İsa Musayev, Mətləb Əlizadə


Alqoritmin  formal  icrası



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə78/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   266
Informatikanin esaslari aze

Alqoritmin  formal  icrası.  Alqoritm  informasiya  proseslərinin  gedişini  formallaş-
dırmağa imkan verir. Yəni əməllər ardıcıllığı yerinə yetirilərkən məzmun rol oynamır.  
Kompüter  –  alqoritmin  avtomatik  icraçısıdır.  Kompüterə  aydın  olan  proqramlaş-
dırma dilində yazılmış alqoritm proqram adlanır.  
 
5.1.2. Alqoritmik strukturların əsas tipləri 
Xətti quruluş. 
Müxtəlif alqoritmlər mövcuddur. Bir-birinin ardınca icra edilən əmrlər seriyasından 
ibarət olan alqoritmlər xətti alqoritm adlanır. Əyanilik üçün blok-sxemdən istifadə olunur: 


 
64 
 
Budaqlanan quruluş. 
Xətti alqoritmdən fərqli olaraq budaqlanma alqoritmində şərt olur ki, bu və ya dıgər 
əmrlər  seriyasının  icrası  həmin  şərtin  ödənib-ödənməməsindən  asılı  olur.  Şərt  mülahizə 
şəklində olduğundan, ya doğru, ya da yalan olur. Bu, formal dildə şərti və ya məntiqi ifadə 
adlanır. Şərti ifadə sadə və mürəkkəb ola bilir. Sadə şərt müqayisə ediləcək 2 ədəddən, 2 
dəyişəndən, 2 hesabi ifadədən ibarət olur. Məsələn, 5>3, 2*8=4*4 və s. 
Mürəkkəb  şərt  bir-biri  ilə  məntiq  əməli  ilə  bağlanmış  sadə  şərtlər  ardıcıllığıdır. 
Məsələn, 5>3 And 2*8=4*4. 
Budaqlanma quruluşu müxtəlif üsullarla təsvir edilə bilir: 
  qrafik formada (blok-sxem şəklində); 
 
proqramlaşdırma  dilində,  məsələn,  Visual  Basic  və  VBA  dillərində,  if  şərt 
operatoru vasitəsilə. 
İlk  (if)  açar  sözdən  sonra  şərt  yerləşməlidir.  İkinci  (Then)  açar  sözdən  sonra  isə 
əmrlər  seriyası  (şərt  ödənirsə,  1-ci  seriya)  yerləşir.  Şərt  ödənmirsə,  üçüncü  (Else)  açar 
sözdən sonra 2-ci seriya əmrlər yerləşir: 
Visual Basic-də: 
 
 
 
VBA-da 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin