2.6.4 Seriyalı kodlaşdırma üsulu ilə sıxma Bu üsulda təkrar olunan elementlər üçün sayğac qoyulur. Məsələn, fərz edək ki,
sıxılması tələb olunan informasiya: 44 44 44 11 11 11 11 01 33 ff 22 22 şəklindədir. Bu
üsulla sıxılmış informasiya: 03 44 04 11 00 03 01 33 ff 02 22 kimi olacaqdır. Göründüyü
kimi, 03 44 üç dənə 44 olduğunu, 04 11 isə dörd dənə 11 olduğunu göstərir. Əgər birinci
bayt 00 şəklindədirsə, sayğac təkrar olunmayan baytları sayır ki, bizim misalda da bu, üç
dənədir (01 33 ff). Buna görə 00 03 baytlarından sonra 01 33 ff gəlir, sonra isə 02 22
baytları, yəni iki dənə 22 gəlir.
Bu üsul rastr şəkilləri sıxmaq üçün münasibdir.
Lakin bu üsul informasiyanı az sıxır.