Obyektlərə baxış pəncərəsi (Object Browser) [View-Object Browser] əmri ilə
çağırılan vacib pəncərələrdəndir. Bu pəncərənin sol sütununda obyekt və ya obyekt sinfi
seçilir, sağ sütunda seçilmiş obyektə aid xassələr, metodlar və hadisələr yığımı ekrana
çıxır. Məsələn, sol sütunda Form obyektlər sinfi seçilərkən sağ sütunda Caption xassəsi,
Circle metodu və Click hadisəsi pəncərəyə çıxır. Siyahıdakı elementi, məsələn, Click hadisəsini seçərkən pəncərənin aşağısına bu hadisə barədə qısa informasiya çıxır.
Layihə bələdçisi pəncərəsi (Project). Bu, yuxarı sağ küncdə yerləşir. Cari layihənin
tərkibini iyerarxik kataloq şəklində əks etdirir və istənilən səviyyəyə asan keçilməsinə
imkan verir. Layihə vbp tipli faylda saxlanır. Məsələn, prjVB1.vbp. Layihəyə aid olan
formalar frm tipli ayrıca fayllarda saxlanır. Məsələn, frmVB1.frm.