İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə182/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   178   179   180   181   182   183   184   185   ...   266
Informatikanin esaslari aze

Şəkil 10.  Alınacaq maaşın hesablanması 
E3
  hücrəsinə  yuxarıda  göstərdiyimiz  ifadəni  daxil  etdiyiniz  zaman,  hücrə  içərisində 
ifadənin  özü  deyil,  nəticəsi  görünəcəkdir.  İfadənin  özü  isə  ancaq  bu  hücrə  aktiv  olduğu 
(yəni, seçildiyi) zaman formul çubuğunda (
formula bar
) görünə bilər.  


 
146 
Şəkildə sütun adlarının yuxarısında, sol tərəfdə 
E3
 yazılmış sahəyə ünvan sahəsi və ya 
ad  sahəsi  deyilir.  Hansı  hücrədə  olduğunuzu  müəyyənləşdirmək  üçün  heç  də  həmin 
hücrənin  yerləşdiyi  sütun  adına  və  sətir  nömrəsinə  baxmağa  ehtiyac  yoxdur.  Bunun 
əvəzinə  ünvan  sahəsinə  baxaraq  hücrə  ünvanını  görmək  kifayətdir.  Ünvan  sahəsinin 
sağında, 
=D3*0.66
 ifadəsinin göründüyü yerə formul çubuğu deyilir. 
 
Formulları  yazarkən  mütləq  ―=―  işarəsi  ilə  başlamaq  lazımdır.  Bu  işarə  ilə 
başlamayan  formul  ifadələri  mətn  kimi  qəbul  edilir  və  hücrə  içərisində  nəticə  deyil, 
formulun özü görünür. 
 
Kəsr ədədləri daxil edərkən ―.― (nöqtə) və ya ―,― (vergül) işarəsindən istifadə 
edilə bilər. Bu da 
Windows
-un parametrlərinin necə qurulmasından asılıdır. Bu parametr-
ləri 
Control  Panel
  (
Панель  управление
-İdarə  Etmə  Paneli)  pəncərəsindəki 
Regional 
Setting
 (Ölkə Qurmaları) piktoqramı üzərində ikiqat sıxaraq açılacaq dialoq pəncərəsində 
dəyişdirə bilərsiniz. 
İlk sıradakı şəxs üçün alınacaq maaşı hesabladıqdan sonra, növbəti hər şəxs üçün oxşar 
formulları tək-tək daxil etmək lazım gəlmir. 
E3
 hücrəsindəki formulu aşağıdakı hücrələrə 
köçürərək, digər şəxslər üçün də alınacaq maaşları çox asanlıqla hesablaya bilərsiniz. 
Sahə ünvanı. 
Sahə  ünvanı  iki  və  daha  artıq  hücrə  ünvanını  ifadə  edən  və  bir  ünvan  formasıdır. 
Məsələn,  ümumi  və  ya  alınacaq  maaşın  cəmini  tapmaq  istədikdə  alt-alta  yerləşmiş  bu 
hücrələrin  genişlik  ünvanından  istifadə  edəcəksiniz.  Bu  əməliyyatı  aparmaq  üçün  sahə 
ünvanından istifadə etmək məcburiyyətində deyilsiniz, ümumi və ya alınacaq maaşların ən 
aşağısındakı boş hücrələrə aşağıdakı ifadəni daxil edə bilərsiniz: 
=D3+D4+D5+D6 
=E3+E4+E5+E6 
Bir  neçə  şəxs  üçün  bu  formada  yazmaq  mümkündür.  Ancaq  siyahıda  yüzlərlə  şəxs 
olarsa, bu ifadəni yazmaq çətin olur. Bu halda sahə ünvanından və standart funksiyalardan 
istifadə etmək məqsədəuyğundur: 
=SUM(D3:D6) 
=SUM(E3:E6) 


 
147 
Buradakı 
D3:D6
  və 
E3:E6
  ifadələri  bir  sahə  ünvanıdır. 
D3:D6
  ifadəsi 
D3
  ilə 
D6
 
arasındakı bütün hücrələri göstərir, yəni, 
D3, D4, D5, D6
. Sahə ünvanı bu şəkildə də verilə 
bilər: 
D3:E6
. Bu ifadə isə növbəti hücrələri göstərir: 
D3, D4, D5, D6, E3, E4, E5, E6


Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin