İsa Musayev, Mətləb Əlizadə


 İnformasiya emalı sistemlərinin inkişaf tarixi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə208/266
tarix02.01.2022
ölçüsü1,71 Mb.
#41394
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   266
Informatikanin esaslari aze

 
8.2. İnformasiya emalı sistemlərinin inkişaf tarixi. 
Professor  Buadeyə  görə,  latınca,  information  –  izah  etmək
174
,  aydınlaşdırmaq, 
məlumatlandırmaq  mənasında  olan  informasiya  dedikdə,  verilmiş  predmet  barədəki 
biliyimizdəki qeyri-müəyyənlik dərəcəsini azaldan hər şey başa düşülür. Bu tərif ötürülən 
informasiyanın konkret ünvan üçün faydalılığını, qiymətliliyini təyin edir. Yəni, aldığımız 
məlumatda yeni heç nə yoxdursa, onda bu informasiyanın miqdarı sıfra bərabərdir. Buna 
görə  də  ―verilənlər‖  anlayışı  daha  ümumidir.  Çünki  burada  istehlakçı  qiymətləndirməsi 
tələb olunmur. 
XIX  əsrin  ikinci  yarısınadək  “ibtidai”  informasiya  texnologiyasından  istifadə 
edilirdi.  Bu  informasiya  texnologiyasının  əsasını  qələm  (pero),  mürəkkəb  qabı  və 
mühasibat  kitabı  təşkil  edirdi.  İnformasiyanın  ötürülməsi  vasitəçilərin,  poçtalyonların, 
kuryerlərin vasitəsilə həyata keçirilirdi. Bu rabitə etibarsız idi, çoxsaylı kənar amillərdən, 
                                                 
174
 
Halbuki  ―İnformasiya‖  sözü  qədim  Şumer  dilində  olan  İn  +For+Ma+Si+Ya  kimi  5  sözdən  ibarət  bir 
cümlədir ki, burada da İn – var olan, For – yetkin güclü kişi, Ma – qadın, Si – məkan, Ya – çıx(ış) etmək - 
danışmaq mənası verir. Bunu müasir Azərbaycan dilinə tərcümə etdikdə, informasiya – məkanda mövcud 
olan  kişi  ilə  qadının  danışması,  özlərini  izah  etməsi  mənasına  gəlir.  Bax:  İsa  Musayev.  Dil,  Yaddaş, 
Vətən, Vətəndaş. Bakı,1995.
 


 
180 
havadan,  kuryerin  sağlamlığından,  əhval-ruhiyyəsindən  və  s-dən  asılı  idi.  İnformasiya 
emalının  məhsuldarlığı  olduqca  aşağı  idi.  Hər  bir  yazının  (məktubun)  üzü  ayrıca  əl  ilə 
köçürülürdü. Toplama əl ilə aparılırdı. Qərar qəbulu üçün başqa informasiya yox idi.  
XIX  əsrin  sonunda  “mexaniki”  informasiya  texnologiyası  meydana  gəldi.  Yazı 
makinası, telefon, diktofon və modernləşdirilmiş poçt sistemi informasiya texnologiyasını 
prinsipial  şəkildə  dəyişdirdi.  İnformasiya  texnologiyasının  məhsuldarlığı  xeyli  artdı. 
Mexaniki  texnologiya,  mahiyyətcə,  mövcud  müəssisələrin  təşkilati  strukturunu 
formalaşdırdı.  
XX  əsrin  40-60-cı  illərində  “elektrik”  texnologiyası  yarandı.  Bu  texnologiyada 
elektromexaniki yazı makinası, surətçıxaran maşın, portativ diktofon və s. istifadə edilirdi. 
Bu  texnika  müəssisənin  fəaliyyətini  yaxşılaşdırdı,  sənədlərin  emal  keyfiyyətini  və 
hazırlanma  sürətini  artırdı. 60-cı  illərin 2-ci  yarısında böyük  məhsuldarlığa  malik  EHM-
lərin müəssisə fəaliyyətinə cəlb edilməsi informasiyanın emalının forması ilə yanaşı, həm 
də  məzmununa  təsir  etməyə  başladı.  Beləliklə,  informasiya  texnologiyasının  “elektron” 
dövrü başlandı. 
Məlum olduğu kimi, informasiya texnologiyası informasiya emalının ən azı 3 mühüm 
komponentini  –  uçotu,  təhlili  və  qərar  qəbulunu  əhatə  edir.  Bu  komponentlər  sənədlərin 
kağız  ―bataqlığında‖  reallaşdırılır  ki,  bu  bataqlıq  da  günbəgün  dərinləşir.  Avtomatlaş-
dırılmamış informasiya sistemlərinin ən ciddi nöqsanı informasiyanın yığılması, emalı və 
istifadə  edilməsi  proseslərinin  ayrı-ayrılıqda  baş  verməsidir.  Bu  o  deməkddir  ki,  müəs-
sisənin ayrı-ayrı bölmələrinin hər biri özünəməxsus ayrıca ―verilənlər bazası‖na malikdir 
və  bir  bölmənin  işçiləri  ―özgə‖  bölmənin  ―verilənlər  bazası‖na  daxil  olmaq  hüququna 
malik deyildir. Odur ki, hər bölmənin işçiləri özlərinin ―verilənlər bazası‖nı özləri sərbəst 
surətdə  yaratmağa  məcburdur.  Bu,  orta  əsrlərdəki  hər  ailənin  özü  üçün  tikdiyi  yel 
dəyirmanına və ya  su çarxına bənzəyirdi. Hal-hazırda, demək olar ki, bütün kütləvi tələbat 
məhsulları  mərkəzləşdirilmiş  şəkildə  istehsal  edilir  və  tələbata  uyğun  şəkildə  istehlak 
edilir.  Bu  baxımdan,  idarəetmənin  avtomatlaşdırılmasının  əsas  məqsədlərindən  biri 
müəssisədəki  hər  bir  əməkdaşı,  aid  olduğu  bölmədən  asılı  olmayaraq  məxfilik  tələbləri 
ödənilməklə lazımi vaxtda, lazımi formada və lazımi həcmdə zəruri informasiya ilə təchiz 
etməkdən  ibarətdir.  Bunun  üçün  vahid  inteqrasiya  edilmiş  verilənlər  bazası,  lokal 
hesablayıcı  şəbəkə  və  hər  bir  işçi  üçün  lazımi  avadanlıqlarla  təchiz  edilmiş  avtomatlaş-
dırılmış iş yeri (AİY) lazımdır. Bu yanaşma müəssisənin kompleks avtomatlaşdırılmasını 


 
181 
nəzərdə tutur. Bu isə o deməkdir ki, müəssisə üçün kompüterləşdirilmiş idarəetmə sistemi 
yaradılmalıdır  ki,  burada  da  alt  sistemlərin  qarşılıqlı  fəaliyyəti  təmin  edilməli, 
informasiyaya operativ müraciət mümkün olmalı və qərar qəbulu dəstəklənməlidir. SSRİ-
də ilk müəssisə avtomatlaşdırılmış idarəetmə sistemləri (MAİS-lər) və verilənlərin emalı 
sistemləri  (VES-lər)  60-cı  illərdə  yaradılmışdı.  Bunlar  kollektiv  istifadə  olunan 
azməhsuldar,  nəhəng  hesablayıcı  texnika  ilə  təchiz  edilmiş  müəssisə  informasiya-
hesablayıcı  mərkəzlər  bazasında  yaradılırdı.  Bu  sistemlər  əsasən  uçot  və  planlaşdırma 
məsələlərini  həll  edirdi.  Çox  hallarda  isə  həll  edilən  məsələlər  yalnız  əmək  haqqı 
hesablamalarından  və  kadrlar  uçotuna  aid  informasiyanın  emalından  ibarət  olurdu. 
Verilənlərlə  işləməyin  çətinliyi  onunla  bağlı  idi  ki,  infformasiya  sistemində  hesablayıcı 
texnika  ilə  yanaşı,  informasiyanın  kağıza  yığılması  və  İnformasiya-Hesablayıcı  Mərkəzə 
daşınması  və  burada  EHM-ə  daxiletmə  ilə  bağlı  olaraq  perfokartların  hazırlanması 
prosesləri əl üsulu ilə yerinə-yetirilirdi. Emal nəticələri də kağıza çıxarılırdı. 
80-ci  illərdə  ABŞ-da  ―avtomatlaşdırılmış  ofis‖  termini  geniş  yayılmağa  başladı. 
Burada  söhbət  bir-sıra  idarəetmə  funksiyalarının,  o  cümlədən,  mətnlərin  hazırlanması, 
emalı  və  redaktə  edilməsinin,  sistemləşdirilib  saxlanmasının,  infor-masiya  axtarışının, 
rəhbər işçilərə informasion xidmət göstərilməsinin və s. avtomatlaşdırılmasından gedirdi.  
Bu  tip  sistemlərin  tətbiqi  bir-sıra  işçilərin,  məsələn,  katibələrin,  referentlərin 
funksiyalarının  dəyişilməsinə,  onların  sayının  ixtisar  edilməsinə,  əmək  məhsuldarlığının 
yüksəlməsinə səbəb oldu. ―Avtomatlaşdırılmış ofis‖ konsepsiyası bu gün də uğurla inkişaf 
edir. Proqram təminatı istehsalçıları olan bir-sıra iri firmalar, o cümlədən, Corel, Microsoft 
və s. ―Ofis‖ adlı
175
 yeni-yeni inteqrasiya edilmiş  proqram paketləri hazırlayır.  

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin