Mütləq və nisbi ünvan.
Yuxarıda qeyd etdiyimiz kimi, maaş cədvəlində hər bir şəxs üçün alınacaq maaş
formulunu bir-bir yazmağa ehtiyac yoxdur. Siz ilk formulu daxil etdikdən sonra altdakı
hücrələrə bu formulu bir əməliyyatla köçürə bilərsiniz.
=D3*0.66
formulunu aşağıya köçürdükcə digər alınacaq maaşların da avtomatik
hesablanması necə baş verir? Əgər bu ifadəni digər hücrələrə də köçürərsinizsə, onda
bütün şəxslərin maaşı birinci şəxsin alınacaq maaşı ilə eyni olacaqdır.
Bu arada nisbi ünvan anlayışı ilə tanış olaq. İçərisində hər hansı bir ünvan olan
formulu, məsələn, bir altdakı hücrəyə köçürərsinizsə, formuldakı bütün ünvanlar bir sətir
artacaqdır. Yuxarıda verilən misala uyğun
E3
hücrəsindəki formulu
E4
hücrəsinə
köçürərsinizsə,
E4
hücrəsinə aşağıdakı formul daxil edilmiş olacaqdır:
=D4*0.66
Əgər daha sonrakı hücrəyə köçürərsinizsə,
=D5*0.66
olacaqdır.
Formulun yerləşdiyi yer ilə köçürüldüyü yer arasındakı məsafə əsas rol oynayır. Əgər
formulu bir altdakı hücrəyə köçürərsinizsə, bütün ünvanlar bir sətir artar, bir üstdəki
hücrəyə köçürərsinizsə, bir sətir azalar. Eyni məntiq sütunlar üçün də uyğundur. Əgər
E3
hücrəsindəki formulu onun sağındakı hücrəyə köçürərsinizsə,
=E3*0.66
olacaqdır. Bu da hesabda yanlış nəticə verəcəkdir. Uyğun olaraq formulu bir sağdakı
hücrəyə köçürərsinizsə, bütün ünvanlar bir sütun artacaq, bir soldakı hücrəyə köçürər-
sinizsə, bir sütun azalacaqdır. Məsələn,
E3
hücrəsindəki formulu
G6
hücrəsinə
köçürərsinizsə,
=F6*0.66
olacaqdır.
148
Formullarda istifadə etdiyiniz hücrə ünvanları, əksi göstərilmədiyi halda nisbi
ünvanlardır, yəni, formulun olduğu və ya köçürüləcəyi hücrənin yerindən asılıdır. Əgər
formulu başqa bir yerə köçürərsinizsə, bu ünvanlar da köçürüldüyü yerə uyğun şəkildə
avtomatik olaraq dəyişəcəkdir.
İstisna olan nisbi ünvanlar da vardır. Tutaq ki, içərisində
A1
ünvanı olan bir formulu
bir hücrə sağa və ya bir hücrə sola köçürdünüz. Bu ünvan
IV65536
da ola bilərdi. Bu halda
nisbi ünvan aşağıdakı kimi dəyişəcəkdir:
A1
əgər bir hücrə sola köçürərsinizsə,
IV1;
A1
əgər bir hücrə üstə köçürərsinizsə,
A65536;
IV65536
əgər bir hücrə sağa köçürərsinizsə,
A1;
IV65536
əgər bir hücrə alta köçürərsinizsə,
IV1
olacaqdır.
Yəni, buradan aydın olur ki,
Excel XP
-də
65536
nömrəli sətirdən sonra
1
nömrəli sətir,
1
nömrəli sətirdən öncə isə
65536
nömrəli sətir,
IV
sütunundan sonra
A
sütunu,
A
sütunundan öncə isə
IV
sütunu gəlir.
Nisbi ünvanlar yuxarıda göstərdiyimiz misaldakı kimi çox əlverişli ola bilər, ancaq
bəzi hallarda bunlardan istifadə etmək məqsədəuyğun deyildir.
Misalımızı bir az dəyişdirək. Ümumi maaş ilə alınacaq maaş arasında olan əlaqədə
iştirak edən
0.66
əmsalını başqa bir hücrəyə daxil edək və dəyişən halına gətirək. Yəni, bu
əmsalı dəyişdirməklə zaman, onun yerləşdiyi hücrə ünvanının istifadə edildiyi bütün
formulların yenidən hesablanmasını və alınacaq maaşlar üçün formulların avtomatik
nizamlanmasını təmin etməyə çalışaq. Əgər bu əmsalı ayrı bir hücrəyə yazmasaq, bütün
formullardakı
0.66
əmsalını bir-bir dəyişməli olacağıq.
Şəkildə göstərildiyi kimi (şəkil 11.), alınacaq maaşın hesablanmasında istifadə
ediləcək əmsalı
A2
hücrəsinə daxil edib
E3
hücrəsindəki formulu aşağıdakı kimi yazın:
=D3*$A$2
Əgər formulu
=D3*A2
kimi yazarsınızsa, bu halda altdakı hücrələrə köçürdükdə,
=D4*A3
149
=D5*A4
=D6*A5
ifadələri yaradılacaq və alınacaq maaşlar sıfır olacaqdır. Çünki,
A3, A4, A5
hücrələrində
hər hansı bir qiymət yoxdur və ona görə də uyğun ümumi maaşlar sıfra vurulur.
Dostları ilə paylaş: |