End Sub 5.4.5. Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit 101 Visual Basic dilində proqram tərtibi üçün inteqrasiya edilmiş mühit istifadəçiyə
münasib qrafik interfeyslə işləmək imkanı verir. Visual Basic işə buraxıldıqdan sonra yeni
layihə üzərində işə başlamaq üçün File-New-Standart əmrini daxil etmək lazımdır. Bu
halda sözü gedən inteqrasiya edilmiş mühit pəncərəsi ekrana açılır.
İnteqrasiya edilmiş mühit pəncərəsinin yuxarısında sərlövhə sətri var ki, burada da
Project1- Microsoft Visual Basic [design] göstərilir.
102
Pəncərənin idarə düymələri
sərlövhə sətrinin sağ ucundadır.
Sərlövhə sətrinin altında baş menyü sətri vardır.
Baş menyü sətrinin altında tez-tez istifadə edilən əmrlərin piktoqramları yerləşir.