86
İndi də məntiqi dəyişənlər üzərində məntiqi əməllər icra edən hadisəvi prosedur
hazırlayaq.
7. frm1 forması üzərində cmd3 əmr düyməsi yerləşdirməli. Yaradılacaq hadisəvi
prosedurda obyekt
cmd3 düyməsi, hadisə isə
Click() olacaqdır. Bundan sonra məntiqi
dəyişənləri elan etmək, bunları müqayisə etmək, məntiqi vurma əməlini icra etmək
lazımdır. Bunun üçün:
8. Proqram kodu pəncərəsində üçüncü hadisəvi proseduru yazmaq lazımdır:
Dim blnA, blnB, blnC As Boolean
Sub cmd3_Click()
blnA = 5 > 3
blnB = 2*2 = 5
blnC = blnA And blnB
frm1. Print blnC
End Sub
9.
Layihəni işə buraxdıqdan sonra ekranda onun qrafik interfeysi görünəcəkdir.
Buradakı əmr düymələrini basmaqla müvafiq əməliyyatın icra nəticələrini forma üzərində
almaq mümkün olacaqdır. Belə ki, birinci hadisəvi prosedur icra edildikdə bölmənin
nəticələri müxtəlif dəqiqliklə ekrana çıxacaqsa, ikinci hadisəvi prosedur ―informatika‖
sözünü ekrana çıxaracaq, üçüncü prosedur isə ekrana
False (yalan) sözünü çap edəcəkdir.
Layihəni \
textbook\
VB\
prjVB2\ adı ilə saxlamalı.
Dostları ilə paylaş: