İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında


IV. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin rəsmiləşdirilməsi



Yüklə 37,67 Kb.
səhifə4/5
tarix01.08.2023
ölçüsü37,67 Kb.
#138335
növüQaydalar
1   2   3   4   5
38 İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında

IV. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin rəsmiləşdirilməsi

4.1. Əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri üzrə aşağıdakılar doldurulur:


iş yerlərinin attestasiyası və onların iş şəraiti, bu şəraitdə çalışan işçilərin sayı və onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatları əks etdirən iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiya edilməsinin nəticə cədvəli;
müəssisə üzrə bütövlükdə və struktur bölmələr üzrə ayrılıqda iş yerlərinin sayının, əmək şəraitinin siniflər üzrə bölünməsi ilə attestasiya aparılan iş yerlərinin sayının, attestasiya aparılan iş yerlərində məşğul olan işçilərin sayının, onların fərdi mühafizə vasitələri ilə təmin edilməsi haqqında məlumatın göstərilməsi ilə iş yerlərinin və onların əmək şəraiti üzrə attestasiyasının nəticələrinin toplu siyahısı.
4.2. Müəssisənin attestasiya komissiyasının işinin nəticələri əmək şəraiti üzrə iş yerlərinin attestasiya protokolu ilə rəsmiləşdirilir. Protokola əlavə edilməlidir:
əmək şəraiti üzrə iş yerlərinin attestasiya pasportu;
bölmələrdə əmək şəraiti üzrə attestasiyasının və iş yerlərinin siyahısı;
müəssisədə iş yerlərinin və əmək şəraiti üzrə attestasiya nəticələrinin toplu siyahısı;
müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı.


V. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya nəticələrinin həyata keçirilməsi

5.1. Müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planının işlənib hazırlanması.


5.1.1. Attestasiya komissiyası əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələrini, müəssisənin bölmələri və ayrı-ayrı işçiləri tərəfindən daxil olmuş təkliflərini nəzərə almaqla müəssisədə əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlər planı hazırlayır.
5.1.2. Planda texnika və texnologiyanın yaxşılaşdırılması, fərdi və kollektiv mühafizə vasitələrinin istifadəsi, sağlamlaşdırma, eyni zamanda əməyin təşkili və mühafizəsi üzrə tədbirlər nəzərdə tutulmalıdır.
5.1.3. Planda tədbirlərin maliyyə mənbələri, onların həyata keçirilməsi müddəti və icraçılar göstərilməlidir. Plan bütün iş yerlərinin əmək mühafizəsi üzrə tələblərə uyğunlaşdırılmasını nəzərdə tutmalıdır.
5.1.4. Plan attestasiya komissiyasının sədri tərəfindən imzalanır və əmək mühafizəsi üzrə ümumi komitə ilə (komissiya ilə), həmkarlar ittifaqları ilə razılaşdırıldıqdan sonra müəssisənin rəhbərliyi tərəfindən təsdiq olunur və kollektiv müqavilələrə daxil edilir.
5.2. Əmək şəraiti üzrə iş yerinin attestasiyası işinin yekunlaşdırılmasından sonra müəssisənin rəhbəri görülmüş işə qiymət verməklə, onun nəticələrinin təsdiq edilməsi üçün əmr verir.
5.3. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının nəticələri müəssisə, rayon, şəhər, bölgə, respublika səviyyəsində mövcud olan əmək şəraiti üzrə məlumat bankının yaradılması üçün əsasdır.
5.4. İş yerlərinin attestasiya nəticələri haqqında məlumat müəssisənin işçilərinə çatdırılır.
5.5. Əmək şəraiti üzrə iş yerlərinin attestasiya sənədləri ciddi hesabat materiallardır və 45 il müddətində saxlanılmalıdır.
5.6. Əməyin mühafizəsi üzrə iş yerlərinin attestasiyasının keçirilməsinin keyfiyyətinə dövlət nəzarətini Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir.
5.7. Əməyin mühafizəsi üzrə iş yerləri attestasiyasının keçirilməsi üçün müəssisənin rəhbərliyi məsuliyyət daşıyır.



Yüklə 37,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin