İsa Musayev, Mətləb Əlizadə


Formanın  rənginin  və  şriftin  parametrlərinin  verilməsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə101/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   97   98   99   100   101   102   103   104   ...   266
Informatikanin esaslari aze

Formanın  rənginin  və  şriftin  parametrlərinin  verilməsi.  Layihənin  xarici  görünü-
şünü  cazibədar  etmək  üçün  obyektlərə  məxsus  görünüşü  dəyişən  xassələrin  qiymətlərini 
dəyişmək və Print metodundan istifadə etmək lazımdır. Bunun üçün: 
6.  frm1 formasını aktivləşdirməli. Obyekt xassələri pəncərəsində BackColor  (fonun 
rəngi) xassəsini seçməli və sol düymə ilə açılan dialoq pəncərəsində rənglər palit-
rasından bir rəng, məsələn, sarı rəng seçməli. 
7.  lbl1  metkasını  aktivləşdirməli.  Obyekt  xassələri  pəncərəsində  BackColor  üçün 
yaşıl  rəng,  ForeColor  (üst  yazı)  üçün  göy  rəng,  Font  (şriftin  ölçüsü)  üçün  18, 
Alignment (düzləndirmə) üçün mərkəz seçməli. 
8.  txt1  mətn sahəsini  aktivləşdirməli. Obyekt  xassələri pəncərəsində  ForeColor  (üst 
yazı)  üçün  qırmızı  rəng,  Font  (şriftin  ölçüsü)  üçün  14  və  kursiv,  Alignment 
(düzləndirmə) üçün mərkəz seçməli. 
9.  cmd1 düyməsi üzərində sol düyməni iki dəfə basmaqla Proqram kodu pəncərəsini 
açmalı və cmd1_Click() prosedurunu və Font.Size = 12 sətrini daxil etməli.  
10.  Layihəni  işə  buraxdıqdan  və  Print  metodu  düyməsini  basdıqdan  sonra  qrafik 
interfeysin yeni görünüşü ekrana çıxacaqdır. 
11.  Forma  faylını  [Save Form1.frm  As…]  əmri ilə frmVB1.frm  adı  ilə, layihə  faylını 
isə [Save Project As...] əmri ilə prjVB1.vbp adı ilə yaddaşa yazmalı. 
Yəni, layihəni \textbook\VB\prjVB1\ adı ilə saxlamalı. 
QEYD:  Kompüterdə  Visual  Basic  sistemi  yoxdursa,  VBA-dan  istifadə  etmək  olar. 
VBA-nı  Microsoft  Excel  elektron  cədvəlindən  çağırmaq  üçün  Excel/  Servis/  Makros  
Redaktor  Visual  Basic  marşrutu  ilə  gedib  Menu/Insert/Uzer  Form  marşrutu  ilə  forma 
pəncərəsini  açmaq  lazımdır.  Sonra  alətlər  panelindəki  A  düyməsi  ilə  metka  (Label
yaratmaq olar. Bu məqsədlə  Name bəndi üzərində sol düyməni 2 dəfə basıb  L1 metkası, 
Caption bəndində isə metkanın münasib adını daxil etmək lazımdır. Əgər yaradılan layihə 
iki  ədədin  fərqini  hesablayan  proqram  kodundan  ibarətdirsə,  münasib  ad  ―Azalan‖  ola 
bilər.  Sonra  alətlər  panelindəki  ab  düyməsi  ilə  mətn  sahəsi  (TextBox)  yaradılır.  Bunun 
üçün  Name  bəndi  sol  düymə  ilə  açılır  və  mətn  sahəsi  t1  adlandırılır.  Sonra  alətlər 
panelindəki  düyməsi ilə  Name-də L2 metkası,  Caption-da ―Çıxılan‖ (Enter), sonra ab 
düyməsi  ilə  TextBox-da  Name-də  t2  mətn  sahəsi,  sonra  A  düyməsi  ilə  Name-də  L3 
metkası,  Caption-da  ―Fərq‖  (Enter),  sonra  ab  düyməsi  ilə  TextBox-da  Name-də  t3  mətn 
sahəsi  yaradılır.  Bundan  sonra  forma  üzərində  əmr  düymələri  (Hesabla,  Təmizlə,  Son) 


 
81 
yaradılır.  Bu  məqsədlə  alətlər  panelindəki  CommandButton  düyməsini  basıb  Name-də 
cmdHes,  Caption-da  ―Hesabla‖  yazmaq  lazımdır.  Bu  qayda  ilə  Name-də  cmdTem
Caption-da  ―Təmizlə‖,  Name-də  cmdSon,  Caption-da  ―Son‖  yazılır.  Sonra  Formanın  boş 
yerində  sol  düyməni  basıb  Formaya  ad  vermək  olar.  Bunun  üçün  Name-də  FrmİEFH
Caption-da ―İki ədəd fərqinin hesablanması‖ yazıb enter basmaq lazımdır. 
 
                 
 
Bütün bu işlərdən sonra proqram kodu yazılır. Bunun üçün kod pəncərəsi açılır. Kod 
pəncərəsi cmdSon əmr düyməsi üzərində sol düymə ilə açılır. Bu zaman kod pəncərəsində: 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin