmperiyanın ucqarlarında xırda feodal dövlətləri-əmirliklər
yaranırdı. Bunları sərkərdələr - keçmiş ərəb canişinləri idarə edirdi-
lər. Zaman keçdikcə özlərinin ərəb mənşəyini itirir, yerli xalqlarla
qarışırdılar. Abbasilər xilafəti dağılırdı. Azərbaycanın ayrı-ayrı
vilayətlərini müxtəlif feodal sülalələri idarə edirdilər. Ərəb zülmünə
qarşı mübarizə uğurla başa çatdıqdan sonra, Azərbaycanda bir sıra
yerli dövlətlər yarandı. 600 ilə qədər davam edən Sasani və Ərəb
əsarətindən sonra yaranan yerli dövlətlər-Şirvanşahlar, Sacilər,
Rəvvadilər, Şəddadilər dövlətçilik ənənələrinin dirçəlişi idi. İslam
dini bütün Azərbaycan əhalisinin, türk və qeyri-türk etnik qrupların
vahid qüvvə ilə birləşməsində mütərəqqi rol oynadı. Erməni, gürcü
və Bizans vahid xristian cəbhəsinin Azərbaycan torpaqlarını ələ
keçirmək planı puça çıxdı. Ümumi düşmənlərə qarşı mübarizədə sıx
birləşməyin zəruriliyi, vahid dinin-islamın qaynayıb-qarışmaya,
qohumlaşmaya, ümumi adət və mərasimlərə yol açması ölkədə
etnik-siyasi birliyi daha da möhkəmləndirdi. Bununla belə, ölkədə
uzunmüddətli sabitlik yarada bilinməməsi feodal dağınıqlığı və ara
müharibələrlə nəticələnirdi. Bir-biri ilə düşmənçilik edən Azərbay-
can hakimləri çox vaxt xarici qüvvələri köməyə çağırırdı. Bundan
istifadə edən yadellilər Azərbaycanda möhkəmlənməyə və onun
sərvətlərini çapıb-talamağa çalışırdılar. Belə bir şəraitdə vahid
Azərbaycan dövlətini yaratmaq nə qədər zəruri olduğu aydın idi.
“Azərbaycan dövlətləri intibah dövründə” adlı metodiki vəsait
bakalavr və magistr pillələrində bütün ixtisaslar üzrə təhsil alan tələ-
bələr üçün tövsiyə edilir
7
yaşadığı “Dəmir qapı” adlandırılan Dərbənd Azərbaycanın ən qə-
dim vilayətlərindən biri idi. Şirvanşahlar Dərbənd səddini və şəhə-
rin qala divarlarını təmir etdirib möhkəmləndirdi. Dərbənddən sonra
Xursan və Tabasaran, Şəki və Sənariyə Şivarşahlar dövlətinə qatıl-
dı.
Sacilər dövləti. Sacilər dövlətini türk sülaləsi olan Sacilər
(879-941) yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən
(Usruşana) vilayətinin qədim türk nəsillərindən idilər (3, s. 137).
Ərəb ordusunun məşhur sərkərdələri-Afşin Heydər ibn Kavus bu
nəsildən idi. Xilafət - Bizans sərhədlərini möhkəmləndirmək üçün
Mərkəzi Asiyadan Azərbaycana və Şərqi Anadoluya çoxlu türk
tayfaları köçürülürdü. Türklər Xilafət ordusunda mühüm qüvvə
idilər. Sacilər sülaləsinin banisi Əbu Sac Divdad da Xilafət ordu-
sunun sərkərdəsi idi. Dövlətə xidmətlərinə görə Azərbaycan mülk
olaraq Sacilərə verilmişdi. Sacilər ildə xilafətin xəzinəsinə 120 min
dinar xərac göndərirdi. Onun oğulları Məhhəmməd və Yusif ibn Sac
da xilafətin sərkərdələrindən idi. Sacilərin hakimiyyəti dövründə
(879-941) Azərbaycanın cənub rayonları müstəqil dövlətə çevril-
mişdi. Hələ IX əsrin sonlarında (898-900) Məhəmməd ibn Əbu
Sacın adına pul kəsilirdi. Yusif ibn Sacın dövründə Sacilər dövləti
daha da qüvvətləndi (4, s. 277). 912-ci ildən etibarən Xilafət xəzi-
nəsinə xərac göndərilməsi dayandırıldı. Yusif ibn Sac indiki Er-
mənistan ərazisini, Tiflis və Kaxetiyanı ələ keçirdi, Şivanşahlar
dövlətini də özünə tabe etdirdi. Beləliklə, Azərbaycan Sacilər
dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün
Azərbaycan torpaqlarını əhatə edirdi. Dövlətin şərq sərhədləri Xəzər
dənizi sahillərindən başlanır, qərb sərhədləri İrəvan yanındakı Ani
və Dəbil (Dvin) şəhərinə qədər uzanıb gedirdi. Yusif ibn Sac
Dərbənd səddini təmir etdirdi. Onun adına Bərdə, Marağa və
Ərdəbildə pullar kəsilməsi Sacilər dövlətinin müstəqil bir dövlət
olduğunu sübut edir. Dövlətin paytaxtı əvvəllər Marağa, sonra isə
Ərdəbil şəhəri idi. IX əsrin 80-ci illərindən-X əsrin 40-cı illərə-
dək, yəni yarım əsrdən çox bir tarixi dövr ərzində bütün Azər-
baycan torpaqlarının vahid Azərbaycan türk dövlətinin-Sacilər
8
dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və
mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan
qalxmasına, vahid Azərbaycan türk xalqının formalaşması prose-
sinin sürətlənməsinə müsbət təsir göstərdi.
Salarilər dövləti. Feodal qruplar arasındakı çəkişmədən
istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd
941/942-ci ildə axırıncı Saci hökmdarı Deysəmə qalib gəlib, ölkə-
nin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd (941-
957) Salarilər (941/942-981) sülaləsindən idi. Paytaxt Ərdəbil
şəhəri idi. Salarilər dövləti şimaldan Dərbənd keçidindən başla-
yaraq, cənubda Dəclə və Fərat çaylarının yaxınlarına qədər, şərqdə
Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə indiki Ermə-
nistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə
edən bir dövlətə çevrildi. Salarilərin hakimiyyəti dövründə Xəzər
dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Azərbay-
canın Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da
artdı. Müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-
qarışması sürətləndi. Lakin, Mərzban ibn Məhəmmədin ölümündən
sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət
uğrunda gedən ara müharibələri, feodal hərc-mərcliyi, Xəzəryanı
Azərbaycan vilayətlərinin tez-tez slavyanların basqınlarına məruz
qalması, xüsusilə 943/944-cü ildə Bərdənin qarət olunması (1, s.
364), şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin
süqutunu daha da sürətləndirdi.
Rəvvadilər dövləti. İri Azərbaycan feodallarından biri-Təb-
riz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə axırıncı Salari
hökmdarı İbrahim ibn Mərzbanı (962-981) taxtdan salıb yeni
Azərbaycan dövlətinin-Rəvvadilər dövlətinin əsasını qoydu (4, s.
284). Bu feodal sülaləsinin soykökü qədim ərəb-Əzdilər nəslinə
bağlanırdı. Bu nəslin banisi əslən yəmənli olan ər-Rəvvad əl-Əzdi
idi. Rəvvadi əmirliyi zaman-zaman müstəqilləşib, Azərbaycanın
bütün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı. Bundan
başqa, Rəvvadilər Muğan hakimiyyətini də asılı vəziyyətə saldılar.
1028-ci ildə Mahmud Qəznəvinin ona qarşı qiyam qaldıran Xorasan
9
oğuzlarına vurduğu ağır zərbədən sonra təqribən 2000 oğuz ailəsi
Azərbaycana qaçdı və Rəvvadi hökmdarı Vəhsudanın (1020-1059)
icazəsi ilə burada yaşadılar (2, s. 209). Rəvvadilər dövlətinin
paytaxtını Ərdəbildən Təbrizə köçürdülər. Çünki Təbriz bütün
Azərbaycan torpaqlarının iqtisadi, siyasi və mədəni baxımdan
birləşdirilməsi üçün çox əlverişli coğrafi mövqedə yerləşmişdi. Şərq
ölkələrini Aralıq dəniz və Qara dəniz sahillərilə, həmçinin Dərbənd
keçidi vasitəsilə Volqa boyu və Şərqi Avropa ilə birləşdirən beynəl-
xalq karvan yollarının qovşağında yerləşən Təbriz Rəvvadilərin
hakimiyyəti illərində daha da böyüdü və abadlaşdı.
Şəddadilər dövləti. Şəddadilər əvvəl Dəbil (Dvin) ətrafında
yaşayırdılar. 951-ci ildə mənşəcə müsəlman kürdlərindən olan Mə-
həmməd ibn Şəddad Salarilər dövlətini ələ keçirib Dəbil əmirliyini
yaratmışdı. Şəddadilər 971-ci ildə Gəncəni ələ keçirərək Şəddadilər
dövlətinin əsasını qoydular (1, s. 377-378), Bərdə, Şəmkir və s.
Azərbaycan torpaqlarında möhkəmləndilər. Fəzl ibn Məhəmməd
(985-1030) Gəncə ətrafındakı bütün xırda feodal mülklərini ləğv
etdi, mərkəzi hakimiyyəti gücləndirdi. Ata-baba mülkləri olan
Dəbili də öz dövlətinə birləşdirdi, erməni hakimi Şəddadilər döv-
lətinə bac verməyə məcbur oldu. Onun hakimiyyəti dövründə hərbi
məqsədlə Araz çayı üzərində salınan Xudafərin körpüsü (1027)
Azərbaycanın şimal və cənub əraziləri arasında iqtisadi və mədəni
rol oynadı (2, s. 209). Şəddadilərlə Şirvanşahlar arasında sıx əlaqə
yaranmışdı, onların qohumluq münasibətləri var idi. Şəddadilər
Azərbaycanın cənubunda hökmranlıq edən Rəvvadilərlə və Tiflis
əmiri Əbül-fəzl Cəfər ibn Əli ilə də dostluq münasibətləri saxla-
yırdılar. Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunlarına
oğuz tayfalarının köməyi ilə Şəddadilər ağır zərbə vurdular (1037).
1038-ci ildə Bizans və gürcü feodallarının birləşmiş qüvvələrinin
Tiflis müsəlman əmirliyini aradan qaldırmaq cəhdi də oğuzların fəal
iştirakı ilə baş tutmadı. Şəddadilər dövləti Əbüləsvar Şavurun
(1049-1067) dövründə daha da gücləndi. Gürcüstanla və onun
müttəfiqi olan Şirvanşahlar dövləti ilə müharibələr aparılırdı. Gürcü
çarı IV Baqrat Şəddadilər dövlətinin qüvvətlənməsindən qorxaraq
10
alanlarla ittifaqa girib, 1062-ci ildə onların Dəryal keçidindən Gür-
cüstan vasitəsilə Azərbaycana hücum etməsinə şərait yaratdı. Şavur
Gəncənin möhkəmləndirilməsi üçün onun ətrafında hasar və xən-
dəklər çəkdirdi. 1063-cü ildə şəhərə qala qapılarını dəmirçi İb-
rahim Osman oğluna hazırlatdı. Şəddadilər bu zaman erməni
feodallarına və Bizans imperiyasına qarşı uğurla mübarizə aparırdı.
Şəddadilərin zərbə qüvvəsi oğuz türkləri, qüvvətli müttəfiqi sonralar
Səlcuq türkləri idi (2, s. 210).
Slavyanların Azərbaycana basqınları. XI əsrin sonların-
dan başlayaraq slavyanlar-“ruslar” Xəzəryanı vilayətlərə soyğun-
çuluq yürüşləri təşkil etməyə başladılar. O vaxt Kiyev knyazlarının
hərbi drujinalarının üzvləri “rus” adlanırdı. 909-cu ildə onlar 16 gə-
mi ilə Xəzərə daxil oldular. Dənizin cənubundakı Abaskun adasını
ələ keçirdilər. Məğlubiyyətə uğrayan slavyanlar 910-cu ildə
yenidən basqınlar etdilər, Sarı adasında və sahil məntəqələrində
yanğınlar, talanlar törətdilər. Sonra İran sahillərinə hücum etdilər.
Lakin Gilan şahının hərbi qüvvələri onları məğlubiyyətə uğratdılar.
Geri çəkilərkən Şirvanşahların qoşunları tərəfindən darmadağın
edildilər. 914-cü ildə slavyanlar hər birində 100 döyüşçü olan 500
gəmi ilə Xəzərə daxil oldular. Xəzər xaqanlığının ərazisindən
keçdikləri üçün onlara ələ keçirdikləri qənimətin yarısını verməyi
vəd etdilər. Əhali hücum gözləmədiyindən qəflətən 50000 nəfərlik
hərbi qüvvələrin dəhşətli basqınlarına və talanlarına məruz qaldı.
Ruslar Bakı sahillərinə gələrək, sahilə yaxın adalarda düşərgə
saldılar və buradan basqınlar edirdilər. Uşaqları və qadınları əsir
götürdülər, geri qayıdarkən vəd etdikləri qənimətin bir hissəsini
Xəzər xaqanına verdilər. Lakin 15000 nəfərlik müsəlman-türk
qoşunları ilə slavyanlar arasında şiddətli döyüş baş verdi. 3 gün
davam edən bu döyüşdə ruslar darmadağın edildi, onlardan ancaq 5
minə qədəri qaça bildi. Mənbələrə görə, ruslara qarşı xarəzm, xəzər,
burtas (mordva) və bulqar türkləri fəal iştirak edirdilər. 30 il sonra-
944-cü ildə slavyan drujinaları yenidən Xəzər sahillərində
göründülər. Bu zaman onlar Bərdəni ələ keçirmək və Azərbaycanda
möhkəmlənmək üçün gəlmişdilər. Kiyev knyazı İqorun (912-945)
11
gəmiləri Kürün mənsəbinə yetişib, Bərdə yaxınlığında Kür sahilində
Mübarəki adlı yerdə düşərgə saldılar və buradan Bərdəyə hücum
etdilər. Salarilər 5600 nəfərlik qüvvəsi ilə onlara müqavimət göstərə
bilmədilər və Bərdə slavyanların əlinə keçdi. Əhali qılıncdan ke-
çirildi və şəhər talan olundu. Lakin bərdəlilər müqavimət gös-
tərməkdə davam edirdilər. Bərdəni itaətdə saxlamağın mümkün
olmayacağını yəqin edən ruslar onlardan tələb etdilər ki, gün ərzin-
də şəhərdən çıxıb getsinlər. Çıxmayan əhali yenidən qılıncdan
keçirildi, sağ qalanları, şəhər varlılarını məscidə toplayıb adamba-
şına 20 dirhəm pul tələb etdilər. Pulu olan canını qurtardı, pulu
olmayana isə divan tutuldu. Mənbələrə görə, bu zaman Bərdədə
20000 nəfərə qədər adam öldürüldü. Salari hökmdarı Mərzban ibn
Məhəmməd 30000 nəfərlik qoşunla şəhəri mühasirəyə aldı. O,
düşmənə ağır zərbə vursa da, şəhəri ala bilmədi. Mosul hakimi Əbu
Məhəmməd Nəsirəddövlənin Azərbaycanın cənub sərhədlərini
pozaraq Xoy və Salması ələ keçirməsi xəbərini alan Mərzban ibn
Məhəmməd özünün əsas hərbi qüvvəsilə cənuba getdi. Salarilərin
4000 nəfərlik kiçik bir dəstəsi Bərdənin mühasirəsini davam etdirdi.
Əhalinin mübarizə əzmini qıra bilməyən, gündüz döyüşlərində
şəhərin mühasirəsini yara bilməyən slavyanlar gecə ikən qalanı yan-
dırıb, qənimətlə birlikdə şəhəri tərk etdilər və ölkələrinə qayıtdılar.
944-cü il basqınlarından sonra Bərdə bir daha özünə gələ bilmədi.
Yarım ildən çox slavyanların əlində qalan şəhər dağılmışdı, pul
kəsilməsi dayandırıldı, məşhur Bərdə bazarı öz əhəmiyyətini itirdi,
bundan sonra şəhərin bərpasına fikir verilmədi. 944-cü il faciə-
sindən sonra Azərbaycanın şimal torpaqlarında müstəqil dövlət
yaradan Şəddadilərin Gəncəni paytaxt seçməsi Bərdənin süqutunu
daha da sürətləndirdi. Azərbaycan hakimləri ümumi düşmənə qarşı
birləşmək əvəzinə öz aralarındakı ixtilafları həll etmək üçün rus
dəstələrini köməyə çağırırdılar. 987-ci ildə Dərbənd hakimi əmir
Maymun ibn Əhməd yerli əyanlara qarşı 18 gəmi ilə Dərbəndə
hücuma hazırlaşan slavyanlardan kömək istədi. 1030-cu ildə 38
gəmidə yenidən Xəzər sahillərinə hücum edən slavyan drujinaları
Bakı yaxınlığında və Kürlə Arazın qovuşduğu yerdə Şirvanşah-
12
ların qoşunlarını məğlub etdilər. Şəddadi hökmdarı Fəzl ibn Mə-
həmmədin oğlu Musa Beyləqanda qiyam qaldırmış qardaşı Əsku-
yəni məğlub etmək üçün slavyanları köməyə çağırdı. Qardaşına
qalib gəlib, Beyləqan əhalisinə divan tutduqdan sonra o, slavyanlara
çoxlu hədiyyə verdi. 1031-1033-cü illərdə alanlar, sərirlər
(Dağıstanda Sərir adlanan bölgədə yaşayan xalq) və ruslar Şir-
vanşahların paytaxtı Yezidiyyə (Şamaxı) şəhərini ələ keçirib, 10
gün ərzində qarət etdilər. 10000 nəfərə qədər adam qılıncdan ke-
çirildi. Lakin xalq düşmənləri Azərbaycandan qovdu. Geri qayıdan
yadelliləri Dərbənd hakimi əmir Mansur ibn Maymun məğlubiyyətə
uğratdı. Əmirdən qisas almaq üçün 1033-cü ildə hücum edən
alanlar və slavyanlar yenidən məğlubiyyətə uğradılar.
13
II. SƏLCUQ TÜRKLƏRİNİN
AZƏRBAYCANDA HÖKMRANLIĞI
XI əsrin ortalarında Mərkəzi Asiyadan Aralıq dənizi
sahillərinə və Dərbənd keçidindən İran körfəzinə qədər əraziləri
əhatə edən Böyük Səlcuq imperatorluğu yarandı. Öğuz türkləri olan
Səlcuq türklərinin adı məşhur türk sərkərdəsi Səlcüğün (qınıq
tayfası) adından əmələ gəlmişdi. Səlcuq türkləri qoşunları İran və
Azərbaycan torpaqlarından keçərək, Bizans qoşunlarına qalib
gəldilər. Van gölü hövzəsi, Naxçıvan və onun ətrafındakı Azər-
baycan torpaqları nəzarət altına alındı. Əvvəlcə, Xorasanda məskən
saldılar. 1038-ci ildə paytaxtı Nişapur şəhəri olan ilk Səlcuq dövləti
meydana gəldi. Səlcuğun nəvəsi Sultan Toğrulun hakimiyyəti
illərində (1040-1063) Səlcuq türkləri daha da qüvvətləndi. 1040-cı
il mayın 24-də Dəndənəkan vuruşmasında Qəznəvilər dövlətinin
hərbi qüvvələri darmadağın edildi (1, s. 388). 1043-cü ildə dövlətin
paytaxtı Nişapurdan Rey şəhərinə köçürüldü. Səlcuq qoşunları 3
istiqamətdə-Həmədan, İsfahan, Gilan istiqamətlərində Azərbaycana
döğru yürüşə başladılar. Həmədan və İsfahan da daxil olmaqla
bütün Qərbi İranı ələ keçirən Səlcuq qoşunu Dəclə çayının sahil-
lərinə çıxdı. Gilan istiqamətində hərəkət edən hissələr Xəzərin
cənubundakı torpaqları tutdular və Arazı keçib Arrana daxil oldular.
Şəddadilərin hərbi qüvvələri ilə birləşərək, Bizans, erməni və gürcü
feodallarının birləşmiş qüvvələrinə ağır zərbələr vurdular. Azər-
baycanın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına
keçdi. Səlcuq - Azərbaycan türk qoşunları 1048-ci il sentyabrın 18-
də Bizans, erməni və gürcü feodalarının birləşmiş qüvvələrini
darmadağın etdilər. Bizans səlcuqlarla sülh bağlamağa məcbur oldu.
Sultan Toğrulun hakimiyyətinin ilk illərində bütün Xorasan və
Xarəzm (1038-1044), Qərbi İran (1042-1051) Səlcuq türklərinin
hakimiyyətinə keçdi. 1055-ci ildə Bağdad da daxil olmaqla İraq
Səlcuqlara tabe edildi. Abbasilər də onlardan asılı vəziyyətə düşdü.
Azərbaycan türkləri, o cümlədən oğuz türkləri Səlcuq türklərinin
14
soydaşları idi. 1054-cü ildə Sultan Toğrulun hərbi qüvvələri
Təbrizə yaxınlaşdı (4, s. 285), Rəvvadi hökmdarı Vəhsudan Səlcuq
sultanına tabe olduğunu bildirdi. Şəddadi hökmdarı Əbüləsvar
Şarur da səlcuqlara tabe oldu. Səlcuq sultanı ilə Şəddadi hökmdarı
arasında bir saziş bağlandı: onlar Bizans imperatoruna və erməni-
gürcü feodallarına qarşı əlbir hərəkət etsinlər. 1066-cı ildə
müqavimətə baxmayaraq, Şirvanşah I Fəribürz səlcuqlara tabe oldu
(1, s. 391). Bununla da Azərbaycan bütünlüklə Böyük Səlcuq
imperatorluğuna qatılmış oldu. Sasanilər və Ərəb xilafətinin hökm-
ranlıq etdiyi təqribən 600 illik bir tarixi dövrdə bütün türk, habelə
qeyri-türk tayfalarının vahid xalq halında qaynayıb-qarışması pro-
sesi gedirdi. Sasanilər və Ərəb xilafətinə qarşı birgə mübarizə bu
prosesə müsbət təsir göstərmişdi. Nəticədə Azərbaycanda islam-
türk etnik-siyasi amili daha da qüvvətlənmişdi. Azərbaycan isə
İslam dünyasında həlledici hərbi-siyasi amilə çevrilən türkçülüyün
başlıca istinadgahı olmuşdu. Səlcuq axınları ərəfəsində vahid
Azərbaycan türk xalqının yaranması prosesi, demək olar ki, başa
çatmaqda idi. Eyni kökdən və dildən olan, İslamı qəbul etmiş Oğuz-
Səlcuq türkləri ilə qədim Azərbaycan türkləri tez bir zamanda
qaynayıb-qarışdılar. Azərbaycan türk xalqının təşəkkülü prosesi
başa çatdı. Böyük Səlcuq imperatorluğunun yaranması ilə torpaq
mülkiyyəti və vergi sistemində də ciddi dəyişikliklər baş verdi.
Hərbi-siyasi dayaq yaratmaq məqsədi ilə imperatorluq ərazisinə
daxil olan bütün torpaqlar hərbi xidmət əvəzində iqta şəklində
Səlcuq əmirləri arasında bölüşdürülürdü. Təkcə Sultan Məlik şah 46
min Səlcuq süvarisinə iqta paylamışdı. İqtadarlar əvvəllər onlara
verilmiş torpaqlardan vergi (renta) almaqla kifayətlənir, daxili ida-
rəçiliyə və kəndlilərin həyatı ilə əlaqədar məsələlərə qarışmırdılar,
zaman keçdikcə iqta irsən keçməyə başlayır, mülk torpaqlarından
fərqlənmirdi. İqta sahibləri müstəqil hakimlərə, mərkəzi haki-
miyyətdən asılı olmayan dövlətlərə çevrildi. Uc torpaqları-sərhəd-
ləri qoruyan Səlcuq sərkərdələrinə paylanmış torpaqlardır. Əhalidən
əlavə olaraq, Səlcuq döyüşçüləri üçün silah və şərab tədarük
edilməyə, onların atlarını nallamaq üçün silah bahası, şərab bahası,
15
nal bahası kimi vergilər, şəhər sənətkarlarından isə onların hazırla-
dıqları sənət məhsullarından pay alınmağa başlandı. XI-XIII
Dostları ilə paylaş: |