102
Bölmə 6. Kompüter sistemlərinin proqram təminatı
6.1. Proqram təminatı haqqında ümumi məlumat
Kompüterin işi proqramla iarəetmə prinsipinə əsaslanır. Yəni kompüter əvvəlcədən
hazırlanmış proqramda nəzərdə tutulmuş əməliyyatları yerinə-yetirir. Bu prinsip
kompüterin universallığını təmin edir. Belə ki, hər bir müəyyən vaxt momentində seçilmiş
proqrama uyğun məsələ həll edilir. Bu məsələ başa çatdıqdan sonra yaddaşa başqa
proqram yüklənir və i.a.
Proqram – məsələnin həll alqoritminin kompüterin anladığı dildə yazılmış əmrlər və
ya operatorlar ardıcıllığıdır. Hər bir kompüter proqramının son məqsədi aparat vasitələrnin
idarə edilməsindən ibarətdir.
Məsələlərin kompüterdə normal həlli üçün proqram səhvlərdən təmizlənməli, əlavə
işlənmələrə ehtiyac duymamalı və mevafiq sənədləşməyə malik olmalıdır. Buna görə də
kompüterdə işləmək baxımından, ―proqram təminatı‖ (software) termini tez-tez istifadə
edilir ki, bu da verilənlərin email sisteminin fəaliyyətinə dair proqramlar, prosedur və
qaydalar, həmçinin sənədləşmələr çoxluğudur.
Kompüterdə proqram və aparat təminatları qırılmaz əlaqədə və qarşılıqlı təsirdə
işləyir. Hesablayıcı sistemin proqram təminatının tərkibi proqram konfiqurasiyası adlanır.
Proqramlar arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki,proqram təminatını təşkil edən
əsas proqramlar çoxluğunun işi aşağı səviyyə proqramlarına əsaslanır.
Proqramlararası interfeys dedikdə, proqram təminatının bir-biri ilə əlaqəli olan bir-
neçə səviyyədə paylanması nəzərdə tutulur. Proqram təminatının səviyyələri bir piramida
təşkil edir ki, burada da hər bir səviyyə özündən əvvəlki səviyyələr üzərində yerləşir. Bu
piramidanın zirvəsində tətbiqi səviyyə, bunun altında xidmətedici səviyyə, bunun altında
sistem səviyyəsi və piramidanın oturcağında baza səviyyəsi yerləşir.
Dostları ilə paylaş: