İrəli İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən keçirilən Bloging tədris materialı



Yüklə 50.52 Kb.
tarix03.12.2016
ölçüsü50.52 Kb.
http://irelitm.files.wordpress.com/2010/08/itm.jpg?w=200&h=179&h=179 http://raufray.files.wordpress.com/2009/07/ireli-ib.jpg

İrəli İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzi tərəfindən keçirilən Bloging tədris materialı

  1. WEB BLOGING haqqında ilkin anlayışlar dövrümüzdə rolu və WEB saytlarla müqayisəsi

    1. Blog sözünün hərfi anlamı

  • Bunu aydınlaşdırmaq üçün lüğətlərə və bu sahəyə aid mənbələrə müraciət etsəniz, hər yerdə belə bir izah tapacaqsınız. "Blog” ingiliscədir, "web log sözünün qısa deyilişi kimi ortaya çıxıb, "şəbəkə gündəliyi” mənasını verir və əslində, o da bir veb-saytdır.



    1. Blog nədir ?Bloq və Bloqçu

  • "Bloq" – hər bir İnternet istifadəçisinin yarada biləcəyi onlayn-gündəlikdir.

Bloqlar – yeni, dəbdə olan ünsiyyət vasitəsidir.

Bloqlar – sizin adi həyatda heç bir vaxt rast gələ bilməyəcəyiniz insanla tanış olmaq imkanı yaradan yeni reallıqdır.

Bloqlar – maraqlı məlumatların birbaşa şahidlərdən operativ alınması mümkün olan yeni mediadır.

  • Bloqlar artıq bizdə də internet aləmində yayılmağa və önəmli yerlərdən birini tutmağa başlamış bir sahədir. Son illərdə saytlarda bloq bölmələrin açılması və yaxud da, ümumiyyətlə, bu sahədə  müsaqələrin keçirilməsi (reklamı çıxsaq) buna işarədir ki, Azərbaycanda bloq istifadəçilərinin sayı artsın və bu sahə də mühüm yerlərdən birini tutsun.



    1. Blogun tarixi haqqında

  • Hələ 1994-cü ildə internet aləmində ilk gündəlik dünyaya gəlir. Bu gündəliyin sahibi tələbə olan Castin Xoll (Justin Hall) idi.  Sonra isə məşhur proqramist Deyv Viner (Dave Winer) tərəfindən “Scripting News” ərsəyə gətirilir, hansı ki, tez bir zamanda özünə çoxlu sayda maraq, internet-auditoriya yığmağı bacarır, tez bir zamanda geniş sürətdə məşhurlaşır. Məhz bu səbəbdən də araşdarmaçılar tarix boyu sırf onun bloqunu birinci bloq olaraq görürlər. Hərçənd ki, bu fikirlə çoxları razılaşmırdı.Bəziləri isə deyir ki, 1992-ci ildən etibarən də Tim Berners-Li öz səhifəsində xəbərlər yayımlayırdı. Yəni bu səbəbdən dolayı da onu da ilk bloq olaraq görənlər var.

  • Amma, yuxarıda qeyd elədiyim kimi, ilk internet-gündəlik 1994-cü ildə məhz C.Xoll tərəfindən yaradılmışdı.
    Lakin, maraqlı bir sual ortaya çıxır: bəs bloq sözü, bloq termini hardan yaranıb? 
    Belə ki, 1997-ci ilin 17 dekabırında “Robot Wisdom” internet-gündəliyin yaradıcısı və redaktoru olan Corn Barger (Jorn Barger) ilk dəfə olaraq weblog sözünü işlətmiş olur. O logging the web ifadəsindən əmələ gəlmişdi, hansı ki, belə demək olar ki, “Setdə gündəlik aparıram” kimi tərcümə olunur. Amma, “vebloq” anlayışı cəmi 1 il ömür sürür, belə ki, 1999-cu ildə həmin vebloqun yaradıcısı bu sözü yenidən açaraq və maraqlı bir ifadə əldə edir: “we blog”
    Bununla da internet-gündəliyin adı “blog” sözü ilə tanınmış olur. Amma, bir çoxları deyir ki, weblog sözünü iki hissəyə bölən C.Barger yox, Peterme bloqunun yaradıcısı Peter Merholz olub.




    1. Bloqun özü - hər kəsin bacardığı işdirmi?

  • Bir daha xatırlayaq ki, bloq da bir saytdır. Bəs bir sayt kimi bloqu necə səciyyələndirmək olar? İnternetdə axtarış verdikdə bloq haqqında ən çox rast gələcəyiniz cümlə budur:  Bloq hər bir internet istifadəçisinin yarada biləcəyi onlayn-gundəlikdir. Yəni hər kəsin yarada biləcəyi, idarə və istifadə edə biləcəyi bir saytdır. Bəzilərinə çətin gələr bilər. Bəziləriniz indi də düşünə bilərsiniz ki, yox, siz bloq yarada və onu idarə edə bilməzsiniz. Nə vaxtsa elektron poçt haqqında da çoxluq bunu düşünürdü. Yadımdadır bir vaxtlar tez-tez mənə sual verirdilər.
    -    Email yaza bilərsənmi?
    -    Emaillə fayl yollamağa kömək edə bilərsənmi?
    -    İnternetdə məktub yaza bilirsənmi və s.




  1. WORDPRESS platformasında qeydiyyat və DASHBOARD haqqında

2.1 WORDPRESS platformasında haqqındac:\users\mr.smart\desktop\blog telimi\wordpress.jpg

WORDPRESS bloqçular arasında yayılmış demək olarki ən seçimli platforma növlərindədir.Niyə məhz WORDPRESS?Bu platformanın ən üstün cəhətlərdən biri hansıki bloqçular bunu daha üstün hesab edirlər bu platforma GOOGLE şirkətilə müqavilə əsasında bloqçu tərəfindən yazılan məlumatlar google da search zamanı öz əksini ön səhifələrdə tapır.

Yandex”-in son araşdırmalarına görə internetdə milyona yaxın rusdilli bloglar mövcuddur. Rus istifadəçilərin çoxu blog eldə etmək üçün Live Journal-un servislərindən istifadə edirlər. WordPress Akismet xidmətini (forumlarda və bloglarda spamların blok edilməsi xidmətini) dəstəkləyir və inkişaf etdirir. Akismet xidməti çox unikal xidmətdir və bu xidmətlə 1500 reklam şərhlərindən yalnız 1-2si bloga düşə bilər…Wordpress öz xidmətlərinə görə öz rəqibləri TypePad, Blogger, Movable Type-dan bir neçə xidmətlərinə görə üstünlük təşkil edir. Siz WordPress-də işlərkən və ya uzun bir mətn yazarkən əməliyyat sistemində və ya internetdə baş verəcək xətalar səbəbindən yazdığınız informasiyanın itməsindən narahat olmaya bilərsiniz, cünki WordPress.com avtomatik olaraq hər yazılan məlumatı hər dəqiqə yaddaşda saxlayır. Sonra siz onları (Draft) bölməsindən tapa bilərsiniz. Ümumiyyətlə digərlərində olmayaq xidmətlərə və üstünlüklərinə görə WordPress daha çox istifadə olunur. İstifadəçilər siyahısına Robert Skoblu, birinci kosmik turist olan Anyuşa Ansarini və Om Malik də daxildilər.



2.2 WORDPRESS platformasında Qeydiyyat SİGN UP NOW

  • Blog address: istediyinizad.wordpress.com (bu sizin bir növ pulsuz domaininizdir)

  • Username:sizin adınız və ya nickname niz (4 xarakterdən əksik olmamalıdır,rəqəm istifadəsidə mümkündür)

  • Password: çalışın hərf və rəqəm qarışıq bir şifrə daxil edəsiniz bu təhlükəsizlik üçün çox önəmlidir

  • Confirm: yenidən şifrəni daxil edirsiniz bu şifrənin təsdiqlənməsi üçündür

  • E-mail Address: sizin@mail.az ( həmişə yoxladığımız mail adresini daxil edin bu blogun təsdiqlənməsində və digər əməliyyatlarda önəm daşıyacaqdır)

2-ci addım

  • Blog Title: Sizin blog başlığınız

  • Blog Language: Az Azərbaycan

  • SİGN və yazdığınız mail ə daxil olaraq sizə wordpress tərəfindən gələn linklə blogunuzu təsdiqləyirsiniz.

c:\users\mr.smart\desktop\blog telimi\oki.jpg

(Praktiki göstəriş)

2.3 İdarə Paneli (DASHBOARD)

  • Blogun idarə olunması üçün daxil olduğumuz panelə giriş zamanı İdarə paneli (Dashboard) adlanan panellə qarşılaşırıq

c:\users\mr.smart\desktop\blog telimi\dashboard.jpg

  • İdarə panelinin üz qabığında görübdüyü kimi actual nodular mövcuddurki bloga əlavə olunmuş Postlar, Səhifələr, Bölmələr və s. haqqında ən son statistic məlumatları almaq eyni zamanda redaktə etmək olar.QuickPress vasitəsilə tez bir şəkildə Bloga məlumatı yerləşdirmək olar.Blogda edilən son dəyişiliklər , şərhlər visual olaraq yer alır . Əsasən təsdiq gözləyən şərhləri oxuyaraq lazımı şəkildə təmizləmək , bazada saxlamaq və ya yerindəcə yayımlamaq mümkündür.Blogunuzun Statistikası və wordpress platformasında yayımlanan xəbər başlıqlarıda müəlliflərinin qeydi ilə Dashboardda yayımlanır.Dashboardda görsənən istənilən paneli bağlamaq mümkündür (istəkdən aslı olaraq).



  • İdarə panelində xüsusi yer alan Akismet program ilə siz blogunuzdakı məlumatları spam şərhlərdən qoruyacaqsınız . hansıki bu şərhlər adi halda heç bir şərhdən fərqlənməyinə baxmayaraq sizing üçün bu ayırdı Akismet program yerinə yetirərək size məlumatlandıracaqdır.



  • Blog Surfer, Readomattic idarə panelində yer alan bu bölmələr vasitəsilə siz blogunuzda gedən həftəlik , aylıq və saatlıq məlumatları ala bilərsiniz hansıki burada daxil edilən şərhlər məlumatlar nizamlanmaya uyğun olaraq ardıcıl düzüləcəkdir.



  • (Praktiki göstəriş)



  1. POST (page , media , links) Categories

c:\users\mr.smart\desktop\blog telimi\presentation\post.jpg

Bloga məlumatların daxil edilməsi üçün ilk addımımız İdarə panelindən keçid verilən Yazılar ( Post ) bölməsi vasitəsilə ediləcək.Yazılar bölməsi ibarətdir:

  • Başlıq (mövzu title)

  • Mətn ( visual,html)

  • Post tag (google search)

  • Catgories (mətnin yerləşəcəyi bölmələr)

  • Trackbacks (url lar bölməsi

  • Müzakirə (şərhlər açıq və ya qapalı)

  • Müəllif

Mətnin başlığı daxil edilir və biz mətni daxil etməyə başlayırıq.Qarşımızda word ün panelinə oxşar bir obyekt vardır.c:\users\mr.smart\desktop\blog telimi\obyekt.jpg

    1. Şəkil əlavə etmək üçün obyekt

    2. Video əlavə etmək üçün obyekt

    3. MP3 əlavə etmək üçün obyekt

    4. Media (jpg, jpeg, png, gif, pdf, doc, ppt, odt, pptx, docx, pps, ppsx, xls, xlsx.) kimi obyektləri əlavə etmək üçün

    5. Sorğu sistemini qurmaq üçün obyekt

    6. Bold rejimində yazı yazmaq (Qalın hərflər)

    7. İtalic rejimində yazı yazmaq (Əyri hərflər)

    8. ABC Yazı üstünə düz xətt çəkilir

    9. Marker sıralanır

    10. Rəqəm sıralanır

    11. Abzas teqi

    12. Mətn soldan yazılır

    13. Mətn Mərkəzə yazılır

    14. Mətn sağa yazılır

    15. Hər hansı bir yazıya link verilir

    16. Link bərqərar edilir

    17. Ardını oxu teqi yerləşdirir

    18. Qrammatik səhvlərin yoxlanması

    19. Tam ekran

    20. Heading (əsasən mətn arası başlıqlarda istifadə olunur . hərflərin ölşüləri)

    21. Underline (altı xettli yazı)

    22. İşarələnmiş cümlə və ya mətn bütövlükdə eyni ətraflarda paylanılır sahə boyunca

    23. Yazıya rəng verilməsi üçün bölmə

    24. Xüsusi mətni html kodlardan təmizləyərək daxil etmək üçün bölmə (bu sahədən əsasən copy paste zamanı istifadə olunur)

    25. Word sənədindən copy olunan məlumatın bu bölmə ilə paste olunması məsləhət görülür

    26. Tətniq olunmuş komandanı edilən deyişikliklərdən azad edir

    27. Xüsusi simvolların yer aldığı bölmə

    28. Yazılan mətnin sol koordinat boyunca obyektdən kənarlaşdırılması

    29. Yazılan mətnin sağ koordinat boyunca obyektdən kənarlaşdırılması

    30. Rendo (əməliyyatı geriyə qaytarmaq)

    31. Undo (rendo olunan əməliyyatı bərpa etmek)

    32. Məlumat bürosu

  • Əməliyyatlardan istifadə edilərək daxil olunan mətn publish vasitəsilə blogda öz yerini tapır. (Praktiki göstəriş)

3.1 Səhifələr (Pages)

  • Seçilən Dizayndan (Mövzu , Qəlib , Themes) aslı olaraq əlavə olunan səhifələr Blogun 4 bir tərəfində (Header , Footer , Sidebars) yer ala bilər əsasən Sehifələr blogun Header (üst) hissəsində yer alır.Əsasən Səhifələr statistik olur ona görə bu bölmə bir çox sayt və bloglarda olan Haqqımızda,Əlaqə və s. kimi statistik məlumat üçün istifadə olunur.

  • Səhifələr də Post da olduğu kimi əsas başlıq və mətn bölməsindən ibarət olurki eyni qaydada doldurulur burada fərq Post da Categerois bölməsi əvəzinə Parent bölməsi əvəzlənir.Hər bir səhifəyə qonşu səhifə əlavə etmək mümükündür bu kommanda vasitəsilə.(daha geniş izahı praktiki göstərişlə)

3.2 Media (kitabxana)

  • Qeyd etdiyimiz kimi daxil edilən məlumatlara əlavə olunan obyektlər öz əksini media (kitabxanada) tapırki biz buradan obyektləri redaktə edə bilər eyni zamanda bazamızdan təmizləyə bilərik. (Praktiki göstəriş)

3.3 Links (keçidlər)

  • Buna blogumuzda yer alacaq dost saytlar və ya partnyor saytlara və ya bloglara keçid bölməmiz də deyə bilərik . Bura əlavə olunan xüsusi bölmə daxilində yerləşdirilən keçidlər blogumuzda gələcək təlimimizdə izah olunacaq widgets bölməsi vasitəsilə yayımlanacaqdır.(Keçidlərin yığılmasının praktiki göstərişi)

3.4 Categories (Bölmələr)

  • Məlumatlarımızı xüsusi bölmələrə əlavə etnək üçün bizə lazım olan bölmə.Postlarda göstərdiyimiz kimi əlavə olunan Bölmələr öz əkslərini tam olaraq burada tapacaqdırki biz Bölmə redaktəsi üçün buraya müraciət edəcəyik . Burada bölmələr redaktə oluna qonşu bölmələrə uyğun olaraq paylana və bazadan silinə bilər.

(Praktiki Göstəriş)

  1. APPEARANCE

c:\users\mr.smart\desktop\blog telimi\appearence.jpg

  • Bölmənin köməkliyilə biz öz blogumuza Dizayn verərək Sidebars( blogun sağ və sol ətrafları) hissəsini dolduracayıq



  • Ilk öncə Qəliblər bölməsinə daxil olaraq A-Z yə və ya Popular keçidinə daxil olaraq Qəliblər (Themes) arasından birini seçirik qəlibin altında göstərilən Görünüş linkinə klik edərək Qəlibin ilkin görünüşünə baxa bilərik əgər münasibdirsə işə sal linkinə klikləyərək blogumuza həmin dizaynı verə bilərik.

  • Qəliblərin növündən aslı olaraq bəziləri loru dildə 2 tərəfli yəni sağ sol panelli (Sidebars) bəziləri isə 1 panelli ola bilirlər eyni zamanda Header şəkil obyekti olanlarla olmayanlarda olur . Adətən bu parametrlər Qəlibi seçməmişdən əvvəl onun ümümumi ilkin xarakteriskasında Müəllif (Developer) tərəfindən qeyd edilir.

Bu parametrlərin redaktəsi isə Appearence bölməsində avtomatik qəlib seçildikdən sonra yayımlanır.Bunlar Bölünür aşağıdakı hissələrə:

  • Widgets (Sidebars) Sağ Sol panellər

  • Menus (Sidebar üçün xüsusi panel yığılışı)

  • Extras (Qəlibin içəriyinə uyğun olaraq müxtəlif əməliyyatlar yer alır)

  • Başlıq Header ( əgər Header üçün şəkil başlıq seçimi varsa redaktə etmək üçün)

  • Background (Qəlibin arxa fon rəng və ya şəklini redaktə etmək)

Praktiki Göstərişlər

4.1 Widgets (Sidebars)

  • Bu bölmə vasitəsilə biz blogumuzun Sidebar hissəsini bizə təklif olunan Widgetlərdən istifadə edərək doldura bilərik .Bölmənin orta hissısində təklif olunan istifadəyə yararlı olan Widgetlər yer alır . Sağ tərəfdə isə bizim sidebarlar yer alır hansıki Sidebar 1 (sol panel) Sidebar 2 (sağ panel) və s. kimi göstərilir adətən Sidebar (Left) Sidebar (Right) kimidə qeyd olunur.

Praktiki Göstəriş

c:\users\mr.smart\desktop\blog telimi\widgets.png

  1. Pols , Settings

  • Pols (Səs vermə) vasitəsilə siz öz blogunuzda səs vermə sistemi qura bilərsiniz bu bir sualdan müxtəlif cavab variantlardan ibarət olacaqdır.Burada sizə 20 ədəd dizayn növü təklif edilir hansıki bu dizayn növləri sizin blogunuzun dizayn növüylə üst üstə düşsün.Programın xüsusi özəlliklərindən biridə təkrar səs verənlərə müxtəli ip adreslərində eyni anda səs verənləri müəyyən vaxt ərzində səs vermədən kənarlaşdırmaq mümkündür.Bu əməliyyat Block repeat voters paneli tərəfindən həyata keçirilir.Göstərilən formanı doldurduqdan sonra sorğu sistemini widgets vasitəsilə siz blogunuzun istənilən sidebar bölməsində yerləşdirə bilərsiniz (Praktiki Göstəriş

c:\users\mr.smart\desktop\blog telimi\pols.png

5.1 Settings (sazlamalar)

  • Bu bölmə vasitəsilə siz blog ayarlarınızı tam olaraq dəyişə bilərsiniz .Bu bölmə bir çox alt bölmələrə bölünür əsaslar aşağıdakılardır

  • General Settings – Bu bölmənin vasitəçiliyilə siz Blogunuzun Başlıq sözünü sloganını moderate lik üçün mail adresinizi time date formatlarını və dil seçiminizi edə bilərsiniz

  • Writing Settings – Bölmə vasitəsilə siz blogunuzda yazı rejimindəki dəyişilikləri həyata keçirə bilərsiniz məsələn Post box a düşən yazıların ümumi sayını azalda çoxalda bilərsiniz yazılan yazıların avtomatik müəyyən bölməyə düşmə əmrini verə bilərsiniz,eynilə link keçidlərini

  • Reading Settings – Bölməsinin vasitəsilə siz blogunuzdakı oxunulacaq bölmələrdə dəyişiliklər edə bilərsiniz məsələn Ana səhifəni statistic bir Səhifəyə yönləndirə bilərsiniz öz blogunuz daxilində.Səhifəni dondura bilərsiniz klik zamanı başqa səhifəyə və ya ana səhifəyə yönlənə bilər.

  • Discussion Settings – Burada şərhlərlə bağlı olan dəyişiliklər yerinə yetirilir.Burada sizə yəkliflər göstərilir .Burada sadə göstərişlər,şərhlər yazıldıqdan sonra,şərh görünməzdən qabaq,Şərh moderate gözləyən zaman – bunların adminstrasiyaya və ya oxucuya ötürülmə prinsipləri göstərilir və seçim üçün təsdiq gözləyir.

  • Media- Media (kitabxana) la bağlı dəyişiliklər

  • Privacy Settings – Məxfilik bu bölmə vasitəsilə öz blogunuzu axtarış , baxış və işlək rejimi deaktiv və ya aktiv edə bilərsiniz.

  • Text Messaging Settings – Siz bu bölməyə ölkə kodu ilə birgə nömrənizi daxil etsəniz modarete gözləyən komandalar bir başa mobil telefonunuza çatdırılacaqdır.

  • Sharing Settings – Bir sıra social şəbəkələrdə sizin blogunuzdan share olunan məlumatın hansı parametrlərlə yayımlanmasını ayarlaya bilərsiniz.

  • Email Post Changes – Adminstratorun mail ünvanına blogda olan hansı dəyişiliklər zamanı bildiriş mailinin çatdırılması üçün ayarlanan bölmə.

c:\users\mr.smart\desktop\blog telimi\sazlama.png

THE END

WEB Bloging IRELI PUBLIC UNION ITC

Sahil Balazadeh


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə