İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə38/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   266
Informatikanin esaslari aze

Əməliyyatların  avtomatik  icrası.  İrihəcmli  hesablamaların  icrası  üçün  təkcə  hər  bir 
hesab əməlinin cəld icrası əhəmiyyətli deyil, həm də bu əməllər arasında insan müdaxiləsi 
tələb  edən  fasilələr  olmamasıdır.  Halbuki,  müasir  kalkulyatorların  əksəriyyəti  hesab 
əməllərini kifayət qədər cəld icra etsə də, bu tələbə cavab vermir. Yəni icra edilən əməllər 
dayanmadan ardıcıl icra edilməlidir. 
İşə  buraxılan  proqram  üzrə  işləmək.  Əməliyyatların  avtomatik  icrası  üçün  proqram 
icraçı qurğuya əməliyyatların icra sürətinə bərabər sürətlə daxil edilməlidir. Bu məqsədlə 
Ç.Bebbic  proqramın  əvvəlcədən  perfokartlara
43
  yazılmasını  və  sonra  maşına  daxil 
edilməsini təklif etmişdi.  
Verilənlərin  saxlanması  üçün  xüsusi  qurğunun  (yaddaşın
44
)  olması.  Bu  inqilabi 
ideyalar  onların  mexaniki  texnika  əsasında  reallaşdırılmasının  mümkün  olmaması 
ucbatından  xeyli  gözləməli  oldu.  Belə  ki,  ilk  elektrik  mühərriki  50  il  sonra,  ilk  elektron 
lampası  isə  100  il  sonra  yaradıldı.  Ötən  100  il  ərzində  az  qala  tamamilə  unudulmuş  bu 
ideyalar növbəti 100 illikdə yenidən kəşf edildi.   
Avtomatik  fəaliyyət  göstərən  ilk  hesablayıcı  qurğu  20-ci  əsrin  ortalarında  meydana 
çıxdı. Bu, mexaniki konstruksiyalarla yanaşı, elektromexaniki relelərdən istifadə edilməsi 
sayəsində mümkün oldu. Releli maşınlar üzərində iş 20-ci əsrin 30-cu illərində başlandı. 
Bu  iş  1944-cü  ildə  amerika  riyaziyyatçısı  və  fiziki  Qovard  Aykenin  rəhbərliyi  altında 
İBM
45
 firmasında Ç.Bebbicin ideyalarına əsaslanan
46
 ―Mark-1‖ adlı maşının istehsalınadək 
davam  etdi.  Bu  maşında  ədədləri  təsvir  etmək  üçün  mexaniki
47
,  idarə  etmək  üçün  isə 
elektromexaniki  elementlərdən  istifadə  edilmişdi.  Ən  güclü  releli  maşınlardan  biri  olan 
                                                 
42
 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı 
43
 O illərdə perfokartlar toxucu dəzgahların idarə edilməsi üçün istifadə edilirdi. 
44
 Ç.Bebbic bunu ―anbar‖ adlandırmışdı 
45
 International Business Machines 
46
 Baxmayaraq ki, bu maşının yaradıcıları Ç.Bebbic ideyaları ilə tanış deyildilər.  
47
 sayğac təkərləri 


 
27 
―РВМ-1
48
‖ 50-ci illərdə SSRİ-də N.İ.Bessonovun rəhbərliyi altında yaradılmışdı ki, bu da 
kifayət qədər uzun 2-lik ədədlər üzərində saniyədə 20 vurma əməli icra edə bilirdi.  
Hesablayıcı texnikada əsl inqilab elektron qurğuların tətbiqi ilə baş verdi. Bu qurğular 
üzərində  iş  20-ci  əsrin  30-cu  illərinin  sonunda  eyni  vaxtda  ABŞ-da,  Almaniyada, 
İngiltərədə və SSRİ-də aparılmağa başladı. Bu illərdə radiotexniki qurğularda geniş tətbiq 
edilən  elektron  lampaları  ədədi  informasiyanın  emalı  və  saxlanması  üçün  texniki  təməl 
kimi istifadə edilməyə başladı.  
İlk fəaliyyət göstərən EHM ABŞ-da 1945-1946-cı illərdə istehsal edlmiş ENIAC oldu. 
Bu  maşının  adı  ingiliscə  ―elektron-ədədi  inteqrator  və  hesablayıcı‖  kimi  tərcümə  edilən 
sözlərin baş hərflərindən yaradılmışdı. Bu maşının yaradılması işinə 30-cu illərin sonunda 
Corc  Atanasov,  sonrakı  illərdə  isə  Con  Mouçli  və  Presper  Ekkert  rəhbərlik  etmişdilər. 
ENIAC  18  min  elektron  lampasından  və  çoxsaylı  elektromexaniki  elementlərdən 
qurulmuşdu.  Enerji  tələbatı  150  kvt  idi  ki,  bu  da  çox  da  böyük  olmayan  bir  zavodun 
tələbatı qədərdir. 
Praktiki  olaraq  eyni  zamanda  Böyük  Britaniyada  da  EHM  yaratmaq  üzərində  iş 
gedirdi.  Bu  iş,  ilk  növbədə,  Allan  Türinqin  adı  ilə  bağlı  idi.  A.Türinq  alqoritmlər 
nəzəriyyəsi və kodlaşdırma nəzəriyyəsi sahələrində görkəmli xidmətlər göstərmiş məşhur 
riyaziyyatçı idi. 1944-cü ildə Böyük Britaniyada ―Koloss‖ adlı maşın yaradıldı.  
Bu və digər ilk EHM-lər sonrakı kompüterlərin konstruktorlarının nöqteyi-nəzərindən 
çox  mühüm  keyfiyyətə  malik  deyildilər.  Belə  ki,  bu  maşınlarda  proqram  yaddaşda 
saxlanmırdı. Olduqca mürəkkəb kommutasiyaedici xarici qurğularda yığılırdı. 
Elektron-hesablayıcı  texnikanın  inkişafının  ilk  mərhələsində  görkəmli  amerika 
riyaziyyatçısı Con fon Neyman nəzəri və praktiki cəhətdən böyük xidmətlər göstərmişdir. 
Belə  ki,  ―fon  Neyman  prinsipləri‖  ömürlük  tarixə  düşmüşdür.  Bu  prinsiplər  EHM-lərin 
klassik  (fon  Neyman)  arxitekturasını  törətdi
49
.  Əsas  prinsiplərdən  biri,  yəni  proqramın 
                                                 
48
 РВМ - Релейная вычислительная машина 
49
 
Fon Neyman maşını aşağıdakı prinsiplərə əsaslnır: 
-Kompüter bir-neçə əsas qurğulardan ibarət olmalıdır; 
-İnformasiya xüsusi yaddaş qurğusunda saxlanmalıdır; 
-Verilənlər yaddaşda ikilik ədədlər şəklində saxlanmalıdır; 
-Hesab və məntiq əməlləri hesab-məntiq qurğusunda icra edilməlidir; 
-Proqramın icrasına nəzarət idarəetmə qurğusu vasitəsi ilə həyata keçirilməlidir; 
-Proqram verilənlərlə birgə yaddaş qurğusunda saxlanmalıdır; 
-İnformasiyanın daxil edilməsi və çıxarılması üçün giriş-çıxış qurğusu olmalıdır. 
Müasir kompüterlərin əksəriyyəti fon Neyman prinsipləri əsasında qurulmuşdur. 


 
28 
saxlanması  prinsipi  ―proqramın  da  verilən  kimi,  maşın  yaddaşında  saxlanmasını‖  tələb 
edir. İlk belə maşın 1949-cu ildə Böyük Britaniyada yaradılan EDSAC  adlı maşın oldu. 
1970-ci  illərədək  SSRİ-də  yaradılan  EHM-lər  son  dərəcə  məxfi  strateji  məhsul 
sayılaraq  ətraf  dünyadan  tamamilə  izolə  olunmuş  halda  istehsal  edilirdi.  80-ci  illərdən 
məxfilik  bir  qədər  yumşaldıldı  və  köhnə  EHM  modelləri  idxal  edilməyə  başladı.  Hal-
hazırda ABŞ və Yaponiya yeni kompüter modellərinin hazırlanması və istehsalını məxfilik 
rejimində həyata keçirir. 
SSRİ-də  istehsal  edilən  ilk  EHM
50
  1951-ci  ildə  akademik  S.A.Lebedevin  rəhbərliyi 
altında  yaradıldı.  60-cı  illərin  ortalarında  SSRİ-də  yaradılan  BESM-6
51
  adlı  EHM  öz 
dövrünün ən güclü EHM-i olaraq uzun müddət müdafiə, kosmik tədqiqatlar, elmi-texniki 
tədqiqatlar  sahələrində  baza  maşın  kimi  istifadə  edildi.  Həmin  illərdə  İ.S.Bruk, 
M.A.Karsev, B.İ.Rameev, V.M.Qluşkov, Y.A.Brazilevcki kimi konstruktor və informatika 
nəzəriyyəçilərinin  rəhbərliyi  ilə  ―Minsk‖,  ―Ural‖,  ―M-20‖,  ―Mir‖  və  s  EHM-lər  istehsal 
edildi. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin