2.6.2 İnformasiyanın saxlanmasının etibarlılığı və uzunmüddətliliyi. İnformasiyanın saxlanmasının etibarlılığı və uzunmüddətliliyi böyük əhəmiyyət
daşıyır. Ən etibarlı daşıyıcı DNK molekuludur. Analoq daşıyıcılara nisbətən diskret
daşıyıcılar daha az etibarlıdır. Buna görə də maqnit və optik daşıyıcıların istismar və
saxlanma qaydalarına ciddi əməl etmək lazımdır. Ən uzunmüddətli yaddaş da DNK
molekuludur. Analoq daşıyıcılara nisbətən diskret daşıyıcılar daha az müddətlidir. Buna
görə də diskret daşıyıcılardakı informasiyanı müəyyən müddət keçdikdən sonra təzələmək
lazımdır.