Müsahibənin sorğu vərəqəsinin hazırlanması;
Müsahibənin aparılması .
Müsahibə 3 hissədən ibarət olur: giriş hissə, əsas hissə və bağlanış hissə.
Giriş hissədə namizədə müsahibədə iştirak edən şəxslər haqqında qısa məlumat ( adətən adı və vəzifəsi və ya hansı şöbədə çalışdığı) verilir və namizədə özü haqqında danışmaq üçün müəyyən qədər vaxt verilir. Giriş hissə adətən bir neçə dəqiqə davam edir.
Əsas hissə ən uzun davam edən mərhələdir. Bu mərhələdə köhnə iş yeri və iş öhdəlikləri, müəyyən hadisələrə reaksiya, müraciət olunan işdə tələb edilən əsas keyfiyyətlərin yoxlanılması haqqında namizədin özəllikləri yoxlanılır.
Bağlanış hissədə namizədə müsahibə və ya müraciət olunan iş ilə bağlı sual vermək üçün şərait yaradılır və müsahibə nəticələri haqqında hansı tarixə qədər məlumat veriləcəyi bildirilir, sonda müsahibə bitir. Bir məqamı da qeyd edək ki, adətən müəssisələrin əksəriyyəti müsahibə mərhələsindən uğurla keçmiş namizədlərlə əlaqə saxlayır. Digər namizədlərə müsahibədən keçməməsi haqqında məlumat verilmir. Təbii ki, “Müəyyən tarixə qədər sizinlə əlaqə saxlanılmazsa, deməli, siz müsahibə mərhələsindən keçməmisiniz” – deyə bu şərt əvvəlcədən namizədlərə bildirilir. Əgər siz işə qəbul prosesinin ilk mərhələsini uğurla keçmisinizsə, müsahibə mərhələsi öz potensialınızı göstərmək üçün sözün əsl mənasında yaxşı fürsətdir. Sadəcə olaraq bu mərhələdə daha diqqətli olmaq və iş yerinin səndən istəyə biləcəyi nüanslara fikir vermək önəmlidir.
Müsahibə işə qəbul prosesinin ən önəmli mərhələlərindən biridir. Bu mərhələdə yol verilən kiçik bir səhv iş üçün müraciətinizin uğursuz nəticələnməsinə səbəb ola bilər. Siz müsahibədən öncəki mərhələlərdə çox yüksək nəticələr əldə etmiş olsanız belə müsahibə mərhələsindəki kiçik bir nöqsan digər mərhələdə qazandığınız uğurları uğursuzluğa çevirə bilər. Bu səbəbdən də “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin İnsan resurları şöbəsinin müdiri olaraq müsahibəyə hazırlıq prosesi və müsahibə haqqında tövsiyələrimi iş axtaranlarla bölüşmək istərdim. Məqsədim sizə karyera qurmaqda və şəxsi inkişafınızda kömək göstərməkdir. Belə ki, iş imkanlarınızı harada daha yaxşı reallaşdırmağınızı müəyyən etmək və arzuladığınız karyeranı qurmaq üçün bir neçə tövsiyyələr vermək istərdim.
Müsahibə bir tərəfdən potensial işə götürənin sizin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinizin müvafiq vakansiyaya nə qədər uyğun olub-olmadığını müəyyən etmək üçün təşkil olunan bir proses olmaqla yanaşı, digər tərəfdən iş axtaranın namizədin həmin vakansiyaya, şirkətin məqsədi, gələcək planları, maraqlarına nə qədər uyğun olub-olmamasını müəyyən edəcəyi bir prosesdir. Müsahibədən ən ağıllı və savadlı deyil, müsahibəyə ən hazırlıqlı şəxs keçir. Ona görə də müsahibənin formatından, yerindən, mərhələsindən asılı olmayaraq həmin müsahibəyə yaxşı hazırlaşmaq lazımdır. Müsahibə nədir və mən müsahibəyə necə hazırlaşım sualı sizi düşündürürmü? Müsahibəyə hazırlaşmaq ilk növbədə özünü tanımaqdan başlayır. Özünü tanımaq aşağıdakılardan ibarətdir :
Dostları ilə paylaş: |