Xidmətedici səviyyə. Bu səviyyənin proqramları həm baza, həm də sistem səviyyələrinin proqramları ilə
qarşılıqlı fəaliyyət göstərir. Xidmətedici proqramlar (utilitlər) kompüter sisteminin
yoxlanması və sazlanması işlərinin avtomatlaşdırılmasını həyata keçirir, həmçinin sistem
proqramlarının funksiyalarının yaxşılaşdırılmasını təmin edir. Bəzi xidmətedici proqramlar
iş başlayan kimi əməliyyat sisteminin tərkibinə daxil olaraq onun nüvəsini genişləndirir.
Lakin bunların əksəriyyəti əməliyyat sisteminin imkanlarını genişləndirmək üçün nəzərdə
tutulan əməliyyat sisteminə nəzərən xarici proqramlardır. Yəni xidmətedici proqramların
bir qismi əməliyyat sistemi ilə ineqrasiya edilir digər qismi isə ayrıca fəaliyyət göstərir.