Funksiyaların ayrılması. Kompüter sistemi, adi halda müxtəlif mütəxəsislərin yerinə-yetirdiyi bir-sıra daxili
nəzarət prosedurlarını icra edə bilir. Bu halda, kompüterlə işləyən mütəxəssislər digər
funksiyaların icrasını da öz üzərlıərinə götürmək imkanı əldə edirlər. Nəticədə kompüter
sistemi nəzarət sistemini lazımi səviyyədə saxlamaq üçün əlavə tədbirlərin görülməsini
tələb edir. Bu tədbirlərdən biri parollar ssisteminin tətbiqidir.
Səhvlərin və qeyri-dəqiqliyin yaranması üçün potensial imkanlar. Adi mühasibat uçotu texnologiyasına nisbətən kompüter texnologiyası icazəsiz
müdaxiləyə daha açıqdır. Bu, müəyyən səhvlərin və qeyri-dəqiqliyin yaranmasına yol aça
bilir. Tətbiqi proqramların tərtibi zamanı buraxılmış səhvlər uzun müddət nəzərdən yayına
bilir.
Rəhbərlik tərəfindən nəzarətin gücləndirilməsi üzrə potensial imkanlar. Kompüter sistemi firma rəhbərliyinin ixtiyarına külli miqdarda aalitik vasitələr verir
ki, bunların köməyi ilə fəaliyyəti qiymətləndirmək və nəzarətə götürmək mümkün olur.
Bu, fəaliyyətin qeyri-səmərəli olması riskini xeyli azaldır.