97
Bu layihəni \
textbook\
VB\
prjVB8\ adı ilə saxlamalı.
Tarix və vaxt funksiyaları.
Date funksiyası. Bu, cari tarixi
Date dəyişəninə mənimsədir.
Date dəyişəninin qiyməti
#
Ay/
Gün/
İl# kimi 3 ədəddən ibarətdir.
Date layihəsinin proqram kodu aşağıdakı kimidir:
Dim dtmA, dtmB As Date
Sub cmd1_Click()
dtmA = Date
dtmB = #1/1/2007#
Print ―Bu gün ―; dtmA
Print ―Üçüncü minilliyin əvvəlindən ―; dtmA – dtmB; ― gün keçmişdir‖
End Sub
Layihəni icraya buraxıb nəticəni ekranda görmək olar.
Bu layihəni \
textbook\
VB\
prjVB9\ adı ilə saxlamalı.
Time$ funksiyası. String (sətri) tipli bu funksiya cari vaxtı mətn sahəsinə çıxarır.
Vaxt #Saat: Dəqiqə: Saniyə# formatında verilir. Vaxtın qiymətinin dövri təzələnməsi üçün
Timer obyektindən istifadə edilir. Proqramın icrası zamanı
Timer obyekti forma üzərində
görünmür. Bu, sistem saatının göstəricisini yoxlayır.
Timer hadisəsinin dövrülüyü
İnterval
xassəsi ilə təyin edilir. Bu xassə millisaniyə ölçüsü ilə verilir və 0-dan 65535-dək dəyişə
bilir.
Timer hadisəsinin hər saniyə baş verməsi üçün
İnterval xassəsinə 1000 mənimsədil-
məlidir.
İndi ―Saniyəölçən‖ layihəsini yaradaq. Bunun üçün:
1. Timer obyektini forma üzərində yerləşdirib onu
tmr1 adlandırmalı.
İnterval
xassəsinə 1000 ədədini mənimsətməli. Forma üzərində
txtTime mətn sahəsi yaratmalı.
tmr1_
Timer() hadisəvi proseduru aşağıdakı proqram kodu şəklində daxil etməli:
Sub tmr1_Timer()
txtTime.Text = Time$
End Sub
2. Layihəni icraya buraxmalı.
Bu layihəni \
textbook\
VB\
prjVB10\ adı ilə saxlamalı.
Dostları ilə paylaş: