Obyekt metodları (Methods). Obyektin hər hansı əməli icra etməsi üçün onun malik
olduğu metodlardan biri tətbiq edilməlidir. Bir çox metodlar icra ediləcək əməliyyatların
parametrlərini daxil etməyə imkan verən arqumentlərə malikdir. Arqumentlərə konkret
qiymət vermək üçün := işarəsindən, arqumentləri bir-birindən ayırmaq üçün isə vergüldən
istifadə edilir. Metoda da, xassəyə müraciət edildiyi kimi, nöqtəli notasiya
97
ilə müraciət
edilir, yəni, metod sözündən əvvəl nöqtə qoyulur:
Obyekt.Metod arq1:=qiymət, arq2:=qiymət
Məsələn, açılmış Word sənədinin diskdə saxlanması üçün arqumentsiz Save metodundan istifadə edilir:
Documents (―Azər.doc‖).Save Word sənədini açmaq üçün:
Documents ().Open FileName:=‖C: \Kurs\Azər.doc‖ yazmaq, yəni, yolu da
göstərmək lazımdır.
Azər.doc sənədinin ilk 3 səhifəsini çap etmək üçün bir-neçə arqumentli PrintOut metodundan istifadə edilir. Bu halda Range (çap diapazonunun formatını verir), From və
To (çap ediləcək başlanğıc və son səhifələrin nömrələrini) arqumentləri daxil edilməlidir:
Documents (―Azər.doc‖).PrintOut Range:=wdPrintFromTo, From:=‖1‖, To :=‖3‖ Yəni, qrafik interfeysin ―çap‖ dialoq pəncərəsində 1-3 yazmaqla sənədin ilk 3
səhifəsi çap edilir.