168
buferləşdirilməsini təmin etməlidir. Hesablayıcı server işçi stansiyaların gücü çatmayan
hesablamaları aparmaq üçündür. Disk serveri geniş xarıcı yaddaş resurslarına malik
olmaqla, işçi stansiyalara əlavə yaddaş xidməti göstərmək üçün qurulur.
Bu bölgü yalnız funksional bölgü olduğundan, real həyatda bir kompüterdə həm
kommunikasiya serveri, həm verilənlər bazası serveri, həm poçt serveri və həm də işçi
stansiya təşkil etmək mümkündür.
Verilənlər bazası serveri üçün isə bir neçə kompüter ayırmaq mümkündür. Lakin
bütün bu kompüterlərə funksional aspektdə vahid kompüter kimi baxılacaqdır.
Şəbəkə həm də müxtəlif proqram və altproqramların qarşılıqlı fəaliyyətini təmin
etdiyindən, həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox şey asılıdır. Yəni
elə etmək lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın həcmi minimum olsun.
―Müştəri – server‖ texnologiyasında funksiyalar və informasiya xidməti müştəri
(informasiya istifadəçisi) ilə server (informasiya sahibi) arasında elə paylanır ki, şəbəkə
üzrə informasiya ötürülüşü minimum olsun. Bu texnologiyada müştəri serverə sorğu
göndərir. Sorğuda tələb olunan informasiyanın xarakteri və həcmi, həmçinin verilənlərin
təşkili forması göstərilir. Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında
axtarır, tapır və tələb olunan formada dəyişdirir, alınmış nəticə müştəriyə ötürülür. Bu
texnologiyada interfeys proqramları müştəri kompüterdə, sorğunu işləyən sistem
proqramları isə serverdə işləyir.
Global, regional və lokal şəbəkələrin geniş yayılması, xüsusilə
İNTERNET-in
meydana çıxması bir sıra yeni xidmətlərin yaranmasına səbəb oldu ki, bunlardan da ən
populyarı elektron poçtdur. Bununla yanaşı, verilənlərin şəbəkə vasirəsilə ötürülməsi,
uzaqdakı verilənlər bazasına və proqramlara müraciət, telekonfransların keçirilməsi,
İnternet vasitəsilə telefon zənglərinin icrası mümkün olmuşdur. İnternet artıq bir sosial
hadisə olaraq müasir cəmiyyətin həyat ukladlarının hamısına televiziya qədər güclü təsir
göstərməkdədir.
Dostları ilə paylaş: