Qurğu drayverləri. Kompüterin magistralına müxtəlif qurğular
130
qoşulur. Hər bir
qurğu müəyyən funksiya
131
icra edir və texniki cəhətdən, yəni işləmə prinsipi baxımından
qurğular kəskin fərqlənirlər. Həmin qurğuları idarə etmək və onların arasında informasiya
mübadiləsini həyata keçirmək üçün ƏS-in tərkibində qurğu drayverləri adlı xüsusi
proqramlar vardır. Qurğu drayverləri həm də aid olduqları qurğuların müəyyən parametr-
lərini sazlamaq üçün istifadə edilir. Hər qurğunun öz drayveri vardır.
Plug and Play 132 texnologiyası kompüterə yeni qurğuların qoşulmasını və konfiqura-
siyasını avtomatlaşdırmağa imkan vermişdir. Windows qurularkən qurğunun tipini və
modelini təyin edərək ona müvafiq drayver qoşur. Kompüter işə qoşulan kimi drayverlər
operativ yaddaşa yüklənir. İstifadəçi drayveri əl ilə qura bilər.