6.3. Sistem proqram təminatı 6.3.1. Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi
Sistem proqram təminatının çox mühüm hissəsi əməliyyat sistemidir.
İBM-lə birgəliyi olan fərdi kompüterlərdə Microsoft firmasının Windows 9x/ME və
Linux əməliyyat sistemləri, Apple firmasının fərdi kompüterlərində Mac OS əməliyyat
sisteminin müxtəlif versiyaları, işçi stansiyalarda və serverlərdə isə Windows NT/2000/XP və UNIX əməliyyat sistemləri istifadə edilir.
Göründüyü kimi, əməliyyat sistemləri müxtəlifdir. Lakin onların təyinatı və
funksiyaları eynidir. Əməliyyat sistemi kompüterin əsas təməl proqram təminatıdır ki,
bunsuz kompüter işləyə bilməz.
Əməliyyat sistemi kompüterin bütün qurğularının birgə fəaliyyətini təmin etməklə
mövcud kompüter resurslarını istifadəçiyə təqdim edir.
Müasir ƏS-lər mürəkkəb quruluşludur, hər bir elementi kompüterin idarə edilməsi
üzrə müəyyən funksiya icraçısıdır.
127
Alqoritmləşdiriləcək proseslərin modelləşdirilməsindən tutmuş proqram kodunun avtomatik
generasiyası (yüklənməsi) və yaradılan proqramların sənədləşdirilməsinədək bütün işlər.
128