Dəyişənlərə qiymətlərin mənimsədilməsi. Dəyişənin qiymətini mənimsətmə operato- runun köməyi ilə daxil etmək mümkündür. Bu operatorun sintaksisi aşağıdakı kimidir:
[Let] DəyişəninAdı = İfadə
Adətən Let açar sözü yazılmır. Bu sözü = işarəsi əvəz edir.
İndi bu deyilənlərdən istifadə edərək, müxtəlif dəyişənlər üzərində müxtəlif əməllər
icra edən ―Dəyişənlər‖ layihəsi tərtib etməyə çalışaq.
1. Yeni layihə yaratmalı. Qrafik interfeys yaratmaq üçün forma (frm1) üzərində əmr
düyməsi (cmd1) yerləşdirməli. Fərz edək ki, proqramda arqument kimi iştirak edən
dəyişənlər tam ədədlərdir: (intA) və (intB). Nəticələr mənfi olmayan tam dəyişən: bytC ,
birqat dəqiqlikli həqiqi dəyişən: sngD vəikiqat dəqiqlikli həqiqi dəyişəndir: dblE. 2. Proqramda istifadə edilmək üçün dəyişənləri elan etməli: Dim intA, intB As İnteger, bytC As Byte, sngD As Single, dblE As Double. Bundan sonra hadisəvi prosedur
hazırlanmalıdır. Bunun üçün obyekt olaraq cmd1 düyməsi, hadisə olaraq düymənin
basılması – Click() seçməli.
104
sətri birləşdirmə
105
>, <, =, >=, <= və s.
85
3. cmd1 düyməsini dalbadal 2 dəfə basmaqla Proqram kodu pəncərəsində aşağıdakı hadisəvi proseduru hazırlamalı: