Bu işə uyğun bacarıq və təcrübələriniz hansılardır;
Əsas nailiyyətləriniz;
Rezumeyə əlavə etmədiyiniz, lakin bu işə uyğun hansı məqamlar vardır;
Düzəliş və inkişaf etdirilməyə ehtiyac olan sahələr.
Qarşı tərəfi (işəgötürəni) tanımağa nə aiddir:
Müəssisə barədə ümumi məlumat, yəni nə vaxt yaradılıb, məqsədi, vizyonu və dəyərləri nədir?
Hansı istiqamətlərdə çalışır, məhsul və fəaliyyətləri nələrdir?
Ən böyük uğur və nailiyyətləri hansılardır?
Son layihələri və gələcək planları nədir?
Bunun üçün əsasən şirkətin rəsmi web-səhifəsini və sosial media hesablarını (facebook, linkedln) incələyin.
Son mərhələ isə uyğunlaşdırmadan ibarətdir. Bunun üçün həmin vakansiyada qeyd olunan “öhdəliklər və vəzifələr” hissəsinə xüsusi diqqət yetirin və orada qeyd olunanlara uyğun hansı təcrübə, bilik və bacarıqlarınızın olduğunu müəyyən edin. Beləliklə, sizin CV ilə tanış olduqdan sonra İnsan resurları üzrə məsul şəxs sizi müsahibəyə dəvət edir.
Dostları ilə paylaş: |